Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1169/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X X5 və Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1169/21 (Açar sözlər: müddətin keçməsinə görə iddianın rədd edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X X5 və Maraqlı şəxs qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1620/2020 nömrəli, xx xxxxxxxx 2020-ci il t arixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Maraqlı şəxs adına qeydə alınmış Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsindəki 0.0619 ha həyətyanı sahəsi olan ev əvvəllər iddiaçının atası Qasımov Vahid Məhərrəm oğlunun mülkiyyətində olmuşdur. Onun ölümündən 8 (səkkiz) ay sonra xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhəri 2 saylı Dövlət Notariat kontorunda atasının ölümü ilə əlaqədar 183/2015 nömrəli vərəsəlik işi açılmış, iddiaçı anasının xeyrinə miras əmlakdan imtina etmişdir. Sonralar iddiaçı ilə anasının münasibətləri pozulduğu ndan anası iddiaçı və onun ailə üzvlərinin evdən istifadə hüququna kompensasiya verilməklə çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçının tələbi belə əsaslandırılmışdır: xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Maraqlı şəxs adına qeydə alınmış Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsindəki 0.0619 ha həyətyanı sahəsi olan ev əvəəllər atası Qasımov Vahid Məhərrəm oğlunun mülkiyyətində olmuşdur. Həmin həyətyanı sahədə faktiki olaraq 2 (iki) yaşayış evi var və “B” literli ev 1991-ci ildə atası Vahid Qasımovun mülkiyyətinə özəlləşdirmə qaydasında keçmiş, “A” literli ev isə sonradan 2000-ci ildə onun da zəhməti ilə tikilmiş yeni evdir ki, həmin evlər üzərində mülkiyyət hüququ xx.xx.2010-cu il tarixli MA seriyalı 014253 №-li Dövlət Reyestrindən çıxarışla atası Vahid Qasımovun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 №-li reyestr kitabının 106 №-li vərəqində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin Texniki Pasportu da 18588 inventar nömrəsi ilə xx.xx.2015-ci il tarixdə Vahid Qasımovun adına tərtib edilmişdir. Atası Vahid Qasımov xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra da indiyədək o həmin evdə öz ailə üzvləri ilə birlikdə yaşayaraq miras əmlakı faktiki olaraq qəbul etmiş və idarə etməyə başlamışdır. Atasının ölümündən 8 (səkkiz) ay sonra xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhəri 2 saylı Dövlət Notariat kontorunda atasının ölümü ilə əlaqədar 183/2015 nömrəli vərəsəlik işi açılmış və vərəsələr notarius Nidayət Rzayevin yanına dəvət olunmuşlar. Həmin ərəfədə anası Maraqlı şəxs ana-oğul münasibətlərindən, anası kimi ona olan inam və etibarından istifadə edərək, faktiki olaraq qəbul etdiyi miras payından imtina etməsini məsləhət görərək evin miras kimi bütövlükdə onun adına sənədləşməsinin daha ucuz və asan başa gələcəyini söyləmiş, onsuz da bir həyətdə iki evin olmasını və hər birinin ayrı-ayrılıqda öz ailəsi ilə ayrı-ayrı evlərdə yaşayacağını və ömürlərinin sonunadək mehriban şəraitdə yaşayacaqlarına onu inandırmışdır. Notarius N.Rzayev də ona izah etmişdir ki, qanun üzrə vərəsə kimi miras paydan anasının xeyrinə imtina edərsə daim o evdə y aşayacaq və heç kim onu evdən çıxara bilməz. Vərəsə kimi ondan digər vərəsələrə bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razı olmasına və miras payı istəməməyinə dair xx xxxxxxxx 2015-ci il tarixli ərizə alınaraq anası Maraqlı şəxs adına xx.xx.2015-ci il tarixli 2V-277 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə qeyd olunur ki, “xx.xx.2015-ci il tarixdə ölmüş XX vərəsəsi Maraqlı şəxsdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə ilə verilən miras əmlak Qasımov Vahid Məhəmməd oğluna verilmiş xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 130.82 kv/m olan fərdi yaşayış evindən və onun yerləşdiyi ümumi sahəsi 0.061 9 ha olan torpaq sahəsindən ibarətdir”. Bu şəhadətnamə əsasında Maraqlı şəxs həmin ev və torpaq sahəsində mülkiyyət hüququna dair xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış almışdır. Lakin anası ona verdiyi vədə əməl etməyərək ona və həyat yoldaşı İlahə Qasımovaya mənzildən istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən məcburi qaydada çıxarılmalarına dair məhkəmədə iddia qaldırmış və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-299/2019 saylı qətnaməsi ilə İddiaçı Maraqlı şəxs onlara qarşı 12000 manat kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, evdən və həyətdən məcburi qaydada çıxarılmalarına dair iddiası əsassız və qanunsuz olduğuna görə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Maraqlı şəxs verdiy i apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(107)-1595/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdehlər İddiaçı və X1 30000 (otuz min) manat məbləğində kompensasiya verilməklə ünvan 2 ünvanda yerləşən fərdi yaşayıış evindən istifadə hüququna xitam verilməsi və cavabdehlərin əmlakları ilə həmin evdən və həyətdən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Şəki Appelyasiya məhkəməsinin həmin qətnaməsindən verdikləri kassasiya şikayəti isə Ali Məhkəmənin Mülki Kollegiyasının x xxxxxx 2019-cu il tarixli 2(102)-6854/19 saylı qətnaməsi ilə təmin olunaraq Şəki Apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün Şə ki Apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin iş üzrə birinci instansiya məhkəməsinin iclasında notarius XX verdiyi ifadəsində göstərmişdir ki, “o, Asan Xidmətdə notariat ofisinda notarius işləyir. Tərəflərin ailə üzvü, mübahisəli mənzil olan ünvan 1 saylı evin sahibi XX xx.xx.2015-ci il tarixdə öldüyü üçün onun ailə üzvləri vərəsəlik işinin açılmasına dair xx.xx.2015 ci il tarixdə Mingəçevir şəhər 2 saylı X3 müraciət etmişlər. Həmin müraciət əsasında bütün vərəsələr notariat kontoruna dəvət olunmuş və müvafiq sənədləşmə aparıldıqdan sonra mərhumun arvadı Maraqlı şəxs qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X mülkiyyətində olan ünvan 1 saylı ev Maraqlı şəxs adına keçmişdir. Daha sonra, bildirdi ki, vərəsəlik işi ilə bağlı İddiaçı ərizəsi alınmış, o atasından qalmış ə mlakın ona düşəcək hissəsindən imtina etmiş və anasının adına vərəsəlik şəhadətnaməsinin verilməsinə razı olmuşdur. Notariat kontorunda İddiaçı bütün hüquqları izah edilmişdir. O cümlədən, İddiaçı miras əmlakından imtinasına baxmayaraq evdən istifadə hüququnun saxlanması və mülkiyyət hüququnun olmamasına baxmayaraq istifadə hüququnun gələcəkdə də saxlanması izah olunmuşdur. Həmçinin Maraqlı şəxs digər varislərin miras əmlakdan istifadə hüquqları saxlanılacağı izah olunmuşdur. Bu şərtlərlə də İddiaçı mirasdan imtina barədə ərizəni imza etmişdir”. O isə savadsız, hüquqi cəhətdən vərəsəlik barədə heç bir anlayışı olmayan, zəhməti ilə fəhləlik edib ailəsini dolandlran bir aradmdır. Miras payından imtinanın gələcəyini görə bilməyən bisavad adamdır ki, indi anasının hərəkətləri ilə acı nəticələr ini görür. Əslində isə notarius onun atasının ölümündən dərhal sonra miras əmlakı faktiki qəbul etməyini nəzərə almalı və mirasdan imtinaya dair ərizəni qəbul etməməli və ona, digər vərəsələrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verməli idi, yalnız bundan sonra ona düşən miras payı bağışlama qaydasında anasının mülkiyyətinə verə bilərdi. Yəni, belə qaydanı notarius ona izah etməli idi. Ona görə də xx.xx.2015-ci il tarixdə ölmüş XX vərəsəsi Maraqlı şəxs olması və onun miras əmlakdan 1/1 hissədə pay alması, şəhadətnamə verilən miras əmlakın DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə X verilmiş **********9710301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.0619 ha olan torp aq sahəsindən ibarət olmasına dair xx xxxxxxxx 2015-ci il tarixli 2V-277 reyestr №-li Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə Qanunsuz olduğuna görə etibarsız sayılması və həmin şəhadətnamə əsasında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs adına verilmiş RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın və Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 №-li reyestr kitabının 106 №-li vərəqində olan qeydiyyatın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-322/2020 saylı qətnaməsi ilə (hakim Ə.Hüseynov) İddiaçı cavabdeh XX4 natariusu X2 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1246, 1243.1, 1243.2 və 1272-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat Şəki Apelyasiya Məhkəməsi MK-nın xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- A.Eyvazov (sərlik edən və məruzəçi) R.Əliyev və İ.Şükürov) Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-322/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qəra r qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri:
1. Mirasqoyan xx.xx.2015-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra da hal-hazıradək həmin evdə 5 nəfər ailə tərkibi ilə (özü, arvadı İlahə Qasımova, xx.xx.2006cı il təvəllüdlü qızı Sabrina, xx.xx.2011-ci il təvəllüdlü qızı Əsmər, xx.xx.2017-ci il təvəllüdlü oğlu Ömər) yaşamaqla miras əmlakı (evi) faktiki olaraq qəbul etmiş və idarə etməyə başlamışdır. Atasının ölümündən 8 (səkkiz) ay sonra mirasdan imtina əsassızdır. Mirası faktiki olaraq qəbul etdiyinə görə mirasdan imtinaya yol verilmir. Mirasdan imtina vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində vərəsə mirasın qəbulundan imtina edə bilər. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə v ə ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ona görə xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əhəmiyyətsiz olduğuna görə etibarsız sayılmalıdır.
2. Məhkəmələr iddia tələbini və apellyasiya şikayətini rədd edərkən Mülki Məcəllənin 1272-ci maddəsinə istinad edərək iddia müddətinin keçməsini göstərmişlər. Mülki Məcəllənin 1272-ci maddəsi mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddətindən bəhs edir. Həmin maddəyə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Hazırkı mübahisə miras ın qəbulundan və ya imtina edilməsindən ibarət deyil. Hazırkı mübahisənin predmeti “Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamənin qanunsuz olduğuna görə etibarsız sayılması və onun hüquqi nəticələrinin ləğv edilməsi”ndən və həmin hüquqmüəyyənedici sənədin qanunsuz olmasından ibarətdir. Yəni, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılmasına əsas verən halları Ali Məhkəmənin yuxarıda qeyd etdiyi xx xxxxxx 2019-cu il tarixli qərarı qəbul edilərkən məhkəmə iclasında bilmiş və bundan sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, hazırkı mübahisə ilə əlaqədar hər hansı iddia müddətini və ya müddəti ötürməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmam ışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Hazırkı iş üzrə xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verən İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1243.1 və 1243.2. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının mərhum atasından miras evin qalması, mirasqoyanın vəfatından səkkiz ay sonra miras əmlakın mirasqoyanın arvadının adına rəsmiləşdirilməsi işin mübahisəsiz halıdır. İddiaçı israr edir ki, o, mirası faktiki qəbul etdiyi üçün səkkiz aydan sonra mirasdan imtinası e tibarsız olmuşdur. İşin 23-cü vərəqində iddiaçının notariusa yazmış olduğu ərizə var. Həmin ərizədə deyilir: ”Atam X xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Ondan miras əmlak qalmışdır. Mən həmin mirası qəbul etməmişəm və etməyəcəyəm. Mənə miras qalan əmlakdan pay istəmirəm və gələcəkdə bu barədə iddia qaldırmayacam. Digər varislərə bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etmirəm”. Mirasın qəbulu şəxsin aktiv iradə ifadəsi yolu ilə həyata keçirilir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (MM-nin 1243.1 və 1243.2. maddələri). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (MM-nin 1246 maddəsi). Bir halda vərəsə aktiv iradə ifadəsi göstərərək qanunla müəyyən edilmiş müddət ərzində notariusa müraciət edir, digər halda isə mirası faktiki qəbul etməsini öz hərəkətləri ilə şəksiz sübut edir. İddiaçı mirasın qəbununu 1-ci yolunu (notariusa müraciət etmə) seçməmişdir. O, israr edir ki, mirası faktiki qəbul etmişdir. Miras faktiki qəbul edilmiş olsa belə onun rəsmiləşdirilməsi müvafiq notariat orqanında vərəsəlik şəhadətnaməsinin alınması yolu ilə həyata keçirilir. Əgər 1-ci halda notarius vərəsənin qanunla m üəyyən edilmiş müddətdə mirası qəbul etmək üçün müraciət etməsini, vərəsələrin dairəsini yoxlayırsa, 2-ci halda notariusun vərəsənin mirası faktiki qəbul etməsini yoxlamağa borclu deyil (mirası qəbul etməməsi barədə müraciət etdikdə). Vərəsə notariusa gələrək mirası qəbul etmədiyini bildirirsə notariusun öz təşəbbüsü ilə həmin vərəsənin mirası faktiki qəbul etməsini yoxlamaq səlahiyyəti yoxdur. Bir məsələni də nəzərə almaq lazımdır ki, miras əmlakda yaşamaq hələ mirasın faktiki qəbulu demək deyil. Faktiki qəbul miras əmlaka sahiblik etmə və ya əmlakı idarə etmə ilə bağlı olmalıdır. Ona görə notariusa müraciət edən vərəsə bu halı təsdiq edən sübutları özü təqdim etməlidir. Mirasın açılmasından uzun müddət keçəndən sonra iddiaçı mirası faktiki qəbul etdiyini mübahisələndirir və bu əsasla vər əsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını tələb edir. İşə baxan məhkəmələr Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulan müddətə istinad etməklə iddianı rədd etməkdə haqlı olmuşlar. Məhkəmələr müddətin tətbiqi prosedurunda səhvə yol vermiş, həmin müddəti iddia müdəti kimi qəbul etmiş və onun tətbiq olunması üçün cavabdehin ərizəsini nəzərə almışlar. Əslində, həmin müddət iddia müddəti deyil, kəsici müddətdir. Ona görə həmin müddətin tətbiq olunması üçün cavabdehin ərizəsinə zərurət olmamışdır. Kəsici müddəti məhkəmələr öz təşəbbüsü ilə tətbiq edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqların müdafiəsi üçün qanunvericilik müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orq anlardan tələb edə bilər. Bu müddət öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Bunun mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia müddətinin, o cümlədən, “kəsici” müddətin keçməsi iddianın rədd olunması üçün müstəqil əsasdır və bu, hüquqi müəyyənlik prinsipinə əməl olunması baxımından əhəmiyyətli olmaqla potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur. Eyni fikir Avropa İnsan Hüquqları Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da ifadə olunmuşdur. Məsələn: “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009cu il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Qarında deyilir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüququn xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddianı irəli sürmək üçün iki illik kəsici müddət olduğundan həmin tələb təmin oluna bilməzdi. Məhkəmələrin həmin müddəti iddia müdəti kimi qəbul edərək onun tətbiqi prosedurunu pozması yekun qərara təsir göstərən hal deyil. Mübahisə mahiyyəti üzrə düzgün həll edildiyi üçün formal əsaslarla ləğv olunması, nəticə etibarı ilə qəbul ediləcək qərarı dəyişməyəcək. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1620/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidi