Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1127/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1943/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Mərdanov qardaşları küçəsi ilə N.Vəzirov küçəsi istiqamətində hərəkətdə olarkən, Mərdanov qardaşları küçəsi ilə N.Vəzirov küçəsinin kəsişməsində “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla əlaqədar Cavabdeh Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 12 fevral 2023-cü il tarixli ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli tör ətməkdə təqsirli bilinərək 60 manat miqdarında cərimə edilmişdir. 2. 22 iyun 2022-ci il tarixli sığorta aktına əsasən “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 3 saylı hesabatına uyğun olaraq 32608 manat müəyyən edilmişdir.
3. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 105749 nömrəli sığorta aktına əsasən 27634,27 manat sığorta ödənişi həyata keçirilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1445/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərarına əsasən, Cavabdeh şikayəti təmin edilməmiş, Nəsimi RPİ-nin DYPŞ-nin 12 fevral 2023-cü il tarixli ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1095/2023 sa ylı 30 may 2023-cü il tarixli qərarına əsasən, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1445/2023 nömrəli 13 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 27604,44 manat məbləğində vəsaitin və ödənilmiş 173,40 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına is tinad etməklə tələbini belə əsaslandırmışdır ki, dəymiş zərər “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan İddiaçı SŞ ASC tərəfindən ödənilmişdir (əvəzlənmişdir). xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. 27.608,44 manat pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.
8. İddiaçı vurulmuş maddi zərəri təsdiq edən sübut kimi "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli 3 saylı hesabatı təqdim etmişdir. Hesabatda dəyişilməli hissələrin və xidmətin dəyəri olaraq cəmi 32608 manat ziyan müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qəbul etməyib, Sığorta Şirkətinin əməkdaşının xx.xx.2022-ci il tarixdə ona göndərdiyi xx.xx.2022-ci il tarixli qüsur aktını təqdim etmişdir. Həmin aktda dəymiş ümumi zərər ƏDV daxil olmaqla 24.580 manat müəyyən edilmişdir.
10. Cavabdeh bildirmişdir ki, həmin qüsur aktında imzaya və ya möhürə ehtiyac yoxdur, çünki həmin qüsur aktı firmanın rəsmi blankında tərtib edilmişdir. Bundan əlavə iddiaçı tərəf bildirmişdir ki, bu qüsur aktı ona qeyri-rəsmi şəkildə təqdim olunmuşdur. Ancaq bu, doğru deyil. Çünki akt ona məxsus elektron poçt ünvanına göndərilmişdir. Göndərən şəxs isə şirkətin məsul şəxsidir. Bu halda aktın təqdim edilməsi qeyri-rəsmi hesab edilə bilməz. Həmçinin hazırkı iş üzrə ekspertizanı keçirmiş ekspert işi qəbul etməməli idi. Çünki ekspertizanın obyektiv keçirilmədiyini hesab edir. Bundan əlavə bildirir ki, subroqasiyanın mahiyyəti şəxsə maddi zər ər vuranın pulunu üçüncü şəxsə ödətməkdir. Faktiki baş vermiş hadisə sığorta münasibətlərini əhatə etdiyinə görə “İcbari sığorta haqqında” Qanunun müddəaları tətbiq edilməlidir.
11. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablamalar yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci - dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 24521 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 22521 manat, təmir-bərpa işlərinin qiyməti 2000 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 23620 manat, dəyişilməli hissələrin qiyməti 21620 manat, təmir-bərpa işlərinin qiyməti 2000 manat müəyyən edilmişdir.
12. Cavabdeh ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertiza təyin olunmasını xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, ekspert qüsur aktında olan rəqəmləri təkrarlamış, dəqiqləşdirilməmiş arqumentlərə əsaslanmışdır.
13. Məhkəmə cavabdehin vəsatətini rədd etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, rəydə qüsur aktına istinad olunsa da, qeyd edilən rəqəmlərdən görünür ki, qüsur aktında olan rəqəmlər təkrarlanmamışdır.
14. Məhkəmə iş üzrə rəy vermiş ekspert X2 dindirmiş və ekspert ifadəsində bildirmişd ir ki, ekspertiza keçirilən zaman hər hansı təqdim edilmiş şəkilə, videogörüntüyə baxılmır. Həmçinin idarə binasının qarşısına dəymiş ziyanın hesablanması ilə bağlı avtomobil gətirildiyi hallarda belə həmin avtomobilə baxış keçirilib ziyan məbləği hesablanmır. Yəni, sadəcə qüsur aktına və özlərinin metodik vəsaitlərinə əsasən hesablamalar aparırlar. Dəymiş zərər real olaraq rəydə göstərdiyi məbləğdir, xx.xx.2022-ci il tarixli qüsur aktı rəsmi blank formasında tərtib edildiyindən, məbləğlər daha ətraflı göstərildiyindən həmin qüsur aktı əsasında rəy vermişdir. Məbləğlər göstərdiyində aşınma nəzərə alınmaqla qeyd edilmişdir. Avtoservislərdən asılı olmaqla qiymət tərəfindən göstərilmiş məbləğdən sadəcə olaraq 200-400 manat arası yüksək və ya aşağı ola bilər. 2021-ci il buraxılışlı “Skoda Kodi aq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən real zərər aşınma nəzərə alınmaqla 23620 manat təşkil edir.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(004)4680/2023 nömrəli qətnaməsi ilə (hakim G.Babazadə) iddia qismən təmin edilmiş, cavabdehdən 18620 manat məbləğində sığorta ödənişi və iddiaçının ödədiyi 173,40 manat dövlət rüsumunun 146 manat hissəsi olmaqla, cəmi 18766 manatın iddiaçının xeyrinə tutulması, 50 manat ekspertiza xərcinin cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subr oqasiya qaydasında İddiaçı Sığorta Şirkəti ASC-yə keçdiyindən iddia qismən təmin edilməli, nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği qismində ekspert rəyi ilə müəyyən edilmiş 23620 manat əsas götürülməli və qeyd edilən pul vəsaitindən 5000 manat icbari sığorta üzrə əvəzləşdirilmiş məbləğ çıxılmaqla (23620-5000=18620) manat Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21.1-21.3, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1, 1114.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh ap ellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert əmtəəşünaslıq ekspertizasını düzgün və qanuni həyata keçirməmiş, nə üçün İddiaçı Sığorta Şirkəti ACnin birinci verdiyi qüsur aktını qəbul etdiyinin əsaslarını ekspert rəyində tam və kifayət qədər açıqlamamışdır. Məhkəmə ekspertizasının əsas mahiyyəti ondan ibarət olmalı idi ki, avtoqəza nəticəsində, yəni toqquşma zamanı real olaraq maşına nə qədər ziyan yetirilə bilərdi və bu maşın uzrə təmir edilən ehtiyat hissələrinin qiyməti obyektiv həqiqəti əks etdirirmi? Ekspert rəyi verilən suallar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığını aşkar surətdə göstərsə də, hakimin ekspert rəyini sübut kimi qiymətləndirməsi və bunun əsasında qətnamə qəbul etməsi qanunvericiliyin tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Ekspertiza düzgün keçirilməmişdir və ekspertin gəldiyi nəticələr obyektiv həqiqəti əks etdirmir. Ekspert iddiaçının təqdim etdiyi qüsur aktında göstərilən ehtiyat hissələrini düzgün hesablamamış və gəldiyi nəticəni kifayət qədər aydınlaşdırmamışdır.
20. Cavabdeh məhkəməyə "xxxx" MMC tərəfindən verilmiş preyskurantı təqdim etmişdir. Həmin sənəddə, "xxxx" MMC-nin verdiyi xx.xx.2022-ci il tarixli qüsur aktında qeyd olunan 36 ehtiyat hissəsinin 31-inin qiymətləri və xidmət haqqının dəyəri olaraq 9343 manat olduğu əksini tapmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi ekspertin əsas götürdüyü "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarix li qüsur aktında göstərilənlərlə "xxxx" MMC tərəfindən verilmiş sənəddə (preyskurantda) göstərilənlər arasında əhəmiyyətli fərq və ziddiyyət olduğundan bu ziddiyyəti araşdırmaq üçün iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmiş, lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli məktubla rəy verməkdən imtina etmiş və bunun səbəbini yerli internet saytlarında həmin avtomobilin ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumatın mövcud olmaması ilə izah etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1943/2024 nömrəli 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), S.R.Səlimova və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmi n edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyi ilə avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 24521 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 22521 manat, təmir-bərpa işlərinin qiyməti - 2000 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 23620 manat, dəyişilməli hissələrin qiyməti 21620 manat, təmir-bərpa işlərinin qiyməti - 2000 manat müəyyən edilmişdir. Ekspert nəzəri hesablamalar yolu ilə və iş materiallarında o lan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən rəy vermişdir.
24. Bundan əlavə rəy vermiş ekspert X3 məhkəmə iclasına dəvət olunmuş, rəyi müdafiə etmiş, dəymiş zərərin real olaraq rəydə göstərdiyi məbləğ olduğunu, xx.xx.2022-ci il tarixli qüsur aktı rəsmi blank formasında tərtib edildiyindən, məbləğlər daha ətraflı göstərildiyindən həmin qüsur aktı əsasında rəy verdiyini, məbləğlərin aşınma nəzərə alınmaqla qeyd edildiyini, avtoservislərdən asılı olaraq qiymətlərin tərəfindən göstərilmiş məbləğdən sadəcə olaraq 200-400 manat arası yüksək və ya aşağı ola biləcəyini bildirmişdir. Cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirsə də, həmin rəyin mötəbərliyini şübhə altına alan ilkin sübutlara istinad etməmişdir. Buna baxmayaraq, apellya siya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və həll edilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Yol-nəqliyyat hadisəsi nəticəsində “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği yuxarıda adı çəkilən sənədlərdə göstərilən qiymətlər arasındakı uyğunsuzluq nəzərə alınmaqla yenidən müəyyən edilsin.
2. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə cədvəlində (i.v.29) göstərilən ehtiyat hissələrinin qiyməti və onların dəyişdirilməsi üçün xidmət haqları həmin tarixdə və hazırkı dövrdə mövcud bazar qiymətlərinə uyğun durmu? Əgər uyğun deyilsə, qeyd olunan tarixdə və hazırda mövcud bazar qiymətləri əsasında qiymətlər və xidmət haqları müəyyən edilsin. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli məktubla rəy verməkdən imtina etmiş və bunun səbəbini yerli internet saytlarında həmin avtomobilin ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumatın mövcud olmaması ilə izah etmişdir.
25. Məhkəmə kollegiyası qeyd olunanlara, birinci instansiya məhkəməsində işə baxılarkən müvafiq ekspertiza keçirildiyinə, həmin rəydə göstərilənləri təkzib edən sübutlar təqdim olunmadığına istinad edərək, 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyinin mötəbərliyini qəbul edib və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşıb. Elə bu əsasla da məhkəmə ko llegiyası təkrar ekspertiza təyin olunması barədə iddiaçının nümayəndəsinin vəsatətini əsassız sayıb və təmin etməyib.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1114.1-ci, MPM-in 77.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdehin iddia tələbinin rədd olunmasına yönəltdiyi və məhkəmə araşdırmasına təqdi m edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ekspert rəyinin işin faktiki hallarına uyğun gəlməyən, tamamilə əsassız və ziddiyyətli sənədlər əsasında verilməsi səbəbindən mülki iş üzrə sübutların siyahısından çıxarılması ilə bağlı vəsatət təmin olunmamaqla cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Qətnamədə məhkəmə nəyə əsaslanaraq zərərin ümumi məbləği olaraq 18620 manat müəyyən etdiyini tam olaraq əsaslandıra bilməmişdir. Məhkəmə dəymiş zərərin məbləği ilə bağlı iddiaçının təqdim etdiyi bir-birinə uyğun gəlməyən aktlar və həmin aktlar əsasında verilən ekspert rəyinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin məhkəmə araşdırmasına təqdim etdiyi sübutlara qeyri-obyektiv yanaşmış, mübahisənin həlli üzrə qeyri-müəyyən və suallar doğuran qətnamə qəbul olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iki ekspert rəyi arasında ziddiyyət və fərq mövcud olmasına baxmayarq, təkrar ekspertiza təyin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 30. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tə ləbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir.
31. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
32. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzi ni ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zə rəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
36. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
37. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
49. Belə ki, iddiaçı cavabdehə qarşı subroqasiya qaydasında iddia verərək, cavabdehdən “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə ödənilmiş sığorta ödənişinin - 27604,44 manat məbləğində vəsaitin tutulmasını tələb edir.
50. İşin müəyyən olunan hallarından göründüyü kimi “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydaları” əsasında “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobil 70000 manat sığorta dəyəri olmaqla, xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək sığortalanmışdır (səh.25). Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, yol hərəkəti qaydalarını pozaraq “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq sonuncu nəqəliyyat vasitəsinin sahibinə maddi zərər vurmuşdur.
51. Vurulan zərərin məbləği "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 3 saylı hesaba əsasən 32.608,44 manat müəyyən edilmişdir (səh 29-30). İddi açının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 105749 saylı sığorta aktında "xxxx" MMC-nin hesabına iddiaçı tərəfindən 32.608,44 manat pulun köçürüldüyü əksini tapmışdır (səh. 27).
52. Bu halda Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən iddiaçının sığorta ödənişini vermiş sığortaçı olaraq, subroqasiya qaydasında cavabdehdən ödənişi tələb etmək hüququ vardır.
53. Lakin cavabdeh vurulan ziyanın məbləğini mübahisələndirir. Bu halda iddiaçı tələbin həcmi barədə sübut təqdim etmək vəzifəsi daşıyır.
54. İddiaçı ziyanın məbləğini "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 3 saylı hesaba əsasən 32.608,44 manat müəyyən etmişdir və məhz həmin hesabata istinad edərək, hazırki iddianı vermişdir. Cavabdeh əvvəldən bu rəyin mötəbərliyini şübhə altına almış, mövqeyini ümumə n onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin qiymətləndirmədə mənafeyi vardır. Cavabdehin bu dəlili aşıq-aşkar əsassız deyildi. Çünki təqdim edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktından da görünür ki, zərərin məbləği kimi olunan 32.608,44 manat pul məhz ziyanın məbləğini (avtomobilin təmir xərclərini) müəyyən etmiş "xxxx" MMC-nin hesabına ödənilmişdir.
55. Bundan başqa, cavabdeh "xxxx" MMC-nin eyni avtomobilə vurulan ziyanın məbləğinə dair fərqli nəticəni əks etdirən, yəni ziyanın 24.580 manat olduğunu müəyyən edən, Sığorta Şirkətinin əməkdaşının xx.xx.2022-ci il tarixdə ona göndərdiyi xx.xx.2022-ci il tarixli qüsur aktını təqdim etmişdir. Həmin qüsur aktında dəyişdirilməli olan 36 ədəd hissələrin qiyməti 22580 manat, 2000 manat təmir xərci qeyd edilib. Həmçinin ehtiyat hissələrinin b öyük hissəsinin sifarişlə gətirilməli olduğu göstərilib.
56. Buna əsasən cavabdeh xx.xx.2022-ci il tarixli qüsur aktının da mötəbər olmadığını bildirmiş, müəyyən olunan qiymətlərin mənbəyinə dair məlumatların məlum olmadığını əsas gətirmiş və məhkəmə tərəfindən həmin dəlillər nəzərə alınaraq ekspertiza təyin edilmişdir.
57. Ekspert avtomobilin təmiri üçün zəruri olan ehtiyat hissələrinin qiymətlərini, bazar qiymətlərini əks etdirən məlumat mənbələri əsasında müəyyən etməli idi. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyinin “Tədqiqi hissə”sində də qeyd olunmuşdur ki, «malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təcbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja katirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və hakimiyyət orqanlarının məlumat bazalarından, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir. Qeyd olunan xüsusatlara müvafiq olaraq aparılmış tədqiqat nəticəsində, qərardadda qeyd edilən avtomobilin təmir bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr bazarında (mağazalarında) və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur».
58. Lakin ekspert verdiyi rəydə bu mənbələrin məlumatlarını açıqlamamış, əksinə “Təqiqatın nəticələri” bölməsində qeyd etmişdir ki, “nəzəri hesablamalar yolu ilə, iş materiallarında olan "xxxx" MMC tə rəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci - dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 24521 manat,... müəyyən edilir”.
59. Məhkəmə iclasında dindirilmiş ekspert X3 ifadəsində də bildirmişdir ki, sadəcə qüsur aktına və özlərinin metodik vəsaitlərinə əsasən hesablamalar aparırlar. xx.xx.2022ci il tarixli qüsur aktı rəsmi blank formasında tərtib edildiyindən, məbləğlər daha ətraflı göstərildiyindən həmin qüsur aktı əsasında rəy vermişdir.
60. Cavabdeh həmin rəyə etiraz etmiş və ona əsaslanmışdır ki, ekspert qüsur aktında olan rəqəmləri təkrarlamış, dəqiqləşdirilməm iş arqumentlərə əsaslanmışdır. Məhkəmə cavabdehin vəsatətini rədd edərək göstərmişdir ki, rəydə qüsur aktına istinad olunsa da, qüsur aktında olan rəqəmlər təkrarlanmamışdır.
61. Halbuki, həqiqətən də ekspert 31 adda ehtiyat hissəsinin qiymətini qüsur aktında hər biri üçün müəyyən olunan eyni qiymətlə müəyyən etmişdir. Həmçinin görülməli olan təmir işlərinin qiyməti də qüsur aktında müəyyən olunan rəqəmlə eynidir.
62. Apelyasiya instansiyası məhkəməsi təkrar ekspertiza təyin etmiş olsa da, ekspert rəy verməkdən imtina etmişdir. Bu halda apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində verilən 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyinin mötəbərliyini qəbul etmiş, bu nəticəyə gəlməsini onunla əsaslandırmışdır ki, həmin rəydə göstərilənləri təkzib edən sübutla r təqdim olunmamışdır.
63. Halbuki cavabdeh ekspert rəyində müəyyən olunan qiymətləri təkzib edən sübut olaraq "xxxx" MMC tərəfindən verilmiş sənədi (preyskurantı) təqdim etmişdi və apelyasiya instansiyası məhkəməsi məhz həmin sübuta istinad edərək təkrar ekspertiza təyin etmişdi.
64. Göründüyü kimi avtomobilə vurulmuş zərərin birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməməsi, ekspert rəyinin əsassız olduğu barədə cavabdehin dəlilləri üzrə apelyasiya instansiyası məhkəməsi tərədindən tam araşdırma aparılmamışdır.
65. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır.
66. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı).
67. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
68. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
69. Həmin Məhkəmə “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli s übutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.
70. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
71. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəf lərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
72. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
73. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1943/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.