Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1120/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Təbii qazdan istifadə ilə bağlı mübahisələr; təbii qazdan istifadəyə görə əssasız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5922/2024 nömrəli, 9 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında quraşdırılmış sayğac üzrə abonent kodu iddiaçının atası - X3 adınadır. X7 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir.
2. Cavabdeh İstehsalat Biriliyinin Bakı X12 Departamenti ilə istehlakçı X6 arasında “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2018-ci il tarixli, T/17311 saylı müqavilə bağlanılmışdır. 3. **********00000 saylı abonent koduna 2023-cü ilin oktyabr ayınadək ümumilikdə 17.848,16 manat (12.758,06 manat sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəyə görə, 5.090,10 istifadə olunmuş qaz sərfiyyatına görə) hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qa rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 17.848,16 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən yaşadığı evin qaz sayğaçı ilə bağlı dəfələrələ aktlar tərtib edilmiş, guya sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Bildirir ki, sayğac atası X4 adınadır. Atası 1991-ci il tarixdə vəfat etmişdir. Aktlar tərtib edilərkən bu barədə ona hər hansı məlumat verilməmiş, həmin məlumatları cavabdeh idarəyə müraciət əsasında almışdır. Tərtib edilmiş aktlara əsasən ona 17.848,16 manat məbləbğində cərimə ödəməli olduğu bildirilmişdir. İstifadə olunan qaz xəttinə quraşdı rılmış qaz sayğacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən də, həmin saycağm hər hansı müdaxilədən qorunmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin akt onun tərəfindən imzalanmamışdır. Qeyd olunan akt əsasında əsassız olaraq borc hesablanmışdır. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də hər hansı bir nəticə olmamışdır. Aktların imza hissəsində guya atası X8 imza etməkdən imtina etmişdir. Halbuki, atası vəfat etmişdir.
6. Məhkəmə tərəf indən həmin ünvana yerli baxış keçirilmiş və iddiaçı sayğacdan kənar qaz xəttindən 4 ay qeyri-qanuni istifadə etdiyini bildirmiş, eyni zamanda qaz xəttində həyətə tərəf istiqamətdə qaynaqla birləşmiş və uc tərəfi tıxaclanmış, sayğacdan kənar qoşulmaya xarakterik olan çıxıntı aşkar edilmişdir.
7. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinin mütəxəssis rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu **********00000) qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsinə dair “Qazdan istifadə Qaydaları”nın 4-cü bəndində göstərilən tələblərə riayət olunmuşdur. Belə ki, qeyd edilən ünvanda xx.xx.2015-ci il tarixində İtron G-4 markalı 1402AZ**********60 nömrəli smart-kart tipli qaz sayğacı qura şdırılmış, xx.xx.2019-cu il tarixində sayğaca texniki baxış keçirilmiş və xx.xx.2020-ci il tarixində **********1 nömrəli mexaniki tipli sayğacla əvəzlənmişdir. 1402AZ**********60 nömrəli smart-kart tipli qaz sayğacı qaz xəttindən çıxarılarkən sayğacın göstəricisi 00001 m3 olmuşdur.xx.xx.2020-ci il tarixində quraşdırılan **********1 nömrəli mexaniki tipli qaz sayğacı xx.xx.2022-ci il tarixədək qeyd edilən ünvanda istismarda olmuş, qaz buraxmadığı üçün xx.xx.2022-ci il tarixində qaz xəttindən çıxarılaraq əvəzinə **********1 nömrəli sayğac quraşdırılmışdır ki. bu sayğac da hal-hazırda istismardadır. Borcun hesablanması və həmçinin, dəyərinin ödənilməsinin istehlakçıdan tələb edilməsi “Qazdan istifadə Qaydaları”nın 4.3. 4.8, 4.9-cu və "qazın alqı-satqı" müqaviləsinin müvafiq yarımbəndlərinin tələbləri ilə ziddiyyət təşkil etmir. Belə ki: “Qazdan istifadə Qaydaları”nın 4.3, 4.8, 4.9-cu, eyni zamanda qazın alqısatqı müqaviləsinin 2.1.10, 2.1.11-ci yarımbəndləri qaz sayğaclarının quraşdırılması və onun istismarına dair tələbləri ehtiva edir. Lakin, ünvan 4 ünvanın abonent hesabına qaz paylayıcı tərəfindən hesablanaraq daxil edilmiş borc məbləği sayğacdan kənar qazdan istifadəyə görə qaz paylayıcısma vurulmuş zərərin miqdarı və sayğac göstəricisi əsasında istehlak edilən, lakin ödənilməyən qaz həcminin dəyəridir. ünvan 5 ünvanında (abonent kodu **********00000) yerləşən yaşayış evinə evin nümayəndəsi Akif Süleymanovun iştirakı ilə Agentliyin Bakı filialının əməkdaşları lətəfindən baxış zamanı evin qarşısı ilə gedən 76 mm-lik küçə qaz xəttində, qaz sayğacından 5-6 metr aralı məsaf ədə, həyətə tərəf istiqamətdə qaynaqla birləşmiş və uc hissəsi tıxaclanmış, təxminən 8-10 sm uzunluğunda sayğacdan kənar qoşulmaya xarakterik olan çıxıntı (sasok) olması aşkar olunmuşdur. Bu da vaxtı ilə (evin nümayəndəsinin deməsinə görə təxminən 4 ay istifadə edilib) fərdi evdə sayğacdan kənar qaz xətinə qoşulmanın olması anlamına gəlinir. Toplanmış materiallardan məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən 2012-ci ilin dekabr, 2015-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək, 2022- ci ilin noyabr aylarında ümumilikdə 43 aktla qazdan qanunsuz istifadəyə görə 12758,06 manat əlavə borc hesablanaraq abonentin hesabına daxil edilmişdir. Abonent saldosuna əsasən abonentin xx.xx.2024-cü il tarixinə ümumi borcu 18174,91 manat təşkil edir ki, bu məbləğin 12758,06 manat hissəsi sayğacdan kə nar qazdan istifadəyə görə dəymiş zərərin miqdarı, 5416,85 manat hissəsi isə sayğac göstəricisi əsasında müəyyən edilən borcdur. Bu baxımdan da, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının yaşadığı evdə halhazırda istifadə olunan 1 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,6 m3 və 1 ədəd axınlı su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2,2 m3, işləmə rejimi 6 saat, 1 ədəd qızdırıcı sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3, işləmə rejimi 12 saat nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-3 məişət tipli qaz plitəsi üçün - 1 x 0,9 m3x 6 saat x 30 gün = 162 m3; 1 ədəd axınlı su qızdırıcı üçün – 1 x 2.2 m3 x 6 saat x 30 gün = 396 m3; 1 ədəd qızdırıcı sobası üçün - 1 x 1,4 m3 x 12 saat x 30 gün= 504 m3. Cəmi 1062 m3 (162+396+504=1062) təşkil edə bilər. Yay aylarında qızdırıcı sobadan İstifadə edilmədiyini nəzərə alsaq aylıq qaz sərfiyyatı 558 m3 (162 +396=558) təşkil edə bilər. Bu qayda ilə hər bir akt üzrə ayrı-ayrılıqda sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2012-ci il üzrə -1 ay x 1062 m3 = 1062 m3; 2015-ci il üzrə - 1 ay x 558 m3 = 558 m3; 2016-cı il üzrə -2 ay x 558 m3 + 1 ay x 1062 m3 = 2178 m3; 2017-ci il üzrə - 4 ay x 558 m3 + 5 ay x 1062 m3 = 7542 m3; 2018-ci il üzrə - 7 ay x 558 m3 + 5 ay x 1062 m3 = 9216 m3; 2019-cu il üzrə - 7 ay x 558 m3 + 5 ay x 1062 m3 = 9216 m3; 2020-ci il üzrə - 3 ay x 1062 m3= 3186 m3; 2021-ci il üzrə - 1 ay x 1062 m3 = 1062 m3; 2022-ci il üzrə - 1 ay x 1062 m3 = 1062 m3;. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" göstərilən iilər üzrə müvafiq Qərarını nəzərə alsaq qaz xəttinə qeyri- qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 2012-ci il üzrə - 1062 m3 x 0,10 manat = 106.20 manat; 2015-ci il üzrə - 558 m3 x 0,10 manat = 55,80 manat; 2016-cı il üzrə - 2178 m3 x 0,10 manat = 217,80 manat; 2017-ci il üzrə - 7542 m3 qaz həcminin 1700 m3 -i x 0,10 manat = 170 manat, qalan 5842 m3 -i x 0,20 manatla = 1168,40 manat, cəmi 1338.40 manat; 2018-ci il üzrə - 9216 m3 qaz həcminin 1700 m3 -i x 0,10 manat = 170 manat, qalan 7516 m3 -i x 0,20 manatla = 1503,20 manat, cəmi 1673,20 manat; 2019- cu il üzrə - 9216 m3 qaz həcmin in 2200 m3 -i x 0,10 manat = 220 manat, qalan 7016 m3 -i x 0,20 manat = 1403,20 manat, cəmi 1623,20 manat; 2020-ci il üzrə - 3186 m3 qaz həcminin 2200 m3 -i x 0,10 manat = 220 manat, qalan 986 m3 -i x 0,20 manat = 197,20 manat, cəmi 417,20 manat; 2021-ci il üzrə - 1062 m3 x 0.20 manat = 212,40 manat; 2022- i il üzrə 1062 m3 x 0,25 manat = 265,50 manat. Yuxanda göstərilənlər üzrə qaz xəttinə sayğacdan kənər qoşulma halında hesablanan qaz həcminin cəmi dəyəri 106,20 + 55,80 + 217,80 + 1338,40 + 1673,20 + 1623,20 + 417,20 + 212,40 + 265.50 = 5909,70 manat məbləğində müəyyən edilə bilər.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim E.İ.Məmmədli) xx.xx.2024-cü il tarixli, 2(003)-1884/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarını n pozulmasına görə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ünvan 6 ünvanında yerləşən mənzilə məxsus abonent kodu **********00000 (İddiaçı) olan sayğaca hesablanmış 7.470,11 manat məbləğində borcun silinməsi, Cavabdehndən 97,99 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq düzəldilərək “7.470,11” manat borc məbləği “7.798,86” manat məbləğinə düzəldilmişdir.
10. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının silinməsini xahiş etdiyi 17.848,16 manat borcun 12.758,06 manatı sayğacdan kənar qaz xəttinə görə 43 akt əsasında hesablanmış ziyan, 5.090,01 manatı isə 2023-cü ilin noyabr ayına təbbi qaz dan istifadəyə görə hesablanmış debitor borcdur.
11. Məhkəmə 43 akt əsasında iddiaçıya hesablanmış 12.758,06 manat ziyanın silinməsi ilə bağlı aşağıdakılar qeyd etmişdir: mənzilə baxış zamanı onun qaz xəttindən sayğacdan kənar istifadə etməsi müəyyən edilmişdir. Bundan başqa barəsində tərtib edilən aktların tarixləri ilə abonent saldosuna müqayisəli şəkildə baxış keçirilən zaman onun həqiqətən aktlar tərtib edilən dövrlərdə təbii qazdan istifadəyə görə hər-hansı sayğac göstəricisinin olmaması müəyyən olunmuşdur. Belə ki, abonent saldosundan müəyyən edilmişdir ki, qeyd olunan evdə 2010- 2014-cü illər və 2020-2022-ci illərdə təbii qazdan istifadə etmiş və buna görə onun təbii qazdan qanuni istifadəyə görə (sayğac göstəricinə görə) debitor borcu yaranmışdır. Həmçinin o, həmin dövrlər üzrə təb ii qazdan istifadə etməsini etiraf etmişdir. Göründüyü kimi, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməməsinə dair dəlilləri işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Buna görə də, məhkəməyə cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi qənaətinə gəlməsinə əsas yaratmışdır.
12. Məhkəmə iddiaçının yaşadığı evdə 2012-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə sayğacdan kənar qaz xəttində istiadə etməsinə görə aktlarla razılaşıraq belə qənaətə gəlmişdir ki, cavabdehin mənzilinə baxış zamanı onun qaz xətdindən sayğacdan kənar istifadə etməsi müəyyən edilmişdir. Bundan başqa barəsində tərtib edilən aktların tarixləri ilə abonent saldosuna müqayisəli şəkildə baxış keçirilən zaman onun həqiqətən aktlar tərtib edilən dövrlərdə təbii qazdan istifadə etməsi nə dair heç bir ödəniş etməməsi müəyyən edilmişdir. Halbuki, 2012-ci ilin aprel ayından 2022-ci ilin sentyabr ayınadək cavabdeh tərəfindən təbi qazdan istifadəyə görə sərfiyyat hesablanmışdır. Həmçinin o, həmin dövrlər üzrə təbii qazdan istifadə etməsini etiraf etmişdir.
13. Göründüyü kimi, onun təbii qazdan qeyri-qanuni istifadə etməməsinə dair dəlilləri işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. Buna görə də, məhkəməyə iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etməsi qənaətinə gəlməsinə əsas yaratmışdır. Belə ki, iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir.
14. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı 2012-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrdə sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etmişdir. Məhkəmə 2012-ci ilin dekabr ayından 2020-ci ilin aprel ayınadək olan dövr üzrə iddiaçının qaz sayğacından qanunsuz istifadə etməsini müəyyən etsə də, tərtib edilmiş aktlar üzrə hesablanmış ziyanın məbləği ilə razılaşmamış, bu səbəbdən, iş üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialının mütəxəssisinin rəyi alınmışdır.
15. Mütəxəssis rəyindən və işin materiallarından da aydın olur ki, 2012-ci il üzrə 1062 m3 x 0,10 manat = 106.20 manat; 2015-ci il üzrə - 558 m3 x 0,10 manat = 55,80 manat; 2016-cı il üzrə - 2178 m3 x 0,10 manat = 217,80 manat; 2017-ci il üzrə - 7542 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 5842 m3-i x 0,20 manatla = 1168,40 manat, cəmi 1338.40 manat; 2018-ci il üzrə - 9216 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 7516 m3-i x 0,20 manatla = 1503,20 manat, cəmi 1673,20 manat; 2019-cu il üzrə - 9216 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 7016 m3-i x 0,20 manat = 1403,20 manat, cəmi 1623,20 manat; 2020-ci il üzrə 3186 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 986 m3-i x 0,20 manat = 197,20 manat, cəmi 417,20 manat hesablanmışdır.
16. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının təbi qazdan sayğacdan kənar istifadə etməsinə dair hesabatı düzgün aparmamış və iddiaçıya təbii qazdan istifadəyə görə 12.758,06 manat zərər hesablaması işin faktiki hallarına uyğun gəlməmişdir. Belə ki iş materiallarından görünür ki, 2012-ci, 2015-2018-ci, 2019-cu və 2020-ci illərdə abonentə Cavabdeh İB-tərəfindən üm umilikdə 6.597,5 manat ziyan hesablanmışdır.
17. Məhkəmə hesab etmişdir ki, X1 Agentliyinin mütəxəssisinin rəyinə müvafiq olaraq, mütəxəssisin 2012, 2015- 2018, 2020-ci illərə dair hesablamaları ilə razılaşaraq abonentin aylar üzrə sərf etdiyi enerjiyə uyğun 2012-ci il üzrə - 1062 m3 x 0,10 manat = 106.20 manat; 2015-ci il üzrə - 558 m3 x 0,10 manat = 55,80 manat; 2016-cı il üzrə - 2178 m3 x 0,10 manat = 217,80 manat; 2017-ci il üzrə - 7542 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170 manat, qalan 5842 m3-i x 0,20 manatla = 1168,40 manat cəmi, 1338,40 manat, 2018-ci il üzrə - 9216 m3 qaz həcminin 1700 m3-i x 0,10 manat = 170,0 manat, qalan 7516 m3-i x 0,20 manatla = 1503,20 manat, cəmi 1673,20 manat, 2020-ci il üzrə 3186 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 986 m3-i x 0,20 manat = 197,20 manat, cəmi 417,2 manat olmaqla ümumilikdə 3.758,6 manat hesablanmalıdır.
18. Məhkəmə mütəxəssin 2019-cü ilə dair hesablamaları ilə razılaşmamışdır. Belə ki, abonent saldosundan görünür ki Cavabdeh İB-tərəfindən 2019-cu ilə aktlar əsasında ümumilikdə 1.200,60 manat ziyan hesablansa da, mütəxəssis tərəfindən 2019-ci ilə 1.623,2 manat ziyan hesablanmışdır.
19. Yuxarıda göstərilənlərə əsasən məhkəmə 2019-cu il üçün sayğacdan kənar qaz xəttindən qanunsuz istifadəyə görə 1.200,60 manat ziyanın hesablanmasın ağalabatan hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2012-ci, 2015- 2018-ci, 2019-cu və 2020-ci illər üzrə aktlar əsasında abonentə hesablanmış ziyan hissəsin də qismən təmin edilməli, ümumilikdə 1.638,3 (6597,5 – 4959,2) manat ziyan a bonentin hesabından silinməlidir.
20. Məhkəmə həmçinin Cavabdeh İB-tərəfindən 2021-ci ilin noyabr ayında akt əsasında 1.728,0 manat, 2022-ci ilin noybar ayında 4.406,4 manat və 2023-cü ilin yanvar ayında akt əsasında hesab lanmış 26,16 ümumlikdə borcla razılaşmır. Belə ki, iş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, 2021-2022-ci illərdə abonent təbii qazdan istifadə etmiş, təbii qazdan istifadəyə görə sayğac göstəricisinə görə abonentə borc hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2021-2022-ci illərdə akt əsasında hesablanmış ümumilikdə 6.160,56 manat ziyan abonentin abonet hesabından silinməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, sayğacdan kənar qaz xəttindən istifadəyə görə abonentə 43 akt əsasında hesablanmış 12.758,06 manat ziyanın 7.798,86 (1638,3 + 6160,56) manat hissəsi abonentin hesabından silinməlidir.
22. Məhkəmə iddia tələbinin 5.090,1 manat qalıq (debitor) borcun silinməsi hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir.
23. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin faktiki istifadə edilmiş təbii qaza görə 2023-cü ilin noyabr ayına ümumilikdə 5.090,1 manat qalıq (debitor) borcu yaranmışdır.
24. Məhkəmə hesab etmişdir ki, abonent təbii qazdan faktiki istifadə etdiyindən və həmin halı məhkəmə iclasında etiraf etdiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir.
25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununu n 11-ci maddəsinin 6-cı, 13-cü maddəsinin 8 və 8-1-ci hissələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4, 3.4.1, 3.4.4, 5.2, 5.5, 6.5, 6.7-ci bəndlərinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaş dırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi17.848,16 məbləğində CavabdehİB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bundan başqa, qeyd edilmiş abonent kodu digər şəxs X5 məxsus olmuşdur. İddiaçı Tofiq qızı ilə X3 qohumluq münasibətlərini müəyyən edən heç bir sənəd əlavə edilməmişdir. Yaşayış yeri haqqında arayışdan da görünür ki, arayışda iddiaçının yaşayış yeri tamfərqli ünvandır. Yəni İddiaçı mübahisələndirilən mənzildə yaşadığını sübut edə n heç bir sənədi işə əlavə edilməmişdir. Məhkəmə bunu araşdırmadan borcun bir qismini, iddiaçının buna dair subyektiv hüququ olmadığına baxmayaraq qeyri-qanuni qərar qəbul etmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir.
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər M. Rüstəmli (sədrlik edən və məruzəçi), A. İsgəndərov və S. Səlimova) 2(103)-5922/2024 nömrəli mülki iş üzrə 9 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qətnaməsinin dəyişdirilərək, ünvan 1 ünvanına məxsus abonent koduna (**********00000) hesablanmış 7.270,96 manat məbləğində borcun silinməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehin özünə aid edilməsi qət edilmişdir.
29. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının yaşadığı ünvanda yerində müayinə həyata keçirilərkən onun təbii qazdan qeyri-qanuni olaraq istifadə etməsi müəyyən edilmiş, bunun nəticəsində cavabdehə vurulmuş maddi ziyanın hesablanması ilə bağlı mütəxəssis rəyi alınmışdır.
30. Həmin rəyə əsasən müəyyən edilir ki, iddiaçının mərhum atasına aid abonentin saldosuna əsasən ab onentin xx.xx.2024-cü il tarixinə ümumi borcu 18.174,91 manat təşkil edir ki, bu məbləğin 12.758,06 manat hissəsi sayğacdan kənar qazdan istifadəyə görə dəymiş zərərin miqdarı, 5.416,85 manat hissəsi isə sayğac göstəricisi əsasında müəyyən edilən borcdur. Qaz xəttinə sayğacdan kənar qoşulma halında hesablanan qaz həcminin cəmi dəyəri 5.909,70 manat məbləğində müəyyən edilə bilər.
31. O da nəzərə alınmalıdır ki, mütəxəssis tərəfindən 2019-cü il üzrə 1.623,2 manat məbləğində borc hesablandığı təqdirdə, həmin il üçün cavabdeh tərəfindən tərtib edilmiş aktlar üzrə 1.200,6 manat məbləğində borc hesablanmışdır.
32. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan məbləğlərin fərqini təşkil edən 422,6 manat mütəxəssis rəyində qeyd edilən 5.909,70 manat məbləğdən çıxılmalı, bu ndan sonra qalan 5.487,1 manat məbləğ cavabdeh tərəfindən qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 12.758,06 manatdan çıxılmalı, qalıq 7.270,96 manat məbləğ abonentin saldosundan silinməlidir.
33. Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd olunan hesablamanı düzgün aparmayaraq abonentin saldosundan silinməli olan məbləği 7.798,86 manat müəyyən etmişdir.
34. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yerində müayinə həyata keçirilərkən iddiaçının ünvan 7 ünvanında yaşadığı müəyyən edilmiş, iddiaçı tərəfindən həmin ünvanda qazdan qeyri-qanuni istifadə edildiyi etiraf edilmişdir. Belə olan halda, sözügedən ünvanda iddiaçı da yaşadığından və istehlakçı kimi həmin ünvanda qazdan istifadə etdiyindən, qeyd olunan ünvana aid abonent koduna tətbiq edilən borc onun da mənafeyinə toxunduğundan o, hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.4-cü bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.6, 217.3, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli 2(103)- 5922/2024 saylı qətnaməsini ləğv edərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd göstərərək düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir. İd diaçı istifadə edilmiş qaza görə hər hansı məbləğ ödəməmişdir. Qeyd etmək istəyir ki, məhkəmə kollegiyası etiraf edilməyən aktları əsaslı hesab etməyərək birliyə vurulmuş ziyanın həqiqiliyini araşdırmaqdan yan keçərək iddianı təmin etmişdir. Belə ki, mülki iş materiaallarına əlavə edilmiş saldodan istehlak edilmiş təbii qazın göstəricilərindən məlum olsa da ki abonent təbii qazdan qanuni şəkildə istifadə etməmiş və ya qeyd edilən bu hala dair sübut təqdim etməməsinə baxmayaraq, məhkəmə qətnaməsində cavabdehin kənar xətdən istifadə etmə halını sübut edə bilməməsini qeyd edərək iddianı təmin etmişdir. Tərtib edilmiş aktlar həmçinin saldodan qeyd edilən göstəricilərin əslində iddianın əsassızlığını sübut etmişdir.
38. İddiaçı ilə Cavabdeh İB arasında abonent müqaviləsi bağlanarkən müqavilən in tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sayğacla təhciz olunmuşdur. Ancaq iddiaçı qeyd etdiyim müqavilənin tələblərini pozaraq Cavabdeh İB vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq cavabdehə ziyan törətməsinə baxmayaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul etmişdilər
39. İddiaçının əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdır. Bu qazı isə müqavilədə nəzərdə tutlmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Məhkəmələr bu halı araşdırmayaraq əsassız qətnamələr qəbul etmişlər
40. İşin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli araşdırılmayıb. MM-nin 21-c i maddəsini əsas götürməklə, təqdim olunmuş sübutların obyektiv və hərtərəfli araşdırılmaması nəticəsində abonent tərəfindən heç bir ödənişin olunmadığı müəyyən olunmamışdur. Bununla yanaşı məhkəmə qətnaməsində aktlara olan münasibətini öz mülahizəsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində yalnız keçirilmiş ekspertizanın rəyini nəzərə almışdır. Halbuki ekspertizanın nəticəsi ilə çəkilmiş fotoşəkillər heç biri uyğunluq təşkil etməmişdir. Buda onu ifadə etməyə əsas verir ki, məhkəmə qətnaməsi formal mülahizələr əsasında tərtib edilmişdir. Belə ki, ekspert həqiqətən tədqiqat obyektini tədqiq etməsi şübhəyə səbəb olur. Bundan əlavə təqdim edilmiş saldoya diqqət yetirsək açıq aydın olur ki aktlar tərtib edilən dövrdə heç bir qaz sərfiyyatı qeydə alınmamışdır.
41. Məhkəməyə tə qdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini, o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusatlara diqqət yetirməyərək qətnamə qəbul edilmişdir. Həmçinin onu da qeyd etmək istəyir ki, qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş, nə də ki, tərəflərindən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş cədvəlində hər şey aşkar sürətdə görünsə də, məhkəmə qətnamə qəbul edərkən ödəniş cədvəlində göstərilənləri nəzərə almamışdır. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə təqdim olunmuş şəkillərə hüquqi münasibət bildirməyərək, iddia tələbini təmin etmişd ir.
42. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.5, 1091.2-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə,Azərbaycan Respublikasının MPM-in 77, 88-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
45. Mad də 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
46. Maddə 11
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları” 47. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
51. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə qətnaməsində cavabdehin kənar xətdən istifadə etmə halını sübut edə bilməməsini qeyd edərək iddianı təmin et diyi, məhkəmə qətnaməsində yalnız keçirilmiş ekspertizanın rəyini nəzərə aldığı, halbuki ekspertizanın nəticəsi ilə çəkilmiş fotoşəkillərin heç biri uyğunluq təşkil etmədiyi, bu da onu ifadə etməyə əsas verir ki, məhkəmə qətnaməsi formal mülahizələr əsasında tərtib edildiyi, ekspertin həqiqətən tədqiqat obyektini tədqiq etməsinin şübhəyə səbəb olduğu barədə dəlillərini formal mülahizə kimi qəbul edir.Belə ki, məhkəmələr tərəfindən iddiaçının sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı məhkəmə araşdırması zamanı müəyyən edilmişdir və bu müvafiq məhkəmə aktlarında da əks etdirilmişdir. Digər tətəfdən, iş üzrə məhkəmələr öz qətnamələrində hər hansı ekspert rəyinə istinad etməmişdir.
56. Kassasiya şikayətinin bir sıra dəlilləri məhkəmənin gəldiyi nəticə üç ün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətinin digər dəlillərində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərə flərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İB tərəfi ndən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 dekabr 2024-cü il tarixli 2(103)-5922/2024 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.