Məhkəmə qərarları › İş №2(102)-1143/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1143/2025

22.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1143/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 2(103)-5614/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin h allarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. ünvan 1 ünvanında yaşayan İddiaçı (abonent kodu: **********00700) istehlakçı kimi təbii qazla təmin olunur;

3. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli və ******* saylı xx.xx.2023-cü il tarixli aktlara əsasən, abonent İddiaçı təbii qazdan qeyri qanuni istifadə etməsi qeyd olunmuşdur;

4. Abonent saldosuna əsasən, qaz xəttinə sayğacdan kənar qeyri-qanuni qoşulması əsas gətirilərək İddiaçı 11560,32 manat cərimə yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona (abonent kodu **********00700) əsassız hesablanmış 11560,32 manat borcun silinməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən ona məxsus ünvan 2 ünvanda qaz itkisinin yarandığı müəyyən edilmiş, 11560,32 manat məbləğində borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 11560,32 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. "Azəriqaz” İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Bundan başqa, abonentin saldosunda guya onun evində Samovar və qızdırıc ı radiator var, lakin evdə 4 gözlü qaz pilitəsi onun da 1 gözü elektriklə işləyir və 1 ədəd dəmir peç var onuda odunla istifadə edir. Cavabdeh İB-yə tərəfindən tərtib edilmiş aktlardan onun heç vaxt xəbəri olmamış və onun borcu olması barədə məlumat verilməmişdir.

7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının hansı tarixdə qoşulma apardığını bilmədiklərinə görə bu məbləğdə cərimə hesablanmışdır.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-598/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddianın qismən təmin edilərək Cavabdeh tərəfindən İddiaçın **********00700 saylı abonent koduna hesablanmış 7204 manat məbləğində borcun silinməsi, iddianın qalan hissəd ə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsasəlandırmışdır ki, məhkəmə iclasında tərəfin vermiş olduğu izahatından da göründüyü kimi iddiaçı təbii qazdan qeyriqanuni istifadə etdiyini qismən olaraq etiraf edərək, müəyyən dövrdə təbii qazdan qeyriqanuni istifadə etmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, sayğacdan kənar təbii qazdan istifadəsi ilə bağlı iddiaçıya 11560,32 manat borc hesablanmışdır.

10. Məhkəmə hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya akt əsasında 360 günə hesablamış məbləğ həddən artıq şişirdilmiş məbləğdir. Belə ki, qaz sayğacı iddiaçının fərdi yaşayışevinə quraşdırılmış, evdə isə dördgöz pilitə, dəmir soba və su qızdırcısından istifadə edilir. Belə olan halda məhkəmə qeyd olunan sərfiyyatın daha az sərfiyyata hesablanmasını məqsədə müvafiq hesab etmişdir. Bundan başqa abanentin saldosindan görünür ki, iddiaçının akt tərtib edildiyi dövrdə ümümiyyətlə qaz sərfiyyatı əks olunmamışdır.

11. Məhkəmə hesab etmişdir ki, hesablama 90 gün olmaqla, PQ-; pilitəsi, qaz sobası və su qızdırıcısının günlük norması nəzərə almaqla hesablanmalıdır. Belə olan halda 1.2х12х90=1296; 3х12х90=3240; 1.4х2х12х90=3024, ümumilikdə 7560 M3 sərf nəzərə alınmalıdır. 7560 m3 dən 1200x0.12=144 manat, 2500x.020=500 manat, 3860x0.25=965 manat, cəmi 1609 manat təşkil edir.

12. Məhkəmə digər aylara münasibətdə isə aktları qanuni hesab etmişdir. Beləliklə məhkəmə iddianı akta görə hesablanmış 7204 manat hissədə qanuni və əsaslı hesab etmiş və qeyd olunan məbləğ Cavabdeh tərəfindən silin məlidir.

13. Məhkəmə iddianın 4355 manat hissədə isə əsassız hesab edərək eyd etmişdir ki, iddiaçıya məxsus abanent saldosuna baxdıqda mübahisəli dövrdə iddiaçı qaz sayğacı vasitəsilə qaz sərfiyatı etməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1092.1, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2, 6.5 və 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsas landırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən Birliyə vurulmuş zərərləri sübut etmişdir. Aktlar Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Həmçinin, məhkəmə mülki işin icraatı zamanı yerli baxış müəyyən etmişdir. Yerli baxış zamanı iddiaçının təbii qazdan sayğacdan kənar istifadə etdiyi açıq-aşkar istifadə etdiyi müəyyən edilsə də, məhkəmə tərəfindən etinasız yanaşıl mışdır. Yuxarıda qeyd edilənlərlə yanaşı yerli baxış zamanı müəyyən edilənlər məhkəmə qətnaməsində ehtiva edilməmişdir.

17. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-2498/2024 saylı, 16 noyabr 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasınm Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 i yun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir Bu baxımdan "Azəriqaz” İB-nin hesabatının həqiqi və düzgünlüyünə rəy vermək mümkün deyildir. 18. "Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbşkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cina yət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Daxil olmuş sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: - 1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3 - 1 ədəd dəmir soba, maksimal qaz sərfiyyatı 1.4 m3 - 1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1.5 m3 - 1 ədəd İran sobası, maksimal qaz sərfiyyatı 1.5 m3 Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində isti fadə olunan qaz qurğularının maksimal (saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla ("Qazdan stifadə Qaydalarnın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: - Yay ayları üçün ayda (1.2 m3+1.5 m3 ) x12 saat x 30 gün = 972 m3 - Qış ayları üçün ayda (1.2 m3 +1.4 m3 +1.5 m3 +1.5 m3 ) x12saat x 30 gün=2016 m3. - 2023-ci ildə tərtib edilmiş 5 akt üzrə: 5 qış ayı x 2016 m3 + 3 yay ayı x 972 m3= 12996 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Qərarına əsasən əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla 2023-cü i l üzrə itirilmiş 12996 m3 qazın dəyəri 1200 m3 x 0.12 manat +1300 m3 x 0.20 manat+ 10496 x 0.25 manat = 3028 manat təşkil edə bilər.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Elşən Kazımov sədrlik edən və məruzəçi, hakimlər Cəfərov Namiq və İkram Şirinov) 16 dekabr 2024-cü il tarixli, 2(103)-5614/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(003)-598/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinc i instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, iddiaçı qazdan qeyri-qanuni istifadə etsə də, cavabdeh vurulmuş zərərin mübahisələndirdiyi məbləğdə olmasına dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə apellyasiya baxışı zamanı şikayətin dəlilləri yoxlanılaraq dövlət orqanının verdiyi rəylə cavabdehin dəlilləri təkzib olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 425.1, 442, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2, 8-1, 13.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsd iq edilən “Qazdan istifadə qaydaları”-nın 1.3, 1.4, 2.5, 2.12, 3.4, 3.4.1, 3.4.4, 6.5, 6.6 və 6.7-ci bəndlərinə və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi tamamilə yanlışdır. Ona görə ki, apellyasiya instansiya məhkəməsi ekspertizanın rəyini nəzərə almışdır. Halbuki ekspertizanın nəticəsi ilə çəkilmiş fotoşəkillər heç biri uyğunluq təşkil etməmişdir. Bu da onu ifadə etməyə əsas verir ki, məhkəmə qətnaməsi formal mülahizələr əsasında tərtib edilmişdir. Belə ki, ekspert həqiqətən tədqiqat obyektini tədqiq etməsi şübhəyə səbəb olur. Bundan əlavə təqdim edilmiş saldoya diqqət yetirdikdə aydın olur ki, aktlar tərtib edilən dövrdə heç bir qaz sərfiyyatı qeydə alınmamışdır.

25. Cavabdeh kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.5 və 1091.2-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”–nın 6.5-ci maddəsinə və Mülki-Prosessual Məcəllənin 77 və 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zi dd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

32. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna o lmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

33. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qa z paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını, o cümlədən aidiyyəti dövlət orqanının rəyini araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin hesabladığı zərər məbləği qismən əsassızdır. Ona görə də borcun silinməsi barədə iddiaçının tələbi təmin edildiyi həcmdə qanuni və əsaslıdır.

43. Kollegiya bildirir ki, sübutları araşdırmaq v ə qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini y oxlayır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 dekabr 2024-cü il tarixli, 2(103)-5614/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar