Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1127/2023 03.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh və X6 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh və X6 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7547/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmə nin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı SŞ ASC-nin xx.xx.2014-cü il tarixli 004832 nömrəli Sığorta aktının məlumatlarına əsasən, xx.xx.2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 məxsus «XXX» minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı sığortalı avtomobil aşmış və nəticədə avtomobildə olan sərnişin X7 ölmüş, vərəslik hüququ haqqında şəhadətnaməyə əsasən ölümə görə sığorta məbləği 5.000 manat müəyyən edilmiş, Cavabdeh bank hesabına 2.500 manat, X4 hesabına isə 2.500 manat köçürülmüşdür.
2. Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnaməyə görə, X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-XXX/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli hökmünə əsasən, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddiaçı Cavabdeh X5 qarşı mülki iddiası baxılmamış saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-XXX/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü dəyişdirilmiş, həmin hökmdən mülki iddiaçı Cavabdeh mülki iddiasının baxılmamış saxlanılmasına dair hissəsi ləğv edilmiş və cavabdehun mülki iddiadan imtina etməsi ilə bağlı onun mülki iddiası üzrə icraata xitam verilmi şdir.
5. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə çıxış etmişdir.
6. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2.500 manat, Cavabdeh 2.500 manat pulun və 45,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmündə zərərçəkmiş şəxsin hüquqi varisi kimi Cavabdeh tərəfindən verilmiş izahatdan məlum olmuşdur ki, təqsirləndirilən şəxs X8 tərəfindən Cavabdeh 2.500 manat və X6 isə 2.500 manat məbləğdə pul ödənilmişdir. Bununla bağlı İddiaçı SŞ ASC tərəfindən Cavabdeh və X4 şəxsi bank hesabınlarına hər birinə 2.500 manat məbləğdə pul ödənilmişdir. Hazırda məlum olmuşdur ki, Cavabdeh və digər cavabdeh X9 heç bir qanuni əsas olmadan əsassız varlanmışlar.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3458/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixl qətnaməsi ilə (hakim L.Talıbova) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “...Təqsirləndirilən şəxsin atası tərəfindən zərərçəkən şəxsin ailəsinə (hüzr, dəfn xərci və s.) maddi yardımın göstərilməsi üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzinin verilməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, yol nəqliyyat hadisəsi xx.xx.2013-cü il tarixdə baş vermiş və sığorta ödənişi isə xx.xx.2014-cü i l tarixdə baş tutmuşdur.... Məhkəmə hesab edir ki, iddiaçı tərəf hökmdən məlumatsız olduğunu qeyd etsə də, ona sığorta hadisəsi, o cümlədən sığorta ödənişinin aparılması vaxtı bəlli olmuşdur və bununla bağlı olaraq hökmün mövcud olub-olmaması barədə məhkəməyə müraciət etməmişdir. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir.”
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 375.2, 1091.1, 1092.2, 1095, 1096.1, 1096.2, 1115-ci, “İcbari sığortalar haqqında” AR Qanununun 14.1, 14.2, 19.4, 19.5, 32.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı qətnamənin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlillərinə görə, ərizədə qeyd edilən əsaslar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü daxil olduqdan sonra məlum olmuş və iddia tələbi verilən zaman qanunvericilkdə nəzərdə tutulmuş 2 il müd dət ötürülməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən mülki iş araşdırılan zaman iddiaçının təqdim etdiyi sübutlara mötəbər sübutlar kimi yanaşılmamış, mülki iş tam obyektiv və dəqiq araşdırılmamışdır. Lakin cinayət işinin gedişatı zamanı İddiaçı SŞ ASC işə cəlb edilməmiş və cinayət işinin gedişatı zamanı zərərvuran şəxsin zərərçəkən şəxsə hər hansı bir ödəmə etməsi barədə xəbərdar olmamışdır. İddiaçı hesab edir ki, qətnamə qəbul edən zaman Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi mülki işi dəqiq və konkret araşdırmamış və bununla da qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələbinə görə, iddiaçı öz hüququnun məlum olduğu andan ən geci iki il ərzində məhkəməyə müraciət etmək hüququna malikdir. İş materiallarında olan məhkəmə qəbzinin surətindən g örünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü xx.xx.2021-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7547/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçının apellyasiya şikayətinin ilk