Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1109/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “11” fevral 2019-cu il iş №2(102)-1109/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran şəhər Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim:F.K.Soltanov; 2(049)168/2018) iddiaçı “xxxx” Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili maliyyə müqaviləsinə xitam verilməsi, lizinq obyektinin geri qaytarılması və hesablanmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 23 may 2011-ci il tarixli **************1 saylı daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi, Cavabdeh1 istifadəsində olan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, ******************reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 17.03.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçı “xxxx” Lizinq Şirkəti QSC-yə məxsus Lənkəran şəhəri, ************* küçəsində yerləşən ümumi sahəsi 510.1 kv.m olan qeyri-yaşayış sahəsinin boaşldılaraq mülkiyyətçisinə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 32495,16 (otuz iki min dörd yüz doxsan beş tam yüzdə on altı) manat, lizinq mükafatı üzrə 44920 (qırx dörd min doqquz yüz iyirmi) manat, sığorta borcu üzrə 825 (səkkiz yü iyirmi beş) manat, serviz xərci üzrə 204 (iki yüz dörd) manat, cəmi 78444,16 (yetmiş səkkiz min dörd yüz qırx dörd tam yüzdə on altı) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq iddiaçı “xxxx” Lizinq Şirkəti QSC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ********************, X1,KOD*********** VÖEV ********** Müxbir hesab AZ***** **** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:T.X.Heydərov (sədrlik edən), N.F.Mirzəyev, Z.B.Babayev; 2(106)2600/2018) iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli, 2(049)168/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı “xxxx” Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” QSC-nin Cavabdeh1 arasında bağlanmış 23.05.2011-ci il tarixli, 1496/1226-05/2011 saylı daxili maliyyə lizinq müqaviləsinə xitam verilməsi, “xxxx” QSC-nin mülkiyyətində və Cavabdeh1 istifadəsində olan Lənkəran şəhəri, ********* küçəsində yerləşən ümumi sahəsi 510.1 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçi “xxxx” QSC-yə qaytarılması, həmçinin Cavabdeh1 32495,16 manat əsas, 44920 manat lizinq mükafatı, 825 manat sığorta xərci, 204 manat servis xərci, cəmi 78444,16 manat borcun iddiaçı təşkilatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23 may 2011-ci il tarixdə “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə “xxxx” Lizinq Şirkəti QSC Lənkəran şəhəri, ************ küçəsində yerləşən ümumi sahəsi 510.1 kv.m olan qeyri-yaşayış sahəsini öz mülkiyyətinə əldə edərək onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Cavabdeh1 isə öz növbəsində 250000 manat məbləğində borcu lizinq ödənişi cədvə liə uyğun olaraq illik 21% olmaqla 60 ay müddətində “xxxx” Lizinq Şirkəti QSC ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borcun əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Daxili maliyyə lizinq müqaviləsinə əlavə olaraq eyni zamanda Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış Cavabdeh2 zamin kimi Cavabdeh1lə eyni ölçüdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Cavabdeh daxili maliyyə lizinq müqaviləsində göstərilmiş illik 21 faiz olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş və müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəb ərdarlıq edilərək, borc ödənilmədiyi halda məhkəməyə müraciət olunacağı barədə bildirilsə də, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirmək istəməmişdir. Odur ki, hal-hazıradək onun iddiaçı təşkilata 32495,16 manat əsas, 44920 manat lizinq mükafatı, 825 manat sığorta xərci, 204 manat servis xərci, cəmi 78444,16 manat borcu qalmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmış, işin həqiqi halları, o cümlədən lizinq mük afatı üzrə göstərilən borcun hədsiz dərəcədə şişirdilməsi nəzərə alınmamış və iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir, nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1,9.2, 9.3, 14.1, 14.2, 185.5, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.4-cü maddələrinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya i nstansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmam alıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, ******************* reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 17.03.2017-ci il qeydiyyat tarixli ÇİXARİŞ-ın surətindən görünür ki, Lənkəran şəhəri, ************* küçəsində yerləşən ümumi sahəsi 510.1 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ üzrə “xx xx” Lizinq Şirkəti QSC-nin adına qeydə alınmışdır. 23 may 2011-ci il tarixli, ************* saylı daxili maliyyə lizinq müqaviləsi və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə görə lizinq verən, lizinq alan tərəfindən seçilmiş və onun ərizəsinə əsasən alınmış 250000 manat dəyərində Lənkəran şəhəri, MirMustafaxan küçəsində yerləşən ümumi sahəsi 510.1 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini ödəyib mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və və istifadəyə verməyi öhdəsinə götürmüşdür. Lizinq alan lizinq ödənişləri müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi olan lizinq ödəniş cədvəli (1 saylı Əlavə) əsasında ödənilir. Lizinq in müddəti 60 ay təşkil edir. Lizinq verən tərəfindən maliyyələşdirilən məbləğə illik 21 faiz hesablanması nəzərdə tutulmuşdur. Müqavilənin 8.1-ci bəndində göstərilir ki, lizinq alan lizinq obyektinə faktiki sahiblik və istifadəinsən asılı olmayaraq, bu müqavilənin bütün müddəti ərzində lizinq verənə Əlavə nömrə 2 ilə müəyyən edilmiş dövriliklə və tarixdə lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Lizinq ödənişlərinə lizinq obyektinin dəyəri, lizinq verənin mükafatının məbləği, servis xərcləri və bank xərcləri daxildir. 23 may 2011-ci il tarixli, ********** saylı təhvil-təslim aktından görünür ki, lizinq obyekti - Lənkəran şəhəri, Mir-Mustafaxan küçəsində yerləşən ümumi sahəsi 510.1 kv.m olan qeyri-yaşayış sahəsi “xxxx” Lizinq Şirkəti QSC tərəfindən Cavabdeh1 təhvil verilmişdir. 23 may 2011-ci il tarixli, ************** saylı daxili maliyyə lizinq müqaviləsinə 1 saylı Əlavədən görünür ki, lizinq alan Cavabdeh1 60 ay müddətində 06.06.2011-ci il tarixdən başlayıb sonuncu ödənişi 06.06.2016-cı il tarixdə etməklə lizinq obyektinin 412140 manat dəyərini təşkilata qaytarmalı idi. 23 may 2011-ci il tarixli, ****************** saylı daxili maliyyə lizinq müqaviləsinə 22.02.2012-ci il tarixli 1 saylı Əlavədən görünür ki, lizinq alan Cavabdeh1 84 ay müddətində 22.03.2012-ci il tarixdən başlayıb sonuncu ödənişi 22.02.2019-cü il tarixdə etməklə lizinq obyektinin 364393 manat dəyərini təşkilata qaytarmalı idi. 23 may 2011-ci il tarixli, ************* saylı daxili maliyyə lizinq müqaviləsinə 25.12.2012-ci il tarixli 1 saylı Əlavədən görünür ki, lizinq alan Cavabdeh1 74 ay müddətində 25.01.2013-cü il tarixdən başlayıb sonuncu ödənişi 25.02.2019-cü il tarixdə etməklə lizinq obyektinin 232299 manat dəyərini təşkilata qaytarmalı idi. 23 may 2011-ci il tarixli,***************** saylı daxili maliyyə lizinq müqaviləsinə 25.01.2013-cü il tarixli 1 saylı Əlavədən görünür ki, lizinq alan Cavabdeh1 74 ay müddətində 25.02.2013-cü il tarixdən başlayıb sonuncu ödənişi 25.03.2019-cü il tarixdə etməklə lizinq obyektinin 234855 manat dəyərini təşkilata qaytarmalı idi. 23 may 2011-ci il tarixli ************** saylı zaminlik müqaviləsindən görünür ki, “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 borclu Cavabdeh1 iddiaçı təşkilat qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamam ilə öz öhdəsinə götürmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəydən görünür ki, Cavabdeh1 tərəfindən iddiaçı təşkilatın kredit hesabına 16.06.2017-ci il tarixədək əsas borc üzrə 160000,34 manat, faiz borcu üzrə 114138,44, cərimə borcu üzrə 152,22 manat, ümumillikdə 278866 manat məbləğində mədaxil olmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 03 