Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-114/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X3, cavabdehlər Cavabdeh1 nümayəndəsi iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “çıxarışıların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İdd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılova) İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və Maraqlı şəxsnə qarşı çıxarışların ləğv edilmısi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Q.Məmmədov, hakimlər Ş.Abasov və A.Abbasov) İddiaçı apellyasiya şikayəi təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edə rək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 296 saylı reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmış, xx xxxxxx 20 17-ci il tarixdə cavabdeh X4 adına verilən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 2-məhəllə, 7/16 saylı evin 3-cü mənzilinə dair anası Sarıyeva Nazik İsrafil qızının adına verilmiş xx xxxxxx 2017-ci il tarixli və qardaşı Cavabdeh1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli çıxarışların ləğv olunmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellya siya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx.xx.1988-ci il tarixli mənzil dəyişmə orderinin surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 7/16 saylı evin 3 saylı mənzili dəyişmə əsasında 3 nəfər ailə tərkibində (özü, arvadı və oğlu) Sarıyev Novruz Əmirxan oğluna verilmişdir. İş materiallarında olan qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Nazik İsrafil qızı Sariyevanın İddiaçı, X1, X2 və Maraqlı şəxsnə qarşı mənzilin bölünməsi tələbinə dair iddiası təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət 3 saylı mənzilin 14,7 kvadrat metr sahəsi olan 1 otağına dair kirayə müqaviləsinin Nazik İsrafil qızı Sarıyeva ilə bağlanılması qət edilmişdi r. İş materiallarında olan Sumqayıt şəhəri, 2-ci məhəllə, 7/16 saylı evin 3 saylı mənzilinin bir otağının adına özəlləşdirilməsinə dair sənədlərdən görünür ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi icra olunaraq Maraqlı şəxs başçısının xx xxxxxx 2016-cı il tarixli sərəncamı ilə 3 otaqlı ünvan 1, mənzil 3-ün yaşayış sahəsi 14,7 kvadrat metr olan 1 otağına dair Silə ayrıca kirayə müqaviləsinin bağlanması qərara alınmışdır. Qeyd edilən sərəncam əsasında ünvan 1, mənzil 3-də sahəsi 14,7 kvadrat metr olan 1 otağına dair Maraqlı şəxs Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Sarıyeva Nazik İsrafil qızı arasında xx xxxxxx 2016-cı il tarixli dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həmin sənədlərdə olan Maraq lı şəxs Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 2 saylı MKS tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli arayışdan görünür ki, ünvan 1, mənzil 3-də sahəsi 14,7 kvadrat metr olan 1 otağında qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən Sumqayıt şəhəri, 2-ci məhəllə, 7/16 saylı evin 3 saylı mənzilin sahəsi 14,7 kvadrat metr olan 1 yaşayış otağı xüsusi mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixdə Sumqayıt şəhər 6 saylı dövlət notariat kontorunda bağlanılanmış daşınmaz əmlakın bağış lanması müqaviləsinin surətindən görünür ki, adından etibarnamə əsasında çıxış edən Sumqayıt şəhəri, 2-ci məhəllə, 7/16 saylı evin 3 saylı mənzilin sahəsi 14,7 kvadrat metr olan 1 yaşayış otağını X5 bağışlamışdır. Eyni zamanda iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 7/16 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı iddia tələbləri Sumqayıt şəhəri, 2-məhəllə, 7/16 saylı evin 3-cü mənzilinə dair anası adına verilmiş xx xxxxxx 2017-ci il tarixli və qardaşı Cavabdeh1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli çıxarışların ləğv olunmaları barədədir. Sumqayıt şəhəri, 2-məhəllə, 7/16 saylı evin 3-cü mənzilinə dair anası adına verilmiş xx xxxxxx 2017-ci il tarixli çıxarışın ləğv olunması tələbini onun və ailə üzvlərinin razılığı və xəbəri olmadan mənzilin anasının adına özəlləşdirilməsi ilə əsaslandırmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə on lardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2000-ci il qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, biri digərindən təcrid edilməmiş məhdud kommunal şəraitli mənzillərin özəlləşdirilməsi huququnun həyata keçirilməsi başqa kirayəçilərin subyektiv mülahizələrindən asılı olur və bununla da özəlləşdirməyə əsassız maneə törədilməsinə şərait yaranır. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində təsbit olunmuş insan və vətəndaş h üquqlarının və azadlıqlarının həyata keçirilməsinin heç kəsin məhdudlaşdıra bilməməsi müddəasının pozulmasına səbəb olur. Həmin qərara əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir. Göründüyü kimi Sarıyeva Nazik İsrafil qızı Sumqayıt şəhəri, 2-ci məhəllə, 7/16 saylı evin 3 saylı mənzilinin yaşayış sahəsi 14,7 kvadrat metr olan 1 otağının kirayəçisi olduğundan həmin otağı öz adına özəlləşdirərək xx xxxxxx 2017-ci il tarixdə RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində n çıxarış almışdır və qanunvericiliyin tələbinə əsasən həmin otağın özəlləşdirilməsi zamanı İddiaçı və onun ailə üzvlərinin razılığı tələb olunmurdu. Həmçinin işin halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsini mübahisələndirməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıkassasiya şikayəti təmin edilməsin. Sumq ayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-114/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-114/2020
21.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver