Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1136/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1136/2023 ( Açar sözlər: icraata xitam - eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa ) Bakı şəhəri 01 mart 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X3 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı özbaşına tikililərin cavabdehin hesabına sökülərək mənzilin ilkin vəziyyətə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7879/ 2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16 iyun 2011-ci il tarixli, 2(009)-1454/2011 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh X1 (bundan sonra – cavabdeh) qarşı mənzilin əvvəlki vəziyyətinə qaytarılması və özəlləşdirilməsinin ləğvi tələbi əsassız olduğu üçün təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı özbaşına tikililərin cavabdehin hesabına sökülərək mənzilin ilkin vəziyyətə qaytarılması dair iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, Bakı şəhəri, Bünyad Sərdarov küçəsi, 17 saylı evdə yerləşən 22 saylı mənzildə qanunsuz aparılan tikili və yenidənqurma işləri mənzildə qanunsuz tikilmiş eyvanın cavabdehin hesabına sökülməsi, 21 saylı mənzildən ayrılması, 22 saylı mənzilin ilkin vəziyyətə cavabdehin hesabına gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 28 oktyabr 2022-ci il tarixli, 2(009)-2296/2022 nömrəli qərardadı ilə (hakim Şahin Abdullayev) iddiaçının cavabdehə qarşı özbaşına tikililərin cavabdehin hesabına sökülərək mənzilin ilkin vəziyyətə qaytarılması tələbinə dair mülki işin icraatına xitam verilmişdir.
4. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin q anuni qüvvəsini almış 16 iyun 2011-ci il tarixli, 2(009)-1454/2011 nömrəli qətnaməsindən görünür ki, mənzilin əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbi ilə 2011-ci ildə iddiaçı məhkəməyə müraciət etmiş, hazırkı mübahisə məhkəmə baxışının predmeti olmuş və işə mahiyyəti üzrə baxılaraq məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilərək iddiaçının iddiası təmin edilməmişdir. Yəni həmin mülki işə baxılarkən iddiaçının hazırkı tələbi araşdırılmış və qiymətləndirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı mülki işin icraatına xitam verilməlidir.
5. Birinci instansiya məhkəmə iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsin in şərh edilməsinə dair” Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2, 82.3, 170.1, 261.0 və 261.0.2-ci maddələrinə istinad etmişdir.
6. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 06 dekabr 2022-ci il tarixli, 2(103)-7879/2022 nömrəli qərardadı ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, işdə olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 16 iyun 2011-ci il tarixli, 2(009)-1454/2011 saylı qətnaməsi ilə - İddiaçı cavabdeh X1 qarşı “mənzilin əvvəlkivəziyyətinə qaytarılması və özəlləşdirilməsinin ləğvi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməmişdir. Qətnamədən görünür ki, iddiaçı həmin vaxtı da cavabdehə qarşı eyni mənzillə bağlı iddia qaldıraraq, mənzildə qanunsuz təmir və yenidənqurma işlərinin (otaqların təyinatının dəyişdirilməsi, sanitar məişət qurğularının ləğv edilməsi və s.) aparılmasını və s. göstərmiş, bu səbəbdən də mənzilin əvvəlki vəziyyətinə qaytarılmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, lakin iddia rədd olunmuşdur.
9. İddiaçı hazırki tələbində də analoji hallara (mənzildə qanunsuz tikinti və yenidənqurma işlərinin aparılması və s.) istinad edərək, sonda mənzilin əvvəlki vəziyyətə qaytarılmasını təl əb etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzilin əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbi (bu faktiki olaraq qanunsuz inşa edilmiş tikililərin sökülməsi yolu ilə mümkündür) ilə 2011-ci ildə məhkəməyə müraciət etmiş, hazırki mübahisə əvvəlki məhkəmə baxışının predmeti olmuş və işə mahiyyəti üzrə baxılaraq iddia təmin olunmamışdır. Yəni, həmin mülki işə baxılarkən iddiaçının hazırki tələbi araşdırılmış və qiymətləndirilmişdir.
10. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, hər iki iddia tələbinin mahiyyəti cavabdeh tərəfindən mənzildə qanunsuz təmir-tikinti, yenidənqurma işlərinin ap arılması, bu səbəbdən də mənzilin ilkin (əvvəlki) vəziyyətə qaytarılması olmuşdur. Mənzilin ilkin vəziyyətə qaytarılması tələbi isə özü-özlüyündə sonradan orada aparılmış hər hansı dəyişiklikləri ehtiva edir. Əvvəlki məhkəmə qətnaməsi ilə bu halları hüquqi qiymət verilmiş, nəticədə iddia rədd olunmuşdur.
11. Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iş üzrə icraata xitam verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-7879/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, tərəfindən mübahisələndirilən qərardadla mülki və prosessual qanunvericiliyin tələblərini pozmuş, iş üzrə yanlış nəticəyə gələrək iddiaçının hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə yanlış nəticəyə gələn birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla qanunsuz olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardadı qüvvədə saxlamışdır. Halbuki hazırkı iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, hazırda cavabdehə qarşı irəli sürdüyü tələb əvvəlki iddia tələbindən, tələbin əsasından və predmetlərindən tamamilə fərqli olmaqla eyni deyildir. Çünki hazırkı tələbi cavabdehə qarşı tarixi binada yerləşən və iddiaçının qeydiyyatda olduğu 22 saylı mənzilin 21 saylı mənzildən ayrılması, mənzilin ilkin vəziyyətə gətirilməsi, tarixi binada qanunsuz tikilmiş eyvanların cavabdehin hesabına sökülməsindən ibarətdir. Əsas kimi iddia tələbində göstərmişdir ki, cavabdeh 22 və 21 saylı mənzillərə vahid giriş qapısı qoymuşdur. Nəticədə iddiaçının 22 saylı mənzildə yaşayış sahəsindən istifadə hüququ pozulmuşdur, kirayədə yaşamağa isə artıq maddi vəziyyəti imkan vermir. Hazırkı tələbi irəli sürməklə məqsədi öz hüquqlarını bərpa etməkdən ibarətdir. Cavabdehlə münasibətləri gərgin olduğundan iddiaçı onun mülkiyyətində olan 21 saylı mənzilə birləşdirdiyi 22 saylı mənzildən istifadə edə bilmir, çünki qeydiyyatda olduğu mənzilin sərhədləri yoxdur. Həmçinin tarixi binanın fasadında qanunsuz eyvanlar tikilmişdir ki, onların da sökülməsi barədə tələb irəli sürmüşdür. Göründüyü kimi, hazırkı tələbi 2011-ci ildə cavabdehə qarşı qaldırdığı tələbdən fərqlidir. Həmin tələbin əsasını 22 saylı mənzildə, yəni daxilində aparılan qanunsuz tikililərin sökülməsi təşkil etmişdir. Hazırkı tələbi isə 22 saylı mənzilin 21 saylı mənzildən ayrılması ilə bağlıdır. Tələbinin əsası isə 22 saylı mənzildə yaşayış sahəsindən istifadə hüququnun pozulması ilə bağlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdi yi halları sübut etməlidir.
17. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
18. Maddə 261.0 və 261.0.2. Hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məh kəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7879/2022 nömrəli iş üzrə üzrə 06 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.