may 2018-ci il tarixli ********* saylı rəyindən görünür ki, iş materilallarında olan maliyyə arayışı məlumatlarına əsasən 23 may 2011-ci il tarixli ************** saylı lizinq müqaviləsi üzrə Cavabdeh1 “xxxx” Lizinq Şirkəti QSC-yə 32495,16 manat əsas, 44920 manat mükafat, 825 manat sığorta, 204 manat servis xərci, cəmi 78444,16 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. “xxxx” Lizinq Şirkəti QSC-nin Cavabdeh1 ünvan ladığı xəbərdarlıq məktubundan görünür ki, ona 5 gün müddətində 23 may 2011-ci il tarixli, 23 may 2011-ci il tarixli *************** saylı lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertizanın dəyəri 150 (bir yüz əlli) manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 747.1-ci maddəsinə əsasən lizinq müq aviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. - 748-11.1-ci maddəsinə əsasən lizi nq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. - 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. -750-ci mad dəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş ü zrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında 23 may 2011-ci il tarixdə lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən lizinq verən “xxxx” Lizinq Şirkəti QSC, lizinq alan Cavabdeh1 tərəfindən seçilmiş Lənkəran şəhəri, ************** küçəsində yerləşən ümumi sahəsi 510.1 kv.m olan qeyri-yaşayış sahəsinin 250000 manat dəyərini ödəyib mülkiyyətinə keçirərək onu müəyyən haqq müqabilində lizinq obyekti qismində liznq alanın müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Lizinq alan tərəfindən lizinq ödənişləri müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi olan lizinq ödəniş cədvəli (1 saylı Əlavə) əsasında ödənilməli idi.Liznqin müddəti 60 ay, maliyyələşdirilən məbləğə isə illik 21 faiz hesablanması nəzərdə tutulmuşdur. 22.02.2012ci il, 25.12.2012-ci il və 25.01.2013-cü il tarixlərdə tərəflərin razılığı ilə 23 may 2011-ci il tarixli, ************* saylı daxili maliyyə lizinq müqaviləsinə 1 saylı əlavədə üç dəfə dəyişiklik edilərək lizinq müddəti 25.03.2019-cü il tarixdək uzadılmışdır. Eyni zamanda həmin lizinq müqaviləsinin təminatı kimi iddiaçı “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh2, borclu Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür. Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçı təşkilata əsas borc üzrə 160000,34 manat, faiz borcu üzrə 114138,44, cərimə borcu üzrə 152,22 manat, ümumillikdə 278866 manat mə bləğində ödəniş etmişdir. Cavabdeh1 16 iyun 2017-ci il tarixdən sonra lizinq müqaviləsi üzrə ödənişləri dayandıraraq həmin müqavilənin şərtlərini pozmuş və icrasını təmin etməmişdir. Hazırda lizinq obyekti olan sözügedən qeyri-yaşayış sahəsi cavabdehin istifadəsindədir. Bu səbəbdən iddiaçı təşkilat cavabdehdən mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinin qaytarılmasını və lizinq müqaviləsi üzrə öhdəliyin vaxtında icra edilməməsi nəticəsində yaranmış 32495,16 manat əsas, 44920 manat mükafat, 825 manat sığorta xərci, 204 manat servis xərci, cəmi 78444,16 manat məbləğində borcu tələb edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə də iddiaçı cəmiyyət iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş dir. Cavabdeh ilə iddiaçı arasında lizinq müqaviləsi bağlanmış və cavabdeh bağlanmış lizinq müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi (əsas borcu və cərimə borcu ) icra etməlidir. Tərəflərin razılaşmasına əsasən cavabdeh öhdəliklərini tam icra edənə qədər lizinqə verilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ iddiaçıda saxlanılmışdır. İddiaçı müqavilənin ləğv edilməsi ilə müqavilə məbləğlərinin ödənilməsini tələb etməklə bərabər, həm də qeyri-yaşayış sahəsinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüq uqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 04 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov
Məhkəmə qərarları › İş №2(102)-1109/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1109/2019
11.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver