Məhkəmə qərarları › İş №2(102)-1153/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1153/2020

27.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1153/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X7 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(049)1054/2019, hakim M.A.İsayev)İddiaçı Cavabdeh1 və Lənkəran rayonu 1 saylı Notariat Kontoruna qarşı iddiası təmin edilm iş, Lənkəran rayonu 1 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(106)-2843/2019, hakimlər N.F.Mirzəyev, Q.B.Kərimov, Z.B.Babayev) Cavabdeh1apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, İddiaçı Cavabdeh1 və Lənkəran rayonu 1 saylı Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: XXX yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 84,2 kv.mdən ibarət fərdi yaşayış evi Rzayev Polad Əsəd oğlunun mülkiyyətində olmuş və o, xx xxxxxxx 2007-ci il tarixdə vəfat etmişdir. X9, X10, X5, X3, X11, X6, Cavabdeh1 və İddiaçı mərhum Rzayev Polad Əsəd oğlunun birinci növbəli vərəsələridir. Lənkəran rayonu 1 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 xx xxxxxxx 2007-ci il tarixdə vəfat etmiş Rzayev Polad Əsəd oğlundan qalmış miras əmlakdan tam hissədə irs almalıdır. xx xxxxxx 2019-cu il tarixdə İddiaçıCavabdeh1 və Lənkəran rayonu 1 saylı Notariat Kontoruna qarşı Lənkəran rayonu 1 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2015-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayə tinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnaməsini alarkən iddiaçı haqqında məlumatları gizlətmiş, bununla da onun miras əmlakdan pay almaq hüququndan məhrum olmasına nail olmuşdur. Eyni zamanda, notariat orqanı da cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasdan pay almaq hüququna malik olan digər vərəsələrin hüquqlarına etinasız yanaşmış, onların axtarılmasında maraqlı olmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını cavabdehin vərəsəl ik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi təşkil edir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı və cavabdeh xx xxxxxxx 2007-ci il tarixdə vəfat etmiş Rzayev Polad Əsəd oğlunun birinci növbə vərəsələridirlər. xx xxxxxx 2015-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdeh mərhum atası Rzayev Polad Əsəd oğlundan qalmış miras əmlakdan tam hissədə irs almışdır. İddiaçı hazırki iddia ərizəsi ilə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur k i, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243-cü maddəsinin tələblərinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göründüyü kimi, vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı tərəfindən miras əmlak qanunla müəyyən edilmiş müddətdə nə faktiki, nə də rəsmi olaraq (notariat orqanına ərizə verməklə) qəbul edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə ə sasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar