Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-112/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin aldatma nəticəsində bağlanmasına görə etibarsız sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-619/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Tərəflər arasında bağlanmış 20 may 2022-ci il tarixli alqı-satqısı müqaviləsinə əsasən, satıcı İddiaçı mülkiyyətində olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən ümumi sahəsi 0,765 ha olan torpaq sahəsini 3.000 manata alıcı Cavabdeh satmışdır; 3. xx.xx.2022-ci il tarixli “Öhdəlik razılaşması”na əsasən, Cavabdeh atası X16 aralarındakı torpaq mübahisəsi ilə əlaqədar olaraq mübahisəli torpağın faktiki mülkiyyətçisi İddiaçı bacısının həyat yoldaşı X7 əmin etmişdir ki, iki ay müddətində Bakı şəhəri, Zirə qəsəbəsindəki torpaq sahəsinə aid mülkiyyət hüququna aid sənədləri əldə edərək, alqısatqını qanunauyğun şəkildə rəsmiləşdirəcəkdir. Əks halda, 150.000 manat dəyərində olan Salyan rayonunun Qarabağlı kəndində yerləşən torpaq sahəsini ya rarlı vəziyyətdə X8 qaytaracaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə onun arasında olan razılığa əsasən mülkiyyətində olan üzərində istixana quraşdırılmış 0,765 hektar torpaq sahəsini onun mülkiyyətinə verməyi, cavabdeh isə özünün faktiki istifadəsindəki Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən bir hektara yaxın torpaq sahəsini iki ay müddətində özəlləşdirərək mülkiyyətinə vermək öhdəliyini öz üzərinə götürmüş dür. Salyan rayonunun Qarabağlı kəndində yerləşən torpaq sahəsinə aid onun mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışı olduğu üçün həmin torpaq sahəsi alqı-satqı yolu ilə Salyan rayon 2 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş və bu barədə xx.xx.2022-ci il tarixdə AN-İ saylı ******* nömrəli alqı-satqı müqaviləsi tərtib edilmişdir. Lakin həmin vaxtdan artıq iki ildən çox bir müddət keçməsinə baxmayaraq Cavabdeh Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən torpaq sahəsini faktiki olaraq bacısının əri X4 istifadəsinə versə də, həmin torpaq sahəsini rəsmiləşdirib, ona məxsus olmasını təsdiq edən mülkiyyət hüququ barədə hüquqi sənədi əldə etməməklə onu aldatmışdır.
6. Məhkəmə iclasında şahid qismində dindirlimiş X3 i zahatında göstərmişdir ki, iddiaçının yeznəsi Turalın tanışı olmuşdur. Bir az hüquqdan xəbəri olduğu üçün ona hüquqi yardım göstərmişdir. Cavabdehi 2022-ci ilin oktyabr, sonuncunun atasını isə həmin ilin aprel ayından tanımışdır. 2019-cu iliun ortalarında iddiaçının yeznəsinin atası Əliyarov Həmid ona demişdir ki, cavabdeh oğlu ilə bir birlərinə məxsus torpq sahələrini başa-baş dəyişmək istəyirlər. Bunun üçün cavabdeh onun oğluna söz vermişdir ki, özünə məxsus Zirə qəsəbəsində yerləşən torqar sahəsini adına rəsmiləşdirib onu oğlunun adına keçirəcəkdir. Oğlu ona inanaraq öz torpaq sahəsini cavabdehə alqı-satqı yolu ilə satmış, lakin cavabdeh öz öhdəliyinə əməl etməmişdir. Əslində satılmış torpaq sahəsi iddiaçıya məxsus olmamışdır. Həmin torpaq sahəsinin əsl sahibi Tural Əliyarov olmuşdur. S onuncu ona zəng edib bildirmişdir ki, cavabdehi DTX həbs etmiş, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün ondan DTX-ə şikayət edəcəkdir. Cavabında ona cavabdehin atası ilə görüşərək həmin mübahisənin həll etməsini təklif etmişdir. Bundan sonra cavabdehin atası ilə Suraxanıda görüşmüş, cavabdehin atası oğluna möhlət, şans verməsini onlardan xahiş etmişdir. Orada xx.xx.2022-ci il tarixdə əlyazama ilə o, öhdəlik razılaşması yazmış və həmin razılaşmanı o cümlədən də cavabdehin atası da imzalamışdır. Bundan sonra cavabdeh DTX-dən buraxılmış, lakin cavabdehlə onun atası ilə dəfələrlə əlaqə saxlamaq istəsələr də cavabeh telefon zənglərinə cavab verməmiş, onun atası isə cavabdehin onlarla görüşəcəyini bildirmişdir. Cavabdeh onun yanına gəlmiş və öhdəliyini icrası üçün ondan vaxt istəmi ş, lakin öhdəliyinə əməl etməmişdir. İddiaçının Turalın öz torpaq sahəsinin cavabdehə satmasından xəbəri olmamışdır.
7. Məhkəmədə dindirlimiş şahid X11 izahatında göstərmişdir ki, iddiaçı onun qaynı olmuşdur. Üstündə istixana quraşdırılmış və iddiaçı tərəfində cavabdehə satılmış torpaq sahəsi faktiki olaraq ona məxsus olmuşdur. O, özünə məxsus istixananı 150 000 manata satmaq istəmiş, cavabdeh isə onu almaq istəmişdir. Lakin cavabdeh ona bildirmişdir ki, onda 150 000 manat nağd pulu olmamış, hazırda obyektlərini satışa qoymuş, istəyirsə barter edərlər. Cavabdeh bildirmişdir ki, İqtisadiyyat Nazirliytindən ona pul ayırmaq istəyirlər, bunun üçün ona obyekt lazımdır, oradan alacağı pul ilə Zirədəki torpaq sahəsin adına keçirib onu iddiaçının adına rəsmiləşdirəcəkdir. O cavabdehə inanaraq onun la razılaşmış və faktiki olaraq özünə məxsus istixana yerləşən torpaq sahəsini iddiaçı vasitəsilə cavabdehə satmışdır. Əslində həmin istixana ilə birlikdə satılmış torpaq sahəsini real bazar dəyəri 200 000 manat olmuşdur. Ona 3000 manat qiymət formal olaraq qoyulmuşdur. Əslində cavabdeh topağın alışına görə real olaraq 3000 manat pul veməmişdir. Cavabdeh öhdəlyini icra etməkdən yayınmışdır. Onlara hüquqi yardım göstərən X1 müraciət edərək ona bildirmişdir ki. onlar da DTX-ə şikayət etsinlər. Lakin sonuncu bildirmişdir ki, ilk əvvəkl cavabdhin atası ilə görüşüb söhbət etsinlər. Onlar cavabdehin atası ilə əlaqə saxlamış, cavabdehin atası maklerlərlə birlikdə onların yanına gəlmiş və söhbət etdikləri zaman onlar cavabehdən gileyləndikləri zaman, cavabdehin atası bildirmişdir ki, cavabdehin bi r neçə belə problemli işləri vardır, oğlu həbsdən çıxsın, özü bütün problemləri həll edəcəkdir. Cavabdehin atası ilə razılaşaraq notariat kontorunda öhdəlik müqaviləsi bağlamaq istəsələr də, notarius belə müqavilənin bağlanılmasının mümkünsüz olduğunu onlara bildirmişdir. Buna görə də, onlar oradan çıxdıqdan sonra Nəsirulla əlyazma ilə öhdəlik razılaşması yazmış, onu o, cavabdehin atası, Nəsirulla və makler imzalamışlar. Həmin razılaşma 2022-ci ilin aprel ayının əvvələrində tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisələndirlən alqı-satqı müqaviləsi cavabdehin təkidi ilə bağlanmışdır. Onun qiyməti barəsində iddiaçının xəbəri olmamışdır. İddiaçının bu işdə heç bir marağı olmamış, sadəcə sənədləşmə onun adından aparılmışdır.
8. Məhkəmədə dindirlimiş şahid X12 izahatında göstərmiş dir ki, tərəfləri tanımır. O, X5 istixanasında fəhlə kimi işləmişdir. 2019-cu ildə eşitmişdir ki, Tural həmin istixananı Zirədəki bir torpağa dəyişdiyindən, o 2019-cu ildə istixanadan işdən çıxmışdır. Sonradan görmüşdür ki, həmin istixananı cavabdeh işlədir.
9. Məhkəmədə dindirlimiş şahid X9 göstərmişdir ki, iddiaçını tanımır, cavabdehi isə istixanaya gələndən sonra tanımışdır. O, 2017-2019-cu illərdə Turala məxsus istixanada mühafizəçi işləmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsindən 1-2 ay əvvəl həmin istixanadan çıxmışdır. İstixananın sahibi Turalın atası Həmid ona bildirmişdir ki, onlar istixananı Ceyhun adlı şəxsə satmaq istəmişlər. Sonradan eşitmişdir ki, Ceyhun həmin istixananı artıq işlədir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.20 23-cü il tarixli ekspert rəyinə əsasən, Salyan rayonu Qarabağlı kəndində yerləşən istixana kompleksinin yerləşdiyi ərazilərə yaxın ərazilərdə mövcud olan 1,20 ha istixananın 2020-ci ilin may ayına olan orta bazar qiyməti təqribən 130000 manat məbləğində müəyyən edilmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(005)-619/2024 saylı 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia təmin edilmişdir.
12. Məhkəmə hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh atası X16 arasında bağlanan 8 aprel 2022-ci il tarixli “Öhdəlik razılşaması” öhdəliklə şərtləşdirildiyindən, iddiaçı tərəfindən öhdəlik icra edilsə də, cavabdeh tərəfindən öhdəlik şərtləri pozulduğundan iddia tələbi əsaslı olmaqla təmin edilməklə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab e dilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Republikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 386.1, 390.1, 427.3, 448.1, 152.1, 152.5 və 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 337.1ci maddəsinə istinad etməklə səhvə yol vermişdir. Belə ki, onunla iddiaçı arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmamışdır. Müqavilə bağlanarkən hər iki tərəf azad iradə ifadəsinə istinad etməklə sərbəst şəkildə əqdi imzalamış, alqı-satqının predmeti daşınmaz əmlak olduğundan mü qavilə qanunla müəyyən olunan qaydada, yəni notarial qaydada bağlanmış, torpağın dəyəri razılaşdırılmış məbləğdə və qanunla müəyyən olunan qaydada satıcıya ödənilmişdir. Məhkəmə əqdi əhəmiyyətsiz əqd hesab etsə də, öz qətnaməsində mübahisələndirilən alqı-satqı müqaviləsinin hansı dəlillərə görə əhəmiyyətsiz əqd hesab etdiyini əsaslandırmamışdır. Çünki bu cür dəlillər mövcud deyildir. İşin hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsi xx.xx.2020-ci ildə bağlanmışdır. Lakin iddiaçı məhkəməyə 2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi əhəmiyyətsiz əqdlərin etibarsız hesab olunmasına dair qanunla müəyyən olunmuş 1 illik iddia müddəti açıq aşkar ötürülmüşdür. Cavabdehin məhkəmə prosesində iştirakı təmin olunmadığı üçün o, mübahisəyə iddia müddətinin tətbiq olunma sı barədə ərizə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Yəni, bu qəbildən olan işlərdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsə belə, müddət üzrlü səbəblərdən buraxıldığı təqdirdə məhkəmə mübahisəyə iddia müddətini tətbiq etməyə borcludur. İşin hallarından görünür ki, müddətin üzrlü səbəbdən buraxılmasına dair sübutlar mövcud deyildir. İddia çı isə buraxılmış müddətin bərpasına dair ərizə verməmişdir. Məhkəmə iddianı təmin edərkən əsasən atası X16 ilə torpağın faktiki mülkiyyətçisi İddiaçı bacısının həyat yoldaşı X13 arasında sadə yazılı formada tərtib olunmuş əlyazmaya istinad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, nə X16, nə də X13 alqı-satqı müqaviləsinin iştirakçıları olmamışdır. Alıcı mübahisəli əmlakın alqı-satqı şərtlərinin müəyyən olunmasında işrirak etməklə əlaqədar atası X14 notarial qaydada təsdiq olunmuş rəsmi etibarnamə verməmişdir. Satıcı İddiaçı bacısının həyat yoldaşı X8 bu məzmunda etibarnamə verməsi də öz təsdiqini tapmamışdır. Belə olan halda həmin şəxslər arasında bağlanmış şifahi razılaşma alqı-satqının etibarsızlığı üçün əsas ola bilməzdi. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə də verdiyi izahatdan da görünür ki, X16 Bakı şəhəri, Zirə qəsəbəsindəki torpaq sahəsini faktiki olaraq X4 istifadəsinə vermişdir. Həmin torpaq sahəsinin X4 adına özəlləşdirmək öhdəliyinin X10 üzərinə qoyulması barədə razılaşmanın hazırkı mübahisəyə heç bir aidiyyəti olmamışdır. Ümumiyyətlə, X16 torpaq sahəsinin mülkiyyətçisi deyil və mülkiyyətçi tərəfindən ona bu cür səlahiyyət verilməmişdir. İddiaçının dəlillərindən biri də budur ki, torpaq satılan vaxt onun real qiyməti təqribən 200.000 manat olmuş, onu 150.000 manata satmaq istəmiş, lakin onun Zirə qəsəbəsində qeyd olunan torpaq sahəsini verəcəyini nəzərə alaraq alqı-satqı qiymətini formal olaraq 3.000 manat müəyyən etmişlər. Məhkəmə nəzərə almamışdır ki, müqavilənin mühim şərtləri satıcı və alıcı tərəfindən müəyyən olunur. Qiymətin han sısa kənar təsirin olması və ya aldatma nəticəsində 3.000 manat müəyyən olunmasına dair hər hansı bir sübut mövcud deyildir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, ekspert rəyində Salyan rayonu Qarabağlı kəndində yerləşən istixana kompleksinin yerləşdiyi ərazilərə yaxın ərazilərdə mövcud olan 1,20 ha istixananın 2020-ci ilin may ayına olan orta bazar qiyməti təqribən 130.000 manat məbləğində müəyyən edilmişdir. Halbuki, satılan torpaq sahəsinin ölçüsü 1,20 ha deyil, cəmi 0,765 ha təşkil edir. Buna baxmayaraq məhkəmə ekspert rəyinə sübutlardan biri kimi istinad etmişdir. İşin mahiyyəti üzrə həll olunub iddianın rədd olunması üçün kifayət qədər sübutlar olduğu halda məhkəmə heç bir zərurət olmadan iş üzrə ekspertiza təyin etmişdir. Bununla yanaşı qeyd olunan ziddiyyəti aradan qaldırma q üçün əlavə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Ümumiyyətlə qətnamədə iddianın qanuni və əsaslı olmasına dəlalət edən və məhkəmə tərəfindən müəyyən olunan hər hansı bir hüquqi əsaslandırma mövcud deyildir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində çoxsaylı maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, həmin normaların mübahisəyə nə dərəcədə aid olubolmamasına aydınlıq gətirməmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-1616/2-10/2458-9/2448 nömrəli 4 iyun 2024-cü il tarixli ekspert rəyi ilə xx.xx.2020-ci il tarixli, AN-İ ******* seriyalı Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin predmeti olan Salyan rayonu, Qarabağlı kəndində yerləşən 0,765 ha torpaq sahəsinin müqavilə bağlanan zaman mövcud olan bazar qiym əti təqribən 130.050 manat məbləğində müəyyən olunmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-619/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva – sədrlik edən və məruzəçi, Fuad Babayev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmə mülki qanunvericiliyin əqdin mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq etməkdə və araşdırmanı aldatmanın olub-olmaması istiqamətində aparmaqda haqlı olmuşdur.
19. Belə ki, hazırkı iş üzrə mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməs i mübahisə predmeti olmamış, bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə də uyğun olmuşdur. İddia tələbinin məhz həmin müqavilənin cavabdeh tərəfindən aldanması (cavabdehin sonrakı hərəkətsizliyi) nəticəsində bağlanması səbəbindən etibarsız sayılması ilə bağlı olmuşdur. İş materiallarından da müəyyən olunmuşdur ki, iddiaçı mübahisələndirilən müqavilə bağlanan zaman cavabdeh tərəfindən aldanmış, o, Salyan rayonunun Qarabağlı kəndində yerləşən, üzərində istixana quraşdırılmış 0,765 hektar torpaq sahəsinin əvəzində guya qanuni sahibliyində olan lakin adına rəsmiləşdirilməmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən bir hektara yaxın torpaq sahəsini verəcəyi barəsində yalan məlumat vermişdir. Yəni mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasını təmin etmək üçün yalan məlumat vermişdir. İddiaçı da qarşı tərəfə inanaraq həqiqətə uyğun olmayan qənaəti nəticəsində mövcud müqaviləni simvolik qiymət müəyyən etməklə bağlamağa razılaşmışdır.
20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin kəsici müddətin ötürülmüş olması ilə bağlı dəlilləri ilə razılaşmayaraq bildimişdir ki, iddiaçının bildirdiyi hal, yəni müqavilənin aldatma nəticəsində bağlanması iradənin zədələnməsi ilə bağlanan əqd olmaqla təsnifatına görə mübahisələndirilən əqdlər kateqoriyasına aid olduğundan qanunvericilik 1 illik mübahisələndirmə (kəsici) müddəti müəyyən etmişdir.
21. Hazırkı mülki iş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, iddiaçı mübahisələndirilən müqavilə bağlanan zaman cavabdeh tərəfindən aldanmış, o, Salyan rayon unun Qarabağlı kəndində yerləşən, üzərində istixana quraşdırılmış 0,765 hektar torpaq sahəsinin əvəzində guya qanuni sahibliyində olan, lakin adına rəsmiləşdirilməmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən bir hektara yaxın torpaq sahəsini verəcəyi barəsində yalan məlumat vermişdir. İddiaçı faktiki istifadəsinə verilmiş torpaq sahəsinin qohumunun adına sənədləşdirməyi gözləmiş, bu istiqamətdə bir neçə dəfə müvafiq cəhdlər etmiş, lakin aldandığını dərk etdikdən, bununla da əqdi mübahisələndirmək hüququ yarandıqdan sonra bir il ərzində, məhkəməyə müraciət etməklə 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik müddəti ötürməmişdir.
22. Məhkəmə kollgieyası həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı verilmiş şahid ifadələri, diskdəki səs yazıları və xx.xx.20 22-ci il tarixli “Öhdəlik razılaşması”ndan əqdin etibarsızlığına dəlalət edən sübut olaraq istifadə edilməsi mümkün olmasa da, qeyd edilənlər iddiaçının cavabdehə bu mübahisənin öz aralarında həll olunması üçün dəfələrlə müraciət etdiyinə, bunun üçün gözləmə mövqeyini tutduğuna dəlalət etdiyindən, kəsici müddətinin axımı ən azı xx.xx.2022-ci il tarixindən hesablanmalıdır.
23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Republikası Mülki Məcəlləsinin 234, 337.1, 337.2, 339.2, 339.3, 339.6, 354.2, 404.1, 404.2, 425, 560.1, 560.2, 560.3.4, 567, 646.1, 646.2, 662-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2020-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasi ya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
30. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
31. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
32. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirild iyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı mübahisə olunan müqaviləni cavabdehin ona verdiyi yanlış məlumatlarla aldanma nəticəsində bağlamış və aldadıldığını bildikdən sonra qanunla müəyyən edilmiş kəsici müddətdə əqdi mübahisələndirmişdir. Belə olan halda, aldatma səbəbilə mübahisələndirilmiş əqdin etibarsızlığının məhkəmə tərəfindən təsbit edilərək iddianın təmin olunması qanuni və əsaslıdır.
42. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur.
43. Həmin Məcəllənin 337.2-ci və 354.2-ci maddələrinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilə nin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələri ni rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-619/2024 nömrəli, 3 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.