Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-116/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdehlər İddiaçı, X32, X15, X33, X34 və X20 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə Açar sözlər: bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair ilkin, Cavabdehlər İddiaçı, X32, X15, X33, X 34, X20 qarşı ”fərdi yaşayış evi və torpaq sahəsinə köçürülmə, fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-18/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2016-cı il tarixli, 4Ə-524 saylı reyestrlə qeydə alınmış notariat işində olan doğum haqqında arayışa əsasən X16 ilə İddiaçı birgə nikahlarından 27 mart 1959-cu ildə Müzadil oğlu, 18 sentyabr 1960-cı ildə Mahizər, 20 may 1962-ci ildə Maxmənzər, 17 yanvar 1966-cı ildə Xaliq, 01 dekabr 1968-ci ildə Zülfiyyə, 01 dekabr 1971-ci ildə Ülfət və 04 iyul 1974-cü ildə Şahizər adlı uşaqları doğulmuşdur. 2. xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evi və 0.2583 ha olan torpaq sahəsi İddiaçı, X21, X22, X7, X3, X39 və X23 ümumi birgə mülkiyyətinə verilmiş, torpaq sahəsinin 3/24 hissəsi isə açıq saxlanılmışdır.
3. Şəmkir rayon 1 saylı Notariat Kontorunda tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-524 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı, X43, X44, X24, X8, X57 və X45 xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********2-10301 reyestr nömrəli Çıxarış əsasında bi rgə mülkiyyət üzrə ünvan 1 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evinin onlara düşən hissəsini nümayəndələri X21 vasitəsilə Cavabdeh bağışlamışlar.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin 21/24 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmiş və torpaq sahəsinin 3/24 hissəsi açıq saxlanılmışdır.
5. Gəncə Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(104)-2007/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddaçı X25 cavabdehlər Cavabdeh, X43, X44, İddiaçı, X24, X9, X57, X45, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi və üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X46 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(076)56/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X46 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edi lməmiş, Şəmkir Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(076)-56/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 noyabr 2022-ci il tarixli, 2-1(104)-437/2022 saylı qərarından görünür ki, iddiaçı X25 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “iddiaçıya mərhum atasından miras qalmış, Şəmkir rayon Ağlavaşlı kəndində yerləşən fərdi yaşayış evinin 1/10 hissəsinə və həyətyanı torpaq sahəsinin 15/24 hissəsinə hüququnun qeydə alınması” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-118/2022 saylı qərarından iddiaçı X46 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-118/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayon Notariat Kontorunda bağlanmış 17 may 2016-cı il tarixli, 4Ə-524 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2018-ci il tarixli, **********69-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk İd diaçı, cavabdehlər X32, X15, X33, X34 və X20 qarşı fərdi yaşayış evi və torpaq sahəsinə köçürülmə, fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan,.2583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə köçürülməsinə, cavabdehlər X25, X10, X26, X27 və X18 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan, 2583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)-3685/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mustafa Mustafayev) ilkin İddiaçı Cavabdeh qarşı 4Ə-524 reyestr nömrəli, 17 may 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2018-ci il tarixli, **********69-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan, 0.2583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə köçürülməsi və cavabdehlər X28 və X18 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan, 0.2583 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, qarşıqlılı iddianın qalan hissəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid ed ilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilənin etibarsızlığı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-350-ci maddələrində nəzərdə tutulmuşdur ki, iddia ərizəsində nəzərdə tutulmuş hədiyyəni qəbul edən şəxsin bağışlama müqaviləsi müqabilində hədiyyə verən şəxsin qayğısına qalmaması və bütün ehtiyaclarını ödəməməsi əqdin etibarsızlığı əsaslarında nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, ilk iddia əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə hesab edir ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehlər X10 və X18 yaşadığı fərdi yaşayış evi qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətindədir. Digər cavabdehlər X46, X47 və X48 özlərinə məxsus evdə yaşayırlar və qarşılıqlı iddiaçı Cavabdeh həmin cav abdehlərin ona məxsus evdə yaşamasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Yeganə Namazalıyevanın və Kamran Namazalıyevin başqasının mülkiyyətində olan evdə yaşaması və çıxmaqdan imtina etməsi əsaslı sayıla bilməz. Çünki, istənilən hər bir halda cavabdehlərin ünvan 1 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsində və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evində yaşamaqları mülkiyyətçinin ona məxsus yaşayış sahəsindən istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, Mülki Məcəlləsinin 4.1, 152.1, 157.2, 157.4, 228.1, 661.1, 667.1, 668.1.1,668.9, 670.1, 673.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 Azərbaycan Respublikası MPMnin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X28 və X40 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)-3685/2018 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilk iddianı rədd edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldıranda cavabdeh hələ bağışlanmış əmlakla bağlı hüquqlarını DƏDRX-də qeydə aldırmamışdır. Məhkəmə baxışının gedişində cavabdeh X46 bağışlama müqaviləsini D ƏDRX-ə təqdim edib, müvafiq Çıxarış almışdır. Eyni zamanda bağışlama müqaviləsini o, şərtlə bağlamışdır. Həmin müqavilənin əvəzi olaraq cavabdeh onun bütün maddi ehtiyaclarını ödəməli, qayğısını çəkməli idi. Cavabdeh isə vədinə əməl etməmişdir. Buna görə də, həmin müqavilə etibarsız hesab olunmalıdır. Həmçinin məhkəmə cavabdehlər X28 və X18 mübahisəli mülkdən çıxarılmasına qərar verərkən maddi hüquq normalarını pozmuşdur. Belə ki, X5 Namazalıyevin arvadı, Kamran Alik oğlu isə Alik Namazalıyevin oğludur. Hansı ki, X46 mübahisəli mülkün və mülkün yerləşdiyi həyətyanı torpaq sahəsinin paylı mülkiyyətçisidir. Belə ki, cavabdeh Xalıq Namazalıyevin adına tərtib olunmuş mübahisəli mülkə dair X50 3/24 hissədə, mülkdə isə 1/10 hissədə payçı olduğundan, məhkəmənin həmin şəxslərin evdən çıxarmasına d air qərar verməsi həm maddi, həm də prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda Alik Namazalıyevin mülkiyyətdən məhrum olması kimi qiymətləndirilməlidir. İlk iddia üzrə Cavabdeh Alik Namazalıyevin doğma qardaşıdır. Onların atası X6 20 oktyabr 2009-cu ildə vəfat etmişdir. Şəmkir Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli, 2(076)-295/2010-cu il tarixli qətnaməsi ilə X11 qalan miras əmlaka, həyətyanı torpaq sahəsinə, fərdi yaşayış evinə və pay torpaq sahəsinə vəsiyyət üzrə vərəsə tanınmışdır. Mərhum əri Mədət Namazalıyevdən qalmış mirasla bağlı Şəmkir rayon Notariat Kontorunda Alik Namazalıyevin adına vəsiyyət üzrə vərəsəlik haqqında Şəhadətnamə tərtib olunmuş, qeyd olunan miras əmlaklardan 15/24 hissədə Alik Namazalıyev pay almışdır. X11 qalmış miras fərdi yaşayış evinin1/10 hissəsinə isə qanun üzrə vərəsə tanınıb və həmin miras əmlakla bağlı Alik Namazalıyevin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuşdur. Alik Namazalıyev həmin payını qeydə alıdırmadığı üçün Cavabdeh adına tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışda onun payı açıq saxlanmışdır.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-18/2023 saylı qətnaməsi ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X28 və X18 apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(076)-3685/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişd ir ki, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli, seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evi və 0.2583 ha olan torpaq sahəsinin 21/24 hissəsi İddiaçı, X21, X22, X7, X3, X39 və X23 ümumi birgə mülkiyyətinə verilmiş, torpaq sahəsinin 3/24 hissəsi isə açıq saxlanılmışdır. İddiaçı, X43, X44, X24, X8, X57 və X45 birgə mülkiyyət üzrə ünvan 1 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin onlara düşən hissəsini və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evini nümayəndələri X21 vasitəsilə xx.xx.2016-cı il tarixli, 4Ə-524 saylı reyestrlə qeydə alınmış daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında Cavabdeh bağışlamışlar. xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin 21/24 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmiş və torpaq sahəsinin 3/24 hissəsi açıq saxlanılmışdır. Cavabdehlər X46, X28, X47, X48 və X40 xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin 21/24 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evində yaşayırlar və qarşılıqlı iddiaçı Cavabdeh məxsus evdən çıxmaqdan imtina edirlər. Ona görə də, qarşılıqlı iddiaçı Cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış evindən, torpaq sahəsindən çıxarılması, özünün isə həmin torpaq sahəsinə və fərdi yaşayış evinə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşaraq qeyd etmişdir ki, bağışlama müqaviləsinin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bağışlama müqaviləsi bağlanılarkən qanunvericiliyin tələblərinə əməl edilmiş və heç bir pozuntuya yol verilməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX s eriyalı ******* nömrəli çıxarış qeyd olunan müqavilə əsasında Cavabdeh adına qanuni şəkildə verilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, X5 Namazalıyevin arvadı, Kamran Alik oğlu isə Alik Namazalıyevin oğludur. X46 mübahisəli mülkün və mülkün yerləşdiyi həyətyanı torpaq sahəsini paylı mülkiyyətçisidir. Belə ki, cavabdeh Xalıq Namazalıyevin adına tərtib olunmuş mübahisəli mülkə dair X50 3/24 hissədə, mülkdə isə 1/10 hissədə payçı olduğundan, məhkəmənin həmin şəxslərin evdən çıxarmasına dair qərar verməsi həm maddi, həm də prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda Alik Namazalıyevin mülkiyyətdən məhrum olması kimi qiymətləndirilməlidir. İlk iddia üzrə Cavabdeh Alik Namazalıyevin doğma qardaşıdır. Onların atası X6 20 oktya br 2009-cu ildə vəfat etmişdir. Şəmkir Rayon Məhkəməsinin 07 aprel 2010-cu il tarixli, 2(076)-295/2010-cu il tarixli qətnaməsi ilə X11 qalan miras əmlaka, həyətyanı torpaq sahəsinə, fərdi yaşayış evinə və pay torpaq sahəsinə vəsiyyət üzrə vərəsə tanınıb. Mərhum əri Mədət Namazalıyevdən qalmış mirasla bağlı Şəmkir rayon Notariat Kontorunda Alik Namazalıyevin adına vəsiyyət üzrə vəsərəslik haqqında Şəhadətnamə tərtib olunmuş, qeyd olunan miras əmlaklardan 15/24 hissədə Alik Namazalıyev pay almışdır. X11 qalmış miras fərdi yaşayış evinin1/10 hissəsinə isə qanun üzrə vərəsə tanınıb və həmin miras əmlakla bağlı Alik Namazalıyevin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuşdur. Alik Namazalıyev həmin payını qeydə alıdırmadığı üçün Cavabdeh adına tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarışda onun payı açıq saxlanmışdır.
18. Məhkəmə hesab etmişdir ki, qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(104)-2007/2022 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddaçı X25 cavabdehlər Cavabdeh, X43, X44, İddiaçı, X24, X9, X57, X45, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi və üçüncü şəxs Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X46 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(076)-56/2022 nömrəli qətnaməsindən ilkin iddia üzrə id diaçı, qarşılıqlı iddia üzrə cavabdeh X46 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(076)-56/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Həmin qərarla müəyyən edilmişdir ki, 01 dekabr 2010-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, X2 ünvan 3 ünvanında 0,50 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 74,7 kvm. ibarət “A” literli fərdi yaşayış evi miras qalmış və miras əmlaka miras qoyanın arvadı İddiaçı, övladları-X41, X29, X44, X1 Məxmənzər Mədət qızı, X45, X57 və X65 vərəsə tanınmışlar. Miras qalmış fərdi yaşayış evi 1/10 hissədə isə açıq saxlanılmışdır. 08 dekabr 2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Serya MA ******* nömrəli çıxarış əsası nda miras əmlaka dair X49, X44, X30, X8, İddiaçı Mədət qızı, X57 və X23 adına “A” literli fərdi yaşayış evınə daiq hər birinin 1/10, torpaq sahəsinə 1/24 hissədə, X12 adına “A” leterli fərdi yaşayış evinə 1/10, “B” literliyə isə bütöv, torpaq sahəsinə 1/24 hissə, X19 adına isə “A” literli fərdi yaşayış evinə 1/10 hissə, “C” literliyə bütöv, torpaq sahisənə isə 1/24 hissə qeydə alınmışdır. Qeyd olunan çıxarış X46 tərəfindən mübahisələndirilsədə, lakin sonuncunun iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 fevral 2021ci il tarixli 2-1(485/2021-ci il tarixli qərarı ilə mümkün sayılmamışdır. 06 may 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsi (3/24 açıq saxlanılmışdır) və fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında X30, X51, X45, X57, X43, X13 və X4 adına qeydə alınmışdır. 17 may 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X43, X51, X14, X30, X13, X57 və X45 ümumi paylı mülkiyyətlərində olan ünvan 3 ünvanında 0,2583 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 74,7 kvm. ibarət fərdi yaşayış evini (torpaq sahəsi ilə birlikdə) X52 bağışlamışlar. Göründüyü kimi bağışlanılan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi həmin vaxt çıxarış əsasında X43, X51, X14, X30, X13, X57 və X23 ümumi paylı mülkiyyətlərində olmuşdur.
20. Məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.2583 ha torpaq sahəsinin 21/24 hissəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 74.7 kv.m olan fərdi yaşayış evi tam olaraq Cavabd eh mülkiyyətinə verilmiş, torpaq sahəsinin 3/24 hissəsi açıq saxlanılmış, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Mübahisə edilən fərdi yaşayış evinin hər hansı hissəsi üzərində qarşılıqlı iddia üzrə cavabeh X25 heç bir mülkiyyət payı və hüququ yoxdur. Miras torpaq sahəsində Alik Namazalıyevin 15/24 hissədə, miras fərdi yaşayış evinin isə 1/10 hissədə payı olmasına dair ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X28 və X18 apellyasiya dəlilləri tam əsassızdir.
21. Yuxarıda qeyd edildiyi kimi, Şəm kir Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli 2(076)-56/2022 nömrəli qətnaməsini dəyişdirmədən saxlayan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli, 2(104)-2007/2022 saylı qətnaməsi ilə müəyyən olunur ki, X25 yaşayış evinin yerləşdiyi torpaq sahəsində payı 3/24 hissədədir, evdə isə payı yoxdur.
22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 139.1, 146.1, 152.5, 157.2 maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh (vəkil: Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
24. Kassas iya şikayətinin əsasları ilk iddia ərizəsi, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əsaslandırılmışdır.
25. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ hissə), Mülki Məcəlləsinin 14.1, 15.2, 17.1, 139.1, 144.1, 144.2, 152.1, 157.2, 337.1, 337.2, 337.5, Torpaq Məcəllləsinin 67.1, 67.2, 29.2, 44.4, 137.4, 137.5 və 142.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 388, 385.1.2, 176.5, 210.2 və 217.4-cü maddələrinə istinad edərək əsasnadırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx. xx.2023-cü il tarixli, 2(104)18/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əş yaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
32. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xi tamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən a sılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.
41. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
44. İddiaçı Şükufə Namazəliyevanın kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hü quqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Namazəliyeva Şükufə İsgəndər qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-18/2023 nöm rəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Namazəliyeva Şükufə İsgəndər qızının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.