Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1168/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi) iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, görüntü üçün bağlanmış əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi) müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Ap ellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1803/2022 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “DAF FTXF 105 Yük” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı və “Krone SDR 27 Yarımqoşqu” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri xx.xx.2020ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə alğı-satqı müqavilələri bağlamaqla, özünə məxsus olan “Krone SDR 27” Yarımqoşqunu 5000 manata, “DAF FTXF 105 Yük” markalı, **-ZP-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini isə 10000 manata X1. Nəqliyyat vasitələri İddiaçı adından qeydiyyatdan çıxarılaraq X2 adına rəsmiləşdirilmişdir
2. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
3. Həmin nəqliyyat vasitələri xx.xx.2022-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 adından qeydiyyatdan çıxarılaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) və 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “DAF FTXF 105 Yük” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı və “Krone SDR 27 Yarımqoşqu” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin alğı-satqısı barədə xx.xx.2020-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin cavabdehdən tutulması barədə qət namə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həyat yoldaşı ilə bərabər "xxxx" MMC adlı hüquqi şəxs yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. Şirkətə sərmayə qoymaq üçün xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus “DAF FTXF 105 Yük” markalı, ** ZP *** dövlət qeydiyyat nişanlı və “Krone SDR 27 Yarımqoşqu” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini cavabdehin göstərişi ilə anası X2 adına keçirməklə ondan 60000 manat borc almışlar. Nəqliyyat vasitəsini cavabdehin mülkiyyətinə keçirməkdə məqsəd əslində borc pul almaq və həmin pulu 12 aya geri qaytarmaq olmuşdur. Lakin bir müddət əvvəl X5 vəfat etmişdir. Nəticədə həmin əmlaklar vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmişdir. Ötən müddət ərzində borcu qaytarmaq üçün cavabdehlə bir neçə dəfə əlaqə saxlamışlar. Lakin o, vəsaiti qəbul etməmiş, ödənişləri etmək, qalıq borc məbləğini öyrənmək məqsədilə qayınatası və şirkətin əməkdaşı X7 onunla görüşmək istəsə də, o, görüşməkdən qəti olaraq imtina etmişdir. Sonradan aydın olmuşdur ki, əslində cavabdehin niyyəti onları aldadaraq, etibardan istifadə edərək əmlakları öz adına rəsmiləşdirmək və bu qanunsuz yolla əldə etdiyi əmlakları özündə saxlamaqla qazanc əldə etmək olmuşdur. Aralarında bağlanmış “Nəqliyyat vasitəsinin alğı-satqı müqavilələri” formal xarakter daşıyır. Həmin müqavilə əslində borc müqaviləsini pərdələmək üçün, alğı-satqı niyyəti olmadan bağlanmışdır. Onlar əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bu müqaviləni bağlamışlar. Bunu təsdiq edən kifayət qədər sübutlar var dır.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, çəkilmiş xərc dedikdə vəkilə çəkilmiş xərclər nəzərdə tutulur. Lakin iddiaçının maddi vəziyyəti ilə əlaqədar həmin hissədə iddia tələbini müdafiə etmir. Ümumilikdə, cavabdehdən 200000 manatdan çox pul alınmışdır. Avtonəqliyyat vasitəsi ilə bağlı 28000 manat alınmışdır. Ayda 2896 manat 10 ay müddətinə ödənilmişdir. Ödənişlə bağlı 2 ay müddət üçün 5972 manat borc qalmışdır. “Whatsapp” sosial platformasında yazışmalar vardır. Pul ödənişlərinin olduğu və iki ay üçün borcu qaldığı müəyyən edilmişdir. Alğı-satqı müqaviləsində qiymət 10000 müəyyən olunmuş, lakin cavabdeh bildirmişdir ki, 60000 olmuşdur. Ancaq 60000 ödənildiyini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. Alğı-satqı müqaviləsindən son ra avtomobilin iddiaçının mülkiyyətində qalması onu sübut edir ki, burada məqsəd digər bir əqdi pərdələmək olmuşdur. Digər əqd isə əslində borc müqaviləsidir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, avtomobili 60000 manat ödəyərək alğı-satqı əsasında mülkiyyətinə keçirmişdir. Sonradan danışmışlar ki, avtomobili şirkətə qoyub, qazancı iki hissəyə böləcəklər. İcarə müqaviləsi kimi bir danışıq olmuşdur. Avtomobili ona satmış, özü isə həmin pula 3 avtomobil gətirmişdir. Birini satmış, digəri isə istifadəsindədir. Avtomobillə bağlı indiyə qədər heç kimə etibarnamə verilməmişdir. Avtomobillə bağlı ona heç bir ödəniş olmamışdır. Qeyd edilən faiz deyil, icarə borcudur. Üç ilə yaxındır ki, avtomobil onun mülkiyyətindədir. Əgər həqiqətən iyirmi səkkiz min manat vəsa it götürmüşlərsə nə üçün onlar on min manat yazmışlar? O, vicdanlı alıcıdır. “Whatsapp” sosial platformasında olan yazışmalardan da görünür ki, bu avtomobillə bağlı orada heç bir yazışma olmamışdır. Əvvəl iddia ərizəsində 60000 manat qeyd etmişlər, sonra yazışmalarda 60000 manatla bağlı məlumatın olmadığını görüb, 28000 manat tələb etmişlər.
8. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(060)-2462/2023 nömrəli, 7 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia qismən təmin edilmiş, buraxılış ili 2007-ci il olan “KRONE SDR 27” yarımqoşqu markalı, 99ZH742 dövlət nömrə nişanlı və buraxılış ili 2009-cu il olan “DAF FTXF 105 yük” markalı, 99ZP735 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin alğı-satqısı üçün əsas olmuş xx.xx.2020-ci il tarixli “ nəqliyyat vasitəsinin alğı-satqı müqavilələri”nin etibarsız hesab edilməsi, cavabdehdən 50 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı mübahisə edilən müqavilənin tərəfi X6 qarşı mübahisə predmeti barədə (müqavilənin etibarsızlığı) iddia tələbi irəli sürməklə İddiaçı ilə əslində nəzərdə tutduqları müqaviləni deyil, yəni cavabdehin iddia tələbini etiraf etməklə alğı-satqı müqaviləsi bağlanıldıqdan sonra icarəyə verilməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız hesab etməklə iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə şərait yaratmışdır.
10. Belə ki, məhkəmə iş materiallarında olan sübutlar, tərəflərin məhkəmə iclasında çəkişmə prinsipinə uyğun ol araq verdikləri izahatları tədqiq edərək hesab edir ki, aralarında olan münasibətdən çıxış edərək borc müqaviləsini pərdələmək niyyəti ilə alğısatqı müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən (işdə olan yazışmalara əsasən) ödənişlər cavabdehə edilmiş, cavabdeh həmin məbləğlərin çox hissəsini qəbul etdikdən sonra, hazırki müqavilənin bağlanmasından istifadə edərək məbləğin az hisssəsinin qəbulundan imtina etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında cavabdeh verilmiş iddia tələbini qəbul etməyək gətirdiyi dəlillərin inandırıcı hesab olunmasını təsdiq edə bilməmişdir. Yəni, özünün əslində avtomobilləri aldıqdan sonra icarəyə verməsi barədə gətirdiyi dəlillər əsassız olmaqla, işin hallarına uyğun deyildir. İddiaçının nümayəndəsi və vəkili iddiaçının müqavilənin tərəfi olaraq hüqu qlarının pozulması, bununla da iradə ifadəsinə zidd olaraq bağlandığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edilmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirmişdir. Bundan əlavə, müqavilənin iradə ifadəsinə zidd olduğu, ödənilən pul məbləğini, müqavilə şərtlərinə əsasən ödənişləri qəbul etməklə, müqavilənin etibarsızlığını sübuta yetirərək, öz-özlüyündə müqavilənin qarşılıqlı razılıq əsasında bağlanmadığını, əslində nəzərdə tutulmuş müqavilə deyil (borc müqaviləsi), bağladıqlarını şəksiz nümayiş etdirmişdir.
12. Buna görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olmaqla çəkilmiş xərclərin cavabdehdən tutulması hissəsi təsdiq olunmadığından həmin hissədə təmin edilməməlidir.
13. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının ərizəsində qeyd edilən hallar Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən qismən sübut edildiyindən, verilmiş iddia tələbi qismən təmin edilməli, bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, qalan hissədə iddia tələbi öz təsdiqini tapmadığından təmin edilməməlidir. Belə ki, müqavilənin etibarsızlığı ilə bağlı iddiaçının gətirdiyi dəlillər hüquqların dövlət qeydiyyatı ilə rəsmiləşdirilmiş müqavilənin etibarsızlığı üçün əsas yaratmışdır.
14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 560.1, 560.2, 337.1-337.3, 339.1, 339.2, 339.4, 390.1-390.3, 427.3, 442, 324, 700-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü madd ələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 dekabr 2019-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şirkətin səlahiyyətli nümayəndəsi ona bildirmişdir ki, yükdaşıma şirkəti var. Pul qazanmaq istəyirsə bir avtomobil alıb ona versin, işlətsin, o da pul qazansın. Belə bir avtomobilın olmasını soruşduqda bil dirib ki, “DAF FTXF 105 yük” markalı, 99ZP735 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və “KRONE SDR 27” yarımqoşqu markalı, 99ZH742 dövlət nömrə nişanlı yük avtomobilını ona 60.000 manata təklif edir. O da bununla razılaşmış və almışdır. Ona həmçinin deyilmişdir ki, ayda 2000-3000 manat pul qazanmaq olar, qazancı iki yerə bölərlər. Ondan aldığı 60.000 manata özünə 3 ədəd balaca və yarımqoşqu avtomobili xaricdən alıb. Sonra nə vaxt işə başlanacağını soruşduqda şirkətin nümayəndəsi bildirmişdir ki, avtomobili ona versin, üzərində hazırlıq işləri aparsın, texniki cəhətdən hazırlıq və reklam işlərini tamamlayandan sonra onunla müqavilə bağlayıb işə başlayarlar. Hər dəfə maraqlandıqda bildirib ki, yaxın zamanda ona xəbər edəcək. Bir müddətdən sonra ona məlum olmuşdur ki, etibarnamə və müqavilə olmadan avtomobil xaricə gedib-gəlir. Təxminən 2022-ci ilin yanvar ayında şirkətin nümayəndəsi Rəmiş Cəfərovun həbsdə olduğunu öyrənmişdir. Artıq 2022-ci ilin aprel ayında mülkiyyətində olan «DAF FTXF 105 yük» markalı, 99ZP735 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və «KRONE SDR 27” yarımqoşqu markalı, 99ZH742 dövlət nömrə nişanlı yük avtomobilı Xırdalan dayanacağındadır. Həmin yükün boşaldılmasına dair mülki işə Abşeron Rayon Məhkəməsində baxılır. Qətnamədə tərəfindən verilmiş ifadələr tamamilə təhrif olunmuşdur. Məhkəmə iclasında qətnamədə qeyd edilən izahatı verməmişdir. İddiaçı “Whatsapp” sosial platformasında yazışmalar təqdim etməklə, hakimi yanıltmaq məqsədi güdürdü.
17. Apelyasiya baxışında iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh 2020-ci ilin avqustu nda aldığı avtomobillə bağlı polisə iki ildən sonra müraciət edib.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) kollegiyasının 2(105)-1803/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Mahmudov və S.Qafari) apellyasiya şikayəti qismən - buraxılış ili 2007-ci il olan “KRONE SDR 27 yarımqoşqu” markalı, 99ZH742 dövlət nömrə nişanlı və mühərrikin nömrəsi və buraxılış ili 2009-cu il olan “DAF FTXF 105 Yük” markalı, 99ZP735 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin alğı-satqısı üçün əsas olmuş xx.xx.2020-ci il tarixli “nəqliyyat vasitəsinin alğı-satqı müqavilələri”nin etibarsız hesab edilməsi, cavabdehdən 50 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödəni lməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissələrdə də təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisələndirilən müqavilələr tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmış, cavabdehin anası X5 tərəfindən razılaşdırılmış məbləğ satıcıya ödənilmişdir. Tərəflər öz iradə ifadələri nəticəsində müqavilə bağlamış, onlar heç bir məcburetmə halına məruz qalmamışlar.
20. İddiaçı müqavilənin etibarsız hesab edilməsinə əsas olaraq formal xarakterli alğısatqı müqaviləsi bağlandığını göstərmiş, bunu təsdiq edəcək sübutları təqdim etməmişdir.
21. İddiaçı həmin müqavilələrin görünüş üçün bağlandığını, onu n iradəsini ifadə etmədiyini bildirsə də, bunu əsaslandıra bilməmişdir. Dəlillərini əsaslandırmaq üçün “Whatsapp” mesajlaşma sistemi vasitəsilə aparılmış yazışmalara istinad etmişdir ki, orada borc pul tələbindən bəhs olunur, hazırkı mübahisə barədə orada hər hansı bir qeyd yoxdur. İddiaçı ilə cavabdehin anası arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqavilələrinin uydurma əqd olması və tərəflərin həqiqi iradəsinin ona uyğun olmayan nəticələr yaratmaq olması iş materialları ilə sübut edilmir.
22. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, iş materiallarından görünür ki, tərəflər arasında müqavilələr xx.xx.2020-ci ildə bağlanmışdır, iddiaçı isə hazırkı iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və əhəmiyyətsiz əqd olduğu üçün müqavilələrin etibarsız hesab edilm əsini xahiş etmişdir.
23. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci istinad edərək qeyd etmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
24. İddiaçı ilə cavabdehin anası arasında bağlanmış müqavilədə iddiaçının iddia etdiyi hallara dair hər hansı şərt göstərilməmişdir. Tərəflər arasında müqavilələr qanunvericiliyin tələblərinə uyğun olmaqla, hər iki tərəfin iradə ifadəsinə uyğun olmaqla bağlanmışdır. Yəni müqavilə bağlanarkən hər iki tərəf könüllü olaraq rəsmi qaydada bağlamış, şəxsən imzalamış, heç bir qeyd-şərt göstərməmiş, hər hansı bir narazılıqlarını bildirməmişlər.
25. Eləcə də, iş materiallarından tərəflərdən hər hansı birinə təsir və ya təzyiq nəticəsində müqavi lə bağlanması və imzalanması müəyyən olunmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığından, həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Şikayət belə əsaslandırılmışdır ki, işə əlavə edilən “Whatsapp” yazışmaları və səs yazıları ilə tanış olduqda artıq müəyyən edilir ki, əslində tərəflər arasında uzunmüddətli borc müqaviləsi münasibətləri vardır. Bu faktı həmçinin cavabdehin təqdim etdiyi əlyazma da sübut edir. Cavabdeh qeyd edir ki, “2020-ci ilin avqust ayında avtomobilı almışdır. Bundan sonra həmin avtomobilı guya yenidən icarəyə vermişdir. Lakin icarə pulları ödənilməyib. Uzun axtarışlardan sonra 2022-ci ilin aprel ayında həmin avtomobili aşkar etmişdir”. Digər sübutlara, xüsusən “Whatsapp” yazışmalarına və tərəflər arasında olan işgüzar münasibətlərə nəzər saldıqda isə müəyyən olunur ki, onlar əslində daima əlaqədə olmuşlar. Əgər cavabdehin dediyi kimi, iddiaçıya icarəyə verdiyi nəqliyyat vasitəsini geri ala bilmirdisə, o zaman 2021-ci ilin avqustunda iddiaçının qayınatası X3 məxsus mənzilin alğı-satqı müqaviləsi zamanı nəqliyyat vasitəsi ilə olan problemə niyə toxunulmayıb. Eyni zamanda, iddiaçının ailə şirkəti olan “R Group Azerbaijan MMC” ilə 2022-ci ilin yanvar ayında 2 nə qliyyat vasitəsinin alğı-satqı müqaviləsi də baş verib ki, həmin vaxt da cavabdeh qeyd edilən problemə toxunmayıb. Bu hal təsdiq edir ki, cavabdehin əslində belə bir iddiası olmayıb və hazırkı iş üzrə nəqliyyat vasitəsinin onun mülkiyyətində olması formal xarakter daşımışdır. Həmin dövr ərzində olan “Whatsapp” yazışmaları və səs yazılarına nəzərə yetirdikdə müəyyən olunur ki, cavabdeh iddiaçının həyat yoldaşı Cəfərov Rəmişdən dəfələrlə aylıq faizlərini tələb etsə də, heç vaxt hazırkı mübahisəli nəqliyyat vasitəsini tələb etməyib. İşin halları ilə bağlı məhkəmə heç bir araşdırma aparmamış, nə şahid ifadələrinə, nə tərəflərin izahatlarına istinad etməmişdir. Tərəflər hər ikisi nəqliyyat vasitəsinin əslində 60000 manat dəyərində olduğunu qeyd edirlər. Halbuki, istər alğı-satqı müqaviləsi, i stərsə də məhkəmə qətnaməsindən də bəlli olur ki, nəqliyyat vasitəsi 5000 manata satılmışdır. Belə təsəvvür yaranır ki, nəqliyyat vasitəsinin dəyərindən 12 dəfə aşağı qiymətə satılmasını məhkəmə adi hal kimi qəbul edir. Məhkəmə öz qərarında bildirir ki, tərəflər arasında bağlanmış müqavilə onların iradə ifadələri ilə bağlanılıb, heç bir məcbur etmə olmamışdır. Bu faktı o da əvvəldən təsdiq edir. Müqavilənin bağlanma qaydasını mübahisələndirmir. Mübahisə ondan ibarətdir ki, bağlanmış müqavilə digər bir əqdi pərdələmək məqsədilə bağlanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmuşdur. İddiaçı etirazda cavabdeh və ona avtomobilı satan həyat yoldaşı Cəfərov Rəmişin arasında olan mübahisələrin ona aidiyyəti olmadığı nı qeyd etmiş, buna görə də kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
30. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....
31. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xita mına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. Mad də 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
36. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
37. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
38. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 1 dekabr tarixli Qərarı.
39. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. 40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh ed ilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarı -Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tər əflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə ş ikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbu l edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, tərəflərin arasında nəqliyyat vasitələrinin alğı-satqısı barədə müqavilələrin rəsmiləşdirilməsi mübahisəsiz haldır (bu qərarın 1-ci paraqrafı). Lakin iddiaçı həmin müqavilələrin alğı-satqı məqsədi ilə deyil, cavabdehin anasından aldığı borc müqaviləsini pərdələmək üçün bağlandığını bildirir. Cavabdeh isə iddiaçının bu dəlilini rədd edir və israrla müqavilənin etibarlı olduğunu bildirir.
50. İddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.
51. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərə dair formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
52. Nəzərə alınmalıdır ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
53. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Bu zaman müqavilə tərəflərinin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratmaq üçün birgə hərəkət etmələri zəruridir.
54. Lakin baxılan işdə bundan fərqli olaraq cavabdeh, mübahisələndirilən müqavilə üzrə razılaşmanın müqavilədə əks etdirdikləri iradə ifadəsinin arzuladıqları hüquqi nəticəyə uyğun olmamasını, görünüş üçün bağlandığnı, üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaratmaq üçün birgə hərəkət etmələrini, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmadığını bildirməyib. Bu hal iddiaçı tərəfindən də sübut olunmayıb.
55. Qeyd olunmalıdır ki, iddiaçının qeyd etdi yi kimi tərəflər arasında borc münasibətləri yaranmışdısa, bununla bağlı yazılı borc müqaviləsinin, habelə təminat kimi girov (ipoteka) müqavilənin bağlanması üçün hər hansı qadağan və ya maneə olduğu müəyyən olunmur. Tərəflərin arasında bağlanmış alğı-satqı müqaviləsinin üçüncü şəxslərin qarşısında təhrif olunmuş görünüş yaratma zərurətindən bağlanması da təsdiqini tapmır. Buna görə də iddiaçının iddia etdiyi borc müqaviləsinin hansı səbəbdən alğı-satqı müqaviləsi ilə pərdələmək lazım olduğu da anlaşılan deyildir.
56. İradə insanın hərəkətlərinin əsasını təşkil edir və bu iradəyə uyğun hərəkət etmə səlahiyyəti onun azadlığında əksini tapır. İnsanların iradə azadlığı mülki dövriyyədə müqavilə azadlığı kimi çıxış edir. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mül ki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
57. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
58. Yəni hər bir şəxsin mülki hüquq münasibətlərini arzu etdiyi kimi qurmaq və öz davranışlarının sərhədlərini də özünün istəyinə uyğun müəyyən etmək azadlığı vardır. Lakin bütün azadlıqlar kimi müqavilə azadlığı da mütləq deyil. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digə r hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir (Mülki Məcəllənin 390.2-ci maddəsi).
59. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Başqa sözlə, görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi əqd sayılır. Əqdin təməlini şəxsin nail olmaq istədiyi məqsədə yönələn iradə ifadəsi təşkil edir. İradə ifadəsinin qarşılıqlı şəkildə mövcudluğunu tələb edən konstruksiya müqavilə adlanır. Müqavilə, təkcə iradə ifadəsinin mövcudluğunda deyil, həm də qarşlıqlı bəyan edilən iradənin əks tərəflə razılaşdırılması halında yaranır. Müqavilə tərəflərin hüquq və vəzifələr müəyyən etmək, dəyişmək və ya xitam vermək barədə tərəflərin qarşılıqlı olaraq razılığa gəldikləri şərtlərin toplusudur. Yazılı müqavilə isə, həmin şərtlərin (tərəflərin arzu etdikləri nəticəyə yönəlik iradə ifadəsini əks etdirən) kağız daşıyıcısıdır.
60. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan razılaşma olmasına baxmayaraq, onun şərtləri ilə bağlı mübahisə yarana bilər. Bu zaman şifahi formada bağlanmış müqavilələrdən fərqli olaraq, yazılı formada bağlanmış, xüsusilə notariat qaydada təsdiqlənmiş müqavilələrdə əksini tapmış şərtlərin üstünlüyü qəbul olunur. Başqa sözlə, tərəflər arasında münasibətlərin tənzimlənməsində yazılı müqavilədə əksini tapmış şərtlərə etimad prinsipi gözlənilir. Etimad prinsipi birbaşa hüquqi müəyyənlik və son nəticədə ədalətlilik prinsipindən irəli gələn hüquqi zərurətdən yaranmışdır. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər. Odur ki, bağlanılmış əqdin aldatma və ya başqa motivlər nəticəsində bağlandığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. İddiaçı isə mübahisələndirilən yazılı müqavilənin şərtlərinə etimadı şübhə altına almağa imkan verən, mübahisələndirilən müqavilələrin başqa əqdi pərdələmək üçün bağlanması barədə nəticəyə gəlməyə əsas verən əsaslı sübutlar təqdim etməmişdir.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
62. Kassasiya şikayətində qeyd edilən bəzi dəlillər işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.
63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən v ə MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1803/2022 nömrəli, 15 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.