Məhkəmə qərarları › İş №2(102)-1178/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1178/2025

05.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1178/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 25 saylı notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X20 olmaqla) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququndan irəli gələn mübahisələr; vərəsəlik mübahisəsinin məhkəmə tərəfindən həll edilməsi; qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mirasın qəbul edilmiş hesab edilməsi Azərbaycan Respub likası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər, Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 25 saylı notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X20 olmaqla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mirasın qəbul edilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5012/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 hüquqi var isi X26 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar Cavabdeh1 nəvələridir və doğulduqları vaxtdan hal-hazıradək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 ünvanda yaşayırlar.

2. Həmin ev iddiaçıların babası X3 mülkiyyət hüququ ilə məxsus olmuşdur.

3. İddiaçıların atası X35 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

4. X22 atası X11 isəxx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

5. X2 vəfatından sonra iddiaçıların nənələri olan Cavabdeh1 mərhum əri X4 miras qalmış evi yeganə vərəsə olaraq qəbul etmiş, bununla bağlı xx.xx.2022-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, müvafiq çıxarışı isə xx.xx.2022-ci il ta rixdə almışdır.

6. Naira Qurqenovnanın adından etibarnamə əsasında Təranə Mirzəyeva miras əmlak sayılan torpaq sahəsinə dair Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın alqısatqına dair müqaviləyə bağlayaraq, torpaq sahəsinin bir hissəsini Cavabdeh3 satmışdır.

7. Təranə Mirzəyeva miras qoyan X2 qardaşının qızıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Bakı şəhəri 25 saylı notariat ofisinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X20 olmaqla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alqısatqı müqaviləsinin etibarsız hesab edilməs i, çıxarışın ləğv edilməsi və mirasın qəbul edilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-31 reyestr nömrəli (vərəsəlik işinin nömrəsi V24/2022) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 142,60 kv.metr olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına xx.xx.2022ci il tarixdə aparılmış ********** nömrəli q eydiyyatın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri 25 saylı notariat ofisində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakla bağlı bağlanmış AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixli 0,07637 ha torpaq sahəsinin satılmasına dair daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 134,90 kv.metr olan fərdi yaşayış evi və 0,0764 ha ölçüsü olan torpaq sahəsi ilə bağlı Cavabdeh3 adına xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən iddiaçıların babası X4 miras qalmış 142,6 kv.m sahəsi olan fərdi yaşayış evinin və 0,21017 ha torpaq sahəsinin miras əmlak kimi iddiaçılar X12 və İddiaçı2 tərəfindən qəbul edilmiş hesab edilməsi və qanunvericiliklə müəyyən edilmiş mirasın qəbul edilməsi müddətini gözləmədən və vərəsələr dairəsini müəyyən etmədən şəxsin vəfat etdiyi gündən 6 gün sonra vərəsəlik hüququ haqqında şəhadətnamə verdiyi üçün Bakı şəhəri 25 saylı notariat ofisinin notariusu X31 barədə xüsusi qərardad qəbul edilərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, ataları X35 xx.xx.1998-ci il tarixdə anaları X32 ilə toy edərək ailə həyatı qurmuş, lakin nikahlarını rəsmləşdirməmişlər. Anaları toy olduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30-a gəlin köçərək orada yaşamağa başlamışdır. Onlar birgə yaşayıb, birgə təsərrüfat aparmışlar. Həmin ünvanda xx.xx.1999-cu il təvəllüdlü Məhəmmədhüseyn İmran oğlu və xx.xx.2001- ci il təvəllüdlü İddiaçı2 anadan olmuşlar. Valideynlərinin nikahları olmadığı üçün İddiaçı1 xx.xx.2002-ci il tarixdə, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 isə xx.xx.2002-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr verilmişdir. Onlar uzun illər bir ailə olaraq valideynləri ilə birlikdə birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Müəyyən illər keçdikdən sonra valideynləri arasında m übahisələr olduğundan, aralarında nikah olmadığına görə sadəcə olaraq, nikah münasibətlərinə son qoymuşlar. Bir müddət keçdikdən sonra ataları X35 xx.xx.2021-ci il tarixdə avtoqəzaya düşmüş və aldığı xəsarətlərdən vəfat etmişdir. Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə ölüm haqqında şəhadətnamə də verilmişdir. Qısa müddət keçdikdən sonra babaları X11 xərçəng xəstəliyi səbəbindən xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ölüm haqqında şəhadətnamə də verilmişdir. Bu yaxınlıqda onlara məlum olmuşdur ki, babalarının vəfatından sonra nənələri, yəni Cavabdeh1 onların xəbəri olmadan mərhum əri X4 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, 30 saylı evi miras olaraq qəbul etmişdir. Baxmayaq ki, onlar atalarının vərəsələri olmuşlar və həmin sözügedən mübahisəli əmlakda payları vardır. MA İ\İ2 ******* seriya nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30, (yeni qaydalarla ünvan 1 vaxtilə mərhum X7 xüsusi mülkiyyətində olmuşdur. X7 vəfatından sonra arvadı Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30-a (yeni qaydalarla ünvan 1 dair miras əmlakı qəbul etmiş, ona xx.xx.2022ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, xx.xx.2022-ci il tarixdə isə o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfi ndən tərtib edilmiş Çıxarışı almışdır. Bir sözlə, nənələri – iş üzrə cavabdeh Naira Qurqenovna 15 günə babalarından miras qalmış sözügedən miras əmlakı həm qəbul etmiş, həm də əmlaka dair çıxarışı almışdır. Onlar sözügedən mübahisəli evdə anadan olmuşlar və fasiləsiz orada bu günə kimi orada yaşamışlar. Sabunçu RİHB-nın Bilgəh qəsəbəsi, İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2023-cü il, N95-187-3/2 843/2023 və xx.xx.2023-cü il, N95-187-3/2 844/2023 nömrəli arayışları bunu bir daha təsdiq edir. Bu da o deməkdir ki, onlar miras qalmış əmlakı qəbul etmiş hesab olunurlar. Göründüyü kimi, Bakı şəhəri 25 saylı notariat ofisi onlar vərəsələr ola-ola, Azərbaycan Respublikasının 1159-cu, 1243 və 1246-cı maddələrinin tələblərini kobudcasına pozmuşdur. Notariat ofisi qanunvericiliyin tələbi ni və qanunda nəzərdə tutulmuş müddəti gözləməli idi. Lakin açıqaydın məlum olur ki, Bakı şəhəri 25 saylı notariat ofisinin marağı olduğundan, bu işləri operativ görmüşdür, bu da qanunvericiliyin, həm də vətəndaşın hüquqlarının kobudcasına pozulması deməkdir. Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü Döngə, ev 30-a (yeni qaydalarla ünvan 1 dair nənələri Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri 25 saylı notariat ofisində AN-İ ******* nömrəli, xx.xx.2022-ci il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqına dair müqaviləyə əsasən torpaq sahəsinin bir hissəsi Cavabdeh3 satılmışdır. Bununla da iddiaçılar hesab edirlər ki, iddia təmin edilməli, həmçinin Bakı şəhəri 25 saylı Notariat ofisi qanunvericiliyin tələblərini kobudcasına pozduğuna gö rə Bakı şəhəri 25 saylı Notariat Ofisinin rəhbərliyi barəsində xüsusi qərardad qəbul edilməlidir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırkı iş üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixli, AN-İ№ ******* seriya nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 ünvanda yerləşən ümumi sahəsi 0, 21017 ha olan torpaq sahəsinin 0,07637 ha-dan ibarət hissəsini Cavabdeh3 satmışdır. Həmin müqaviləni xx.xx.2022-ci il tarixli, AR-İİ №525835 etibarnamə əsasında Cavabdeh1 nümayəndəsi X8 qismində imzalamışdır. Cavabdeh3 satılmış torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmiş və həmin yaşayış evi torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli, №********** nömrəli vahid çıxarış verilmişdir. Cavabdeh3 yönəlmiş alqı-satqı müqaviləsi və çıxarışın ləğvi barədə iddianı tamamilə əsassız hesab edir. Belə ki, Cavabdeh3 hazırda mübahisələndirilən torpaq sahəsini notarial alqı-satqı müqaviləsi əsasında əldə etmiş və üzərində fərdi yaşayış evi inşa etməklə, həmin evə də mülkiyyət hüququ əldə etmişdir. Qeyd edilən torpaq sahəsinə münasibətdə hər hansı digər vərəsələrin olması barədə alıcı Lalə Bağırzadəyə heç nə məlum olmamış, cavabdeh həmin torpaq sahəsinin alqı-satqısını rəsmiləşdirməmişdən əvvəl bir neçə dəfə həmin torpaq sahəsinə satıcı Cavabdeh1 ilə birlikdə baxmış və satıcı tərəfindən belə vərəsələrin mövcudluğu barədə ona heç nə bildirilməmişdir. O, hə min alqı-satqıya münasibətdə vicdanlı alıcı olmuşdur. Sözügedən torpaq sahəsini Cavabdeh3 dəyəri ödənilməklə əvəzli qaydada əldə etmiş və həmin sahəyə onun mülkiyyət hüququ qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq, nümayəndə və vəkil cavabdeh Lalə Bağırzadəyə yönəlmiş “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin və çıxarışın ləğvi” barədə iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vərəsəsi X16 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia müddəti üzrsüz səbəblərdən buraxıldığı üçün tələbə iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, iddiaçıların iddia ərizəsində qeyd etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyli küçəsi, 3-cü döngədə yerləşən 30 saylı ev (yeni qaydalarla ünvan 3 və evin yerləşdiyi torpaq sahəsi mərhum X9 xüsusi mülkiyyətində olmuşdur. X13 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, onun ölümü ilə həmin əmlaka miras açılmışdır. İddiaçılar qeyd edilən faktları bilmişlər. Eyni zamanda, iddiaçılar mübahisəli torpaq sahəsinin bir hissəsinin X16 əmisi qızı X20 tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh3 satılmasını və həmin torpaq sahəsində sonuncu tərəfindən yaşayış evi tikildiyini bilmişlər. İddiaçılar hazırkı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə, alqı-satqı müqaviləsini qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada mübahisələndirməmiş, mübahisəli müqavilənin etibarsız sayılması barədə hər hansı tələb irəli sürməmiş və bununla da iddia müddətini üzrsüz səbəblərdən buraxmışlar. Belə ki, iddiaçılar mübahisəli torpaq sahəsinin bir hissəsinin X16 əmisi qızı X20 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 satılmasını və həmin torpaq sahəsində sonuncu tərəfindən yaşayış evi tikildiyini bilmişlər. Lakin qanunla müəyyən edilmiş müddət ərzində həmin müqavilənin etibarsız sayılması barədə məhkəmədə iddia qaldırmamış, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti üzrsüz səbəblərdən buraxmış və müddətin bərpası barədə məhkəməyə müraciət etməmişlər. Göstərilənlərə əsasən nümayəndə və vəkil iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən müstəqil irəli tələb sürməyən şəxs üçüncü şəxs qismində cəlb edilmiş X20 bildirmişdir ki, o, torpağın alqı-satqısını özü aparmış, ona etibarnaməni öz torpaq sahəsini özəlləşdirmək üçün mərhum əmisi X5 ikən vermişdi. Torpağın çıxarışı onun adına olmuşdur, torpağı satarkən pul yalnız ona çatmışdır, o puldan Naira Qurqenovnaya verməmişdir. İddiaçılar onun torpaq sahəsini satdığını, orada ev tikildiyini bilmişlər. Hal-hazırda orda ev var və orada Cavabdeh3 anası yaşayır.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(008)672/2024 nömrəli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-31 reyestr nömrəli (vərəsəlik işinin nömrəsi V24/2022) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 142,60 kv.m olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi barədə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən iddiaçıların babası X4 miras qalmış 142,6 kv.m sahəsi olan fərdi yaşayış evi və 0,21017 ha torpaq sahəsinin miras əmlak kimi iddiaçılar X12 və İddiaçı2 tərəfindən qəbul edilmiş hesab edilməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 hüquqi varisi X14 tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 x eyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim: Həqiqət Mahmudova).

14. Məhkəmə hesab etmişdir ki, miras qoyan X7 qanun üzrə vərəsəsi yalnız arvadı Cavabdeh1 deyil, həmçinin vəfat etmiş oğlu İmran Mirzəyevin uşaqları İddiaçı1 və İddiaçı2dır.

15. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, onlar doğulduqları vaxtdan hazırkı vaxtadək miras əmlak olan evdə qeydiyyatda olmaqla və orada yaşamaqla, miras əmlakı qəbul etmiş sayılırlar və miras əmlakı qəbul etməkdən başqa şəxslərin xeyrinə imtina etməmişlər.

16. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia həmin hissələrdə əsaslı sayılaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 142,60 kv.m olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyat ləğv edilməli və sözügedən miras əmlak iddiaçılar X12 və İddiaçı2 tərəfindən qəbul edilmiş hesab edilməlidir.

17. Məhkəmə daha sonra hesab etmişdir ki, Cavabdeh3 ünvan 2 ünvanda yerləşən torpaq sahəsini aldığı zaman torpaq sahəsinin miras əmlak olduğunu bilməmiş, miras əmlaka dair başqa vərəsələrin olduğundan xəbər olmamış, bu səbəbdən o, aldığı torpaq sahəsinə dair vicdanlı əldə edən olmuşdur.

18. Eyni əsaslarla məhkəmə həmin torpaq sahəsinin üzərində cavabdehin inşa etdiyi fərdi yaşayış evinə münasibətdə də ç ıxarışın ləğv edilməsinə dair iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1, 1151, 1159.1, 1159.2, 1243.1, 1243.2, 1249, 1261, 1322-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 265.4 və 265.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İş üzrə Cavabdeh1 hüquq varisi Samirə Məmmədova və üçüncü şəxs Təranə Mirzəyeva həmin birinci instansiya məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişlər.

21. Məzmunu eynilik təşkil edən hər iki apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25 saylı Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi üçün hüquqi əsas mövcud deyil. Buna baxmayaraq, rayon məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, iddia müddətinin buraxılmasını nəzərə almamış, sübutlara düzgün qiymət verməyərək, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla iddianın təmin edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5012/2024 nömrəli, 5 noyabr 2024-cü il tarixli qətnaməsi ilə hər iki apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (X1 (sədrlik edən və məruzəçi), X17 və X33 ibarət tərkibdə).

23. Birinci instansiya məhkəməsinin mövqeyi ilə ümumən razılaşan məhkəmə kollegiyası, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab etmişdir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, rayon məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, miras qoyan Davud Mirzəyevin qanun üzrə vərəsəsi yalnız arvadı Cavabdeh1 deyil, həmçinin vəfat etmiş övladı İmran Mirzəyevin övladları – iş üzrə iddiaçılardır. Çünki iddiaçılar doğulduqları vaxtdan hazırkı vaxtadək miras əmlakda – fərdi yaşayış evində və torpaq sahəsində, həmçinin torpaq sahəsinin satıld ığı hissədə qeydiyyatda olmaqla və orada yaşamaqla, miras əmlakı qəbul etmiş sayılırlar və miras əmlakı qəbul etməkdən başqa şəxslərin xeyrinə imtina etməmişlər.

25. Kollegiya hesab etmişdir ki, bu səbəbdən, iddianın qismən təmin edilməsi hissəsində Rayon Məhkəməsi düzgün nəticəyə gəlmiş və haqlı olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında “Daşınmaz əmlakın dövlət reyestrində” Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 142,60 kv.m olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi ilə bağlı Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi və sözügedən miras əmlakın iddiaçılar tərəfindən qəbul edilmiş h esab edilməsi barədə qətnamə qəbul etmişdir.

26. Kollegiya qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımaqla əsassız olmuşdur.

27. Məhkəmə kollegiyası həmçinin, cavabdeh (mərhum) Cavabdeh1 hüquq varisi Samirə Məmmədovanın iddia müddətinin buraxılması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, Samirə Məmmədova tərəfindən rayon məhkəməsinə verilmiş “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizədə iddia müddətinin tətbiq edilməsi Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbə yönəlmişdir. Digər iddia tələblərinə iddia müddətinin tətbiqi xahiş edilməmişdir. Samirə Məmmədova isə qətnamədən verdiyi apellyasiya şikayətində iddia müddətinin digər tələblərə də tətbiq edilməsini xahiş etmişdir. Həmin ərizə qanunvericiliyin tələbinə görə birinci instansiya məhkəməsində verilməli olduğundan, lakin qanunvericiliyin bu tələbinə əməl olunmadığından, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətində iddia müddətinin tətbiqi ilə bağlı ifadə edilmiş xüsusatlar əsaslı olmamışdır.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151, 1159.1, 1159.2, 1159.3, 1243.1, 1243.2, 1243.3, 1249, 1261 və 1322-ci; Notariat haqqında Azərbaycan Respublikasının Qanunun 55 və 59-cu; Mülki Prosessual Məcəllənin 119.1, 384.0.1 və 385.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 hüquq varisi X26 (vəkil: Vəkil4) apellyasiya instansiyası məh kəməsinin xx.xx.2024-cü il tarixli həmin qətnaməsindən kassasiya şikayəti verərək ləğv edilməsini, iddiaçıların iddia tələblərinin tam həcmdə rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iddiaçıların hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmamasını düzgün müəyyən etməmişdir. İşdə olan sənədlərdən, o cümlədən ölüm haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2022-ci il tarixdə, X35 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırkı iş üzrə iddiaçılar isə ölən X22 övladlarıdır. Belə olan halda, Mülki Məcəllənin 1234-cü maddəsinin tələblərinə görə iddiaçılar miras qoyan X7 vərəsələri hesab edilə bilməz. B u baxımdan hesab edilməlidir ki, iddiaçılar hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmamışlar.

31. Bundan başqa, Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-31 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi üçün hüquqi əsas mövcud olmadığı halda, həmin şəhadətnamənin etibarsız hesab edilməsi barədə səhv nəticəyə gəlinmişdir. Şəhadətnamənin qanunvericiliyin bütün tələblərinə cavab verilməklə Naira Qurgenovnaya verilməsini məhkəmələr nəzərə almamışlar. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3- cü döngə, ev 30 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 142,60 kv.m olan fərdi yaşayış ev i xüsusi mülkiyyət növü olaraq X9 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Əlbəndə Quliyev küçəsi, 136 ünvanda yerləşən ümumi sahəsi 142,60 kv.metr olan fərdi yaşayış evi və 0,210170 ha ölçüsü olan torpaq sahəsi xüsusi mülkiyyət növü olaraq X9 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin əmlak mərhum X10 məxsus olmuşdur. O, həmin evi və torpaq sahəsini Cavabdeh1 ilə nikahda olarkən əldə etmişdir. X9 qanun üzrə birinci dərəcəli vərəsələri aşağıdakılardır: arvadı - Cavabdeh1. Qızı - X26. Oğlu - X35, qızı- X28. X13 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. X9 qanun üzrə birinci dərəcəli vərəsələrindən qızı - X28 xx.xx.2018-ci il tarixdə, oğlu - X35 xx.xx.2021-ci il tarixdə, arvadı Cavabdeh1 24 fevral 2024-cü il tarixdə vəfat etmişlər.

32. Bundan əlavə, məhkəmələrin nəzərə almadığı digər hal iddiaçılar tərəfindən qanunvericilikə nəzərdə tutulmuş iddia müddətinin heç bir üzrlü səbəb olmadan buraxılmasıdır. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 nəvələridir, ataları xx.xx.2021-ci il tarixdə vəfat etmiş X29r. Onlara (iddiaçılara) bu yaxınlarda məlum olmuşdur ki, nənələri Cavabdeh1 onların (iddiaçıların) xəbəri olmadan mərhum X6 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyli küçəsi, 3-cü döngədə yerləşən 30 saylı evi (yeni qaydalarla: ünvan 3 vərəsəliyə qəbul etmişdir. Bu zaman onların mərhum atala rının vərəsələri olduqlarını və miras əmlakda paylarının olması nəzərə alınmamış, həmin evin yerləşdiyi torpaq sahəsinin bir hissəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh3 satmışdır. İddiaçıların iddia ərizəsində qeyd etdikləri Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyli küçəsi, 3-cü döngədə yerləşən 30 saylı evi (yeni qaydalarla: ünvan 3 və evin yerləşdiyi torpaq sahəsi mərhum X9 xüsusi mülkiyyətində olmuşdur. X13 isə xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, onun ölümü ilə həmin əmlaka miras açılmışdır.

33. İstər Sabunçu Rayon Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsi iddiaçıların xeyrinə qərar qəbul edərkən, iş üzrə Cavabdeh3 satılmış 0,07637 ha torpaq sahəsini belə ümumi sahədən çıxmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh1 (etibarnamə əsası nda X20) və Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış və Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 tam mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30 (yeni qaydalarla: AZ 1094, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0.210170 ha təşkil edən torpaq sahəsinin 0,07636 ha hissəsi Cavabdeh3 satılmışdır. Satıcının, yəni Cavabdeh1 mülkiyyətində isə 0,1338 ha torpaq sahəsi qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin verdiyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”dan da göründüyü kimi, miras qoyanların hüquqi varisi X26 və oğlu (miras qoyanların nəvəsi) X36 miras əmlak hesab edilən Bakı şəhəri, Sabunçu rayon u, Bilgəh qəsəbəsi, Əlbəndə Quliyev küçəsi, ev 136 ünvanda qeydiyyatda olmaqla, həmin evdə yaşayırlar.

34. Hesab edir ki, məhkəmələr tərəfindən cavabdeh Nairə Mirzəyeva öldüyü üçün onu yeganə vərəsəsi olan Samirə Məmmədova ilə əvəz etsə də, sonuncunu anasından qalan miras əmlakdan məhrum etməsi, Samirə Məmmədovanın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquqlarını pozmuşdur.

35. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşə baxan Bakı Apellyasiya Məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, işdə olan sübutlara düzgün qiymət verməmiş, MPM-in 4-cü, 9-c u, 76-cı, 77-ci, 217-ci maddələrinin tələblərini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu pozuntular isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin MPM-in 385-ci maddəsinin tələblərinə görə kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. İş üzrə iddiaçılar kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

37. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların subyektiv hüquqları mövcuddur və buna dair məhkəməyə atalığın müəyyən edilməsi barədə şəhadətnamələr, doğum haqqında şəhadətnamələr və habelə yaşayış yerindən arayış təqdim edilmişdir. Həmin sənədlərlə müəyyən olunur ki, iddiaçılar – miras qoyan X7 nəvələridir. Onların ataları X35 miras qoyan X7 ö vladı olmuşdur. X11 (miras qoyan) xx.xx.2022-ci ildə vəfat etmişdir. Onun oğlu (iddiaçıların atası) X35 isə xx.xx.2021-ci ildə avtoqəzaya düşərək aldığı xəsarətlərdən vəfat etmişdir. İddiaçılar doğulduqları gündən iddia ərizəsi verilən tarixə qədər və bu gün də miras əmlakda - Bakı şəhəri Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 3-cü döngə, ev 30H-da yaşayırlar, istifadə edirlər, sahiblik edirlər, kommunal ödənişləri edirlər, təmir işləri aparırlar və s., yəni mirası faktiki qəbul etmişlər. X22 miras qoyan X7 övladı olması halı da cavabdehlər tərəfindən inkar edilməmişdir.

38. İddiaçıların ataları olan X35 öz atasından - X4 əvvəl vəfat etdiyi üçün, yəni mirasın açıldığı zaman sağ olmadığı üçün iddiaçıların ataları X30 çatası paya bərabər miras almaq hüququna malikdirlər. Yəni, hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqları mövcuddur.

39. Barəsində kassasiya şikayəti verilmiş qətnamə ilə kassator heç bir əmlakdan məhrum edilməmişdir. Onun anasından miras qalmış əmlak kimi göstərdiyi əmlak anasına iddiaçıların babasından qanun pozuntusu ilə - iddiaçıların payı müəyyən edilmədən, 6 aylıq müddət gözlənilmədən verilmiş “Vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında keçmişdir. Kassatorun da iddiaçılar ilə bərabər qaydada mirasda pay almaq hüququ barəsində kassasiya şikayəti verilmiş məhkəmə qətnaməsilə məhdudlaşdırılmamış və pozulmamışdır.

40. İndiki vəziyyətdə notarius vərəsələrin dairəsini müəyyən etməmişdir. Belə ki, elektron notariat sistemi vasitəsilə araşdırma aparsa idi, o zaman vərəsələr sırasında iddiaçıların da olduğunu müəyyən etmiş olacaqdı və 6 ay gözləməli idi. Bu zaman hətta iddiaçılar miras əmlakla bağlı müraciət etməsəydilər belə, onların payı açıq saxlanılmalı idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

41. Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir

42. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

43. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

44. Maddə 1159.1.2. Övladlığa götürülən və onun övladla rı övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

45. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

46. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 47.

48. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məc buri payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

49. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

50. Maddə 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir

51. Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

52. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 53.Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 54.Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər; 55.Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. “Notariat haqqında” Azərbaycan Respublikasını n Qanunu: 56.Maddə

55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. 57.Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ ha qqında şəhadətnaməyə daxil edilə bilərlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 58.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 59.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 60.Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 61.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 62.Maddə 217.

1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 63.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 64.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 65.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; 66.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü m addəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Kassasiya baxışının hədləri

67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahis ələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayə tinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

71. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərində istinad edilən iddiaçıların miras qoyanın vərəsələri olmaması və bu səbəbdən onların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqlarının olmaması ilə bağlı dəlilini əsaslı hesab etmir və bununla bağlı qeyd edir ki, iddiaçılar miras qoyan X7 nəvələridir və mirasın açıldığı vaxt onların birinci növbə vərəsə olacaq ataları X18 olmadığından, onlar mərhum atalarına çatacaq paya münasibətdə qanun üzrə vərəsə olmuşlar (MM 1159.1.3).

72. Həmçinin, iddiaçıların miras əmlak olan evdə davamlı olaraq yaşamaları və bununla da, mirası faktiki olaraq qəbul etmələri işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir.

73. Bu səbəbdən onların mübahisəli miras paya münasibətdə vərəsəlik hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ olmuşdur.

74. Kassasiya şikayətinin digər dəlili iddia müddətinin keçməsi ilə bağlı olmuşdur ki, həmin dəlil apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır və hesab edir ki, bu dəlilə münasibətdə məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur.

75. Cavabdehin hüquq varisi olan Samirə Məmmədovanın anasından qalan miras əmlakdan məhrum edilməsi ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki mübahisə Cavabdeh1 deyil, mərhum X4 qalmış miras əmlakla bağlıdır.

76. Bundan başqa nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi miras əmlakın qəbul edilməsi faktının təsbiti ilə bağlı olmaqla, mirasın hansı həcmdə mübahisələndirildiyi dəqiqləşdirilməsə də, həm iddia ərizəsinin məzmunundan, həm də kassasiya şikayətinə dair etirazdan görünür ki, iddiaçılar mirasın yalnız öz mərhum atalarına çatacaq həcmdə qəbulunu mübahisələndirmişlər. Miras əmlakın bölünməsinə bu cür yanaşma mülki qanunvericiliyin tələblərindən də irəli gəlir.

77. Belə ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən 1159.1.3-cü maddəsinin dispozisiya şərtinə görə, miras qoyanın nəvələri qanun üzrə vərəsəlik zamanı yalnız onların ölmüş valideyninə çatası paydan bərabər miras almaq hüququna malikdirlər.

78. Belə olan halda, miras qoyanın digər vərəsələrinin hüquqlarının məhdudlaşdırılmasından, yaxud onların miras paydan məhrum edilməsindən söhbət gedə bilməz.

79. Kassasiya şikayətinin digər dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 81. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan f aktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

82. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

83. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5012/2024 nömrəli, 05 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar