Məhkəmə qərarları › İş №2(102)-1160/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1160/2024

22.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1160/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cəlb edilməklə) qarşı ilk, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc, kredit müqaviləsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaç ı və vəkili Vəkil2, Cavabdeh2 və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, (3-cü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cəlb edilməklə) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin geri qaytarılması tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı borc məbləğlərinin ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5583/2023 nömrəli mülki iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə 22 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında şifahi icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları

1. Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsi (bundan sonra-mübahisəli torpaq sahəsi) daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır.

2. İddiaçı xüsusi mülkiyyətində olan, mübahisəli torpaq sahəsini satmaq, bağışlamaq, dəyişdirmək, bu barədə adından ərizələr vermək, müqavilələr bağlamaq, imza etmək, ona çatası pulu almaq, daşınmaz əmlakın üzərində məhdudiyyətin olub-olmaması barədə arayış almaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh2 etibar etmiş, etibarnamə 3 il müddətinə verilmişdir.

3. Cavabdeh2 həmin etibarnamə və İddiaçı arvadı Günay Əbdürəhimovanın torpaq sahəsinin satılmasına və bağışlanmasına etir az etmədiyinə dair razılıq ərizəsi əsasında 0,5708 hektar torpaq sahəsini xx.xx.2020-ci il tarixdə iddiaçının adından Bakı şəhəri 38 saylı Notariat Ofisində alqı-satqı müqaviləsi bağlamaqla öz anası Cavabdeh1 17.000 manata satmışdır.

4. Torpaq sahəsi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hazırda 0,5708 hektar torpaq sahəsi faktiki olaraq cavabdehlərin istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, (AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə), id dia ərizəsi (iddiaçı sonradan iddia tələbinin artırılmasına və azaldılmasına dair ərizələrlə məhkəməyə müraciət etmişdir) məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, Cavabdeh2 ona məxsus olan, 2010-cu il buraxılışlı, qara rəngli, “Mercedes Benz E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin alınaraq ona qaytarılmasını, Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi də ləğv olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması na dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “iddiaçıya məxsus olan, 2010-cu il buraxılışlı, qara rəngli, “Mercedes Benz E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin Cavabdeh2 alınaraq iddiaçıya qaytarılması” hissəsinin ayrı məhkəmənin icraatında mübahisələndirdiyi üçün hazırda tələbinin bu hissəsindən imtina etdiyini bildirmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə işgüzar əlaqələri olmuşdur. Cavabdeh2, iddiaçının xüsusi mülkiyyətində Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsini həmin torpaq sahəsini ona satmasını xahiş etmişdir. Həmin torpaq sahəsinin 1 sotu 1200 manat olmaqla, cəmi 69.000 manat təşkil etmişdir. Cavabdeh torpaq sahəsinə görə 40.000 manat ödəniş edəcəyin i demiş və qalan 29.000 manatın ödənilməsi üçün vaxt istəmişdir. O da cavabdehə o şərtlə etibarnamə verməyə razılaşmışdır ki, pulun qalan hissəsini ödədikdən sonra torpaq sahəsini öz adına rəsmləşdirsin. Bir müddət sonra cavabdeh həmin torpaq sahəsini istəmədiyini bildirmiş və verdiyi 40.000 manatı qaytarmasını xahiş etmişdir. O, cavabdehə 20.000 manat pul vermiş və bildirmişdir ki, qalan pulu torpaq sahəsini satdıqdan sonra verəcəkdir. Həmin razılaşmadan sonra cavabdehlə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamağa və onunla görüşmək istəməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. Nəhayət, xx.xx.2020-ci il tarixdə cavabdehlə görüşərək torpaq sahəsinin sənədlərini geri qaytarmasını tələb etdikdə o, sənədləri verməkdən imtina etmişdir. Ertəsi gün o, not ariat kontoruna gedərək 2018-ci il tarixdə cavabdehə verdiyi etibarnaməni ləğv etdirmiş, lakin sonradan məlum olmuşdur ki, cavabdeh onun mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsini ondan xəbərsiz həmin etibarnamə ilə Bakı şəhəri 38 saylı notariat kontorunda öz anası Cavabdeh1 17.000 manata satmışdır. 0,5708 hektar torpaq sahəsinin bazar dəyəri 17.000 manat deyil, hazırda 1 sotu, təxminən, 1500 manatdan başlayır. Belə olan halda Cavabdeh2 0,5708 hektar torpaq sahəsinin onun razılığı və məlumatı olmadan 17.000 manata satılması qanunvericiliyə əsasən həmin əqdin etibarsızlığına səbəb olur. Eyni zamanda, o, özünə məxsus olan torpaq sahəsini heç kimə satmamış və satmaq fikrində də olmamış, Cavabdeh2 etibarnamə versə də, torpaq sahəsinin satılması ilə əlaqədar ona heç bir tapşırıq verməmiş, belə bir iradə ifadəsi olmamışdır. Qeyd olunan etibarnaməni və torpaq sahəsinin sənədlərini Cavabdeh2 ona olan borcunun təminatı kimi vermişdir. Əgər onun xüsusi mülkiyyətində olan torpaq sahəsini satmaq fikri olsaydı, alqısatqıda özü şəxsən iştirak edərdi. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış olduğundan isə özünə məxsus avtomobillə bağlı cavabdehlə aralarında mübahisə yarandıqdan sonra məlumatı olmuşdur.

8. İddia tələbinin həcminin artırılması barədə növbəti ərizədə qeyd edilmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-1 N-0861021 nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi xahiş olunduğundan, sonuncunun adına verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əml akın Dövlət reyestrindən Çıxarış sənədi də ləğv olunmalıdır.

9. Cavabdeh2 öz növbəsində İddiaçı qarşı qarşılıqlı iddia barədə ərizə verərək, İddiaçı 25.000 manat və 14.000 ABŞ dolları məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, İddiaçı 2018-ci ilin mart ayında ona 42.000 manat məbləğində, 2018-ci ilin sonunda isə əlavə olaraq 14.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmiş və borcun bir qismini özünə məxsus torpaq sahəsinin hesabına ödənilməsini təklif etmişdir. Aralarında əldə olunmuş razılığa əsasən İddiaçı borcun əvəzində xx.xx.2018-ci il tarixdə etibarnamə verərək xüsusi mülkiyyətində olan, Oğuz rayonunun Xalxal kəndind ə yerləşən 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirməklə bağlı sair səlahiyyətləri ona etibar etmişdir. O, bir müddət borcun ödənilməsini gözləmiş, lakin iddiaçı ona olan borcunu qaytarmamışdır. İddiaçı özü torpaq sahəsini sataraq satış nəticəsində əldə olunan pul vəsaitini borc hesabına götürməsini ona təklif etmişdir. O, həmin torpaq sahəsinə sərfəli qiymət təklif edən alıcılar tapa bilmədiyi üçün qardaşı Nümayəndə bu işdə ona kömək etməsini xahiş etmişdir. Qardaşı isə ona həmin torpaq sahəsini alıb anaları Cavabdeh1 hədiyyə etmək üçün ona 17.000 manat pul təklif etmişdir. O, qardaşının təklifini qəbul etmiş və həmin torpaq sahəsini anası Cavabdeh1 17.000 manata satmışdır. Bakı şəhəri, 38 saylı Notariat Ofisində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün zəruri sənədlərin qaydasında olduğu müəyyən edildikdən sonra müvafiq alqı-satqı müqaviləsi qeydiyyata alınaraq notariat qaydasında təsdiq edilmişdir. İddiaçı isə onun adına verdiyi etibarnamənin ləğv olunması barədə hazırkı iddiaya qədər ona hər hansı məlumat bildirməmişdir. O, alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin 17.000 manat dəyərində olduğunu İddiaçı bildirmiş, borcun qalan hissəsinin - 25.000 manat və 14.000 ABŞ dolları məbləğlərinin də ödənilməsini xahiş etmişdir. İddiaçı ona olan borcunun qalan hissəsini ödəyəcəyini vəd etsə də, sonradan borcun ödənilməsindən yayınmağa başlamış, bununla bağlı aralarında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Hətta İddiaçı torpaq sahəsini onlardan geri alacağını, əvəzində isə heç bir məbləğ verməyəcəyini demiş, sonradan da bu barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda da İddiaçı ona borclu olduğu məbləğin qalan hissəsini ödəməkdən imtina edir.

11. İddiaçı, sonradan təqdim etdiyi iddia ərizəsinə əlavədə qarşılıqlı iddiaya münasibət bildirərək cavabdehlə torpağı birlikdə satıb, satışdan əldə olunmuş vəsaitdən cavabdehə qalan 20.000 manat borcunu qaytarmalı, qalan məbləğin isə mülkiyyətçi olaraq ona qalması barədə razılığa gəlmələrini göstərmişdir.

12. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi izahat verərək bildirdi ki, torpaq sahəsi İddiaçı tərəfindən Cavabdeh2, ona olan borcunun qarşılığı olaraq verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı etibarnamə də Cavabdeh2 2018-ci il tarixdə verilmişdir. Əgər Cavabdeh2 iddiaçı tərəfindən qeyd etdiyi kimi hərəkətlər etmək niyyəti olmuş olsayd ı, bu hərəkətləri etmək üçün etibarnamə aldıqdan sonra 2 il gözləməzdi. Torpaq sahəsini göstərdikləri qiymətə satmaq istədikdə heç bir alıcı tapa bilməmişlər. Hazırda torpaq sahəsinin dəyərinin artmasına səbəb sonradan həmin torpaq sahəsində yolların çəkilməsi, obyektlərin tikilməsi ilə bağlı olmuşdur.

13. İş materiallarına əlavə edilmiş İkram Nəbiyev adlı fiziki şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən daşınmaz əmlak bazarında aparılmış araşdırma nəticəsində Oğuz rayonu Xalxal kəndi ərazisində daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahələrinin bazar qiymətləri, yerləşməsindən asılı olaraq, təxminən, 1700 - 2200 manat həddində müəyyən edilmişdir.

14. Oğuz rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 246 nömrəli sorğuya cavab məktubunda Oğ uz rayonu Xalxal kəndi ərazisində yerləşən həyətyanı torpaq sahələrinin 1 sotunun 2018-2020-ci illər ərzində 500 - 1500 manat həddində qiymətləndirildiyi qeyd edilmişdir.

15. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, İddiaçı torpaq sahəsini satmaq niyyəti olduqda ona yaxınlaşaraq torpaq sahəsini satmasına kömək etməsini xahiş etmişdir. Həmin sahəni almaq istəyən bir neçə potensial alıcı olmuş, lakin həmin sahənin yolunun olmaması, Ə.Raminin qohumları ilə həmin torpaq sahəsi ilə bağlı anlaşmazlıqlarının olması və digər səbəblərlə əlaqədar alqı-satqı baş tutmamışdır.

16. İşə əlavə edilmiş “X2” MMC-dən verilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubu və məktuba əlavə edilmiş mütəxəssis rəyinə əsasən aparılmış araşdırma və hesablamalar əsasında 0,5708 hektar torpaq sahəsini n hazırki bazar dəyərinin, yol mövcud olduqda 91.200 manat, yol mövcud olmadıqda isə 72.960 manat miqdarında müəyyən olunduğu qeyd edilmişdir.

17. Məhkəməyə təqdim edilmiş, "xxxx" MMC (Qiymətləndirmə xidməti) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində mübahisə predmetinə aid olan 0,5708 hektar torpaq sahəsi yol infrastrukturu mövcud olduqda 39, 956 manat yol infrastrukturu mövcud olmadıqda cəmi 22.832 manat miqdarında yəni hər sotu 395 manat olmaqla müəyyən edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş xx.xx.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan məlumatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notaria t Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatına, internet saytlarında olan, habelə, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslərdən şifahi sorğu əsasında əldə edilmiş məlumatlara əsasən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətdə olan 0,5708 hektar həyətyanı torpaq sahəsinin nəzəri qaydada orta bazar qiyməti 85.620 manat (1 sot 1500 manat), likvid orta bazar qiyməti 68.496 manat (1 sot 1500 manat - 20% = 1200 manat) miqdarında müəyyən edilir. Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən torpaq sahələrinə mövcud olan tələb və təklifdən asılı olaraq hazırda müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. 0,5708 hektar həyətyanı torpaq sahəsinin qiyməti nəzəri qaydada müəyyən edildiyindən həmin torpaq sahəsinə gediş-gəliş y olunun mövcudluğunun olub-olmaması nəzərə alınmamışdır.

19. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatında Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən həyətyanı torpaq sahələrinin alqı-satqısına dair 20192021-ci illərə aid müqavilələrdə tərəflər arasında razılaşdırılmış qiymətlər 0,01 hektara görə 500 - 1500 manat arasında həddində qiymətləndirildiyi qeyd edilmişdir.

20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-317/2023 saylı, xx.xx.2023-cü il tarixli (hakim M.Əfəndizadə) ilk və qarşılıqlı iddialar rədd olunmuşdur.

21. Birinci instansiya məhk əməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinə əlavədə cavabdehə etibarnamə verməsində məqsədinin özünə məxsus olan torpağın sonuncu tərəfindən satılması olmasını inkar etməmişdir.

22. Həmçinin, tərəflər arasında borc münasibətləri yaranması hazırki mülki işin əvvəl predmeti olmuş avtomobilin alınması istifadəsi və satılması ilə bağlı olmuşdur. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına 3 il müddətinə etibarnamə verdikdən iki il sonra məhz sözügedən avtomobilin bağlı aralarında narazılıq yarandıqdan sonra mübahisəli torpaq sahəsinin satılması məqsədi ilə verdiyi etibarnamənin 2020-ci ilin sentyabr ayında ləğv etdirməsini və bu etibarnamə əsasında aparılmış alqı-satqı müqaviləsinin etibarsızlığını mübahis ələndirməyə başlamışdır. Başqa sözlə, tərəflər arasında sözügedən avtomobillə bağlı narazılıq yaranana kimi torpaq sahəsinin satılması ilə bağlı ilk iddiaçının cavabdehə verdiyi etibarnamənin və onun əsasında aparılmış əqdin qanuniliyi tərəflər arasında mübahisə predmeti olmamışdır.

23. Məhkəmə ilk iddianın dəlilləri ilə bağlı hesab etmişdir ki, iddiaçının ilk dəfə verdiyi iddiasında bu halı təsdiq etməsə də, sonrakı iddia ərizəsinə əlavədə və məhkəmə baxışı zamanı izahatlarında mübahisəli torpaq sahəsini satmaq və bununla da cavabdehə olan borcunun ödəmək niyyətinin olmasını göstərməsi artıq işin mübahisəsiz halları kimi qəbul edilir. Belə ki, iddiaçının Cavabdeh2 verdiyi etibarnamədə 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirməklə bağlı s air səlahiyyətlərin sonuncuya etibar edildiyi qeyd olunsa da, məhkəmə iclasında tərəflərin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin etibarnamənin verilməsində məqsəd məhz torpaq sahəsinin satılması ilə əlaqədar hüquqların Cavabdeh2 həvalə edilməsi olmuşdur. Eyni zamanda, ilk iddiaçının niyyəti özünə məxsus olan torpaq sahəsini satmaqla borcunun ödənilməsini təmin etməkdən ibarət olmuşdur.

24. İşin bu halı, həmçinin ilk İddiaçı arvadı Günay Əbdürəhimovanın ərinin xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirməsinə dair sonuncunun xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsinin və torpaq sahəsinin satılması ilə əl aqədar bir neçə potensial müştərinin olması ilə bağlı iş üzrə dindirilmiş şahid ifadəsinin məzmunu ilə də tam təsdiq edilir.

25. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Oğuz rayonu, Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan, 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, dəyişdirmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyə dair xx.xx.2018-ci il tarixdə cavabdehə verdiyi etibarnamə onun iradə ifadəsi olmuş, bu iradə ifadəsi arvadı Günay Əbdürəhimovanın xx.xx.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə bir daha təsdiqlənmişdir. Birgə nikah dövründə əldə edilmiş mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin qanuniliyi həmin torpaq sahəsində müəyyən pay sahibi olmuş Günay Əbdürəhimova tərəfindən mübahisələndirilm əmişdir.

26. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ilə arasında xx.xx.2020ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş, (müqaviləni İddiaçı adından etibarnamə əsasında imzalayan şəxs Cavabdeh2) alqı-satqı müqaviləsi ilk iddiaçının iradə ifadəsinə uyğun əqd kimi qiymətləndirilir.

27. Lakin, iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığının əsasını torpağının ucuz satılması ilə əlaqələndirir və bunu belə əsaslandırır ki, cavabdeh torpağı istənilən qiymətə deyil, torpaq sahəsinin real dəyərinə uyğun bir qiymətə satmalı idi. İlk iddiaçı 0,5708 hektar torpaq sahəsinin mülkiyyətçisi olaraq həmin əmlakı digər şəxsin adına özgəninkiləşdirməyə, əmlakın satış qiymətini müəyyən etməyə tam hüquqlu şəxs olsa da, Cavabdeh2 onun ver diyi etibarnamədə nəzərdə tutulan hüquqlarından yalnız öz mənafeyi naminə sui-istifadə etməklə həmin əmlakın satışı ilə bağlı iddiaçının həqiqi iradəsinin ifadəsi olmayan bir əməliyyatı həyata keçirmişdir. Belə ki, ona məxsus torpağın hər sotunun bazar dəyəri təxmini 1500 manat olduğu və cavabdehlə onun arasında olan razılaşma hər sotu üçün 1200 manat müəyyən edildiyi halda, sonuncu torpağı ümumilikdə 17000 manata satması real olmamışdır. İlk iddiaçı bununla bağlı iş materiallarında olan torpağın 1 sotunun qiymətinin təxmin 1500 manat olmasına dair rəylərin məzmununa da istinad edir.

28. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması üçün məhkəməyə izahat verməkdən savayı hər hansı bir sübut təqdim etməm işdir. Onun ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin olunması barədə izahatı iddiaçının izahatı ilə yanaşı yuxarıda adıçəkilən yazılı sübutlarla tam şəkildə təkzib olunmuşdur. Ona görə də qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir.

29. Məhkəmə qeyd etmişdir ki, verilən etibarnamə və onun məzmununda olan satmaq səlahiyyəti ilk iddiaçının cavabdehə olan borcunun əvəzinin ödənilməsi ilə əlaqədar olduğu üçün cavabdeh ona etibarnamə ilə verilən səlahiyyətlər daxilində torpağın alqı-satqısı ilə bağlı əldə edilən vəsaitin iddiaçıya verməli deyildir. Belə olan halda isə işin konkret halları baxımından satış qiymətinin az və ya mülkiyyətçini qane etməyən məbləğ olması əhəmiyyətsizdir. Belə ki, mülkiyyətçi olan ilk iddiaçı satışla bağlı etibarnamə və torpağın sənədlərinin əslini cavabdehə verməsi ilə artıq torpaqla bağlı bütün hüquqlarını da ona verməsi kimi qəbul olunur ki, bu da yuxarıda da göstərildiyi kimi onun cavabdehə olan və etiraf etdiyi borcunun əvəzini ödəmək üçün qeyd edilən addımları atması işin mübahisəsiz halıdır.

30. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş xx.xx.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyinə, eləcə də, ilk iddiaçının istinad etdiyi digər rəylərə münasibətdə hesab etmişdir ki, bu rəylərin məzmunu mübahisələndirilən əqdin məhz satış qiymətinin real olmaması əsası ilə etibarsız sayılması üçün əsas ola bilməz. Belə ki, ən azından ona görə ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyinə əl avə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatında qeyd edilmişdir ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən həyətyanı torpaq sahələrinin alqı-satqısına dair 2019- 2021-ci illərə aid müqavilələrdə tərəflər arasında razılaşdırılmış qiymətlərin 0,01 hektara görə 500 - 1500 manat arasında həddində qiymətləndirildiyi qeyd edildiyi halda, ekspertin bu həddin ən aşağı həddinə deyil, daha yüksək həddinə istinad etməsi ağlabatan deyildir və onun hazırki işə əvvəl baxmış məhkəmə zamanı rəyin bu formada verilməsi ilə bağlı əsaslandırmasına dair fikirlərini məhkəmə əhəmiyyətsiz sayır.

31. Belə ki, Oğuz rayonu X4 rayonu Xalxal kəndi ərazisində yerləşən torpaq sahəsinin 1 sot üçün bazar dəyərinin 2 020-ci ildə 400 manat təşkil etdiyi qeyd edilməsinə dair xx.xx.2022-ci il tarixli 01 nömrəli məktubunda göstərilənlər ərazi üzrə yerli idarə etmə orqanının məlumatı kimi daha inandırıcıdır. Şahid ifadəsindən də görünür ki, həmin sahənin yolunun olmamasına görə alıcılarla alqı-satqılar baş tutmurdu. torpaq sahəsinə yolun olmaması əmlakın satış qiymətinə təsir edən ən vacib və mühüm amillərdəndir.

32. Məhkəmənin qənaətinə görə mübahisəli sahənin 2020-ci ildə 1 sotunın qiymətinin bələdiyyənin məktubunda göstərilən məbləğə uyğun olmasının daha ağlabatan olmasına dəlalət etməklə, inandırıcıdır.

33. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 324, 399.1, 337.1, 337.3, 337.4, 359.1-ci maddələrinə, “M.Şahverdiyevanın şikayəti üzrə Azərbayc an Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarına, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88, 101.7, 103.1, 103.2, 206.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat c) İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdır.

34. Apellyasiya şikayəti iddia ərizəsində sadalanan hallara istinadən belə əsaslandırmışdır ki, onun Cavabde h2ya verdiyi etibarnamədə 0.5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirmə ilə bağlı sair hərəkətlərin sonuncuya etibar edildiyi qeyd olunsa da, məhkəmə iclaslarında tərəflərin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından da görünür ki, həmin etibarnamənin verilməsində məqsəd məhz torpaq sahəsinin satılması ilə əlaqədar hüquqların Cavabdeh2ya həvalə edilməsi olmuşdur. Eyni zamanda onun niyyəti özünə məxsus olan torpaq sahəsini istənilən qiymətə deyil, torpaq sahəsinin real dəyərinə uyğun bir qiymətə satmaqla borcunun ödənilməsini təmin etməkdən ibarət olmuşdur. O 0.5708 hektar torpaq sahəsinin mülkiyyətçisi olaraq həmin əmlakı digər şəxsin adına özgəninkiləşdirməyə, əmlakın satış qiymətini müəyyən etməyə tam hüquqlu şəxs olsa da, Cavabdeh2 verdiyi etibarnamədə nəzərdə tutulan hüquqlardan yalnız öz mənafeyi naminə sui-istifadə etməklə həmin əmlakın satışı ilə bağlı onun həqiqi iradəsinin ifadəsi olmayan bir əməliyyatı həyata keçirmişdi.

35. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edərək qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin 17.000 manat dəyərində olduğunu İddiaçı bildirmiş, borcun qalan hissəsinin, 25.000 manat və 14.000 ABŞ dolları məbləğlərinin də ödənilməsini xahiş etmişdir. İddiaçı ona olan borcunun qalan hissəsini ödəyəcəyini vəd etsə də, sonra dan borcun ödənilməsindən yayınmağa başlamış, bununla bağlı aralarında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Belə ki, İddiaçı ona 25.000 manat olan borcunu məhkəmə iclasında və iş materiallarına olan etirafedici izahatı ilə etiraf etmiş və borcunun olmasını inkar etməmişdir. Belə ki, 11 mart 2023-cü il tarixli məhkəmə qətnaməsinin 3-cü səhifəsinin 2-ci abzasında isə İddiaçı izahatında göstərir ki, onunla Cavabdeh2 arasında olan borc məsələsi torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar deyil, cavabdehin qardaşı Nümayəndə tərəfindən Almaniyadan avtomobil gətirilməsi ilə əlaqədar yaranmışdır. Belə ki, onlar Nizami ilə birlikdə biznes fəaliyyəti ilə məşğul olmaları üçün avtomobil satın almışlar. Nizami ona torpaq sahəsinin dəyəri kimi hər hansı məbləğdə pul verməmiş, bununla bağlı onl ar arasında heç bir razılaşma olmamışdır. Ancaq Nizaminin xahişi ilə 2018-ci ilin əvvəllərində Nəsiminin Almaniyadan ona “X7” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil gətirməsi ilə əlaqədar onun Nizamiyə həmin avtomobilin dəyəri kimi 31.500 manat miqdarında borcu yaranmışdır. O, həmin avtomobillə Rusiyaya sərnişin və yük daşıyaraq gəlir əldə etmək niyyətində olduğundan sərhəd buraxılış məntəqələrində hər hansı çətinliklə üzləşməmək üçün avtomobilin onun adına rəsmiləşdirilməsini qərara almışlar. Avtomobil onun mülkiyyəti kimi qeydiyyata alınmış, bundan əlavə, işə başlamaq üçün Nizami ona 8500 manat nağd pul da vermiş, bununla da, onun Nizamiyə olan borcu 40.000 manat təşkil etmişdir. Borcun 14.000 ABŞ dolları isə, onların birgə biznes fəaliyyəti ilə bağlı olan borc olmuşdur k i, həmin borc da Şahid2 götürülmüş pul məbləği olmuşdur.

37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5583/2023 nömrəli iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçı ziddiyyətli izahat verərək gah torpağı satmaq niyyəti olmadığını gah da torpağı satıb borcu ödəmək üçün etibarnamə verdiyini qeyd edir. İddiaçı tərəfindən verilən etibarnamədə satmaq səlahiyyəti göstərilmişdir. Bundan əlavə, ilk in iddia üzrə iddiaçının arvadı da birgə nikah dövründə əldə edilmiş əmlakın satılmasına notariat qaydasında razılıq vermişdir.

39. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən pul qaytarılmadığına görə cavabdeh ona verilmiş etibarnamə əsasında torpağı mülkiyyətçinin əvəzinə anası olan digər Cavabdeh1 ilə alğı satqı müqaviləsi bağlamışdır. Torpağın Cavabdeh1 satılmasında qanun pozuntusuna yol verilməmişdir. Çünki, İddiaçı Cavabdeh2 onun adından əmlakını satmaq səlahiyyəti verilmiş, sonuncu da ona verilmiş səlahiyyətlərdən istifadə edərək İddiaçı əvəzinə alğı-satqı müqaviləsi bağlamışdır.

40. Bundan əlavə, alğı-satqı müqaviləsində torpağın 17000 manata satılması qeyd edilsə belə, faktiki olaraq ilkin iddia üzrə iddiaçının 28000 manatlıq borcu silinmişdir.

41. Məhkəmə hesab etmişdir ki, 1700 0 manat satış pulu iddiaçıya verilməmişdir. Çünki, bu alğı-satqının məqsədi də borcun qaytarılması olmuşdur. Yəni torpaq 17000 manata satılsa belə, 28000 manatlıq borc silinmişdir. İzahatlardan da müəyyən olunduğu kimi hazırki mübahisə torpağın satış dəyəri ilə bağlıdır. İşdən də görünür ki, qiymətlər fərqli göstərilmişdir. Torpağın satış qiyməti alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas deyil.

42. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh2 olan 28000 manat borcu torpağın alğı-satqısı nəticəsində silinmişdir. Cavabdeh2 İddiaçı əlavə borcu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin də lilləri

43. İddiaçı vəkili Vəkil4 vəsatətlə məhkəməyə müraciət edərək məhkəmənin mülki işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, iddiaçının məhkəmə iclasında iştirak etməklə geniş və ətraflı izahatının verilməsinə ehtiyac vardır.

44. Ali Məhkəmənin Mülki Kollegiyasının 08 may 2024-cü il tarixli, 2(102)-1160/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2023-cü il tarixli 2(103)-5583/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılması qərara alınmışdır.

45. İddiaçı və vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddia tələbinin rə dd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə ilk iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. İddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə araşdırması zamanı Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən uyğun növlü torpaq sahələrinin dəyəri ilə bağlı verilmiş ekspert rəyi, müstəqil qiymətləndiricilər tərəfindən verilmiş arayışlar, daşınmaz əmlak bazarında aparılmış araşdırmalar və işin digər faktiki halları nəzərə alınmaqla, 0,5708 hektar torpaq sahəsinin real dəyərinin alqı-satqı müqaviləsində qeyd edildiyindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Eyni zamanda, iş materiallarında olan alqı-satqı müqaviləsindən də görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 satılmış 0,5708 hektar torpaq sahəsi xx.xx.20 11-ci il tarixdə İddiaçı tərəfindən 30.000 manata satın alınmışdır. Belə olan halda, həmin vaxtdan 9 ildən artıq müddət keçəndən sonra mübahisəli torpaq sahəsinin 17.000 manata satılmasına razılıq verilməsi inandırıcı olmamaqla işin faktiki halları ilə təzad təşkil edir. Həmçinin, mübahisəli torpağın bazar və likvid dəyərinin müəyyənləşdirilməsinə dair tərəflərin, həmçinin məhkəmənin təşəbbüsü ilə 3 ekspertiza tədqiqatı aparılmış və digər müxtəlif mənbələrdən rəsmi məlumatlar alınmış, nəticə etibarilə həmin torpaq sahəsinin orta bazar qiymətinin hər sotunun 1200 manat olduğu müəyyən edilmişdir. Lakin məhkəmə yalnız Oğuz rayon X4 rayon Xalxal kəndi ərazisində yerləşən torpaq sahəsinin 1 sotu üçün bazar dəyərinin 2020-ciildə 400 manat təşkil etdiyi qeyd olunmasına dair işdə olan xx.xx.2022-c i il tarixli 01 nömrəli məktuba əsaslanmış, mübahisəli torpağın qiyməti ilə bağlı 3 ekspert rəyi və digər məlumatlarda, eləcə də, iş materiallarında mövcud olan Şəki regional Ədliyyə idarəsi tərəfindın Oğuz rayon Xalxal Bələdiyyəsinə ünvanlanmış, bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılması nəticəsi barədə xx.xx.2020-ci il tarixli 1980 nömrəli müraciətdə bələdiyyənin satışa çıxardığı torpaq sahələrinin bazar məzənnəsinin 1 sotu üçün ***-**** manatdan az olmamaqla müəyyən edilməli olduğunu qeyd edildiyi halı nəzərə almamışdır. Apellyasiya məhkəməsi iş üzrə torpaq sahəsinin qiyməti ilə bağlı sübutları sadalasa da, həmin sübutlara heç bir hüquqi qiymət verməmişdir.

47. Cavabdeh2 və vəkili Vəkil3 məhkəmə iclasında izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarş ılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edərək, həmin hissədə qarşılıqlı iddia tələbinin tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

48. Cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının ona 28.000 dollar borcu olmuş, sonradan ona 14.000 ABŞ dolları məbləğində borc da verilmişdir. Məhkəmə qeyd etmişdir ki, torpaq 17.000 manata satılsa belə, 28.000 manatlıq borc silinmişdir. Lakin bu hal həqiqəti əks etdirmir. İddiaçının olan 28.000 manat borcunun 17.000 manatı sözügedən torpaq sahəsinin satılması ilə silinsə də, onun hələ də ona 11.000 manat və 14.000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Bunu cavabdehin özünün izahatları və şahid ifadələri də təsdiq edir. İddiaçı ilə onun arasında öhdəlik münasibətləri mövcuddur, buna görə də, həmin borc məbləği iddiaçıdan alınaraq ona verilməlidir. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, o, iddiaçının əlavə borcu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Lakin, məhkəmənin mövqeyi düzgün deyil. Oğuz rayonu, Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin 10 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında anası Cavabdeh1 satmağının əsas səbəbi həmin torpaq sahəsinə yolun olmamasına görə onun satışı üçün müəyyən edilmiş məbləği ödəmək istəyən alıcıların olmamasıdır. Yəni tərəfindən bu addım torpaq sahəsinin satılması üçün son çarə kimi düşünülmüşdür. Buna görə də, torpaq sahəsinin 17.000 manata satılması iddiaçının ona verməli olduğu 28.000 manat borcun hamısının yox, 17.000 manatının silinməsinə gətirib çıxarır. Həmçinin iddiaç ının ona 14.000 ABŞ dolları məbləğində borcu da vardır ki, bunu da Şahid2 ifadəsi təsdiq edir. Məhkəmə, qətnaməsində İddiaçı ona olan 28.000 manat borcunun hamısının torpağın alqı-satqısı nəticəsində silinməsi qənaətinə gəlməklə və həmçinin, iddiaçının ona 14.000 ABŞ dolları məbləğində borcu olması ilə bağlı hissəsində də əlavə borc ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməməyinə görə təmin etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 49.Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində qətnamənin ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xa hiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə 50.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 51.Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 52.Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 53.Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 54.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 55.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 56.Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 57.Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 58.Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Prosessual Məcəllə

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 64.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 65.Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətləri əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

68. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikl əri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5583/2023 nömrəli mülki iş üzrə 23 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar