Məhkəmə qərarları › İş №2(102)-113/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-113/2020

08.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-113/2020 08.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyytəli Cəmiyyətinin təsisçisi X1, iddiaçının vəkili V oğlunun, Cavabdeh1 və vəkili V oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqsut 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC və vəkili V oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər məhkəməsinin 22 fevra l 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, X4, “xxxx” MMC-yə, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə qarşı cavabdeh X2 adına verilmiş JN-161 saylı, 26.05.2006-cı il tarixli torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, X5 ilə Cavabdeh1 arasında Sumqayıt şəhəri ərazisində yerləşən 0,726059 ha torpaq sahəsinə dair N kontorunda 3M-/588 nömrəli, 11.06.2015-ci il tarixli və 3M-/589 saylı, 11.06.2015-ci il tarixli torpaqdan istifadə hüquqlarının alqı- satqı müqavilələrinin və həmin alqı-satqı müqaviləsi əsasında 24 iyun 2015-ci il tarixdə Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı dövlət reyestrində 116 saylı reyestr kitabının 66 saylı qeydiyyat vərəqində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi, cavabdeh “xxxx” MMC tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 3594 kv.m hissəsində inşa edilmiş qanunsuz tikililərin və hasarın öz hesabına sökülməsi və həmin torpaq sahəsindən “xxxx” MMC-nin əmlakları ilə birlikdə çıxarılması, iddiaçı “xxxx” MMC-nin Ünvan rayonundakı ərazidə yerləşən 10.000 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və adına çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” MMC-yə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli, 2(105)-2526/2019 saylı qətnaməsi ilə (hakimlər S.Qafari sədrlik edən və məruzəçi, F.Məmmədov və L.Məmmədova) ilkin iddia üzrə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 22 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İlkin iddiaçı “xxxx” MMC-nin cavabdehlər X8, Cavabdeh1, X5, “xxxx” MMC-yə, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı alqı-satqı müqavi ləsinin və çıxarışların etibarsız hesab edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-1621, KOD 30900002 nömrəli, 26.05.2006-cı il tarixli “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı”-nin ləğv edilməsi, 3M-/589 nömrəli, 11.06.2015-ci il tarixli və 3M-/588 nömrəli, 11.06.2015-ci il tarixli torpaqların istifadə hüquqlarının alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilmiş sözügedən torpaq sahəsi ilə bağlı çıxarışın ləğv edilməsi və Ünvan rayonundakı ərazidə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilərək torpaq sahəsinin planı v ə ölçüsü sənədinə əsasən “xxxx” MMC-yə məxsus 10000 kv.m sahədə kənd təsərrüfatı mallarının istehsalını təşkil etmək üçün istifadəyə ayrılan torpaq sahəsinə dair mülkiyyət hüqquunun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı “xxxx” MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən dəqiqləşdirmə barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, X6, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə qarşı «aktın ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, hasarın sökülməsi, torpaq sahəsindən çıxarma, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması» barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Ünvan rayonundakı ərazidə yerləşən 10.000 kv.m torpaq sahəsinə dair verilmiş “JN-1621, KOD 30900002 nömrəli, 26.05.2006-cı il tarixli torpaqdan daimi istifadə hüququna dair dövlət aktının ləğv edilməsi, X5 ilə Cavabdeh1 arasında bağlanmış 3M-/588 nömrəli, 11.06.2015-ci il tarixli və 3M-/589 nömrəli, 11.06.2015-ci il tarixli torpaqdan istifadə hüquqlarının alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına həmin torpaq sahəsinə dair verilmiş mülkiyyət h üququna dair çıxarışın ləğv edilməsi, cavabdeh X8 tərəfindən Ünvan rayonundakı ərazidə yerləşən 10.000 kv.m torpaq sahəsinin sərhədləri daxilində inşa edilmiş hasarın onun hesabına sökülməsi və onun həmin torpaq sahəsindən çıxarılması, iddiaçı “xxxx” MMC-nin Ünvan rayonundakı ərazidə yerləşən 10.000 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və adına çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı “xxxx” MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən dəqiqləşdirmə barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, X4, “xxxx” MMC-yə, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərba ycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə qarşı «aktın ləğv edilməsi, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, hasarın sökülməsi, torpaq sahəsindən çıxarma, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması» barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 adına verilmiş JN-161 saylı, 26.05.2006-cı il tarixli torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, X5 ilə Cavabdeh1 arasında Sumqayıt şəhəri ərazisində yerləşən 0,726059 ha torpaq sahəsinə dair N kontorunda bağlanmış 3M-/588 nömrəli, 11.06.2015-ci il tarixli və 3M-/589 saylı, 11.06.2015-ci il tarixli torpaqdan istifadə hüquqlarının alqı-satq ı müqavilələrinin və həmin alqı-satqı müqaviləsi əsasında 24 iyun 2015-ci il tarixdə Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı dövlət reyestrində 116 saylı reyestr kitabının 66 saylı qeydiyyat vərəqində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi; cavabdeh “xxxx” MMCnin Ünvan rayonu ərazisində 29.11.2007-ci il tarixdə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatının etibarsız sayılması; Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 06.03.2009cu il tarixli 61 saylı sərəncamı ilə 03.03.2018-ci il tarixdə təsərrüfat subyekti (obyekti) kimi vergi orqanında həmin ünvan üzrə qeydiyyata alınmasının etibarsız sayılması və iddiaçıya məxsus torpaq sahəsinin 3594 kv.m hissəsində inşa edilmiş qanunsuz tikililərin və hasarın cavabdehin hesabına sökülməsi və onun həmin torpaq sahəsi ndən “xxxx” MMC-nin əmlakları ilə birlikdə çıxarılması, iddiaçı “xxxx” MMC-nin Ünvan rayonundakı ərazidə yerləşən 10.000 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınması və adına çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh “xxxx” MMC-yə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin “xxxx” fermer təsərrüfatına ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X adlanan ərazidəki 10.000 kv.m torpaq sahəsinə dair verilmiş və X10 kitabında 29.05.2014-cü il tarixdə 7137 nömrə ilə uço ta alınmış A № 506486 saylı torpaq sahəsinin planı və ölçüsünün etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə iddiaçı “xxxx” MMC və vəkili V oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi formal mülahizələr əsasında, müvafiq qanun normasına tamamilə səhv yanaşma nümayiş etdirməklə özüözünə zidd çıxan məhkəmə kollegiyası mülkiyyət hüququna dair tələblərə yanaşmadan, ziddiyyətli fikirlərə və aşkar səhvlərə yol vermişdir. Ona görə də Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 avqust 2019-cu il tarixli 2(105)-2526/2019 nömrəli qətnaməsinin ləğv olunması və “xxxx” MMC-nin iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili V oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi, iddiaçı “xxxx” MMC-nin təsisçisi X3 vəkilin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili V oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq məhkəməyə göndərdikləri kassasiya şikayətinə etirazı müdafiə edərək qeyd edilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, Cavabdeh1 vəkil in çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ilkin iddiaçı “xxxx” MMC Sumqayıt şəhər XDS İK-nin 30.06.1995-ci il tarixli 56 saylı qərarı ilə 10000 kv.m torpaq sahəsi ayrıldığını və torpaq sahəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına torpaq sahəsinin plan və ölçü sənədi verildiyini, torpaq sahəsinin sənədləşdirilməsini həyata keçirərkən həmin torpaq sahəsinə cavabdehlərin adına çıxarış verilməsi ona məlum olmuş və bu səbəbdən hazırki ilkin iddia ilə məhkəməyə müraciət etmiş, qarşılıqlı iddiaçı Cavabdeh1 isə torpağın istifadə hüquqlarını alqı-atqı müqaviləsi əsasında Xdan aldığını, sonuncunun adına dövlət aktı deyil çıxarış olduğunu, həmin torpaq sahəsini o, özüdə alqı-satqı müqaviləsi əsasında aldığını, Cavabdeh1 özünün be lə adına dövlət aktı mövcud olmadığını, müqavilə əsasında çıxarış verildiyini iddia edərək, ilkin iddiaçı “xxxx” MMC adına verilmiş 29.05.2014-cü il tarixli torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi hər iki iddia tələbini rədd edərkən, tərəflərə həmin torpaq sahələrinin ayrılması barədə qüvvədə olan qərarların mövcud olduğunu və həmin torpaq sahələrinin ayrılması barədə inzibati orqanların (XDS İK və s.) qərarlarının qanuniliyi yoxlanılmadan kimin qanuni əsaslarla həmin torpaq səahələrini əldə etməsi, mübahiəsələndirilən əqdlərin və hüquqverici sənədlərin hansının düzgün olması, həmin əqdlərin etibarsız hesab edilməsi üçün qanuni əsasların olub-olmaması barədə qənaətə gəlmək qeyri-mümkündür. Apellyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, mübahisəli torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər XDS İK- nin qüvvədə olan qərarları mövcuddur, həmin qərarlar hazır ki mübahisənin predmeti deyil, eləcə də cavabdeh X özü belə həmin torpaq sahəsini digər şəxs X2dən 15.05.2006-cı il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etmiş, ona qarşı da tələb irəli sürülməmiş və sonuncunun həmin torpaq sahəsini hansı qaydada əldə etməsi işdən görünmür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər iki tərəf iddia tələbi irəli sürdüyündən və sübut etmə öhdəliyi hər ikisinin üzərinə düşdüyündən, tərəflərdən heç biri tutarlı sübutlar təqdim etmədiyindən, hər iki iddia tələblərini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması barədə kassasiya şikayətində göstərilən dəlillər formal mülahizələrdən ibarət olmuşdur, apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuş və həmin nəticəyə hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi ərizəçinın tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəm əyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdi q etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması ərizəçinın birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, ərizəçi tələbinin və apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasına dair istinad etdiyi hallarla bağlı məhkəmələrə mötəbər sübutlar təqdim edə bilmədiyi üçün onun iddia tələblərinə və apellyasiya şikayətinin dəlillərinə də sübutetmə yükünün daşıyıcısı kimi məhz özünün irəli sürdüyü arqumentlər əsasında baxılaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllnin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilm iş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC və vəkili V oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqsut 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar