Məhkəmə qərarları › İş №2(102)-1181/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1181/2020

20.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1181/2020 20.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Vəliyeva Elşanə Rafiq qızı, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 vəkili Vəkil1 və Cavabdeh3 Sığorta Şirkəti ASC-nin vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*********/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ü.Şükürova) xx.xx.2019-cu il tarixli, 2(009)-****/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sığorta Şirkəti ASC-yə və «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “miras paylarının müəyyən edilməsi” tələbinə dair ilk və qarşılqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3 Sığorta Şirkəti ASC-yə və «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «miras paylarının müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilərək, Bakı şəhəri, ***************** ünvanında yerləşən **** nömrəli m ənzilə, X1 işlədiyi «xxxx.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ödənilməli olan 46052,42 manat son haqq-hesab məbləğinin 39171,37 manat hissəsinə və «xxxx.» Şirkəti ilə Cavabdeh3 Sığorta Şirkəti ASC arasında bağlanmış LAC-********* saylı Həyat Sığortası müqaviləsinə əsasən ödənilməli olan 75816 manat sığorta ödənişinə münasibətdə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə vərəsəlik hüququnun müəyyən edilməsi, X1 işlədiyi «xxxx.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ödənilməli olan 46.052,42 manat son haqq-hesab məbləğinin 6.881,05 manatının 4/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə isə Cavabdeh2 pay hüququnun müəyyən edilməsi, ilk və qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edi lmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Eyvazov, Z.Əliyev, F.Talışinski) xx.xx.2019-cu il tarixli, 2(103)-*********/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-*****/2019 saylı qətnaməsinin qismən, yəni «X1 işlədiyi «xxxx.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ödənilməli olan 46.052,42 manat son haqq-hesab məbləğinin 39.171,37 manat hissəsinə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə vərəsəlik hüququnun müəyyən edilməsi, 6.881,05 manatının 4/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə isə Cavabdeh2 pay hüququnun müəyyən edilməsi» hissədə ləğv edilməsi, iddia nın həmin hissədə qismən təmin olunması, X1 işlədiyi «xxxx.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ödənilməli olan 46052,42 manat pul vəsaitinin 29653,53 hissəsinə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə vərəsəlik payının, 16398,89 manat pul vəsaitinin isə 4/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh2 payının müəyyən edilməsi, qətnaməninqalanhissədə (yəni, Bakı şəhəri,************** ünvanında yerləşən ***** nömrəli mənzilə və «xxxx.» Şirkəti ilə Cavabdeh3 Sığorta Şirkəti ASC arasında bağlanmış LAC************* saylı Həyat Sığortası müqaviləsinə əsasən ödənilməli olan 75.816 manat sığorta ödənişinə münasibətdə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə vərəsəlik hüququnun müəyyən edilməsi) apellyasiyaşikayət inəəsasəndəyişdirilmədənsaxlanılması qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sığorta Şirkəti ASC-yə, «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, 2 saylı Bakı “Asan Xidmət” X3 və Cavabdeh5 ASC-yə qarşı «miras payının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ************ ünvanında yerləşən **** nömrəli mənzilin, X1 işlədiyi «xxxx.» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ödənilməli olan 46 052,42 manat son haqq-hesab məbləğinin və X11 ilə Cavabdeh3 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış LAC-************* saylı həyat sığortası müqaviləsinə əsasən ödənilməli olan 75816 manat sığorta ödənişinin 3/6 hissəsinə arvada çatası pay hüququnun və 1/6 hissəsinə miras pay hüququ olmaqla, ümumilikdə 4/6 hissəsinə onun pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh3 Sığorta Şirkəti ASCyə və «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı «miras paylarının müəyyən edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, ************** ünvanında yerləşən **** nömrəli mənzilə, X1 işlədiyi «xxxx.» Şirkətinin Azə rbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ödənilməli olan 46052,42 manat son haqq-hesab məbləğinə və «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Cavabdeh3 Sığorta Şirkəti ASC arasında bağlanmış LAC-************* saylı həyat sığortası müqaviləsinə əsasən ödənilməli olan 75816 manat sığorta ödənişinə vərəsələrin (Cavabdeh1, Cavabdeh2 və İddiaçı) hər birinin 1/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9 və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarından da göründüyü kimi, X11 ilə İddiaçı xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmuş, lakin yaşamaq üçün Bakıda mənzilləri olmadığına görə, nikahdan dərhal sonra Azər Aslanov iddiaçını Bakıya apara bilməmişdir. Çünki N1 ilə A1 öz aralarında verdiyi qərara görə Bakıda kirayə və sair xərclərin yaranmasının qarsısın almaq üçün N1 müvəqqəti olaraq atası evində qalacaq, A1 qazandığı pulları toplayıb Bakıdan mənzil alacaq və təmir işləri tamamlandıqdan sonra N1 ni də Bakıya aparacaq, həmin vaxta qədər isə N1 özünün qazancı hesabına özünü idarə edəcəkdi. Buna uyğun olaraq A1 mübahisəli mənzilin 2017-ci ilin iyul ayında təmir işləri tamamlandıqdan sonra İddiaçı Bakı şəhərinə aparmış və Azərbaycandakı qohumlarının da toyda iştirak edə bilməsi üçün xx.xx.2017-ci il tarixdə Bakıda ikinci dəfə toy edilmişdir. A1 ilə N1 nikaha daxil olduqdan sonra ər-arvad münasibətləri olmuş və bu səbəbdən iddiaçı Bakıya gətirilənə qədər Azər dəfələrlə Rusiya Federasiyasına getmiş, hər dəfə azı 10-15 gün olmaqla iddiaçının atasının evində onlarla birlikdə yaşamışdır. Cavabdehlərin bildirdikləri kimi, tərəflərin rəsmi nikahları “Green card” əldə etməyə görə olmamışdır. Göründüyü kimi nikaha daxil olduqdan sonra onlar təxminən 1 il ərzində müəyyən müddətlərdə ayrı yaşasalar da, əslində A1 ilə İddiaçı arasında ər-arvad münasibətləri olmuş və onlar təsərrüfatı birgə idarə etmişlər. Bundan başqa, apellyasiya məhkəməsi mənzilin mərhumun ayrıca mülkiyyəti olması qənaətinə gələrkən “xxxx” MTK ilə A1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsinə istinad edərək, mənzilin xx.xx.2016-cı ildə əldə edilməsini göstərmişdir. Lakin apellyasiya məhkəməsi əmlakın əldə edilməsi an ını düzgün müəyyən edə bilməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh1 mənzillə bağlı MTK ilə xx.xx.2016-cı ildə müqavilə bağlayaraq 15000 manat ödəsə də, müqavilə üzrə ödənilməli olan 134440 manat məbləğində vəsaiti xx.xx.2017-ci ildə Cavabdeh5 ASC-dən götürdüyü kredit hesabına ödəmiş və bununla da mənzili əldə etmişdir. Qanunvericiliyə görə isə şəxs kooperativin mənzilinə o halda mülkiyyət hüququ əldə edir ki, o, kooperativə üzv olmalı və mənzil üçün pay haqqını tam ödəməlidir. Yəni məhkəmənin mövqeyinə uyğun olaraq, A1 faktiki ailə münasibətinin və birgə təsərrüfat aparmasının xx.xx.2017-ci ildən başlaması fərz edilsə belə, yenə də iddia təmin edilməli idi. Çünki mənzilə görə pay haqqı tam şəkildə xx.xx.2017-ci ildə ödənildiyindən mənzilin əldə edilməsi t arixi də həmin gün hesab olunmalıdır. Mənzilə görə 134440 manat pulun bank tərəfindən xx.xx.2017-ci il tarixdə ödənilməsi iş materiallarında olan ipoteka müqaviləsi ilə təsdiq olunur. Məhkəməsinin 46052.41 manat son haqq-hesab məbləği ilə bağlı payların müəyyən edilməsi hissəsində gəldiyi nəticə də əsassızdır. Belə ki, iş materiallarında olan «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2018-ci il tarixli məktubundan da görünür ki, 62891 manat son haqq-hesab məbləğinə digər ödəmələrlə yanaşı, vəfat etmiş işçinin vərəsələrinə orta aylıq əmək haqqının üç misli miqdarında müavinət də daxil edilmişdir. Apellyasiya məhkəməsi məhkəmənin səhvini qismən düzlətsə də, yenə də səhvə yol vermişdir. Məhkəmələr işəgötürənin təqdim etdiyi məktubla əmək haqqı hesablama cədvəli ara sında ziddiyyətlərin olmasını da nəzərə almamışvə bununla bağlı araşdırma aparmamışdır. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*********/2019 nömrəli qətnaməsinin ilk iddia tələbinin rədd edilmiş hissəsində, habelə qarşılıqlı iddia tələbinin isə təmin edilmiş hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9, vəkili, ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçıla r Cavabdeh1, X5, cavabdeh «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin, həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin, 2 saylı Bakı “Asan Xidmət” X2 və Cavabdeh5 ASC-nin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.20 19-cu il tarixli, 2(103)-*********/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Sığorta Şirkəti ASC-nin vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*********/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası gəlmiş olduğu qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, X11 ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Rusiya Federasiyasında (Tver vilayəti) rəsmi nikah bağlanmış, lakin faktiki olaraq ailə qurmamış, birgə təsərrüfat idarə etməmişlər. Çünki, rəsmi nikahdan sonra İddiaçı əvvəlki kimi Rusiya Federasiyasında, X11 isə Bakı şəhərində yaşaaqda davam etmişdir. Həmin şəxslər xx.xx.2017-ci il tarixdə, yəni Bakı şəhrində toylarının baş tutmasından sonra faktiki ər-arvad kimi birliklə yaşamağa, birgə təsərrüfat idarə etməyə başlamışlar (işin qeyd edilən halı izahatlarla yanaşı, işdə olan fotoşəkillər və videogörüntülərdən də aydın görünür). X11 xx.xx.2018-ci iltarixdə X4 Florida ştatının Volusiya əyalətində «**************» çimərliyindəsuda boğularaq vəfat etmişdir. Onun vəfatından sonra Bakı şəhəri,********************* ünvanında yerləşən **** nömrəli mənzil, X1 işlədiyi «xxxx» Şirkətinin Azarbaycan Respu blikasındakı Nümayəndəliyi tərəfindən ödənilməli olan 46052,42 manat son haqq-hesab məbləği (əmək və əlavə əmək məzuniyyətə görə ödənişlər, bonus, ev kirayəsi üçün ödəniş və s., habelə Əmək Məcəlləsinin 77-ci Maddəsinin 7-ci bəndi ilə nəzərdə tutulan vəfat etmiş işçinin vərəsələrinə orta aylıq əmək haqqının üç misli miqdarında müavinət) və «xxxx» Şirkəti ilə Cavabdeh3 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış LAC-*********** saylı Həyat Sığortası müqaviləsinə əsasən ölümünə görə ödənilməli olan 75816 manat sığorta ödənişi miras qalmışdır. X1 vərəsələri - valideynləri Cavabdeh1 və Cavabdeh2, habelə arvadı İddiaçıdır. Belə ki, işdə olan «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı şəhəri 2 saylı «ASAN xidmət» Mərkəzində fəaliyyət göstərən Bak ı şəhərinin notariusu ************** ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, «xxxx» Şirkəti işəgötürən kimi X7 vərəsələrinə ödəyəcəyi son haqq-hesab məbləği (bura daxildir: mərhumun 2018-ci ilin aprel ayında işlədiyi günlərə görə əmək haqqı, sahildən uzaqda işə görə əmsal, bayram günlərində işə, axşam saatlarında işə, illik iş normasından artıq iş saatlarına, istifadə edilməmiş məzuniyyət günlərinə görə ödəniş və Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndi ilə nəzərdə tutulan vəfat etmiş işçinin vərəsələrinə orta aylıq əmək haqqının üç misli miqdarında müavinət) - vergi və məcburi ödənişlərə cəlb edilməmişdən qabaq 62891,68 manat (altmış iki min səkkiz yüz doqsan bir manat, 68 qəpik) təşkil edir. Vergi və məcburi sosial tutulmalar edildikdən sonra ödəniləcək məbləğ 46052,42 manatdır (qırx altı min əlli iki manat, 42 qəpik). X11 həmçinin Cavabdeh3 Sığorta Şirkəti ilə bağlanmış xx.xx.2018 tarixli LAC-************ saylı Həyat Sığortası müqaviləsinə əsasən Həyat Sığortası ilə təmin edilmişdir. Sığorta müqaviləsinə əsasən müqavilə şərtləri ilə nəzərdə tutulan sığorta hadisəsi baş verdikdə Cavabdeh3 Sığorta Şirkəti sığorta olunanın vərəsələrinə onun sığorta müqaviləsinin bağlanma anına olan 2 illik əmək haqqı miqdarında sığorta ödənişi etməlidir. X6 təqdirində bu məbləğ 75816 manat (yetmiş beş min səkkiz yüz on altı manat) təşkil edir. Qanunvericiliyə əsasən bu məbləğ heç bir vergi və sosial ödənişlərə cəlb edilmir. Eyni zamanda, işin faktiki hallarına əsasən X11 ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Rusiya Federasiyasında (Tver vilayəti) r əsmi nikah bağlanmış, lakin faktiki olaraq ailə qurmamış, birgə təsərrüfat idarə etməmişlər. Çünki, rəsmi nikahdan sonra İddiaçı əvvəlki kimi Rusiya Federasiyasında, X11 isə Bakı şəhərində yaşaaqda davam etmişdir. Həmin şəxslər xx.xx.2017-ci il tarixdə, yəni Bakı şəhrində toylarının baş tutmasından sonra faktiki ər-arvad kimi birliklə yaşamağa, birgə təsərrüfat idarə etməyə başlamışlar (işin qeyd edilən halı izahatlarla yanaşı, işdə olan fotoşəkillər və videogörüntülərdən də aydın görünür). İddiaçı tələbinə görə qeyd edilən miras əmlaklar birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlakdır və onların 1/2 hissəsinə münasibətdə özünün mülkiyyət hüququ vardır. Bu baxımdan qeyd edilən əmlakların yalnız yarısı (1/2 hissəsi) üç vərəsə arasında bölünməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mövqeyinə görə isə həmin miras əmlaklar birgə nikah dövründə əldə edilmiş əmlak kateqoriyasına aid deyildir və buna görə də üç vərəsə arasında bərabər payda bölünməlidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, ilk iddiaçının birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu irəli sürdüyü əmlakların bu cür statusa malik olduqları iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Bakı şəhəri, Yasamal rayonu,********** ünvanında yerləşən ümumi sahəsi 90,3 m2 olan mənzil hələ tərəflərin faktiki nikah münasibətlərinə daxil olmamışdan əvvəl – yəni, 2016-cı ilin sentyabr ayında X11 tərəfindən əldə edilmiş, həmin müqaviləyə müvafiq olaraq Cavabdeh5 ASC-nin Abşeron filialı ilə X11 arasında bağlanmış kredit və ipoteka müqavilələrinə əsasən MTKya olan qalıq borcunu ödəmək məqsədi ilə illik 10 faiz dərəcəsi ilə 134.440 manat kredit verilmiş, həmin kreditin təminatı olaraq sözügedən mənzil ipoteka ilə yüklü edilmişdir. Tərəflər mənzilin xx.xx.2016-cı il tarixdə alınmasını mübahisələndirməmişlər. Bu o deməkdir ki, sözügedən mənzil mərhum Azər Aslanovun və ilk İddiaçı birgə təsərrüfat aparmadığı, faktiki olaraq nikah münasibətlərində olmaqdıqları (ayrı yaşadıqları) dövrdə mərhum Azər Aslanov tərəfindən əldə edilmişdir. Göründüyü kimi, sözügedən mənzilin ər-arvadın ümumi gəlirləri əsasında əldə olunmasını açıq-aşkar istisna edilir. Mənzilin əldə olunduğu vaxta tərəflər arasında faktiki nikah münasibətlərinin mövcud olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, sonradan yəni, tərəflərin faktiki nikahda olmaqla birgə təsərrüfat apardıqları dövrdə mənzilə görə kredit ödənişlərinin bir qisminin həyata keçirilməsi da fərqli nəticəyə gəlmək üçün əsas deyildir. Bununla belə məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilə görə kredit ödənişlərinin bir qisminin tərəflərin birgə yaşadığı dövrdə həyata keçirildiyindən, ilk İddiaçı tərəfindən müvafiq sübutlar təqdim edilməklə həmin ödənişlərin özünə çatan hissəsinə dair tələb irəli sürmək hüququ vardır. Apellyasiya kollegiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyət i sayılır. Mülki Məcəllənin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-a rvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Göründüyü kimi, qanunverici hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün aşağıdakı şərtlərin olmasını zəruri hesab etmişdir: - əmlakın nikah müddətində əldə olunması, - əmlakın əvəzli, yəni ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İşdə ola sübutlara (müqavilə, maliyyə arayışı, «xxxx» MTK-nın məhkəmə kollegiyasına ünvanladığı arayış və s.) əsasən mübahisə mənzilə dair mərhum A1 «xxxx» MTK arasında xx xxxxxxxx 2016-cı il tarixli, ***** nömrəli payçı müqaviləsi bağlanmışdır. MTK-nın xx xxxxxxxx 2016-cı il tarixli arayışına əsasən A1 mənzilin ümumi dəyəri olan 149440 manat puldan 15000 manat hissəsini nağd ödəmiş, qalıq 134440 manat hissəsi isə Cavabdeh5 ASC tərəfindən A1 verilmi ş kredit hesabına ödənilmişdir. Eyni zamanda, «xxxx» MTK-nın məhkəmə kollegiyasına ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubdan aydın olur ki, «xxxx» MTK ilə A1 arasında yalnız bir müqavilə bağlanmış, sonuncu tərəfindən başqa digər mənzil alınmamışdır. A1 «xxxx» MTK arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli, **** nömrəli payçı müqaviləsinə əsasən əldə olunmuş mənzilin nömrəsi 7 olmuşdur. Həmin mənzilə dair A1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin nömrəsinin 8 kimi qeyd edilməsinin səbəbi həmin binada mövcud olan başqa bir mənzilin ikiyə bölünməsi ilə bağlı binadakı mənzillərin DƏDRX tərəfindən yenidən nömrələnməsi olmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olunmüşdür ki, miras qalmış mənzil A1 tərəfindən xx xxxxxxxx 2016-cı il tarixdə əldə olunmuş, dəyərinin bir hissəsi, yəni 15000 manat hissəsi xx.xx.2016-cı il tarixdə A1 tərəfindən nağd şəkildə, qalan hissəsi isə bankın verdiyi krediti hesabına ödənilmişdir. Göründüyü kimi, mənzil əldə olunan zamanı X13 faktiki olaraq ər-arvad kimi yaşamamış, birgə təsərrüfat idarə etməmişlər. Eyni zamanda, mənzilin dəyəri də ər-arvadın ümumi gəlirləri hesabına ödənilməmişdir. Bu səbəbdən də, mənzilə dair A1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın xx xxxxxx 2017-ci il tarixdə, yəni ər-arvadın faktiki olaraq birgə yaşamağa və birgə təsərrüfat idarə etməyə başladıqları vaxtda verilməsi vəziyyəti dəyişdirmir (qeyd edilən tarixdə sadəcə A1 mənzil üzərində olan mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır). Bununla yanaşı, apellyasiya kollegiyası hesab etmişdir ki, birin ci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, «xxxx» Şirkəti ilə Cavabdeh3 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış LAC-******* saylı Həyat Sığortası müqaviləsinə əsasən A1 ölümünə görə ödənilməli olan 75816 manat sığorta ödənişinin də ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilə bilməz. Əvvəla, ilk iddia ərizəsində sığorta müqaviləsinin mərhum A1 ilə Cavabdeh3 Sığorta ASC arasında bağlandığı və müqavilə üzrə sığorta haqqının da məhz onların ümumi birgə mülkiyyəti hesab olunan A1 əmək haqqından tutulmaqla ödənildiyi göstərilsə də, sığorta müqaviləsinin A1 ilə Cavabdeh3 Sığorta ASC arasında deyil, «xxxx» Şirkəti ilə Cavabdeh3 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında bağlandığı, həmin müqaviləyə əsasən «X12.»də çalışan işçilərin kollektiv şəkildə siğorta olu nduğu, habelə ümumi sığorta haqqının da məhz «xxxx» Şirkəti tərəfindən ödənildiyi müəyyən edilmiş, qeyd edilənlər «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş məktublarla təsdiqini tapmışdır. Digər tərəfdən «X12.» və Cavabdeh3 Sığorta ASC arasında 2017-ci tarixdə bağlanmış LAC************ saylı Həyat Sığortası müqaviləsinin şərtlərindən də görünür ki, müqaviləyə görə şirkətin işçiləri kollektiv olaraq sığorta olunmuş, sığorta olunanın ölümü halında isə onun qanun üzrə vərəsələri faydalanan şəxslər qismində təsbit edilmişlər. İddiaçı tərəf Ailə Məcəlləsinin 32.2.1-ci maddəsinə (xüsusi təyinatı olmayan digər pul ödəmələri) əsaslanaraq Azər Aslanovun ölümü ilə əlaqədar veriləcək müvafiq sığorta ödənişinin ər-arvadın ümumi birgə mülkiyyətinə a id olmasını iddia etmişdir. Apellyasiya kollegiyası, iddiaçı tərəfin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Ailə Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Göründüyü kimi, ər (arvad) öldükdə nikaha qanunla xitam verilir. Həyat Sığortası müqaviləsinin mahiyyətindən də aydın olur ki, müvafiq sığorta məbləği işçinin ölümü ilə əlaqədar yaranmış sığorta hadisəsinə görə vərəsələrə ödənilir. Həmin sığorta məbləği isə heç bir halda ərarvadın birgə mülkiyyəti hesab oluna bilməz (ər-arvad sağ olan zamanı, yəni AM-nin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri ümumi birgə əmlak deyildir). Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sığorta ödənişini miras əmlak kimi bütün vərəsələr bərabər qaydada aid etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə əsassızdır. Bununla yanaşı, apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin X1 vərəsələrinə ödəniləcək 46052,42 manat pul vəsaitinin tərkibində 39171,37 manat hissəsinin ölümlə əlaqədar əmək müqaviləsinə xitam verilməsi ödənişinə (Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən) aid etmək səhvə yol vermişdir. Belə ki, «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən, xüsusilə «əmək haqqı hesablama» cədvəlindən (iş vərəq 79) tam aydın görünür ki, X6 vərəsələrinə ödəniləcək son haqq-hesab məbləği (bura daxildir: mərhumun 2 018-ci ilin aprel ayında işlədiyi günlərə görə əmək haqqı, sahildən uzaqda işə görə əmsal, bayram günlərində işə, axşam saatlarında işə, illik iş normasından artıq iş saatlarına, istifadə edilməmiş məzuniyyət günlərinə görə ödəniş və Əmək Məcallləsinin 77-ci maddəsinin 7-ci bəndi ilə nəzərdə tutulan vəfat etmiş işçinin vərəsələrinə orta aylıq əmək haqqının üç misli miqdarında müavinət) - vergi və məcburi ödənişlərə cəlb edilməmişdən qabaq ümumilikdə 62891,68 manat (altmış iki min səkkiz yüz doqsan bir manat, 68 qəpik) təşkil etmiş, vergi və məcburi sosial tutulmalar edildikdən sonra 46052,42 manat (qırx altı min əlli iki manat, 42 qəpik) ödəniləcək məbləğ qalmışdır. Həmçinin apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi vergi və məcburi sosial tutulmalar edilməmişd ən əvvəl 62891,68 manat pul vəsaitinin tərkibində ölümlə əlaqədar əmək müqaviləsinə xitam verilməsi ödənişi olan 39171,37 manat pul vəsaitinin də olmasını, müvafiq gəlir vergisinin tətbiqi ilə əlaqədar sonunsu ödənişin də azalaraq 46052,42 manat pul vəsaitinin tərkibində 29653,53 manat (Vergi Məcəlləsinə əsasən, 39171,37 – 2500 – 25% +350 = 29653,53 manat) qalmasını nəzərə almamışdır. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin ölümü ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi ilə bağlı vərəsələrə ödənilən pul vəsaitində ərarvadın ümumi birgə mülkiyyəti mövcud deyildir. Bu səbəbdən də, 29653,53 manat pul vəsaiti vərəsələr arasında bərabər bölünməlidir. Vəfat etmiş işçinin son haqq-hesabına (ödənilməmiş əmək haqqı və s.) isə ər-arvadın ümumi birgə mülkiyyəti mövcud olduğundan, həmin məbləği təşkil edən 16398,89 manat pul vəsaitinin ½ hissəsi İddiaçı mülkiyyəti kimi vərəsələr arasında bölünə bilməz. Həmin pul vəsaitinin yalnız X1 payına düşən ½ hissəsinə (8199,5 manat) vərəsələrin bərabər payları müəyyən olunmalıdır. Belə olan halda isə, «xxxx» Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin tərəfindən ödəniləcək 46052,42 manat pul vəsaitinin 29653,53 (iyirmi doqquz min altı yüz əlli üç manat, 53 qəpik) hissəsinə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/3 hissədə vərəsəlik payı, 16398,89 (on altı min üç yüz doxsan səkkiz manat, 89 qəpik) manatın isə 4/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh2 payı müəyyən edilməldir. Beləliklə, apellyasiya kollegiyası hesab etmişdir ki, qətnamə qeyd edilən hi ssədə əsaslı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Belə olan halda isə, qətnamə həmin hissədə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətinə əsasən ləğv olunmalıdır. Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlillləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yoxlanılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. İş materiallarından və qəbul edilmiş qətnamədən göründüyü kimi, apellyasiya kollegiyasıya mübahisənin hər bir hissəsi üzrə (hazırda kassasiya şikayətinin dəlillərini təşkil edən hissələr də daxil olmaqla) araşdırma aparmış və hər bir hissə üzrə düzgün hüquqi mövqedə olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya ş ikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*********/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar