Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1123/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri N saylı Notariat Kontoruna (X17, X8 və X4 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1123/2023 (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras paylarının müəyyən edilməsi və həmin miras paylarına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X5 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri N saylı Notariat Kontoruna qa rşı (X17, X8 və X4 üçüncü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras paylarının müəyyən edilməsi və həmin miras paylarına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)6434/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının valideynləri X19 və X9 25 sentyabr 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, İddiaçı xx xxxxxx 1990-cı ildə anadan olmuşdur və bir neçə aydan sonra atası X19 20 noyabr 1990-cı ildə Bakı şəhərində ölmü şdür.
2. Bakı şəhəri, R.Məmmədov küçəsi, ev 24, 23 nömrəli mənzil xx.xx.2001-ci il tarixdə iddiaçının babası X10 adına ilkin qeydiyyatdan keçmişdir, həmin şəxs 06 dekabr 2007-ci il tarixdə vəfat etmişdir. 3. ünvan 1 ünvanlanmış məktuba əlavə edilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən, 06 dekabr 2007-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 2 ünvanda yaşayan arvadı- X11 ½ hissə, oğlu Cavabdeh1 - ½ hissə miras əmlakdan irs almalıdır.
4. AZ-İİ 060987 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 da 07 dekabr 2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. 5. ünvan 1 ünvanlanmış 13 dekabr 2021-ci il tarixli X-1023 saylı məktubdan görünür ki, iddiaçının atası X12 və nənəsi X3 vərəsəlik işi açılmamışdır. 6. 82 saylı MKİS t ərəfindən verilmiş 816 nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X1 ünvan 2-də qeydiyyatdan olub, xx.xx.2019-cu ildə vəfat etmişdir, vəfat etdiyi günədək həmin ünvanda X17, Cavabdeh1, X4, İddiaçı, X13, X21, X22, X14, X15, X23 ilə birlkdə qeydiyyatda olmuşdur.
7. İddiaçı və X6 xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.
8. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2987/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı - İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xatai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilinə köçürülməyi barədə iddiası rədd edilmişdir. Həmin Qətnamə ilə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilində 1990-cı ildə n qeydiyyata düşmüşdür. Həmin mənzil xx.xx.2001-ci il tarixdə iddiaçının babası X10 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı məktəbi bitirib ailə qurduqdan sonra, yəni 6 aydan artıq müddətdə sözügedən mənzildən köçüb getmişdir.
9. Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, vərəsələr vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqları və mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti itirdiyi üçün vərəsəliyin dairəsinə daxil edilə bilmədiyi qeyd olunmuş, itirilmiş müdətin bərpası və vərəsə kimi tanınmaq üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür.
10. Xətai Rayon MKTB tərəfindən verilmiş 475871 saylı mənzil-kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il ta rixdə R.Məmmədov ev 24, mənzil 23-ə görə Vİ-Xİİ-2017, İ-Xİİ-2018, İ-Xİİ-2019, İ-İV2020 tarixlər üçün 150 manat ödənilmişdir. 11. 10.06.2021-ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan görünür ki, ünvan 2 də qeydiyyatda olan şəxslər X17, X11, X4, X16, Cavabdeh1, X21, İddiaçı, X14 və X20r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
21. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1089/2012 №-li vərəsəlik işi üzrə Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilmiş 24 dekabr 2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 2-də ½ miras payının və babadan qalmış əmanətin ona çatacaq 1/6 miras payının müəy yən edilməsi və həmin miras paylarına ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı Notariat ofisinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1990-cı ildə Xətai rayonunda R.Məmmədov küçəsi, ev 24, mənzil 23-də anadan olmuşdur, ev babasının adına olmuş, onların razılığı ilə özəlləşdirilmişdir, evdə özü, anası, nənəsi, babası, əmisi və onun yoldaşı yaşamışdır, bibiləri orada yaşamamışdır, babası 2007-ci ildə rəhmətə getmişdir, o rəhmətə gedəndə də anası və özü o evdə yaşamışdır, 254 nömrəli məktəbi də həmin evdə yaşayarkən bitirmişdir, 2017-ci ildə ailə həyatı qurmuşdur, lakin rəsmi nikaha 2019-cu ildə daxil olmuşdur, toyu olmuş, həmin toyda nənəsi, bibiləri iştirak etmişdir, evl əndikdən sonra kirayə qalsa da, həmin evə gediş-gəlişi olmuşdur, bəzən kirayə evdə, çox zaman isə mübahisəli evdə yaşamışdır, mübahisəli evdə yaşayanlar düşünmüşdür ki, o həmin evə gələcək və ailə üzvlərini qeydiyyata salacaq, belə ki ev 4 otaqlıdır, hətta əmisi 2 otağı ona verdiyini, ailəsi ilə birlikdə yaşaya biləcəyini bildirmişdir, lakin həyat yoldaşı o evə köçmək istəməmişdir, buna baxmayaraq yoldaşı ilə də o evdə nənəsinin yanında qalmışdır, Binəqədidə evi olmamışdır, nənəsi 2019-cu ilin dekabr ayında rəhmətə getmişdir, 2019-cu ildən 2020-ci il iyun ayınadək tək yaşamışdır, mütəmadi olaraq gəlib getmişdir, iyun ayında o evdən köçmüşdür, əmisi ilə münasibətləri korlanmışdır, o vaxtdan bəri əmisi ona qapını açmır, həmin evə köçmək istəsə də, məhkəmə qərarı ilə iddiası təmin olunmamışdı. O doğulduqdan 2020-ci ilədək həmin evdə yaşamış, evin kommunal xərclərini ödəmişdir, bunu iş materiallarına əlavə edilmiş mədaxil qəbzi də təsdiq edir, iddiaçı vəfat etmiş şəxsin qanuni vərəsəsi olmuşdur, miras əmlakdan digər vərəsələrlə birlikdə pay almaq hüququna malikdir, mirasın qəbulundan xəbəri olmamışdır, məhkəməyə gəldikdə məlumatı olmuşdur.
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisələndirilən vərəsəlik şəhadətnaməsinin etibarsızlığına əsas yoxdur, iddiaçının vərəsəliklə bağlı hər şeydən xəbəri olmuşdur, iddiaçının özünün də etiraf etdiyi kimi o, nənəsinin vəfat etdiyi tarixədək cavabdehlərlə ünsiyyətdə olmuşdur, bu da onu sübut edir ki, tərəf 2012-ci il tarixində sözü gedən vərəsəlik işinin aç ılışından məlumatı olmuşdur, şəxsin bugün iddia müddətini ötürərək 9 ildən sonra hazırki iddia tələbi ilə müraciət etməsi yolverilməzdir, miras qalmış əmanətdən - 200 manat pul məbləğindən iddiaçıya 100 manat pul verilmişdir.
14. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-418/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbinin təmin edilməsi, 1089/2012 saylı vərəsəlik işi üzrə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı, Bakı şəhəri Xətai rayonu, R.Məmmədov küçəsi 24 saylı evin 23 saylı mənzilinə ½ hissədə, X18 məxsus Kapital bankda 852 nömrəli hesabda olan əmanətə 1/6 hissədə miras payının müəyyən edilməsi və həmin paylara dair vərəs əlik hüququ haqqında şəhadətnamənin verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzil və 852 saylı hesabda olan əmanət miras əmlakdır və X10 xx.xx.2007-ci il tarixdə ölməsi ilə miras açılmışdır, X11 miras qoyanın arvadı, Cavabdeh1 oğlu, İddiaçı isə miras açılana qədər miras qoyanın sağ olmayan birinci növbəli vərəsəsi hesab olunan oğlu Kamil Xəlilovun oğludur, həmin vərəsələr birinci növbəli vərəsələr olmaqla miras açılan vaxtda mənzildə yaşayan və orada qeydiyyatda olan şəxslərdir, miras açılan vaxt onlardan İddiaçı yetkinlik yaşına çatmamışdır, X11 isə xx.xx.2019-cu il tarixdə ölmüşdür, iddiaçı mənzilə dair kommunal xərclərin ödənilməsində iştirak etmişdir.
16. Həmçinin mə hkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2012- ci il tarixli Vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, Kapital bankda olan 852 saylı əmanətdən onun arvadı - X2 ½ hissədə, oğlu Cavabdeh1 - ½ hissədə payı müəyyən olunmuşdur, vərəsəlik işi vərəsə X2 adına xx.xx.2012-ci il tarixdə başlanmış və xx.xx.2012-ci il tarixdə qurtarmışdır. Bununla belə, iddiaçının vərəsəlik hüququnu istisna edən, habelə miras əmlaka digər şəxslərin vərəsəlik hüququna əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
17. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı X10 miras açılan vaxt sağ olmayan birinci növbəli vərəsəsinin (oğlunun) oğlu olduğundan, o, 1990-cı ildə mübahisəli mənzildə doğulmaqla həmin ünvanda qeydiyyata alınmaqla yaş adığından, həmçinin miras qoyanın ölümündən sonra da (2007-2019) mübahisəli mənzildə yaşamaqda davam etdiyindən, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir.
18. Məhkəmə, iddiaçının miras pay hissəsinə münasibətdə isə hesab etmişdir ki, birinci növbəli vərəsələr kimi müəyyən edilən İddiaçı və Cavabdeh1 miras əmlakı faktiki olaraq qəbul etdiklərindən onların hər birinin bərabər olmaqla ½ hissədə payları müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin X7 miras qalmış 852 nömrəli hesabda olan əmanətə miras payının müəyyən olunması və Vərəsəlik Şəhadətnaməsinin etibarsızlığı hissəsinə münasibətdə qeyd etmişdir ki, əvvəla, iddiaçı, miras açılan vaxt miras əmlakın bir hissəsi olan mənzili faktiki olaraq qəbul etdiyindən mirası tamamilə qəbul etmiş hesab edilir ki, bu da onun miras əmlak ın digər hissəsi olan əmanət üzərində vərəsəlik hüququna əsas verir, ikincisi, qanun üzrə vərəsələrin dairəsi də notariat ofisi tərəfindən düzgün müəyyən olunmamışdır, belə ki, vərəsəlik şəhadətnaməsi verilərkən mənzildən qeydiyyatda olan və orada yaşayan şəxs kimi iddiaçı nəzərə alınmamışdır.
19. Belə olan halda məhkəmə hesab etmişdir ki, Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilməli, iddia tələbinin həcmi nəzərə alınmaqla həmin miras əmlaka (əmanətə) iddiaçının 1/6 hissədə payı tanınmalıdır. Məhkəmə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə hesab etmişdir ki, tərəflərin, əmlaka dair hüquqları, miras əmlakı faktiki olaraq qəbul etməklə eyni əsaslarla yarandığından, idd ia müddəti də nəzərə alına bilməz.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci, 1133.2-ci, 1134.1-ci, 1159.1.3-cü, 1243.2-ci, 1243.3-cü, 1274-cü, 1291-ci, 1321.1-ci, 1321.2-ci, 1325-ci maddələrinə, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair“ Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 18 iyul tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 16 oktyabr tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi İlə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarına eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.3-cü, 107-ci, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Qətnamədən Cavabdeh1, üçüncü şəxslər X17 və X8 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş e dilmişdir.
22. Əsasları eyni olan apelyasiya şikayətlərində göstərilmişdir ki, iddiaçı tərəf qanunla müəyyən edilmiş müddət ərzində yaranmış hüquqi ilə bağlı olaraq hər hansı bir tədbir görməmiş, miras əmlakın qəbul edilməsində maraqlı olmamışdır. Hazırki mübahisə ilə əlaqədar məhkəmə vərəsələrin dairəsini düzgün tətbiq etməmiş, heç bir hüquqi əsas olmadan yalnızca iki şəxsə münasibətdə əmlak bölgüsünün aparılması kimi absurd nəticəyə gəlmişdir. Bununla da digər vərəsələrin konstitusion hüquqlarına toxunulmuşdur. Hazırki mülki iş üzrə mərhumun 6 övladı-vərəsələri mövcuddur. Övladlardan biri dünyasını dəyişdiyindən isə onun övladı vərəsəyə çatan pay həcmində miras payı qəbul edə bilər. Məhkəmə qəbul edilmiş qətnamənin nəticə hissəsində vərəsələrin dairəsinə iki cür münasibətdə yanaşaraq ö z qətnaməsinin əsassız olmasını təsdiqləmişdir. Belə ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi 24 saylı evin 23 saylı mənzilinə ½ hissədə, X18 məxsus Kapital Bankda 852 nömrəli hesabda olan əmanətə 1/6 hissədə miras payı müəyyən edilməsini qət edərək absurd qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə mülki işə çox səthi yanaşaraq digər vərəsələri məhkəmə icraatına cəlb etməmiş, məhkəmənin keçirilməsi barədə xəbərdar etməmişdir. Həmçinin iddiaçı iddia tələbinin əsasını təşkil edən miras əmlakı heç vaxt faktiki olaraq qəbul etməmişdir. Bunun əksinə olaraq Xətai Rayon Məhkəməsinin icraatında olmuş mülki iş olaraq mübahisəsiz fakt kimi qəbul edilmiş - miras əmlakın qəbul edilməsi qarşılığında iddiaçı və anasına verilmiş torpaq sahəsini qəbul etmişdirlər. Əmlakın qəbulu və s özü gedən əmlaka dair tələblərinin olmayacağına dair də öz imzaları ilə təsdiq etmişdirlər. Beləliklə, tərəf əmlaka dair bütün hüquqlarından imtina edilməsi müqabilində başqa əmlakın verilməsini qəbul etmiş, hüququnun olmadığını da etiraf etmişdir. İddiaçı tərəf bundan öncəki Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-2987/2021 saylı mülki işdə həmin mübahisəli mənzildə uzun müddət yaşamadığını bildirsə də hazırki mübahisə üzrə guya orada yaşadığını, istifadə etdiyini qeyd etmişdir. Tərəf mübahisəli mənzildə yaşamasına dair isə heç bir dəlil məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə olaraq şəxsin iddia tələbinin əsassız olmasını təsdiq edən sübutları, o cümlədən Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-2987/2021 saylı qətnaməsini də sübut kimi məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə təqdim edilmiş sübuta düzgün hüquqi qiymət verməyərək göz ardı etmişdir. Halbuki, şəxs mübahisəli mənzilə faktiki sahiblik etmiş olsa idi məhkəmə tərəfindən onun mənzilə köçürülmə tələbi qəbul edilmiş olardı.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-6434/2022 nömrəli iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov) üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsini qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası rədd edilmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mirası əmlakı qə bul etməsi iş materialları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir.
25. İddiaçı mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, bununla bağlı niyyətləri əvvəldən mövcud olmamışdır; buna görə də onun mirası qəbul etməsi qənaətinə gəlmək mümkün deyil. Çünki İddiaçı mübahisəli mənzildə yaşaması, həmçinin miras qoyanın ölümündən sonra da (2007-2020) mübahisəli mənzildə yaşamaqda davam etməsi barədə sübutlar təqdim edə bilməmişdir.
26. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2987/2021 saylı xx.x x.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xatai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilinə köçürülməyi barədə iddiası rədd edilmiş, həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 24 saylı evin 23 saylı mənzilində 1990-cı ildən qeydiyyata düşmüşdür. Həmin mənzil xx.xx.2001-ci il tarixdə iddiaçının babası X10 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı məktəbi bitirib ailə qurduqdan sonra, yəni 6 aydan artıq müddətdə sözügedən mənzildən köçüb getmişdir. Göründüyü kimi iddiaçının miras qoyanın ölümündən sonra iddiaçının miras əmlakda yaşaması müəyyən edilmir.
27. Bununla yanaşı iş materiallarında olan Xətai Rayon MKTB tərəfindən v erilmiş 475871 saylı mənzil-kommunal xidməti üçün mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə R.Məmmədov ev 24, mənzil 23-ə görə Vİ-Xİİ2017, İ-Xİİ-2018, İ-Xİİ-2019, İ-İV-2020 tarixlər üçün 150 manat ödənilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan qəbzə istinad etməklə iddiaçının miras əmlakda yaşaması barədə nəticəyə gəlmək üçün əsas deyil, çünki həmin qəbzdə mənzil-kommunal xidməti üçün ödənişlər 2021-ci ildə, məhz arxa tarixlərə, yəni 2017- 2020-ci illər üçün ödənilmişdir.
28. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirməsi barədə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. İddiaçı qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmədiyindən onun mübahis ələnirilən vərəsəlik şəhadətnamənin etibarsızlığı üçün əsas olmamışdır. Həmçinin yuxarıda göstərildiyi kimi iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyi üçün iddia tələbi qalan hissələrdə, yəni “ünvan 2-də ½ miras payının və babadan qalmış əmanətin ona çatacaq 1/6 miras payının müəyyən edilməsi və həmin miras paylarına ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 40 saylı Notariat ofisinin üzərinə qoyulması” hissəsində də əsassız olmuşdur.
29. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməməlidir. Belə ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi Cavabdeh1 mübahisəli miras əmlakda yaşamaqla mir ası faktiki qəbul etmiş, həmçinin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə təqdim etmişdir. Lakin üçüncü şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada miras əmlakı qəbul etmələri iş materialları ilə müəyyən edilmədiyindən və bu barədə mötəbər sübutlar təqdim edilmədiyindən, üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilə bilməz.
30. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1159.1.3, 1243.2, 1243.3, 1274, 1291, 1321.1, 1321.2, 1325-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil1 Kamil oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və apellyasiya instansiya məhkəməsində (həmçinin birinci instansiya məhkəməsində) müəyyən edilmiş hallar və sübutl ar əsasında yeni qərar (iddia tələbinin tam şəkildə təmin edilməsi barədə) qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.1.3, 1243.2, 1243.3-cü maddələrinin tələblərini gözardı etmiş, iddiaçı faktiki olaraq babasından və nənəsindən qalmış miras əmlakın ½-i faktiki olaraq qəbul etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi əks nəticəyə gəlmişdir.
33. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Lakin apellyasiya instansiyası məhkəməsi hələ anadan olmamış atası vəfat etmiş, həyatda çoxlu çətinliklərə məruz qalmış iddiaçını qanunsuz və əsassız olaraq babasından və nənəsindən qalmış mirasın ona çatacaq hissəsindən məhrum etmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291, 1321.1, 1321.2, 1325-ci maddələrinin tələblərini də gözardı edərək iddiaçının babası vəfat edəndə yetkinlik yaşına çatmamasını, cavabdehin notariat orqanına saxta sənədlər təqdim etməsini, iddiaçının babasından qalmış əmanətdən ona pay çatmamasına şərait yaratdığını nəzərə almamışdır.
35. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam şəkildə araşdırmamış, yalnız cavabdehin sübutlara söykənməyən subyektiv mülahizələri əsasında qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara qiymət verməli olduğu halda bunu etməmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti təmin edildikdə hansı dəlillərə əsasən şikayətin təmin edildiyini göstərməyə borclu olduğu halda, bunları göstərməmiş, birinci instansiya məhkəməsinin qanuni, əsaslı və məntiqi qənaətini ləğv etmişdir. Birinci instansiya məhkəməsi mübahisənin obyektiv həllini təmin etmək üçün bütün sübutları topladığı, sonra həmin sübutları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirdiyi halda, apellyasiya instansiyası məhkəməsi MPM-nin 106.1-ci maddəsinin həmin tələblərini heçə saymışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh1 (Vəkil2) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntu larına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
38. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
39. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
40. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
41. Maddə 1159.1.3. Bu sonuncuları n nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
42. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
43. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
44. Maddə 1274. Miras onu qəbul edən vərəsələrin raz ılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kas sasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Mülki Məcəllənin Maddə 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
58. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsi n əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.
59. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsul u ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).
60. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən miras qoyan 2007-ci il tarixdə vəfat etmişdir. Miras əmlakı iddiaçı faktiki qəbul etməmiş, notariat orqanına vaxtında müraciət etməmişdir.
61. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir.
62. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.
63. Məhkəmə kollegiyası hesab edir ki, kassator mirası qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyindən o həmin miras əmlaka dair mübahisə açmaq hüququnu itirmişdir.
64. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir.
65. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
67. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin M ülki kollegiyasının 2(103)-6434/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.