Məhkəmə qərarları › İş №2(102)-1120/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1120/2021

02.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1120/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh2, Qusar rayon Notariat Kontoruna, üçüncü şəxslər X4, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, iddia müddəti) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1, vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 cavabdehlər Qusar rayon Notariat Kontoruna, Cavabdeh2, üçüncü şəxslər X4, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon X17 tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli xx-xxx reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki o, xx xxxx 1957-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X7 və X3 olmuşdur. Atası Pirvəli xx xxxxxx 1983-cü il tarixdə, anası X10 isə xx xxxxxx 1997-ci il tarixdə vəfat etmişlər. Valideynləri vəfat etdikdən sonra onların ünvan1 ünvanda 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 43.7 kv.metr olan fərdi yaşayış evi qalmışdır. Valideynləri vəfat etdikdən sonra isə ona məlum olmayan şəraitdə və vaxtda həmin ev və torpaq sahəsi vərəsəlik qaydasında qardaşı X11 mülkiyyətinə keçmişdir. Bu barədə ona sonradan məlum olmuşdur. Belə ki, o, valideynlərinin mirasını vərəsə kimi qəbul etmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişdir. X2 adına vərəsəlik şəhadətnaməsi verilərkən onun da vərəsə olmağı nəzərə alınmamış və onun xəbəri olmadan həmin evə və torpaq sahəsinə X11 vərəsəlik hüququ müəyyən olunaraq adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X13 xx xxxx 2019-cu il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra həmin miras qızı Cavabdeh2 verilmişdir. X11 adına vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2011-ci il tarixli xxxxx nömrəli Arayış olmuşdur. Həmin arayışda vərəsələrin dairəsi tam olaraq göstərilməmişdir. Bununla da, X11 adına Qusar rayon Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə düzgün verilməmiş, şəhadətnamə verilərkən miras qoyanın vərəsələri tam müəyyən edilməmiş, nəticədə onun vərəsə kimi hüququ pozulmaqla, mirasdan pay almaq hüququndan məhrum olmuşdur. Bundan başqa mərhum qardaşı X13 özü mərhum valideynlərinin mirasını qəbul etmək üçün müəyyən olunmuş müddəti ötürmüş və xx xxxxxx 2011-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə verərək həmin mirası qəbul etmədiyini, bu barədə gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Belə olan halda, həmin miras notariat qaydasında mərhum qardaşı X15 adına verilə bilməzdi. Ümumiyyətlə, mərhum valideynlərinin ondan başqa digər bütün vərəsələri mirası qəbul etmək istəməmələri barədə ərizələr vermişlər. Belə ki, onun mərhum valideynlərinin ölümündən sonra miras qalmış əmlaklarda birinci dərəcəli vərəsə kimi payı vardır və həmin pay onun adına rəsmiləşdirilməlidir. Buna görə də Qusar rayon No tariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ləğv edilməli və onun pozulmuş hüquqları bərpa edilməlidir. Cavabdeh2 nümayəndəsi Vəkil2 məhkəməyə iddia müddətinin tətəbiq olunması barədə ərizə ünvanlayaraq, məhkəmədən iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli, 2(029)-****/2020 nömrəli (hakim Rafiq Kazımov) qətnaməsi ilə İddiaçı1nın cavabdehlər Qusar rayon Notariat Kontoruna, Cavabdeh2, üçüncü şəxslər X4, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan, həmçinin iddia müddəti tədbiq edilməklə rədd edilmə si qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, ünvan2 ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 46.4 kv.metr olan 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı və Cavabdeh2 atası X11 atası X9 məxsus olmuşdur. Sonuncu, xx xxxxxx 1983-cü ildə vəfat etmişdir. O, vəfat etdikdən sonra həmin evdə X13 qeydiyyatda olmaqla yaşamış, həmin evə və torpaq sahəsinə sahiblik etməklə onları idarə etmiş və bununla da, həmin vaxtdan həmin mirası faktiki olaraq qəbul etmişdir. Mirası faktiki olaraq qəbul etməklə yanaşı o, həm də mirasın qəbul edilməsi ilə bağlı Qusar rayon Notariat Kontoruna müraciət etmiş, mirası qəbul etmək barədə öz istəyini bildirmiş və həmin notariat kontoru tərəfindən həmin şəxsin adına xx xxxxxx 2011-ci il tarixli **-***** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. İddiaçı isə X22 vəfat etdiyi vaxtdan, yəni xx xxxxxx 1983-cü il tarixdən etibarən həmin mirasın qəbul edilməsi ilə bağlı heç bir iradə ifadəsi bildirməmiş, bu barədə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki qəbul edilməsi istiqamətində heç bir hərəkətlər etməmişdir. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra da, iddiaçı mirasla bağlı heç bir iradə ifadəsi bildirməmiş, mirasa dair hər hansı mübahisə yaratmamışdır. Yalnız, xx xxxx 2019-cu il tarixdə X15 vəfat etdikdən sonra iddiaçı mirası qəbul etmək istəyini bildirmiş və bununla bağlı hazırkı iddianı irəli sürmüşdür. Bununla da, həmin şəhadətnamə verilərkən Mülki Məcəllənin tələbləri, o cümlədən iddiaçının mənafeyi pozulmamışdır. Bundan başqa, İddiaçı tərəfindən X22 vəfat etdiyi vaxtdan, yəni xx xxxxxx 1983-cü il tarixdən indiyədək mirası hansı səbəblərdən qəbul etməməsi, qanunla müəyyən olunmuş müddəti ötürməsi, eləcə də, mübahisələndirilən şəhadətnamənin barəsində həmin şəhadətnamənin verildiyi vaxtdan uzun müddət keçdikdən, yəni iddia müddəti ötürüldükdən sonra hazırkı iddianı verməsi əsaslandırılmamış, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti, o cümlədən iddia müddəti üzürsüz səbəbdən ötürülmüşdür. Ona görə də, məhkəmə hazırkı iddiaya dair iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh t ərəfin ərizəsi ilə razılaşaraq iddia müddətinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəllənin 347.1, 354, 372, 373, 375, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1321.1, 1321.2, 1321.3, 1322-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilib yeni bir qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayət i təmin edilməyərək, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-*****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmə tərəfindən iş üzrə əsl cavabdehin dəyişdirilməsi barədə birinci instansiya məhkəməsi tərəfindən təklif edilməməsi barədə gətirdiyi dəlil əsassızdır. Belə ki, iddianın təmin edilməməsinin əsası iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı1 (vəkili Vəkil1) kasasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-*****/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbi üzrə mülki işin yenidən apelyasiya qaydasında baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunun tələbləri pozulmuşdur. Belə ki, apelyasiya şikayətinə baxılarkən onnun əsas istinad etdiyi xüsusat, yəni mübahisə predmeti olan və valideynlərindən miras qalmış ünvan3 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki ümumi sahəsi 43.7 kv.m olan birmərtəbəli yaşayış evinə qardaş ı X11 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə əsas olan Qusar RİHB-nin Qusar şəhər İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 27..09.2011-ci il tarixli, ****saylı saxtalaşdırılmış arayışın olmasına qiymət verilməmiş, həmin arayış sübut növü kimi qəbul edilməmiş, yalnız birinci instansiya məhkəməsində istinad edilmiş sənədlər sadalanmaqla və iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi əsas göstərilməklə apelyasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən arayışda mərhum valideynlərindən sonra qalan vərəsələrin dairəsi tam müəyyən edilməmiş, həmin arayışda birinci dərəcəli vərəsə kimi onun adı göstərilməmiş, nəticədə onun vərəsə kimi hüququ pozulmaqla mirasdan pay almaq hüququndan məhrum edilmişdir. Bundan başqa, qardaşı X15 miras qoyan anası vəfat edərkən qeyd olunan ünvanda yaşamamış, mirası faktiki qəbul etməmiş, özü xx.xx.2011-ci il tarixdə Qusar Rayon Notariat Kontoruna ərizə ilə müraciət edərək, mirasdan özünə çatan payı nə faktiki, nə də ərizə ilə müraciət edərək qəbul etməməsini, 6 aylıq müddəti buraxmasını, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Belə olan halda, həmin miras əmlaka notariat qaydasında mərhum qardaşı X15 n adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməzdi. Bütün bunlara baxmayaraq, Qusar Rayon Notariat Kontoru qardaşı X15 miras əmlakdan imtina etməsinə dair ərizə verdikdən cəmi 12 gün sonra, yəni xx.xx.2011-ci ildə həmin əmlaka X15 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu barədə o, qardaşı X15 vəfat etdikdən sonra, valideynlərindən miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə xx.xx.2020-ci ildə Qusar Rayon Notariat Kontoruna ərizə verdiyi vaxt xəbər tutmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Qusar Rayon Notariat Kontorunun səlahiyyətli nümayəndəsi, 3-cü şəxslər X6, X12, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkə məhkəmə iclasına gəlməyən şəx slərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı1nın, vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-***/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 354 Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına t əsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn təl əblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə

375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüq uqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə e dən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması v ə ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçı kasasiya şikayətində dəlil olaraq X15 miras qoyan anası vəfat edərkən qeyd olunan ünvanda yaşamadığını, mirası faktiki qəbul etmədiyini, özünün xx.xx.2011-ci il tarixdə Qusar Rayon Notariat Kontoruna ərizə ilə müraciət edərək, mirasdan özünə çatan payı nə faktiki, nə də ərizə ilə müraciət edərək qəbul etməməsini, 6 aylıq müddəti buraxmasını, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəyini bildirməsini dəlil olaraq göstərsə də, bununla bağlı qeyd edilməlidir ki, kasasiya yoxlaması zama nı iş materiallarında olan və adıçəkilən ərizənin məzmunundan müəyyən edilir ki, X15 atasından deyil, yalnız anası X1 miras qalmış əmlaklar barədə özünə çatası payı qəbul etmədiyini göstərmişdir. (səh ****) Cavabdehin atasında miras qalmış əmlakdan imtina etməsi barədə isə iş materiallarında hər hansı sübut yoxdur. Həmçinin kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, İddiaçı tərəfindən X22 vəfat etdiyi vaxtdan, yəni xx xxxxxx 1983-cü il tarixdən indiyədək mirası hansı səbəblərdən qəbul etməməsi, qanunla müəyyən olunmuş müddəti ötürməsi, eləcə də, mübahisələndirilən şəhadətnamənin barəsində həmin şəhadətnamənin verildiyi vaxtdan uzun müddət keçdikdən, yəni iddia müddəti ötürüldükdən sonra hazırkı iddianı verməsi əsaslandırılmamış, bu barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdi r. Beləliklə, iddiaçı tərəfindən mirasın qəbul edilməsi müddəti, o cümlədən iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar