Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1165/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin icra edilməməsi, mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin kompensasiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6900/2024 nömrəli 23 de kabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2019-cu il tarixli 020-19/İ nömrəli kredit müqaviləsinə əsasən, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 87.700 manat məbləğində illik 4 faiz dərəcəsi ilə 360 ay müddətinə ipoteka krediti verməyi, borcalan isə kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Kredit borcalana ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın alınmasına verilmişdir.
2. Cavabdeh M TK (satıcı), "xxxx" ASC (ipoteka saxlayan) və İddiaçı (alıcı-ipoteka qoyan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli “İlkin bazardan alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən, satıcı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanda yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********31-05301-093161 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən ona məxsus mənzili alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Müqavilənin 1.2.2-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 95,75 kv.metr göstərilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 109.634 mana tdır, mənzilin dəyərinin 21.934 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 87.700 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli 020-19/İ nömrəli kredit müqaviləsinə əsasən kreditoripoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.
3. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanda yerləşən 78,20 kv.metr mənzil xx.xx.2021-ci il tarixində İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan Bakı şəhəri, Xəta i rayonu, Gəncə prospekti, 60C, M11, m1 nömrəli mənzil üçün artıq ödədiyi 20.095 (iyirmi min doxsan beş) manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mənzilə çıxarış alarkən müəyyən edilmişdir ki, mənzilin sahəsi 78.20 kvadrat metri əhatə edir. Deməli cavabdeh ona 17.55 kvadrat metr (95,75-78,20) az mənzil vermişdir. Mənzilin bir kvadrat metri sadə riyazi üsulla (109.634 bölünsün 95,75 bərabərdir 1145,003) hesablandıqda 1145,003 manat edir. Deməli o, cavabdehə 17,55 kvadrat metr mənzil sahəsinin pulunu artıq ödəmişdir. Həmin məbləğ isə 20.095 (17,55x1145,003=20095) manat edir. Cavabdehə artıq ödəni lən pulun geri qaytarılmasını tələb etsə də, ona pul qaytarılmamış və heç bir münasibət də cavabdeh tərəfindən bildirilməmişdir. Müqavilədə arakəsmələrin, eyvanın və s. ümumi sahəyə aid etmələri göstərilmədiyindən, mənzilin ümumi sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmalı idi. Belə ki, mənzillərin ümumi sahələrinin hesablanmasının əsasları və qaydası həm Şəhərsalma və Tikinti Məcəlləsində, həm də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nda əks olunmuşdur. Beləliklə iddia ərizəsinə əlavə olunmuş sübutlardan görünmüşdür ki, satıcı kimi cavabdeh ona müqavilədə nəzərdə tutulduğundan az sahəli mənzil vermi şdir.
6. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etməmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3115 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60 C, M 11, m1 ünvanda yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 84,1 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 95,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli, e-2(004)739/2024 nömrəli qətnaməsi ilə (hakim K.Xudayev) iddianın qismən təmin edilməsi, Cavabdeh M TK-dan 13.339 (on üç min üç yüz otuz doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 99,56 (doxsan doqquz manat əlli altı qəpik) manat pulun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 50,44 (əlli manat qırx dörd qəpik) manat (150-99,56=50,44) iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 (əlli) manat pulun Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzilin faktiki ümumi sahəsini, habelə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümu mi sahəsini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3115 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60C, M11, m1 ünvanda yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 84,1 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 95,7 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya ) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/3115 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60 C, M 11, m1 ünvanda yerləşən mənzilin faktiki ümumi sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan) 84,1 kv.m təşkil etdiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müqavilə öhdəlikləri üzrə fərqin 11,65 kv.m (95,75-8 4,1=11,65 kv.m) olması və hər kvadrat metri üçün 1145 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 13339 (11,65x1145=13339 yuvarlaqlaşdırılmaqla) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1, 442, 448.1, 567, 568.1, 577.1, 578.1-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 101.3, 103.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə müqavilə bağlandığı zaman ona Bakı şəhəri, Xətai rayonu, Gəncə pr. 60 C, M 11, mən.1 ünvanda yerləşən mənzilin faktiki sahəsinə uyğun təqdim edilmiş, faktiki sahəsi 95,75 kv.m olan mənzilin tam sahəsinə uyğun alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə tərəfi olaraq müqavilə öhdəliklərini qəbul etmiş, daha sonra isə mübahisələndirmişdir. Hesab edir ki, iddiaçı müqavilə tərəfi olaraq öhdəliklərini qəbul etməsinə baxmayaraq, müqavilə öhdəliklərini mübahisələndirməklə, kobud pozuntulara yol vermişdir. Bağlanmış müqaviləyə dair müddəalar məhkə mə qətnaməsi ilə nəzərə alınmadığı üçün Mülki Məcəllənin müqavilə azadlığına dair müddəaları ehtiva edən normada pozuntuya yol verilmişdir. Məhkəmə tərəflərin müqavilə üzrə tam sahənin iddiaçı tərəfindən qəbul edilməsini nəzərə almamış, həmçinin ekspert rəyi əsasında qətnamə qəbul edilmişdir. Birinci İnstansiya məhkəməsi tərəfindən 95,75 kv.m mənzilin tam sahəsinin iddiaçıya təqdim edilməsinin müəyyən edilməsinə baxmayaraq, iş üçün əhəmiyyətli olduğu halda sübuta yetirilməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6900/2024 nömrəli mülki iş üzrə 23 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, yuxarıda göstərilən halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən eləcə də qeyd edilən rəyi şübhə altına alan hər-hansı əsas müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi ekspert rəyinə istinad etməklə düzgün ola raq belə nəticəyə gəlmişdir. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Qeyd olunanlara əsasən müəyyən edilmişdir ki, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə öhdəlikləri üzrə fərqin 11,65 kv.m (95,75-84,1=11,65 kv.m) olması və hər kvadrat metri üçün 1145 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 13.339 (11,65x1145=13339 yuvarlaqlaşdır ılmaqla) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müqavilə tərəfi olaraq müqavilə öhdəliklərini qəbul etməsi və müqavilə üzrə tam sahənin iddiaçı tərəfindən qəbul edilməsi o demək deyil ki, cavabdeh müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməməlidir. Tam əksinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardı r. Həmçinin öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırda isə işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh MTK tərəfindən iddiaçıya satılmış mənzilin sahəsi müqavilədə göstəriləndən az olmuşdur. Eyni zamanda cavabdeh tərəf müqavilə ilə nəzərdə tutulmuş sahədə mənzilin iddiaçıya verilməsi barədə mötəbər sübutlar təqdim edə bilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarət olduğu üçün onun dəlilləri də əsaslı sayıla bilməz.
18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 448.1, 567, 568.1, 577.1, 578.1-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü, MPM-in 14.2, 77.1, 80, 88, 103.1, 106.1, 206.1, 217.1, 217.3, 218.1, 384.0.1 və 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 419, 425-ci, MPM-in 8.1-ci maddələrinə istinad edilməklə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə onunla əsaslandırılmışdır ki, ba ğlanmış müqaviləyə dair müddəalar məhkəmə qətnaməsi ilə nəzərə alınmadığı üçün Mülki Məcəllənin müqavilə azadlığına dair müddəaları ehtiva edən normada pozuntuya yol verilmişdir. İddiaçı tərəflər arasında azad şərtlər ilə müəyyən edilmiş tam sahənin təqdim edilməsinə dair müqavilənin rəsmiləşdirilməsinə razılıq versə də sonradan iddiaçı tərəfindən mənzilin tam sahəsinin 95,75 kv.m olması mübahisələndirilmişdir ki, iddiaçı tərəfindən öhdəliyin icrasında vicdanlılıq müddəaları pozulmuş, müqavilələrin standart şərtlərinin qeyri-adi müddəalarına dair müddəaları da məhkəmə öz qətnaməsində nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsində mülki iş üzrə üzrlü səbəblərdən məhkəmə prosesində iştirak edə bilməməklərinə və elektron məhkəmə sistemində ərizə təqdim etməklərinə baxmayaraq, məhkəm ə tərəf olaraq cavabehi qətnamədə “məhkəmə kollegiyasının iclasında iştirak etmir” kimi ifadə etmiş və öz mülahizəsi ilə məhkəmə işinə iştirakları olmadan baxmışdır. Bu isə tərəflərin bərabərliyi prinsipinə zidd olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında ic ra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
26. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
27. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər.
28. Maddə 578.1. Satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
29. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
30. Maddə 59.3. Yaşayış binalarında mə nzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məh kəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəmə si tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6900/2024 nömrəli 23 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.