Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-111/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiаçı İddiaçı1 cavabdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinə (maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDXRnin publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-111/2024 (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mürasın qəbulu, miras əmlakdan payların müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı1 cav abdehlər Cavabdeh2 və Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinə (maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDXR-nin publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakdan payların müəyyən olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1613/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı1 (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 re yestr nömrəli elektron çıxarışa əsasən, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi Cavabdeh2, X4 və X5 adına 1/3 pay üzrə paylı və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 128,10 kv.m. olan fərdi yaşayış evi Cavabdeh2 adına mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2000-ci il tarixdə ölmüşdür.
3. Ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2005-ci il tarixdə ölmüşdür.
4. Qanun üzrə vərəsəlik hüququ haqqında 30 aprel 2021-ci il tarixli 2V-543 reyestr nömrəli və 2V-544 saylı şəhadətnamələrə əsasən, 10 fevral 2000-ci il tarixdə vəfat etmiş X4 və 25 aprel 2005-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh2 hesab edilmişdir. Şəhadətnamə verilmiş miras əmlak, hüqu qların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********33-10301 reyestr nömrəli elektron çıxarışda göstərilən 0,3 ha torpaq sahəsinin mərhumlara aid olan hissəsindən ibarət olmuşdur.
5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli **********33-10301 reyestr nömrəli elektron çıxarışa əsasən, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 128,10 kv.m. olan fərdi yaşayış evi Cavabdeh2 adına tam mülkiyyətdə olmaqla xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Daşınmaz əmlakın alğı-satqısı haqqında xx.xx.2021-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli müqaviləsinə əsasən, Cavabd eh2 Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsini 5.000 (beş min) manata X1.
7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 197 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır.
8. Ölüm haqqında şəhadətnaməyə əsasən, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə “essensial (birincili) hipertenziya” diaqnozu ilə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İd diaçı1 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 və (bundan sonra birinci cavabdeh) Tovuz regional Asan Xidmət mərkəzi notariat ofisinə (bundan sonra ikinci cavabdeh) (maraqlı şəxs ƏMDX-ın DƏDXR-nin public hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakdan payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarışa əsasən, mərhum anası X4 adına paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinin X11nın payına düşən 0,10 ha hissəsinə dair tərtib edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin miras əmlakdan onun payının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X11nın adına paylı mülkiyyət hüququ əsasında Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində 0,30 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində atası Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evi vardır. O, həmin evdə doğulub böyümüş və 2003-cü ilədək ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. 2003-cü ildə özünə ev tikdirib həmin evə köçmüşdür. X11 10 fevral 2000-ci il tarixdə vəfat etmiş, anasının vəfatından sonra sonuncudan qalmış miras əmlakı o, atası ilə bərabər qəbul etmiş və həmin təsərrüfatda yaşamışdır. Hazırda anasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilm əsi üçün Tovuz regional Asan xidmət mərkəzi notarlat ofisinə müraciət etmiş, orada isə ona məlum olmuşdur ki, mərhum anasından qalmış miras əmlaka dair 2012-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin tərtib edilməsindən birinci dərəcəli vərəsə olaraq onun məlumatı olmamışdır.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi Cavabdeh4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi atasının, anasının və bacısının paylı mülkiyyətində olmuş, anasının vəfatından sonra sonuncudan qalmış miras əmlakı atası qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
12. Tovuz Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(062)-1237/2 021 nömrəli, 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nofəl Mustafayev) iddia tələbi rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli əmlakın qanunvericiliyin tələbi pozulmaqla atası Cavabdeh2 adına sənədləşdirilməsini iddia etsə də, eyni zamanda X11dan qalmış miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.
14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edil məsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış və məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-1613/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məməmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir və həmin nəticə ilə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən miras əmlak nə faktik, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir. X9 xx.xx.2000-ci il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
20. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçının mərhum X11dan miras qalan əmlakı qəbul etməsini təsdiq edən sübutları iş materiallarında mövcud deyildir. Həmçinin iddiaçı anasından qalmış mirası qəbulu etməsini sübuta yetirilə bilməmişdir. Eyni zamanda iddiaçı izahatında mirası qəbul etmədiyini, lakin ata yurdunun satılmasını istəmədiyini bildirmişdir. İddiaçı izahatında göstərmişdir ki, o mirası qəbul etməmişdir, lakin ata yurdunun satılmasını istəmir.
21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1151.2, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2 və 1243.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 77.1, 88, 218.1, 217.3, 217.4, 218.3, 384.0.1 və 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnaməd ən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasınını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər iddiaçının mirası qəbul etmək fikri olmasa idi anası vəfat etdikdən sonra 3 ay müddətində notariat orqanına yaxınlaşaraq mirası qəbul etməkdən imtinaya dair ərizə verərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarının əsaslandırma hissəsindən aydın olur ki, əgər vərəsə miras açıldığı məqamdan 3 ay müddətində mirasdan imtinya dair ərizə vermirə o mirası qəbul etmiş hesa b edilməlidir.
24. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci intansiya məhkəməsi mübahisəni həll edərkən Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad etməklə düzgün nəticəyə gəlmişdir. Həmin maddədə isə əqdin etibarlı olub-olmamasından bəhs edilir. Maraqlıdır, şəxsin vərəsəliyi qəbul edib-etməməsinin əqdin etibarlı olub-olmamasına nə aidiyyatı var? Birci instansiya məhkəməsinin münsaibətləri tənzilməyən maddi hüquq normasının düzgün tətbiq etməməsi elə qətnamənin ləğvi üçün əsas idi. Göründüyü kimi birinci instansiya məhkəməsi düzgün olmayan maddi hüquq normasını tətbiq etmiş, apelyasiya məhkəməsi isə bu hala nəzər yetirməyərək, hətda birinci instansiya məhkəməsinin düzgün hüquq normasını tətbiq etdiyini bildirmişdir.
25. Məhkəmə eyni zamanda iddiaçının hüquqi biliyinin olmamasında ist ifadə edərək, qeyd etmişdir ki, güya iddiaçı bildirir ki, mirası qəbul etməmişdir. Əgər iddiaçı məhkəmədə mirası qəbul etmədiyini bildirəcəkdisə nəyə görə məhkəməyə müraciət edirdi. Nə birinci instansiya məhkəməsi, nədəki apelyasiya məhkəməsi iddiaçıya mirası qəbul etməsinə dair sübütları məhkəməyə təqdim edilməsinə köməklik göstərməmişlər. İddiaçının hüquqi biliyinin olmamasından istifadə edilərək iddia rədd edilmişdir.
26. Apelyasiya məhkəməsi qeyd edir ki, birinci intansiya məhkəməsi mübahisəni həll edərkən Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad etməklə düzgün nəticəyə gəlmişdir. Həmin maddədə isə əqdin etibarlı olub-olmamasından bəhs edilir. Maraqlıdır şəxsin vərəsəliyi qəbul edib-etməməsinin əqdin etibarlı olub-olmamasına nə aidiyyatı var? Birinci instansiya məhkəməsinin münsaibə tləri tənzilməyən maddi hüquq normasının düzgün tətbiq etməməsi elə qətnamənin ləğvi üçün əsas idi.
27. Göründüyü kimi birinci instansiya məhkəməsi düzgün olmayan maddi hüquq normasını tətbiq etmiş, apelyasiya məhkəməsi isə bu hala nəzər yetirməyərək, hətda birinci instansiya məhkəməsinin düzgün hüquq normasını tətbiq etdiyini bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
28. Maddə
13. İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə
29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiy yətlə dəyişdirilməsin.
31. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
32. Maddə
529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
33. Maddə
530. Aşağıdakılar vərəsə ola bilərlər: Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.
34. Maddə
532. Qan un üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
35. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
36. Maddə
556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edili r. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
37. Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
39. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
40. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün hə ll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zam an qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. M addə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədl əri:
54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
57. Belə ki, iddianı “miras əmlakdan payların müəyyən olunması” hissəsində rədd edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, X9 xx.xx.2000-ci il tarixdə vəfat etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
58. Məhkəmə kolleg iyası ilk öncə qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarının tətbiq edilməli olması barədə mövqeyi düzgün olmamaqla, apelyasiya məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilməmişdir.
59. Belə ki, mərhum X4 öldüyü vaxt, yəni xx.xx.2000-ci il tarixdə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilmiş, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi isə yalnız, 01 sentyabr 2000-ci il tarixdən sonra qüvvəyə minmişdir.
60. Bundan başqa iddianı yuxarıda qeyd olunan hissədə rədd edərkən apellyasiya instansiyası məhkəməsi iddiaçının qanunla müəyyən olunan müddətdə mirası nə faktik, nə də qanunla müəyyən edilmiş qa ydada qəbul etməməsi nəticəsinə gəlmişdir.
61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə də razılaşmır. Belə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan altı ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə gör ə onun vərəsəlik hüququndan məhrum olması barədə apelyasiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş Dövlətin mülkiyyət və vərəsəlik hüquqlarına təminat verməsi barədə müddəalarına ziddir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ö lümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar....Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalma sına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.
63. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin v ərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüuqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması qəbulla şərtləndirilməsi ilə bağı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrs ə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.
64. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsini qərara almışdır.
65. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edi r ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş materialları iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə, mülki qanunvericiliyə uyğun olaraq vərəsəlik hüququnun mövcudluğunun, mövcud olduğu halda, miras əmlakda payının müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçının sonrakı iddia tələbini (vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi) onun miras əmlakı qəbul etməməsi əsası ilə rədd etdiyindən və həmin əsaslandır ma qanuni hesab edilmədiyindən, qətnamə qeyd olunan hissədə də ləğv olunmalı və göstərilən tələbə Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq əlavə hüquqi qiymət verilməlidir.
67. İşə yenidən baxılarkən məhkəmə qeyd olunan hüquqi mövqe nəzərə alınmalqa yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.3 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhk əmə aktı qəbul etməlidir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1613/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.