növbədə dəlilləri ondan ibarətdir ki, iddiaçı qeyd edilən cinayət işi üzrə hər hansı şəxs qismində cəlb edilməmiş, məhkəmənin hökmündən xəbəri olmamışdır. İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası apell yasiya şikayətinin həmin dəlillərini əsaslı saymır. Belə ki, Sığorta Şirkətinin qeyd olunan cinayət işi üzrə prosessual şəxs qismində cəlb edilməsinə hər hansı qanuni əsas olmamışdır. Bundan başqa, iddiaçı tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, iddiaçı həmin yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanmış avtomobilin aşması nəticəsində sərnişinin ölməsi ilə əlaqədar mərhumun ailə üzvlərinə sığorta ödənişini həyata keçirmişdir. Göründüyü kimi, sığorta şirkəti tərəfindən sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan şəxs və s.) araşdırılaraq, bu barədə salahiyyətli orqanın məlumatı əldə edilərək sığorta ödənişi həyata keçirilmişdir. Belə olduğu halda sığorta şirkətinin həmin yol nəqliyyat had isəsi ilə bağlı cinayət işinin istintaqının nəticəsindən, bu işə dair məhkəmənin yekun aktından xəbəri olmaması inandırıcı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəf hökmdən məlumatsız olduğunu qeyd etsə də, ona sığorta hadisəsi, o cümlədən sığorta ödənişinin aparılması vaxtı bəli olmuş və həmin yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qəbul edilmiş hökmün əldə edilməsi üçün məhkəməyə müraciət etməmişdir.... İddiaçının apellyasiya şikayətinin daha bir dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iş araşdırılan zaman iddiaçının təqdim etdiyi sübutlara mötəbər sübutlar kimi yanaşılmamış, mülki iş tam, obyektiv və dəqiq araşdırılmamış, qətnamə qəbul edən zaman işin halları dəqiq və konkret araşdırılmamış və bununla da qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul edilmişdir.”
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1108.1, 1091.1, 1091.2, 1092.1, 1095, 375.2-ci, «İcbari sığortalar haqqında» Qanunun 32.1.3, 14.1.3, 14.2.1 və 19.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlillər i
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlillərinə görə, Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələri və “İcbari sığortalar haqqında” Qanunun 19.3, 19.4 və 19.5-ci maddələri tətbiq olunmalıdır. Məhkəmə qətnaməsində qeyd olunan normalara sadalansa da, məhkəmə qanunu səhv təfsir etmiş və iddiaçının iddiasını təmin etməmişdir. Hökm xx.xx.2021-ci ildə İddiaçı SŞ ASC-yə təqdim olunduğu üçün müddət ötürülmədiyi halda cavabdehin birinin məhkəmə prosesinə gəlməməsi, digərinin ərizəsi olmadan MM-in 375.2 və 1095-ci maddələrini tətbiq olunması kimi mövqeyi səhv yanaşmadır, burada qanunvericiliyin yuxarıda qeyd olunan normaları tətbiq olunmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq p ozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykə nir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 21. “İcbari sığortalar haqqında” Qanun: Maddə 14.1. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qan unun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.3. şəxsin ölümü; Maddə 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi - 100 faiz; Maddə 19.4. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığo rta olunana verir; Maddə 32.1. Əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.3. mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və y a qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtın da həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar: “Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əs asən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.”
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərarı: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə n prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
30. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, dəlillərdən Mülki Məcəllənin və “İcbari sığortalar haqqında” Qanunun normalarının səhv təfsir olunması barədə dəlil, səhv təfsirin konkret olaraq nədən ibarət olduğu dəqiqləşdirilmədiyi üçün, əsassızdır.
31. Şikayətin cavabdehin digərinin ərizəsi olmadan Mülki Məcəllənin 375.2 və 1095ci maddələrinin tət biqinin səhv olmasına dair dəlil isə, apellyasiya şikayətində irəli sürülmədiyi və həmin instansiyada araşdırma predmeti olmadığı üçün, hazırkı icraat çərçivəsində belə dəlil üzrə araşdırma aparıla və ona qiymət verilə bilməz.
32. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7547/2022 nömrəli iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı Sığorta Şirkəti ASC-nin ka ssasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.