Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1116/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X12 qarşı QƏRARİ İş № 2(102)-1116/2023 Açar sözlər: mənzildən çıxarılma, mənzilə köçürmə, istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, X6 ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və X12 qarşı mənzildən çıxarılma, mənzilə köçürmə və mənzildən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdeh və digər şəxslərə qadağan edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2215/20 22 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 19 aprel 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. AN-İ № ******* nömrəli 23 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X17 mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 28,0 kv.m sahəsi olan mənzili İddiaçı1 satmışdır.
2. İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-723/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1 iddiası üzrə X2 arvadı X8 ünvan 1-dən məcburi qaydada çıxarılması qət edilmişdir.
4. Xudat MKTİ-nin xx.xx.2021-ci il tarixli 44/1 saylı arayışına əsasən, Xudat şəhəri Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4 X13 məxsusdur. Hal-hazırda isə bu ünvanda onun oğlu Cavabdeh1, gəlini X18, nəvəsi X24 və nəvəsi X25 qeydiyyatsız yaşayır. 5. xx.xx.2021-ci il tarixdə Rövşən Ələkbərovun, Vidadi Dadaşovun, İddiaçı1, Namiq Məmmədovun, İlham Şahbalayevin iştirakı ilə tərtib olunmuş akta əsasən, X3 şəhəri Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4-də yaşamır. Hal-hazırda həmin ünvanda Cavabdeh1, X18, X24 və X25 qeydiyyatsız yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Cavabdeh1, X18 (2 azyaşlı övladı X24 və X25 ilə birlikdə) və digər şəxslərin qanunsuz istifadəsində olan ünvan 1 ünvanında ümumi sahəsi 28,0 kv.m sahəsi olan mənzildən çıxarılmaları, iddiaçılar İddiaçı1 və İddiaç ı2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri, Cavabdeh1 və digər şəxslər tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 mənzildən istifadə hüquqlarına törədilən qanunsuz maneələrin cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. İddianı onunla əsaslandırmışlar ki, Xudat şəhəri Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4 ünvanında ümumi sahəsi 28,0 kv.m sahəsi olan mənzilin keçmiş mülkiyyətçisi X19 ilə İddiaçı1 arasında 23 iyul 2020-cı il tarixdə bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında sözügedən mənzili İddiaçı1 satmışdır. Hər iki İddiaçı1 və İddiaçı2 Xudat şəhəri. Konserv Zavod qəsəbəsi, ev 16, mənzil 4 ünvanında yerləşən mənzilə pasport qeydiyyatındadırlar. Alqı-satqı olmasına baxmayaraq keçmiş mülkiyyətç inin oğlu Cavabdeh1, gəlini X18 və digər şəxslər qanunsuz olaraq iddiaçıların mənzildən istifadə hüququna və mənzilə daxil olmasına qanunsuz maneələr yaradırlar.
8. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbini bildirməmişdirlər.
9. Xaçmaz rayon məhkəməsinin (X4) 2(067)-776/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərin Cavabdeh1, X18 (2 azyaşlı övladı X24 və X25 ilə birlikdə) ünvan 1 ünvanındakı mənzildən çıxarılması, iddiaçıların İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, 23 iyul 2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasın X17 mülkiyyətlərində olan ünvan 1 ünvanında ümumi sahəsi 28,0 kv.m sahəsi olan mənzili İddiaçı1 satmışdır. Göründüyü kimi İddiaçı1 Xaçmaz rayonu Xudat şəhəri Konserv Zavod qəsəbəsi, 16 nömrəli evin 4 nömrəli mənzilin qanuni sahibidir. Cavabdehlər həmin mənzildə qüydiyyatsız yaşayırlar.
11. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1, 157.2, 157.4, 157.5, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin bütünlüklə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxmışdır, məhkəmə prosesində iştirak etmədiyi üçün, i ddia tələbi üzrə etiraz və sübutlar təqdim etmək imkanından məhrum olmuşdur. Məhkəmə tərəfindən maddi hüquq normalar düzgün tətbiq edilməmişdir. O, həmin mənzilin hazırkı mülkiyyətçisi İbrahim Hacıyevin oğludur və qeyd edilən ev onun valideynlərinin birgə nikahda olduqları vaxt əldə edilmişdir. Hazırda anası X32 Rayon Məhkəməsinə iddiaçının əlində əsas tutduğu alqı-satqı müqaviləsinin ləğvi olunması barədə iddia qaldırmışdır. Əvvəllər anası müqavilənin etibarsızlığı barədə iddia qaldırmış, lakin onun iddiası rədd edilmişdir. O, ailəsi ilə mübahisə olan evə atasının razılığı ilə köçürülmüşdür. Məhkəmə bunları nəzərə almamışdır.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1, X5 və X21) 2(105)-2215/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
15. Kollegiya cavabdehin işə onun iştirakı olmadan baxılması və bununla da onun Konstitusion hüquqlarının pozulması barədə gətirdiyi dəlili qəbul etməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehlər məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmışlar (i.v.67, 78, 87).
16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Kollegiya öz mövqeyini əsaslandırarkən MM-in 157.1, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişd ir. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi işə apellyaisiya qaydasında yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, mübahisəli Xaçmaz rayonu Xudat şəhəri, Konserv zavodu qəsəbəsi,ev 16,mənzil 4-ün mülkiyyətçisi olmuş İ.Hacıyevin oğludur və qeyd edilən ev onun valideynlərinin birgə nikahda olduqları vaxt əldə edilmişdir. Hazırda Cavabdeh1 anası X32 rayon məhkəməsində iddiaçının əlində əsas tutduğu alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddia qaldırmışdır. Belə ki, o əvvəlcə mübahisəli evə dair alqı-satqı müqaviləsinin ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və işə baxan Azərbaycan Respublikası Ali Məhkə məsi öz qərarında izah etmişdir ki, N.Hacıyeva həmin müqavilə üzrə tərəf olmadığı üçün o müqavilənin etibarsızlığı ilə bağlı iddia vermək hüququna malikdir. Hazırda qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı Xacmaz rayon məhkəməsində iddia qaldırmışdır və mübahisə davam edir. Həmin mənzilə dair iddiaçı ilə alqı-satqı müqaviləsi bağlanılmamışdan da qabaq Cavabdeh1 ailə üzvləri ilə bu evdə yaşamış, evə mülkiyyətçinin ailə üzvü qismində onun razılığı əsasında köçürülmüş və bu evdə hazırki vaxtadək yaşayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
20. Maddə 13.1 və 13.2 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 2
1. Maddə 29.1, 29.2, 29.3 və 29.4 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas Konvensiyasına dair 1 saylı Protokol” azadlıqlarının müdafiəsi haqqında” Avropa
22. Maddə
1. Mülkiyyət in müdafiəsi: hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.1. mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
25. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına mün asibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hü quqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində Cavabdeh1 qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, kass asiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
36. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh satıcının ailə üzvü olmaqla həmin mənzildə qeydiyyatsız yaşayır.
37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mənzilə istifadə hüququnun olması ehtimal edilsə belə, belə hüquq daşınmaz əmlakın dövlət reysetrində qeydə alınmadığından və cavabdehin mənzildə qeydiyyatı olmadığından alıcı əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlıdır və buna görə də, mülkiyyətçinin dəyişməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən bu mənzilə cav abdehin ehtimal edilən hər hansı hüquqlarının xitamına səbəb olmuşdur.
38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2215/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.