Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1118/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(029)82/2019, hakim R.V.Kazımov) İddiaçı cavabdeh X5, üçüncü şəxs Qusar rayon Notariat Kontoruna qarşı miras əmlakın qəbul edilm əsi müddətinin uzadılması, vərəsəlik haqqında şəhadətnamələrin və çıxarışın etibarsız hesab edilməsi və miras əmlaka dair payların müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-2732/2019, hakimlər L.M.Məmmədova, S.A.Qafari və F.Ə.Məmmədov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, İddiaçı cavabdeh X5, üçüncü şəxs Qusar rayon Notariat kontoruna qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik haqqında şəhadətnamələrin və çıxarışın etibarsız hesab edilməsi və miras əmlaka dair payların müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2018-ci il tarixdə İddiaçı X5 qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlaka dair payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan X6 Komitəsi yanında Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi İdarəsinin maraqlı şəxs qismində cəlb edilməklə, iddia ərizəsinə vərəsəlik haqqında şəhadətnamələrin və çıxarışın etibarsız hesab edilməsi barədə tələblərinin də əlavə edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak e dən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət üzürlü səbəbdən ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apell yasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilən müddətin uzadılması, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və miras əmlakdan pay tələbi təşkil edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası İddiaçı 2011-ci ildə vəfat etmiş, mərhumun istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi, Qusar rayonunun Qələcuq kəndində 1,62 ha torpaq sahəsi və əmanət kassasında pulu olmuşdur. Cavabdeh vərəsəlik şəhadətnaməsi alarkən ondan başqa vərəsələrin olmasını n otariat orqanından gizlətməklə, onun qanunla qorunan hüquqlarını pozmuşdur. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən, mərhum Rzaxanov Vəzir Mirzəxan oğluna məxsus olan 0.23 hektar və 1.62 hektar olan torpaq sahələri və fərdi yaşayış evi mərhum mərhum tərəfindən cavabdehə vəsiyyət edilmişdir. Cavabdeh həmin vəsiyyətnamə üzrə əmanət kassasındakı pula dair xx xxxx 2012-ci il tarixdə, ünvan 1i ünvanında yerləşən torpaq sahəsinə dair xx xxxxxx 2016-cı il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı 2018-ci ilin iyun ayında notariat orqanına müraciət edərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, notariat orqanı tərəfindən artıq cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyindən, iddiaçıya şəhadətnamə verilməsindən imtina edilmişdir. Mirasın qəbul edilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin tələblərinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı mirasın qəbul edilməsi müddətinin uzadılm ası barədə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh sənədləri saxtalaşdıraraq vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi almış, digər vərəsələrin adlarını arayışda qeyd etdirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mirasın qəbul edilməsi müddətinin uzadılması barədə ərizəsində irəli sürdüyü dəlil gecikdirmənin səbəbinin üzürlü sayılması üçün əsas hesab edilə bilməz. Müddətin uzadılması üçün vərəsənin mirasın qəbul edilməsi ilə bağlı hərəkətsizliyi həmin şəxsin iradəsindən kənar, qarşısıalınmaz hadisə ilə əlaqədar olmalıdır. Deməli, hazırkı halda mirasın qəbul edilməsi üçün iddiaçın ın notariat orqanına qanunla müəyyən edilən müddətdə ərizə verməməsi yalnız onun iradəsindən asılı olmayan səbəbdən baş verdiyi halda buraxılmış müddət üzürlü hesab edilə bilər. Halbuki iddiaçının göstərdiyi kimi cavabdeh tərəfindən digər vərəsələrin olmasının notariat orqanına bildirilməməsi müddətin üzürlü səbəbdən ötürülməsi barədə nəticəyə gəlmək üçün əsas hesab edilə bilməz. Beləliklə, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları- qanunla müəyyən edilən müddət ərzində mirası üzürlü səbəbdən qəbul etməməsi ilə bağlı dəlillərini sübut edə bilməmişdir. Bu halda, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmədiyindən, vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədə
Məhkəmə qərarları › İş №2(102)-1118/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1118/2020
19.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver