Məhkəmə qərarları › İş №2(102)-1111/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1111/2020

03.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1111/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Bağırov Amid Vahab oğlunun iştirakı ilə, İddiaçı və vəkili Bağırov Amid Vahab oğlunun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli, 2(105)-3027/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-1491/2019 saylı, 15 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh qarşı 20.10.2012-ci il tarixli, 03208 886 nömrəli alqı-satqı müqaviləsinin və həmin yaşayış sahəsinin Cavabdeh adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 26.09.2013-cü il tarixli, RX seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışın ləğv olunması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2019-cu il tarixli, 2(105)-3027/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi T.Q.Məmmədov, Ş.R.Abasov, A.Ə.Abbasov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1491/2019 saylı, 15 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20 oktyabr 2012-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət Notariat Kontorunda Abşeron rayonu, Hökməli qəsəbəsində ona məxsus ümumi sahəsi 329,7 kv.metr olan 5 otaqlı fərdi yaşayış evinə dair onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsində ümumi sahəsi 329,7 kv.m. olan 5 otaqlı fərdi yaşayış evi onun tərəfindən tikilmiş və istismara yararlı hala gətirilmişdir. 2012-ci ildə evi özəlləşdirərək xüsusi mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən müvafiq çıxarış almışdır. O, biznes fəaliyyəti ilə məşğul olmuş və bu fəaliyyətini genişləndirmək üçün yaxın yoldaşlarının istiqamət verməsi yolu ilə “xxxx” ASC-dən evini ipotekaya qoyub 100.000 manat pul vəsaiti götürmək istəmişdir. Müvafiq sənədləri hazırlayıb banka təqdim etdiyi müddətdən sonra gözləməli olduğundan, bu məsələni tezləşdirmək üçün bank işçisi ona istədiyi pul məbləğini faizə (sələmə) verən şəxs olduğunu bildirmiş və onu YYYla görüşdürmüşdür. Razılaşmalarına əsasən YYY ona 100.000 manat pulu, evə dair sənədlərin əslini özündə saxlamaqla, sələmə verir və o, hər ay 3% dərəcəsi ilə faizləri ödəyir. O, YYYa kommersiya işləri ilə məşğul olduğunu bildirmişdi və buna görə də YYY razılıq vermişdi. O, 7 ay faizləri ödəyəndən sonra kommersiya işlərində geriləmə baş vermiş və iflasa uğrayaraq faizləri və əs as borcu ödəyə bilməmişdir. İflas olana qədər o, YYYa 28.000 manat pul vəsaiti ödəmişdir. Əsas borcu ödəyə bilmədiyini görən YYY ona 117.000 manat qaytaracağı təqdirdə, evin sənədlərini verəcəyini bildirmişdir. Onun bu vəsaiti ödəməyə imkanı çatmadığından, YYY onu 20 oktyabr 2012-ci il tarixdə evə dair alqı-satqı müqaviləsi bağlamağa vadar etmişdir. Abşeron rayon 1 saylı dövlət Notariat Kontorunda o, Cavabdeh adında şəxsi görməmiş hazırda da onu tanımır. Notariat Kontorunda müqaviləni YYY ilə gələn Fuad adında şəxs imzalamışdır. 2015-ci ildə alqı-satqı müqaviləsində göstərilmiş 100.000 manat pul vəsaitini qaytarıb evin sənədlərini YYYdan istədikdə, ona məlum olmuşdur ki, mülkiyyətində olan evə dair alqı-satqı YYYun həyat yoldaşı-hazırki Cavabdeh ilə onun arasında aparılmışdır və cavabdehin adına mülkiyyətə dair çıxarış verilmişdir. Bundan sonra mübahisələri davam etmiş, hüquqi savadsızlığından heç bir nəticə əldə edə bilməmiş və o aldanmış, rəsmi sənədlərə əsasən 350-400 min manat civarında qiymətləndirilmiş evi əlindən çıxmışdır. 20 oktyabr 2012-ci il tarixdə ona məxsus olmuş Abşeron rayonu, Hökməli qəsəbəsindəki ümumi sahəsi 329,7 kv.m. olan 5 otaqlı fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyə uyğun bağlanmadığından ləğv edilməli, yaşayış evi ona qaytarılmalıdır. Onun ailə üzvləri mübahisəli evdə deyil, başqa ünvanda yaşayırlar. Rəsmi sənədlər əsasında özünə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində 0,05 ha torpaq sahəsində yerləşən 5 otaqlı fərdi yaşayış evi Cavabdeh tərəfindən əldə edilmişdir. Hazırda həmin mənzilə dair tanımadığ ı, görmədiyi Cavabdeh adına RX ******* saylı, 26 sentyabr 2013-cü il tarixli reyestrdən çıxarış verilmişdir. Ona görə də mübahisə yaranmışdır. Onun kommersiya işlərində geriləmənin baş verməsi, şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi kimi qələmə alınmalıdır, çünki bu məlumatı əldə edən cavabdehin həyat yoldaşı daha ağır şərtlər irəli sürməyə başlamışdır. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək 20 oktyabr 2012-ci il tarixdə Abşeron rayon 1 saylı dövlət Notariat Kontorunda Abşeron rayonu, Hökməli qəsəbəsindəki ona məxsus ümumi sahəsi 329,7 kv.m. olan 5 otaqlı fərdi yaşayış evinə dair onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin və bununla əlaqədar cavabdehə verilmiş RX seriyalı, ******* nömrəli, 26 sentyabr 2013-cü il tarixli daşınmaz əmlaka dair çıxarışı n ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Bağırov Amid Vahab oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, ob yektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Bağırov Amid Vahab oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İd arəsinin və Abşeron rayon 1 saylı Notariat ofisinin nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Bağırov Amid Vahab oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı m addəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidi r. İş materiallarında olan 20 oktyabr 2012-ci il tarixdə Abşeron rayonu 1 saylı Notariat Kontorunda bağlanılaraq 4Ə/2865 sayla reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini və torpağı Cavabdeh adından etibarnamə əsasında çıxış edən X2 100.000 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində 26 sentyabr 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tələb edilərək baxış keçirilmiş İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(012)-483/2018 saylı mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh nümayəndəsi X3 arasında bağlanmış 20 oktyabr 2012ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətə müdaxilə edilməsinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(012)-483/2018 saylı qət naməsi ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətə müdaxilə edilməsinə son qoyulması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2018-ci il tarixli, 2(105)-2658/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(012)-483/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 24 oktyabr 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. -648.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəs ini icra edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sur ətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materialarından görünür ki, İddiaçı iddia tələbini borcunu ödəyə bilmədiyinə görə YYYun onu evə dair alqı-satqı müqaviləsi bağlamağa vadar etməsi və aldanması, onun kommersiya işlərində geriləmənin baş verməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi kimi qiymətləndirilməsi ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, YYYun onu evə dair alqısatqı müqaviləsi bağlamağa vadar etməsi və aldanmasının nədə ifadə olunmasını İddiaçı əsaslandırmamışdır. Həmçinin qeyd edilən hallar müqavilənin ləğvi deyil, etibarsızlığı üçün əsas ola bilər. Halbuki İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası Abşeron Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(012)-483/2018 saylı qətnaməsi ilə rədd edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Kommersiya işlərində geriləmənin baş verməsinin şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi kimi qiymətləndirilməsinə dair İddiaçı irəli sürdüyü dəlillə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən a sılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. -421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilə nin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Hazırki iş üzrə tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilənin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar ləğv edilməsi üçün qanunda nəzərdə tutulan hər hansı əsas olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının kommersiya işlərində geriləmənin baş verməsi hazırki mübahisə üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişil məsi kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq m ünasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 12 sentyabr 2019-cu il tarixli, 2(105)-3027/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar