Məhkəmə qərarları › İş №2(102)-1151/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1151/2023

06.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1151/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1151/2023 (Açar sözlər: vərəsə kimi tanınma, miras əmlakdan payın müəyyən edilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X29 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsə kimi tanınma, miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının 2(104)-2385/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 06 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X5 ilə X11 nikahlarını 06 mart 1954-cü il tarixdə Qazax rayonunun Kosalar kənd sovetliyində 3 saylı rəsmi nikah qeydiyyatından keçirmişlər. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir.

2. Doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1957-ci il tarixdə Qazax rayonunun Əzizbəyli kəndində anadan olmuş, X1, anası isə X14r.

3. Torpağa mülkiyyət hüququna dair JN-537, KOD 50104028 saylı Dövlət Aktına əsasən Qazax rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1997-ci il tarixli 10 saylı qərarı ilə rayonun Hüseynbəyli kənd sakinləri X5 və X12 mükiyyətinə 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

4. Ölüm haqqında şəhadətnamə və arayışa əsasən X5 xx.xx.2000-ci il tarixdə, X20 xx.xx.2008-ci il tarixdə ölmüşlər.

5. Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, yaşayış sahəsi 112,2 kv.m, köməkçi sahəsi 48,2 kv.m olan, 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi X12 mülkiyyəti kimi xx.xx.2006-cı ildə adına qeydiyyata alınmışdır. 6. 2V-148 saylı vərəsəlik işi materiallarına əsasən X20 xx.xx.2008-ci il tarixli vəsiyyətnamə əsasında, vəfat edəcəyi günə ona məxsus olan evini və əmlakını onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq oğlu İddiaçı vəsiyyət etmişdir.

7. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 2015-ci ilin iyun ayında Qazax rayon notariat kontoruna ünvanladıqları ərizələrində, mərhum anaları olan X12 ölümündən sonra ondan miras qalmış Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən onlara çatası miras payı qəbul etmədiklərini, etməyəcəklərini və gələcəkdə də məhkəmə qarşısında iddia qaldırmayacaqlarını bildirmişlər.

8. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 12 iyun 2015-ci il tarixli, 2V-148 reyestr nömrəli şəhadətnaməyə əsasən 30 aprel 2008-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi Qazax rayonunun Hüseynbəyli kəndində yaşayan oğlu İddiaçıdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak, Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və yaşayış sahəsi 112,2 k v.m., yardımçı sahəsi 48,2 kv.m., 2 mətəbəli, 4 otaqlı fərdi yaşayış evindən ibarətdir.

9. Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqları qeydiyyatı idarəsinin 2490 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Qazax şəhəri Azadlıq küçəsində yerləşən, ümumi sahəsi 46,1 kv.m., yaşayış sahəsi 22,7 kv.m. olan 1 otaqdan ibarət 32 saylı fərdi yaşayış evi X6 adına 24 fevral 1992-ci il tarixdə qeydiyyata alınmışdır.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X8nın Reyestri Xidmətinin 08 iyun 2022-ci il tarixli, 05/2-3983/13 saylı məktubunda qeyd olunmuşdur ki, X13 xx.xx.1956-cı il tarixdə Qazax rayon Qeydiyyat Şöbəsində 1908-ci il təvəllüdlü X23 ilə nikaha daxil olmuşdur. Həmin nikah haqqında akt qeydində Səmər Salamatovanın doğum tarixi xx.xx.1921-ci il kimi qeyd edilmişdir. “X8” avtom atlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Səmər Salamatovanın özünün, bacı-qardaşının doğum haqqında hər hansı məlumat aşkar olunmamışdır.

11. Qazax Rayon Məhkəməsinin 2(023)-1618/2016 saylı, 29 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən 1921-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuş X6 və 1928-ci ildə anadan olmuş X2 analarının X7 olmaqla doğma bacı-qardaş olmaları faktının müəyyən edilməsi qət olunmuşdur.

12. Qazax Rayon Məhkəməsinin 2(023)-2290/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı adına mülkiyyət hüququnun verilməsi qət edilmişdir.

13. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1528/2017 saylı, 16 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən Qazax Rayon Məhkəməsinin 2(023)2290/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4000/2018 saylı, 13 iyun 2018-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin MK-nın iş üzrə 16 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Qazax Rayon Məhkəməsinin 2(023)-7/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı X9, X15, X16 və X3 qarşı Qazax şəhəri Azadlıq küçəsi 32 ünvanında yerləşən evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir.

16. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2184/2019 saylı, 21 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən apelyasiya şika yəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin 2(023)-7/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “vərəsə kimi tanınma, miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, onun mərhum X1nun vərəsəsi kimi tanınması, JN 537 saylı Dövlət Aktında göstərilən və Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən, valideynləri X5 və X10 miras qalmış 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vərəsəlik qaydasında tam irs formasında onun mülkiyyətinə verilməsi və mərhum X4 miras qalmış, Qazax şəhəri Azadlıq küçəsi 32 ünvanınd a yerləşən evin atasının vərəsəsi kimi onun adına vərəsəlik qaydasında tam irs kimi verilməsi və həmin evə dair vərəsəlik qaydasında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 xx.xx.2000-ci il tarixdə, anası X20 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Anasından miras qalmış, Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vərəsə kimi tam irs qaydasında onun adına rəsmiləşdirilmişdir. Bundan əlavə valideynlərindən Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmış, həmin mirası faktiki olaraq o, qəbul edərək idarə etmişdir. Sözügedən torpaq sahəsini valideynlərinin sağlığında da o, idarə etmiş, əkib-becər miş, digər bacı və qardaşları torpaq sahəsini nə faktiki, nə də qanunla müəyyən edilmiş qaydada qəbul etməmişlər. Atası ölməmişdən əvvəl atasının bacısı X13 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Atası ilə X6 bacı-qardaş olmaları və onların qohumluq faktı Qazax Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli qətnaməsi əsasında təsdiq edilmişdir. X22 vəfat etdikdən sonra dəfnini o, və atası təşkil etmiş, bibisindən miras qalmış Qazax şəhəri Azadlıq küçəsi 32 ünvanında yerləşən evi onlar idarə edərək istifadə etmişlər. Atasının vəfatından sonra da həmin evi uzun müddət idarə edərək istifadə etmişdir. Səmər Salamovanın dəfnini atası ilə birgə o təşkil etmiş və qəbirüstü abidəsini o qoydurmuşdur. O, həmin evdə pasport qeydiyyatındadır. Odur ki, qeyd olunan mirasların onun tərəfindən qəbul edil ərək tam irs alması üçün məhkəməyə müraciət etməli olmuşdur.

19. Məhkəmədə Cavabdeh3 iddianı qismən qəbul edərək bildirmişdir ki, valideynləri vəfat etdikdən sonra miras qalmış fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi bacı və qardaşlarının razılığı ilə vərəsəlik qaydasında iddiaçının adına rəsmiləşdirilmişdir. Valideynlərindən miras qalmış 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin harada yerləşməsindən və kimin tərəfindən idarə olunmasından məlumatı yoxdur. O, qeyd olunan torpaq sahəsindən pay istəmir. Lakin iddiaçının iddia etdiyi, X22dan miras qalmış sözügedən evi atası sağlığında onun qızına vermiş və 28 ildir ki, həmin evdə onun qızı ailəsi ilə birlikdə yaşayır və evə dair qızına yaşayış hüququ verilmişdir. Səmər Salamatova vəfat edərkən sözügedən evdə o nun qızı yaşamışdır. Odur ki, iddianın qanuni həll olunmasını xahiş etmişdir.

20. Qazax Rayon Məhkəməsinin ilə 2(023)-413/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fəxri Məmmədov) İddiaçı iddia tələbi qismən təmin edilərək, xx.xx.2000-ci il tarixdə ölmüş X5 və xx.xx.2008-ci il tarixdə ölmüş X10 miras qalmış, Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçının vərəsəlik hüququ tanınaraq, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

21. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, 0,50 ha torpaq sahəsinin Hürü Həsənovanın payına düşən hissəsinə Hürü Həsənovanın xx.xx.2008-ci ildə ölməsi ilə ikinci dəfə vərəsəlik açılarkən, həmin əmlakı bütövlükdə yenə də İddiaçı faktiki olaraq qəbul edərək idarə etmiş və digər vərəsələr bu barədə nə faktiki, nə də notarial qaydada qəbul etdiklərini nümayiş etdirməmişlər. Bundan əlavə Hürü Həsənova xx.xx.2008-ci ildə ölməmişdən əvvəl vəsiyyətnamə ilə ona məxsus əmlaklarını (Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evini) oğlu İddiaçı vəsiyyət etmişdir. Digər vərəsələr isə notarial qaydada ərizə verərək analarından miras qalmış əmlakdan (Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) onlara çatası paydan imtina etmişlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehlər analarından miras qalmış əmlakın (Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi) bir hissəsindən imtina etdiklərindən, onların b ütün mirasdan (0,50 ha torpaq sahəsinin analarının payına düşən hissəsindən) imtina etmiş olmaları qanunvericiliklə müəyyən edildiyindən, habelə hər iki miras qoyana münasibətdə sözügedən əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etmədiklərindən iddia tələbi 0,50 ha torpaq sahəsinə dair vərəsəliyin müəyyən edilməsi hissəsində təmin olunmalı və iddiaçının həmin əmlak üzərində tam hissədə vərəsəlik hüququ müəyyən edilməlidir.

22. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin mərhum X4 miras qalmış, Qazax şəhəri Azadlıq küçəsi 32 ünvanında yerləşən evin atasının vərəsəsi kimi onun adına vərəsəlik qaydasında tam irs kimi verilməsinə dair hissəsi təmin edilməməlidir. Belə ki, işdə olan Qazax Rayon Məhkəməsinin 2(023)-2290/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabde h1 qarşı iddia tələbi təmin edilərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı adına mülkiyyət hüququnun verilməsi təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1528/2017 saylı, 16 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən, Qazax Rayon Məhkəməsinin 2(023)-2290/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4000/2018 saylı, 13 iyun 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, sözügedən miras əmlakla bağlı araşdırma aparılaraq qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları qəbul edilmişdir. Belə olan halda, sözügedən faktlar üzrə yenidən araşdırılma aparılması qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməzdir.

23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1243.2, 1257.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissədə dəyişdirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz və əsassız olaraq iddianı tam təmin etməmişdir. Belə k i, qeyd olunmalıdır ki, cavabdehlər onun bacı və qardaşlarıdır. X1 xx.xx.2000-ci il tarixdə, anası X20 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. Ana və atalarının sağlığında onlarla bərabər yaşayan və onlara qulluq edən yeganə vərəsə o, olmuşdur. Eləcə də ana və atasından miras qalmış, Qazax rayonunun Hüseynbəyli kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə yeganə vərəsə o, olmuş və onların ölümündən sonra mirası da yalnız o, qəbul etmişdir. Belə ki, bacı və qardaşları analarında qalmış mirasla bağlı Qazax rayon Notariat Kontoruna yazılı ərizə ilə müraciət edərək, analarından miras qalmış mirası qəbul etmədiklərini və etməyəcəklərini, gələcəkdə də bu barədə iddia qaldırmayacaqlarını bildirmişlər. Atası ölməmişdən əvvəl atasının bacısı X13 xx.xx.1998-ci il tarixdə v əfat etmişdir. Atası ilə X6 bacı-qardaş olmaları və onların qohumluq faktı Qazax Rayon Məhkəməsinin 29 iyul 2016cı il tarixli qətnaməsi əsasında təsdiq edilmişdir. X22 vəfat etdikdən sonra dəfnini o, özü və atası təşkil etmiş, bibisindən miras qalmış Qazax şəhəri Azadlıq küçəsi 32 ünvanında yerləşən evi onlar idarə edərək istifadə etmişlər. Atasının vəfatından sonra da həmin evi uzun müddət idarə edərək istifadə etmişdir. Səmər Salamovanın dəfnini atası ilə birgə o, təşkil etmiş və qəbirüstü abidəsini o, qoydurmuşdur. O, həmin evdə pasport qeydiyyatındadır. Bundan əlavə valideynlərindən miras kimi Qazax rayonu Hüseynbəyli kəndində yerləşən JN-537 nömrəli dövlət aktında göstərilən 0,54 ha torpaq sahəsi qalmış, həmin torpaq sahəsinə bitişik JN-538 saylı dövlət aktında göstərilən 1,24 ha torp aq sahəsində onun və ailə üzvlərinin də adı vardır və onlar həmin torpaq sahəsi üzərində mülkiyyətçi və idarəçidirlər. Həmin və özlərinin torpaq sahəsini ata və anasının vəfatından sonra o, əkib-becərmiş, 2019-cu ildən isə artıq yaşlandığı və xəstələndiyi üçün hər iki torpaq sahəsini istifadə etməsi üçün həmkəndlisi X24 o, vermiş, bu barədə Qazax rayonu Canalı Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 53 nömrəli arayışını da iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə əsasız və qanunsuz olaraq iddia tələbini digər hissədə təmin etməmiş, əsas kimi isə işin əvvəllər baxılmasını qeyd etmişdir. Ancaq əvvəlki baxılan iş üzrə tərəflər eyni olmamış, məhkəmə bunu nəzərə almamışdır.

26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-413/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə ( hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Fikrət Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Qazax Rayon Məhkəməsinin 2(023)-413/2022 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, məhkəmə iddia tələbinin mərhum X4 miras qalmış, Qazax şəhəri Azadlıq küçəsi 32 ünvanında yerləşən evin atasının vərəsəsi kimi onun adına vərəsəlik qaydasında tam irs kimi verilməsinə dair hissəsinə qiymət verərək sözügedən miras əmlakla bağlı əvvəllər araşdırma aparılaraq qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları qəbul edilmişdir. Belə olan halda, sözügedən faktlar üzrə yenid ən araşdırılma aparılması qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir.

28. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və onun payı bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.

29. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Qazax Rayon Məhkəməsinin 2(023)-2290/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı iddia tələbi təmin edilərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə İddiaçı adına mülkiyyət hüququnun verilməsi təmin edilmiş, lakin Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104 )-1528/2017 saylı, 16 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən Qazax Rayon Məhkəməsinin 2(023)-2290/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4000/2018 saylı, 13 iyun 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, sözügedən miras əmlakla bağlı qanuni qüvvədə olan qətnamələr olduğundan, MPM-in 82.3-cü maddəsinin tələblərinə əsasən, həmin faktıların yenidən araşdırılması yolverilməzdir.

30. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühü m əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. Apellyasiya məhkəməsi gəldiyi nəticəni 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi 527, 528, 529, 530, 532, 552-ci, Azərbaycan Respublikasının MPM-in 77.1, 78.1, 82.3, 217.2, 217.3, 217.4, 372.1, 372.7, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

32. Qətnamədən iddiaçı (Vəkil) şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv edilərək, iddianın təmin edilməyən hissəsində işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

33. Kasasiya şikayəti apellyasiya şikayətində qeyd olunan dəlillərlə əsaslandırılmış ki, əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və pozulmuşdur. Məhkəmə qətnaməsini qanunvericiliyin tələbinə uyğun olaraq kifayət qədər əsaslandırmamışdır. Nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Belə ki, məhkəmə işin hallarının dəyişməsinə baxmayaraq, köhnə məhkəmə qətnaməsini rəhbər tutaraq, əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

34. Məhkəmə aydınlaşdırmamışdır ki, əvvəlki işlə hazırkı işdə olan dəyişiklik, yeni hallar nələrdir. Əvvəlki məhkəmə qətnaməsində Qazax şəhəri, Azadlıq küçəsi, ev.32-də yerləşən mənzilin vərəsəlik qaydasında onun mülkiyyətinə verilməməsinin əsası kimi onun atası Xaliddin Həsənovun mirasını qəbul etməməyi qeyd edilmişdir. Ancaq, hazırki işlə və qanuni qüvvəyə minmiş Qazax Rayon Məhkəməsinin və mübahisələndirdiyi Gəncə Apellyasiya Məhkəməsinin qətnamələri ilə şübhəsiz sübut edilir ki, o, mərhum atasının vərəsəsi kimi tanınmış və atasının digər mirası-Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən JN - 537 dövlət aktında göstərilən 0,54 ha əkin torpaq sahəsi tam irs qaydasında onun mülkiyyətinə verilmişdir. Yəni, əvvəlki məhkəmə qətnaməsində qeyd edilmiş əsas artıq yoxdur və yeni hallara görə o, atasını vərəsəsidir və bu hala görə onun iddiası tam həcmdə təmin edilməli idi. Ancaq, məhkəmələr yeni halları, idd ianı rədd edən halların aradan qalxdığını nəzərə almadan mübahisələndirdiyi qətnaməni qəbul etmişlər.

35. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

36. Məhkəmənin mübahisələndirdiyi qətnaməsi ilə atasının mirasının bir hissəsi üzrə vərəsə kimi tanınmağı, digər tələbi üzrə də tələbinin təmin etməsini zəruri etsə də, məhkəmələr ədalətsizlik edərək, ona düşən mirası tam həcdə hüquqi dəyərləndirmə etməklə ona tam irs qaydasında verməmişlər.

37. O, atasından və anasındon miras qalmış əmlakları qanunla müəyyən edilmiş müddətdə şəksiz qəbul etmiş, təsərrüffatı idarə etmişdir.

38. İş mat eriallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1528/2017 saylı, 16 iyun 2017-ci il tarixli qətnaməsi ilə mərhum atasının X22dan miras qalmış Qazax şəhəri, Azadlıq küçəsi, ev.32-də yerləşən mənzili vərəsəlik qaydasında qəbul etməsi müəyyən edilmişdir. Hazırki işlə də onun mərhum atasının yeganə vərəsəsi kimi tanınmağı müəyyən edilsə də, məhkəmənin həmin mirası atasının vərəsəsi kimi onun mülkiyyətinə verməməsi onun mülkiyyət hüquqlarını pozub. Tətbiq edilən hüquq 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

39. Maddə

527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

40. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəli yin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

41. Maddə

529. Vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu mə`lum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.

42. Maddə

530. Aşağıdakılar vərəsə ola bilərlər: Qanun üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; Vəsiyyət üzrə vərəsəlikdə - miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.

43. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (öv ladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.

44. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

45. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) q anun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

46. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

47. Maddə 1134.1 Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

48. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

49. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

50. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

51. Maddə 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.

52. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulması n.

53. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulmas ı və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə qismən mübahisələndirildiy indən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

70. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qazax Rayon Məhkəməsinin 2(023)-2290/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı iddia tələbi təmin edilərək, X4 miras qalmış, Qazax şəhəri Azadlıq küçəsi 32 ünvanında yerləşən evə dair atasının vərəsəsi kimi İddiaçı adına mülkiyyət hüququnun verilməsi təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1528/2017 saylı, 16 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən, Qazax Rayon Məhkəməsinin 2(023)-2290/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbi İddiaçı tərəfindən mirasın qəbul edilməməsi əsası ilə rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4000/2018 saylı, 13 iyun 2018-ci il tarix li qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən miras əmlakla bağlı araşdırma aparılaraq qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları qəbul edilmişdir. Belə olan halda, sözügedən faktlar üzrə yenidən araşdırılma aparılması qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir. Mübahisə mahiyyəti üzrə düzgün həl l edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 71. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 fevral 2021-ci il tarixli Qərarinda qeyd olunmuşdur ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. 72. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

73. Ona görə də iddiaçının hazırki iddianı verməyə subyektiv hüququ, onun mirası qəbul etməsindən asılı olmuşdur.

74. Mirasın açıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə görə mirasın qəbul edilməsinin iki üsulu müəyyən edilmişdir: 1. vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi; 2. əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi.

75. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Lakin hazırki işdə iddiaçının qeyd edilən hərəkətləri etməsi müəyyən olunmur.

76. Belə ki, məhkəmələr də işin hallarını eyni zamanda bu əsaslar üzrə yoxlamış, həmçinin qanuni qüvvəyə minmiş qətnaməyə əsaslanaraq müəyyən etmişlər ki, mürasqoyanın vəfatından sonra iddiaçının atası, iddiaçının atasının vəfat etməsindən sonra isə iddiaçı altı ay ərzində mirası qəbul etmək barədə notariat kontoruna ərizə verməmiş, əmlaka sahiblik etməmiş və ya əmlakı idarə etməyə başlamamışdır.

77. Hazırki iddia tələbinin kassasiya qaydasında mübahisələndirilən hissəsinə, əmlakın mülkiyyə tçisi X6 öldüyü vaxt qüvvədə olmuş mülki məcəllənin tələblərinə uyğun qiymət verildiyindən, iddiaçının atasının digər mirası-Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən JN - 537 dövlət aktında göstərilən 0,54 ha əkin torpaq sahəsinin tam irs qaydasında onun mülkiyyətinə verilməsi hazırki halda əhəmiyyət kəsb etmir.

78. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, kassasiya şikayətində qeyd olunan dəlilləri araşdırmağa lüzum yoxdur.

79. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin, iddiaçı tərəfindən mirasın faktiki olaraq qəbul edilməsi barə də dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə həmin dəlillə bağlı hər hansı sübut təqdim etmədiyindən qeyd olunan dəlil əsassızdır.

80. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Yekun olaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun m ötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

81. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

82. İşin faktiki hallarını obyektiv s urətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

84. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəm ə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2385/2022 saylı, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar