Məhkəmə qərarları › İş №2(102)-1135/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1135/2019

07.02.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1135/2019 07.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1135/2019 Bakı şəhəri 07 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçılardan İddiaçı2, vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(014)2 95/2018 hakim F.H.Nəsibov) iddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddiası qismən təmin edilmiş, 24 may 2012-ci ildə Ağdaş şəhərində vəfat etmiş mərhum X1 vəfatından sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddətin iddiaçılar tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması, 08 sentyabr 1995-ci ildə Ağdaş şəhərində vəfat etmiş Mürsəliyev Əfəndi Əli oğlunun və 24 may 2012-ci ildə Ağdaş şəhərində vəfat etmiş X1 vəfatından sonra ünvan 1 ünvanda yerləşən ümümi sahəsi, 96,6 kv.m olan iki otaqlı yaşayış evi və həmin evin yerləşdiyi 0.04 hektar həyətyanı torpaq sahəsinin X2 çatası hissəsindən ibarət mirasın iddiaçılar tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və miras qalmış həmin əmlakda hə r birinə 1/6 hissədə pay müəyyən edilməsi, X7 payının övladları Cavabdeh3 və Cavabdeh4 arasında bərabər hissədə bölünməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-2026/2018 hakimlər Ə.T.Məcidov, M.A.Əsədli, İ.F.Quliyev) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: 09 yanvar 2018-ci il tarixdə iddiaçılar İddiaçı1,İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müdd ətin üzürlü hesab edilərək uzadılmasına, mirasın qəbul edilməsi və miras qalmış əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək 08 sentyabr 1995-ci ildə Ağdaş şəhərində ölmüş mərhum ataları X10 və 24 may 2012-ci ildə Ağdaş şəhərində ölmüş mərhum anaları X5 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəflərindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılmasına, valideylərinin ölümündən sonra ünvan 2 ünvanda onlardan miras qalmış iki mərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsindən mərhum anaları X8 çatası hissəsindən ibarət mirasın onlar tərəfindən qəbul edilməsi və miras qalmış həmin əmlaklarda paylarının hər birinə 1/6 hissədə müəyy ən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlnin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırılmamışdır. İddiaçılara evin ½ hissəsinə dair verilmiş vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas olmuş sənədlərin notariat kontorundan tələb edilməsinə dair vəsatət təmin edilməmiş, miras əmlakın qəbul edilməsi iddiaçılar tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının icla sına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəllənin 217.2-cı maddəsinə, 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəllənin 552 və 553-cü maddələrinə, 01 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1157, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2 və 1248-ci maddələrinə istinad edərək qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli ev tərəflərin valideynləri olan Mürsəliyev Əfəndi Əli oğlu və X1 birgə mülkiyyətində olmuşdur. İddiaçılar mübahisəli evin yerləşdiyi torpaq sahəsinin 0,05 hektar olduğunu bildirsələr də məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi 0,04 hektardır və həmin torpaq sahəsi X1 mülkiyyətində olmuşdur. Tərəflərin ataları Mürsəl iyev Əfəndi Əli oğlu vəfat etdikdən sonra ondan qalmış miras əmlak qəbul edilərək X1, X7, Cavabdeh1, İddiaçı2, X3, X4, Cavabdeh2 adına mübahisəli evin ½ hissəsinə dair 03 iyul 1999-cu il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi alınsa da, X6 vəfat etdikdən sonra onun mülkiyyətində olan evin digər yarısı və 0,04 hektar torpaq sahəsi vərəsələri tərəfindən faktik olaraq qəbul edilsə də, müvafiq sənədləşmə aparılmamışdır. Mübahisəli evdə faktiki olaraq Cavabdeh1 yaşasa da, digər tərəflər mütəmadi olaraq həmin evə gedibgəlmişlər. X6 vəfat etdikdən sonra ondan qalmış mirasın iddiaçıların qəbul etməsi məhkəmə iclasında müəyyən edilmişdir. Mirasın bir hissəsi iddiaçılar tərəfindən qəbul edildiyindən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mirasın digər hissəsi də iddiaçılar tərəfin dən qəbul edilmişdir. İddiaçılar qardaşları Cavabdeh1 ilə münasibətləri pozulduqdan sonra mübahisəli ev və torpaq sahəsinə gediş-gəlişləri dayandırıldıqdan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159-cu maddəsinin tələblərinə görə ölənin uşaqları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbə vərəsə sayılırlar. Miras qoyanın nəvələri miras açıldığı vaxt miras qoyanın vərəsələri olan valideynləri sağ olmadıqda qanun üzrə birinci növbə vərəsə sayılmaqla ölmüş valideynə ç atası paydan bərabər miras alırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Əsli ilə düzdür Hakim Gündüz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar