Məhkəmə qərarları › İş №2(102)-111/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-111/2020

13.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-111/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh1 vəkili X1 iştirakı ilə, Cavabdeh1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)3533/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadından verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Telman Quliyev sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Elma n Rəhimov) xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3533/2019 saylı qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları Şabran rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(031)-369/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək JN-0019 saylı, kod 30406038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında İddiaçı ilə cavabdeh X5 arasında Dəvəçi (indiki Şabran) rayonu, Qələgah kəndində yerləşən 4,38 ha torpaq sahəsindən 2,193 ha pay torpaq sahəsinin alqısatqısı üzrə bağlanmış xx xxxxxx 2003-cü il tarixli əqdin etibarlı hesab edilməsi qət olunmuşdur. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək Şabran rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(03 1)-369/2017 saylı qətnaməsindən şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin keçməsini üzrlü hesab etməklə, göstərilən qətnamədən apelyasiya şikayəti vermək üçün müddətin bərpa edilməsini xahiş etmişdir. Şabran rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(031)-369/2017 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Şabran rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)-3533/2019 saylı qərardadı ilə Cavabdeh1 verdiyi şikayət təmin edilməmiş, Şabran rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(031)-369/2017 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Həmin qərardaddan Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət ötürülsə də, mülkiyyət hüquqlarının pozulması nəzərə alınmaqla müddət bərpa edilməlidir. İddiaçı məhkəmənin ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayəti nin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh1 vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılma sını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə i craata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş qərardadlar konkret olaraq göstərilmişdir. Hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməməsinə dair qərardadın dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərardadından Mülki Prosessual Məcəllədə kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Ona görə də hazırki qərardaddan da kassasiya şikayəti verilə bilməz. Apellyasiya instansiyası məhk əməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh Ş. Xıdırova kasasiya şikayətinin verilməsi nəzərdə tutulmayan qərardaddan şikayət verdiyi üçün onun şikayəti geri qaytarılmalıdır, Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılan zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətində qeyd edilən hal, qanunla müəyyən edilmiş şikayət vermə müddətinin buraxılasının üzrlü hesab edilməsi üçün əsas sayıla bilməz. Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il ta rixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3533/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar