Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-117/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:mirasda payların müəyyən edilməsi 24.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(104)701/2022 saylı qətnaməsindən İddiaçı2 verdiyi kassasiya şikayəti üzrə işə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “Nikah haqqında” Şəhadətnaməyə əsasə n, 28 dekabr 1962-ci il tarixdə X12 rəsmi nikah əsasında X7 ilə ailə qurublar və onların birgə nikahından 04 sentyabr 1956-cı il tarixdə X8, xx xxxxx 1958-ci il tarixdə İddiaçı2, 27 fevral 1961-ci il tarixdə X5, 19 dekabr 1962-ci il tarixdə X3, xx xxxxx 1968-ci il tarixdə Cavabdeh adlı övladları doğulub. 12 noyabr 1990-cı il tarixdə X12, 06 iyul 1999-cu il tarixdə X8, 09 noyabr 2009-cu il tarixdə X6, 29 iyun 2019-cu il tarixdə X4 və 06 avqust 2020-ci il tarixdə X7 ölmüşlər. 12 oktyabr 2020-ci il tarixli iltizama əsasən, Cavabdeh mərhum valideynlərinin ondan başqa 3 övladının olduğunu və həmin övladlarının isə vəfat etdiyini qeyd edərək məsuliyyəti öz üzərinə götürüb. 12 oktyabr 2020-ci il tarixli ərizəyə əsasən, Cavabdeh 06 avqust 2020-ci ildə vəfat etmiş anası X1 Qazax şəhəri, Azadlıq küç əsində yerləşən 150 saylı evin və evin yerləşdiyi torpaq sahəsinin miras qaldığı, ondan başqa vərəsələrin X (vəfat edib), X(vəfat edib), X (vəfat edib), X (vəfat edib) ibarət olmasını qeyd edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün ərizəni Qazax rayon Notariat Ofisinə təqdim edib. 11 mart 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, 06 avqust 2020-ci ildə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanda yaşayan oğlu Cavabdehdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. DƏDRX-nin 15 saylı Ərazi İdarəsindən 01 mart 2021-ci il tarixdə X2 adına Çıxarışla verilən miras əmlak, ünvan 2 ünvanda yerləşən 0,0749 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 53,20 kv.metr olan fərdi yaşayış evindən ibarə tdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən 02 aprel 2021-ci il tarixli Çıxarışa əsasən, Qazax şəhəri, Azadlıq küçəsi, 0,0749 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 53,20 kv.metr olan 150 saylı fərdi yaşayış evi Cavabdeh adına qeydə alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci iş üzrə Birinci instansiya məhkəməsində icraat İddiaçı2 Cavabdeh və digərlərinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Qazax rayon notariat ofisi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi, həmin Şəhadətnamə əsasında Cavabdeh adına verilmiş 02 aprel 2021-ci il tarixli Çıxarışın etibarsız hesab olunması, mərhum anası X1 miras qalmış Qazax şəhəri, Azadlıq küçəsində yerləşən 0,0749 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə payların müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edib. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynləri vəfat etdikdən sonra onlardan Qazax şəhəri, Azadlıq küçəsində yerləşən 150 saylı ev miras qalıb. Qardaşı, iş üzrə Cavabdeh onu qəsdən nəzərə almayaraq, icra nümayəndəliyindən 4 uşaq olmalarına dair arayış almış, vərəsəlik işi ilə bağlı Qazax rayon notariat ofisinə təqdim etmiş və həmin arayışda onun adını qeyd etdirməmişdir. Halbuki, mübahisəli evdə ticarətlə məşğul olmuş, daim həmin evə gedib-gəlmiş və təmir etdirmişdir. Atası vəfat etdikdən sonra bütün dəfn xərclərini çəkmişdir. Mərhum anasını oğlu ilə birlikdə dəfələrlə müalicə etdirmişdir. Şəxsi vəsaiti hesabına qardaşı Cavabdeh toy mərasimlərini keçir mişdir. Lakin Cavabdeh cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra, yəni 16 il bundan əvvəl spirtli içki aludəçisi olmuş və evə zərər verməyə başlamışdır. Ona görə qardaşı X öz vəsaiti hesabına Bakı şəhərinə apararaq müalicə etdirmişdir. Valideynlərindən miras qalmış əmlakda onun payı var. Qazax Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.A.Məmmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı, anası Zəhrə Hüseynovadan miras qalmış əmlakı, yəni ünvan 3 ünvanda yerləşən 0,0749 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 53,20 kv.metr olan fərdi yaşayış evini nə faktiki, nə də qanunla müəyyən edilmiş qaydada notariat orqanına müraciət etməklə qəbul etdiyini bildirməmişdir. Bunda n əlavə iddiaçı məhkəmə iclasında verdiyi izahatında da, həmin mirası nə faktiki, nə də notarial qaydada qəbul etməməsini etiraf etmiş, anasının vəfat etdiyi vaxt Türkiyədə yaşadığını bildirmişdir. Göründüyü kimi, iddiaçı mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hərəkətlər etməyərək, miras əmlakı qəbul etməmişdir. Beləliklə, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ötürmüş və “mirasın qəbul edilmə müddətinin bərpa edilməsi”ni tələb etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi”nə dair hissəsində təmin edilməməlidir. Məhkəmə, həmçinin 11 mart 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, Cavabdeh adına 02 aprel 2021-ci il tarixli Çıxarışın eti barsız hesab edilməsinə dair iddia tələbini araşdıraraq hesab edir ki, iddianın göstərilən hissəsi də əsassız olmaqla təmin edilməməlidir. Belə ki, mübahisəli evə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış mübahisəli evə və torpaq sahəsinə dair 11 mart 2021-ci il tarixdə Cavabdeh adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə törəmədir. Buna görə də mübahisəli evə və torpaq sahəsinə dair Cavabdeh adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilməməli olduğundan, iddia həmin hissədə də rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1248.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslan dırıb. İkinci iş üzrə Birinci instansiya məhkəməsində icraat İddiaçı2 Cavabdeh və üçüncü şəxs Qazax rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Qazax şəhəri, Azadlıq küçəsində yerləşən 0,0749 ha torpaq sahəsi və 53,20 kv.metrdən ibarət 150 saylı fərdi yaşayış evinin qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin onun tərəfindən ötürülməsinin səbəbinin üzürlü hesab olunaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,anası vəfat etdiyi zaman Türkiyə Cumhuriyyətində olmuş və buna görə dəfn mərasimindən bir neçə gün sonra yas mərasiminə gəlmişdir. Anasının vəfatından sonra miras qalmış Qazax şəhəri, Azadlıq küçəsində yerləşən 150 saylı evdə 12 gün qalmış, mirasın ona çatmal ı olan hissəsini müəyyənləşdirərək, bu barədə qardaşı Cavabdeh bildirmiş və pandemiya ilə əlaqədar çox qala bilmədiyindən Türkiyəyə qayıtmışdır. Qardaşı, iş üzrə Cavabdeh icra nümayəndəsinin verdiyi saxta sənəd əsasında guya yeganə vərəsə kimi miras əmlakı öz adına rəsmiləşdirmişdir. İcra nümayəndəliyinin verdiyi arayışa əsasən, guya onlar 2 bacı, 2 qardaş olmuşlar, iki qardaş və bir bacısı vəfat etmiş, yeganə vərəsə kimi yalnız Cavabdeh qalmışdır. Qeyd olunan arayışda saxtakarlıqla onun adı çıxarılmışdır. Həmin arayışı almaq üçün qardaşı Cavabdeh nümayəndəliyə müvafiq iltizam vermiş və həmin iltizamda da bacı-qardaşlarının vəfat etdiyini, vəfat etmiş şəxslərdən sonra yeganə övlad kimi tək özünün olduğunu qeyd etmişdir. Həmin saxtakarlıqlar nəticəsində iddiaçı miras qalmış əmlakın ona çata sı ½ hissəsindən məhrum edilmişdir. İddiaçı anasının ölümündən sonra yas mərasiminə gəlmiş və mirası faktiki olaraq qəbul etmişdir. Evdə 12 gün qaldıqdan sonra 25 avqust 2020-ci ildə Türkiyəyə qayıtmışdır. Türkiyə Cumhuriyyətinin vətəndaşı ilə evli olduğundan və pandemiya ilə əlaqədar Covid riskini nəzərə alaraq uzun müddət Azərbaycana qayıda bilməmiş və 31 may 2021-ci il tarixdə Azərbaycana qayıdarkən miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsi üçün müddət ötürülmüşdür. Lakin dərhal həmin miras əmlakla bağlı maraqlanmış və vəkilinin sorğusu əsasında ona məlum olmuşdur ki, qardaşı Cavabdeh anasından miras qalmış əmlakı yeganə vərəsə kimi öz adına rəsmiləşdirmişdir. Onun tərəfindən mirasın qəbul edilməsi müddəti üzrlü səbəbdən ötürüldüyündən məhkəməyə müraciət etməli ol muşdur. Qazax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.A.Məmmədov) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın dəlilləri əsassızdır. Belə ki, iddiaçı mübahisələndirdiyi miras əmlakla bağlı Türkiyə Cumhuriyyətində yaşadığı müddət ərzində, mirasın qəbuluna dair notariat hərəkətlərinin aparılmasına dair konsulluğa müraciət edə biləcəyi halda, heç bir üzrlü səbəb olmadan bunu etməmişdir. Həmçinin, iddiaçı məhkəmə iclasında verdiyi izahatında da qeyd etmişdir ki, anasının ölümündən sonra Azərbaycana gəlmiş və 10-12 gün Azərbaycan Respublikasında qalmış, lakin hüquqi savadsızlığı ilə bağlı notariat orqanına müraciət etməmişdir. Beləliklə, iddiaçı qeyd olunan müddət ərzində də, yəni Azərbaycan Respublikasında olduğu vaxtda mirasın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət edə biləcəyi halda, notariat orqanına müraciət etməmiş və bunun əsası kimi hüquqi savadsızlığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi savadsızlığı ilə bağlı notariat orqanına müraciət etməməsi, miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzürlü səbəbdən ötürülməsi səbəbi kimi sayıla bilməz. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1248.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı2 Qazax rayon məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və id dia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsi onun anasının birinci növbədə vərəsəsi olmasını nəzərə almamışdır. Anasının vəfatından sonra Qazax şəhərinə gəlmiş və mirası faktiki qəbul etmiş, eləcədə bu barədə qardaşına bildirmişdir. Lakin bir müddət sonra Türkiyə Cumhuriyyətinə getmiş və pandemiya ilə əlaqədar uzun müddət orada qalmışdır. Buna baxmayaraq qardaşı saxta iltizam və arayış əsasında miras əmlakı öz adına rəsmiləşdirmişdir. İddiaçı2 Qazax ray on məhkəməsinin10 fevral 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşdür. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan İddiaçı2 Cavabdeh və Qazax rayon notariat ofisinə qarşı “miras əmlakın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət in ötürülməsi səbəbinin üzrlü sayaraq uzadılması” tələbinə dair mülki iş, İddiaçı2 Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, eləcə də miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki işlə birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov sədrlik edən, məruzəçi, F.Ə.Mehtiyev və Ə.İ.Məmmədov) İddiaçı2 apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Qazax Rayon Məhkəməsinin 11 noyabr 2021-ci il və 10 fevral 2022-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instans iyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, hər iki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, həmçinin, məhkəmə tərəfindən müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətlərində göstərilən dəlillər əsassızdır, formal mülahizələrdir, hər iki iş üzrə birinci instansiya məhkəməsinin qətnamələri qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1159.1, 1243.2, 143.3, 1246, 1248-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kas sasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinl ənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1 və 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), va lideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıl dığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.
2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə407.2. Kassasiya şikayətində iş in hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, “Nikah haqqında” Şəhadətnaməyə əsasən, 28 dekabr 1962-ci il tarixdə X12 rəsmi nikah əsasında X7 ilə ailə qurublar və onların birgə nikahından 04 sentyabr 1956-cı il tarixdə X8, xx xxxxx 1958-ci il tarixdə İddiaçı2, 27 fevral 1961-ci il tarixdə X5, 19 dekabr 1962-ci il tarixdə X3, xx xxxxx 1968-ci il tarixdə Cava bdeh adlı övladları doğulub. 12 noyabr 1990-cı il tarixdə X12, 06 iyul 1999-cu il tarixdə X8, 09 noyabr 2009-cu il tarixdə X6, 29 iyun 2019-cu il tarixdə X4 və 06 avqust 2020-ci il tarixdə X7 ölmüşlər. 12 oktyabr 2020-ci il tarixli iltizama əsasən, Cavabdeh mərhum valideynlərinin ondan başqa 3 övladının olduğunu və həmin övladlarının isə vəfat etdiyini qeyd edərək məsuliyyəti öz üzərinə götürüb. 12 oktyabr 2020-ci il tarixli ərizəyə əsasən, Cavabdeh 06 avqust 2020-ci ildə vəfat etmiş anası X1 Qazax şəhəri, Azadlıq küçəsində yerləşən 150 saylı evin və evin yerləşdiyi torpaq sahəsinin miras qaldığı, ondan başqa vərəsələrin X (vəfat edib), XX(vəfat edib), X (vəfat edib), X (vəfat edib) ibarət olmasını qeyd edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün ərizəni Qazax rayo n Notariat Ofisinə təqdim edib. 11 mart 2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, 06 avqust 2020-ci ildə vəfat etmiş X2 vərəsəsi ünvan 1 ünvanda yaşayan oğlu Cavabdehdur və o, miras əmlakdan tam hissədə irs almalıdır. DƏDRX-nin 15 saylı Ərazi İdarəsindən 01 mart 2021-ci il tarixdə X2 adına Çıxarışla verilən miras əmlak, ünvan 2 ünvanda yerləşən 0,0749 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 53,20 kv.metr olan fərdi yaşayış evindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən 02 aprel 2021-ci il tarixli Çıxarışa əsasən, Qazax şəhəri, Azadlıq küçəsi, 0,0749 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 53,20 kv.metr olan 150 saylı fərdi yaşayış evi Cavabdeh adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin hər iki iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, aşağıdakı maddi hüquq normalarına tam uyğundur. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2. maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayı lır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1. maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2. maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da m irası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3. maddəsinə görə isə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sdayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhk əməyə müraciət edilmədən də qəbul oluna bilər. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, sadalanan maddələrinin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, ilkin olaraq mirasın qəbul edilməsi vaxtının uzadılmasına hüquqi qiymət verərək qeyd etmişdir ki, iş üzrə iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı miras qoyanın dəfn mərasimində iştirak etsə də, lakin mirası qəbul etmədən Türkiyyə Cumhuriyyətinə geri qayıdıb və o, mirasın qəbulu ilə bağlı müddəti üzürlü səbəbdən ötürməsini iddia etsədə, lakin onun bu dəlili mülki iş materialları ilə sübut olunmur. Qanunverici vərəsənin üzürlü səbəblərdən mirası vax tında qəbul etməməsi halında müddətin uzadılmasına yol verməsini nəzərdə tutsada mirası qəbul etmə müddətinin uzadılması tələbinin hüquqi əsaslarını müəyyən edən Mülki Məcəllənin 1248-ci maddəsinədə qeyd olunduğu kimi gecikdirmənin səbəbi üzürlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konsti tusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, mira s qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı i lə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur. Bundan əvvəldə qeyd olunduğu kimi iddiaçı, Türkiyə Respublikasında olmasını əsas gətirərək miras əmlakı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qəbul etməməsini qeyd etmişdir. Kollegiya hesab edir ki, sonuncunun bu dəlili heçdə üzürlü sayıla bilməz. Belə ki, kollegiya gəlmiş olduğu bu qənaəti onunla əsaslandırır ki, iddiaçı anansının dəfn mərasiminə gəldiy vaxt, eləcədə sonradan mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməmiş, eləcədə miras əmlakın faktiki qəbulu ilə bağlı onun niyyətinin açıq-aşkar olması təsdiq olun mur. Yəni, İddiaçı2 mirası qəbul etmək niyyəti olsaydı, onda sonuncu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1245-ci maddəsində nəzərdə tutulmuş qaydada nümayəndə vastəsilə notariat orqanına müraciət və ya Türkiyə Respublikasında olduğu müddətdə özü qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariat hərəkətlərinin aparılması üçün konsulluğa müraciət edə bilərdi. Göründüyü kimi, mirasın qəbulu ilə bağlı iddiaçı nümayəndəsi vastəsilə notariat orqanına, özü isə Türkiyə Respublikasında konsulluğa müraciət etrmək imkanında olsada, lakin o, mirasın qəbulu ilə bağli bu hərəkətləri etməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirasın qəbul edilməsi vaxtının uzadılması üsürlü sayıla bilməz. Mirasın qəbul edilməsi vaxtının uzadılması üzürlü sayılmadığından iddia çı, üçüncü şəxs Qazax rayon notariat ofisi tərəfindən verilmiş 11 mart 2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, həmin şəhadətnamənin əsasında cavabdehin adına verilmiş 02 aprel 2021-ci il tarixli Çıxarışın etibarsız hesab olunması, mərhum anası X1 miras qalmış Qazax şəhəri, Azadlıq küçəsində 0,0749 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə payların müəyyən olunması tələbinin də təmin olunması özlüyündə istisna olunur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu, mirasın qəbulu ilə bağlı müddəti üzrlü səbəblərdən ötürdüyünü və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsd iq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ha zırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri tam əsassızdır və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2(104)-701/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.