Məhkəmə qərarları › İş №2(102)-1145/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1145/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1145/2024 19.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Sığorta ödənişi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və qeyrilərinə qarşı hərbi xidmət zamanı həlak olan hərbi qulluqçunun varisinə sığorta pulunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarix li, 2(103)-6225/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 19 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.1996-cı il tarixində ölmüş və bu barədə akt qeydlər kitabında xx.xx.1996-cı il tarixində 02 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi ağ ciyər vərəmi qeyd edilmişdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən verilmiş bildirişə əsasən N nömrəli hərbi hissənin sıravi əsgəri X6 xx.xx.1996-cı il tarixində vəfat etmişd ir. Hadisə mərhumun xidməti dövründə baş vermişdir.

3. Ağsu rayon İcra Hakimiyyəti Başçısının Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Arayışa əsasən mərhum X1 qalan vərəsələrindən qardaşı İddiaçı, bacısı X5 və bacısı X3r.

4. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrə əsasən X2 vərəsələri olan bacısı X5 və bacısı Şamilova Əfruz Məhər qızı miras qalmış əmlakdan onlara düşən məcburi payı qəbul etməmişdir, niyyətində də deyillər, bununla əlaqədar məhkəməyə müraciət etməyəcəklər.

5. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 13 fevral və 15 may 2019-cu il tarixli cavab məktublarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 say lı Fərmanına dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Fərman imzalanmış, Fərmana əsasən 11.000 manat məbləğində sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə birdəfəlik ödəmə verilməsinə icazə verilmiş, həmin məbləği almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi tövsiyə edilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 02 iyun 2020-ci il tarixli cavab məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 ma y 1997- ci il tarixli qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, əlillik dərəcəsi almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edildiyi, bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağı qeyd edilmişdir.

7. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 1295№-li cavab məktubuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 485 nömrəli bildirişinə əsasən mərhum X2 ölümü, atəşkəs dövründ ə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığı üçün tərəflərindən müvafiq arayışın verilməsi, həmçinin onun adının şəhid ailələri, əlillər, müharibə veteranları siyahısına əlavə edilməsi qeyri-mümkündür.

8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 15 iyul 2019-cu və 27 oktyabr 2021-ci il tarixli məktublardan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırı lması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanının 5-ci hissəsinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundan həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısında X2 adı aşkar olunmadığı üçün məsələyə aydınlıq gətirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur.

9. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 82№-li Arayışdan görünür ki, mərhum 1976-cı il təvəllüdlü, əsgər X6 12 oktyabr 1995-ci il tarixdə Ağsu rayon Hərbi Komissarlığı tə rəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirdiyi zaman ağciyər və ürək çatışmazlığından vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət zamanı həlak olan qardaşı X2 vərəsəsi kimi ona 11.000 (on bir min) manat məbləğində sığorta pulunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən və ölüm haqqında şəhadətnamədən də göründüyü kimi hərbi xidmət zamanı həlak olan xx.xx.1973cü il təvəllüdlü qardaşı X6 12 oktyabr 1995-ci il tarixində Ağsu rayon Hərbi Ko missarlığı (indiki Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsi) tərəfindən hərbi xidmətə çağrılmışdır. xx.xx.1996-cı il tarixində Bakı şəhərində olan N saylı hərbi hissədə xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Lakin, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə həlak olan hərbi qulluqçunun varisi kimi ona ödənilməli olan sığorta pulunu indiyə qədər müxtəlif bəhanələrlə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona ödənilməmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti axırıncı sorğusuna 14 fevral 2019-cu il tarixində absurd bir cavab verərək bildirmişdir ki, guya Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2018-ci il tarixli 1 saylı F ərmanına və həmin Fərmana xx.xx.2019-cu il tarixli dəyişikliyə əsasən həmin pulu ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ödəməlidir (halbuki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona elə həmin ilin yanvar ayında göstərilən cavabda bildirilmişdir ki, Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və bu qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 620 nömrəli Fərmanına əsasən hərbi qulluqçuların sığortaçısı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətidir. Ona görə də Dövlət Sığorta Şirkətinə müraciət etməyi tövsiyə olunur, halbuki yuxarıda göstərdiyi kimi Dövlət Sığorta Şirkəti ona Azərbayca n Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyi tövsiyə etmişdir). Sözün əsl mənasında qardaşının hərbi xidmətdə əsgər kimi ölməsi ilə əlaqədar aidiyyəti dövlət orqanları tərəfindən aparılan ötür-ötür oyunlarından sonra məcbur qalıb 05 sentyabr 2020-ci il tarixdə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin iş baxılmamış saxlanılmışdır.

12. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi iddiaya etiraz təqdim edərək bildirmişdir ki, mülki işin materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən mərhum X6 xx.xx.1996-cı il tarixində hərbi xidmət vəzifəs ini yerinə yetirdiyi zaman ağciyər və ürək çatışmazlığından vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında AZ-İ 957927 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.1996-cı il tarixdə ağciyər və ürək çatışmazlığından vəfat etmişdir. İddiaçının vermiş olduğu iddianın hüquqi əsası kimi istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.1997-ci il tarixində qəbul edilmiş, xx.xx.1997-ci il tarixində qüvvəyə minmişdir. Qanunun qüvvəyə minməsindən sonra qanunla icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi müəyyən edilmiş sığortalılar-müvafiq icra hakimiyyəti orqanları ilə şirkət arasında icbari şəxsi sığorta müqavilələri bağlanmış və buna uyğun olaraq icbari şəxsi sığorta fəaliyyəti həyata keçirilməyə başlanmışdır. Müvafiq icra hakim iyyəti orqanları ilə şirkət arasında icbari şəxsi sığorta fəaliyyətinin həyata keçirilməsinin əsasını təşkil edən icbari sığorta müqavilələri Qanunun qüvvəyə minməsindən sonra bağlanmağa başlandığına görə və dolayısı ilə iddiaçının qardaşı, mərhum X2 xidmətdə olarkən vəfat etdiyi dövrdə 1996-cı ildə icbari şəxsi sığorta fəaliyyəti həyata keçirilmədiyindən, hərbi xidmət zamanı sonuncunun həyat və sağlamlığı icbari şəxsi sığorta edilməmişdir. Bu səbəbdən hazırki iddia tələbi tamamilə əsassızdır.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2384/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim N.T.Tağıyeva)

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum qardaşı hərbi xidmətdə olduğu müddət ərzində xəstəlikdən vəfat etdiyində n, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

15. Məhkəmə öz mövqeyini “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına; «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»; «Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)2384/2 023 nömrəli, 25 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının vermiş olduğu iddianın hüquqi əsası kimi istinad etdiyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – Qanun) xx.xx.1997-ci il tarixində qəbul edilmiş, xx.xx.1997-ci il tarixində qüvvəyə minmişdir. Qanunun qüvvəyə minməsindən sonra Qanunla icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi müəyyən edilmiş sığortalılar – müvafiq icra hakimiyyəti orqanları ilə Şirkət arasında icbari şəxsi sığorta müqavilələri bağlanmış və buna uyğun olaraq icbari şəxsi sığorta fəaliyyəti həyata keçirilməyə başlanmışdır. İş materiallarında olan AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan da göründüyü kimi qanuna əsasən müəyyən olunmuş birdəfəlik ödənişin fond tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yuxarıda qeyd olunan məktubuna əsasən X6 xidmət dövründə vəfat etmişdir. Beləliklə, Fərmanın 2-ci və 4-cü hissələrinin mülki işə tətbiqinə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən X6 xx.xx.1996-cı ildə həqiqi hərbi xidmət dövründə vəfat etdiyi, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məh kəmə aktı olmadığı və 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almadığı üçün haı-hazırda iddiaçıya sığorta ödənişinin verilməsi AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığorta ödənişinin verilməsindən imtina etməsinin səbəbi Səfərbərlik Xidmətinin onlara verdikləri siyahıda iddiaçının qardaşının adının olmamasıdır. Lakin Səfərbərlik Xidmətinin özünün göndərdiyi məktubda qeyd edilib ki, xidmət dövrü ağciyər-ürək çatışmazlığı nəticəsində şəxs vəfat etmişdir. Şəxslərə sığ orta ödənişinin ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdursa və 11 min manat məbləğində sığorta ödənişi ödənilməyibsə, 5-ci maddəyə əsasən sığorta ödənişinin həyata keçirilməsi Nazirliyə aiddir. Məhz buna görə də sığorta ödənişinin ödənilməsi Şirkət deyil, Nazirlik tərəfindən həyata keçirilməlidir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, qardaşı şəhid deyil, qardaşı həqiqi hərbi xidmətdə vəfat etmişdir. Qardaşı Vətən uğrunda döyüşərək ölməmişdir, ona görə də sığorta ödənişini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ödəməlidir. Cəbhə bölgəsində vəfat edənlərə şəhid statu su verilir. Qardaşı Əzizbəyov adına xəstəxanada vəfat etmişdir

20. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-6225/2023 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayeva (sədrlik edən və məruzəçi), F.F.Babayev və G.T.Axundovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2384/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Kollegiya qeyd etmişdir ki, İddiaçı qardaşı X6 hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Komm ersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. X2 vərəsəsi olaraq iddiaçı (qeyd edilməlidir ki, X2 vərəsələri olan bacıları X5 və Şamilova Əfruz Məhər qızı sığorta ödənişindən ibarət mirasın qəbulundan iddiaçının xeyrinə imtina etmişlər) qardaşının həqiqi hərbi xidmətdə olduğu zaman ölməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş lakin qanunvericilikdə nəzərdə tutulmayan səbəblərdən sığorta ödənişinin verilməsindən Şirkət tərəfindən X2 1997-ci il avqustun 2-dək vəfat etdiyinə, bununla da hazırki hal üçün səlahiyyətli olmadığına istinadən imtina edilmişdir.

22. Halbuki bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur.

23. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "xxxx" bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 11.000 manat sığorta ödənişi ödənilməlidir.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstit usiyasının 12-ci maddəsinin 1-ci hissəsinə, 16-cı maddəsinin 1-ci hissəsinə, 25 maddəsinin 1-ci və 3-cü hissəsinə, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Qanuna, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 15 fevral 1992-ci il tarixli 99-6 nömrəli və 4 avqust 1992-ci il tarixli 426-20 nömrəli Qərarlarına, Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 27 nömrəli Fərmanı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 1998-ci il tarixli 140 nömrəli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən X6 xx.xx.1996-cı ildə həqiqi hərbi xidmət dövründə vəfat etdiyi, barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığı və 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almadığı üçün hal-hazırda iddiaçıya sığorta ödənişinin verilməsi AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməlidir.

27. İddiaçı müvafiq dövlət orqanına vaxtında müraciət etməsini sübut edən heç bir sənəd təqdim etməməsinə baxmayaraq məhkəmə tərəfindən bu hal üzrlü hesab edilmişdir.

28. Qeyd edilən mübahisəli məsələlərin həlli ilə bağlı iddiaçıya izah edilməlidir ki, ilk növbədə, o öz hüquqlarının müvafiq qeydiyyatı (təsbit edilməsi) üçün buna məsul müvafiq icra hakimiyyəti orqanına (inzibati icraat qaydasında) müraciət etməli və hüquqlarının həlli mümkünsüzlüyü əsasında tələbləri və cavab verməli şəxsləri qanuna müvafiq müəyyən etməklə, iddialarını müvafiq məhkəmə instansiyalarına yönəltməlidir.

29. Kasator öz mövqeyini “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili iş lər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına və MPM-nin 14.2-ci maddəsi ilə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

33. Maddə 12.Hissə İ.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

34. Maddə 16.Hissə İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

35. Maddə 25.Hissə İ və İİİ.Hamı qanun və məhkəmə qa rşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. 36. “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli Qanuna görə hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağl amlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

37. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat et mə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır.

38. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 15 fevral 1992-ci il tarixli 99-6 nömrəli və 4 avqust 1992-ci il tarixli 426-20 nömrəli Qərarlar ilə sığorta tədiyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həyata keçirilməsi Dövlət Sığorta Kommersiya Şirkətinə həvalə edilmişdir. 39. 20 may 1997-ci ildə hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydasını və şərtlərini müəyyən edən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qəbul edilmişdir. Bu Qanunun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 1998-ci il tarixli 27 nömrəli Fərmanı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 1998-ci il tarixli 140 nömrəli Qərarı ilə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 8 fevral 1992-ci il tarixli 563 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 1992-ci il tarixli 99-6 nömrəli və 4 avqust 1992-ci il tarixli 426-20 nömrəli Qərarları qüvvədən düşmüşdür. 40. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və di gər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.

41. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər.

42. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir.

43. Həmin Qanunun 5-ci maddəsinin a) bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə mə hkəmə qərarı ilə ölmüş elan edildikdə sığorta ödənişləri sığorta məbləğinin 100 faizi nisbətlərində verilir “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə

44. Maddə 151.Hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir.

45. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-c i il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının 46. 39.1-ci bəndinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilməsi qərara alınmışdır. 47. 40.2-ci bəndinə əsasən, birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməsi qərara alınmışdır. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetm ənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 may 2021-ci il tarixli, 1340 nömrəli Fərmanının 48. 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. 49. 2.8-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisn a olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. 50. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair”Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarında qeyd edilən hüquqi mövqeyə görə,Azərbaycan Respublikası Konstitusiyasının 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamən in qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılmışdır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

59. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr müəyyən etmişlər ki, İddiaçı qardaşı X6 hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da norm ativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. X2 vərəsəsi olaraq iddiaçı (qeyd edilməlidir ki, X2 vərəsələri olan bacıları X5 və Şamilova Əfruz Məhər qızı sığorta ödənişindən ibarət mirasın qəbulundan iddiaçının xeyrinə imtina etmişlər) qardaşının həqiqi hərbi xidmətdə olduğu zaman ölməsi ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş lakin qanunvericilikdə nəzərdə tutulmayan səbəblərdən sığorta ödənişinin verilməsindən Şirkət tərəfindən X2 1997-ci il avqustun 2-dək vəfat etdiyinə, bununla da hazırki hal üçün səlahiyyətli olmadığına istinadən imtina edilmişdir. Halbuki, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədləri ilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur.

60. Kassasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və qətnamənin ləğvi üçün əsas ola bilməz.

61. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli 2(103)-6225/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar