Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1182/2025 22.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı X1 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1182/2025 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma, mənzil üzərində pozulmuş sahiblik hüquqlarının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X5 ibarət tərkibdə, İddiaçı X1 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı “müqavilənin etiba rsız hesab edilməsi, mənzildən çıxarılma, mənzil üzərində pozulmuş sahiblik hüquqlarının bərpa edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1517/2016 nömrəli, 19 fevral 2016-cı il tarixli qətnaməsindən məhkəmə aktı maraqlarına toxunan şəxs Qanuni nümayəndə (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh2 ilə X4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilədən görünür ki, MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə inşa etdiyi yaşayış binasının 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131,83 kv.m. olan 165 saylı mənzili p ayçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 67.497 manatı ödəməyi öhdəsinə götürmüşdür. 2. xx.xx.2007-ci il tarixli, 1004 saylı arayışa əsasən 5.525 manat, xx.xx.2007-ci il tarixli, 1075 saylı arayışa əsasən 7.650 manat, xx.xx.2007-ci il tarixli, 1215 saylı arayışa əsasən 1.360 manat, xx.xx.2007-ci il tarixli, 1299 saylı arayışa əsasən 2.535 manat, xx.xx.2007-ci il tarixli, 1460 saylı arayışa əsasən 2.950 manat, xx.xx.2008-ci il tarixli, 143 saylı arayışa əsasən 3.100 manat, xx.xx.2008-ci il tarixli, 387 saylı arayışa əsasən 3.312 manat, xx.xx.2008-ci il tarixli, 577 saylı arayışa əsasən 1.640 manat, xx.xx.2008-ci il tarixli, 671 saylı arayışa əsasən 1.218 manat, xx.xx.2007-ci il tarixli, 978 saylı arayışa əsasən 27.200 manat, xx.xx.2008-ci il tarixli, 807 saylı arayışa əsasən 1.930 manat, xx.xx.2008-ci il tarixli, 898 saylı arayışa əsasən 2.125 manat, xx.xx.2008-ci il tarixli, 1022 saylı arayışa əsasən 1.620 manat, xx.xx.2008-ci il tarixli, 1082 saylı arayışa əsasən 2.400 manat, xx.xx.2008-ci il tarixli, 1138 saylı arayışa əsasən 2.932 manat məbləğində pul İddiaçıa tərəfindən Cavabdeh2-ya ödənilmişdir. 3. xx.xx.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə tikilməkdə olan binanın 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131,83 kv.m. olan 165 saylı mənzili X17 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və 67.497 manatı ödəməyi öhdəsinə götürmüşdür. 4. xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə tikilməkdə olan binasının 2-ci girişinin 10cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131,83 kv.m. olan 165 saylı mənzili X8 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 67.497 manatı ödəməyi öhdəsinə götürmüşdür. 5. xx.xx.2012-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə tikilməkdə olan binanın 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131,83 kv.m. olan 165 saylı mənzili Cavabdeh1 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 67.497 manatı ödəməyi öhdəsinə götürmüşdür.
6. Raqif İsrailov tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 ü nvanında tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən sahəsi 131,83 kv.m. olan, 3 otaqlı 165 saylı mənzilin Cavabdeh1 adına sənədləşdirilməsinə etiraz etməmişdir.
7. Əlniyaz Cəfərov tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında yerləşən ona məxsus olan 2-ci girişin 10-cu mərtəbəsində yerləşən sahəsi 131,83 kv.m. olan 3 otaqlı, 165 saylı mənzilin Cavabdeh1 adına sənədləşdirilməsinə etiraz etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində ilk icraat:
8. İddiaçı X4 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2-ya, "xxxx" MMC-yə və Cavabdeh1 (bundan sonra birinci cavabdehlər, yaxud, MTK, M MC, ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində, ümumi sahəsi 131,83 kv.m. təşkil edən 3 otaqlı, 165 saylı mənzilinə dair MTK ilə Cavabdeh1 arasında bağlanılan müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzil üzərində onun pozulmuş sahiblik hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 4 ünvanda çoxmərtəbəli yaşayış evi tikən cavabdeh MTK-ya müraciət edərək həmin evdə 3 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Bu əsaslarla ilkin razılıq əldə edildikdən sonra cavabdeh MTK ilə onun arasında 26 iyul 2007-ci il tarixdə kooperativ binada m ənzil tikintisi haqqında müqavilə bağlanılmışdır. Kooperativlə onun arasında bağlanan həmin müqaviləyə uyğun olaraq kooperativ ona ünvan 4 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış evinin 2-ci blokunda 10cu mərtəbəsində ümumi sahəsi 131,83 kv.m. təşkil edən 3 otaqlı 165 saylı mənzili verməli, o, isə həmin mənzilin tam dəyərini kooperativə ödəməli idi. Qeyd olunan müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi qiyməti 67.497 manat müəyyən edilmişdir. O, müqavilə imzalanan gün cavabdeh MTK-ya 27.200 manat vəsait ödəmiş, daha sonra isə xx.xx.2007-ci il tarixli, 1004 saylı arayışa əsasən 5.525 manat, xx.xx.2007-ci il tarixli, 1075 saylı arayışa əsasən 7.650 manat, xx.xx.2007-ci il tarixli, 1215 saylı arayışa əsasən 1.360 manat, xx.xx.2007-ci il tarixli, 1299 saylı arayışa əsasən 2.535 manat, xx.xx.2007-ci il tarixli, 1460 saylı arayışa əsasən 2.950 manat, xx.xx.2008-ci il tarixli, 143 saylı arayışa əsasən 3.100 manat, xx.xx.2008-ci il tarixli, 387 saylı arayışa əsasən 3.312 manat, xx.xx.2008-ci il tarixli, 577 saylı arayışa əsasən 1.640 manat, xx.xx.2008-ci il tarixli, 671 saylı arayışa əsasən 1.218 manat, xx.xx.2007-ci il tarixli, 978 saylı arayışa əsasən 27.200 manat, xx.xx.2008-ci il tarixli, 807 saylı arayışa əsasən 1.930 manat, xx.xx.2008-ci il tarixli, 898 saylı arayışa əsasən 2.125 manat, xx.xx.2008-ci il tarixli, 1022 saylı arayışa əsasən 1.620 manat, xx.xx.2008-ci il tarixli, 1082 saylı arayışa əsasən 2.400 manat, xx.xx.2008-ci il tarixli, 1138 saylı arayışa əsasən 2.932 manat pulu kooperativə vermişdir. O, kooperativlə bağladığı müqavilənin şərtinə əməl etsə də, binanı n tikintisi nəzərdə tutulduğundan daha gec başa çatmış, o, vəd edilən vaxt ərzində mənzilə köçüb orada yaşaya bilməmişdir. Cavabdeh tərəfin öz vəzifəsini vaxtında yerinə yetirməməsi ona ciddi zərər vursa da, daha ciddi bir problemin və ona qarşı daha ciddi hüquq pozuntusunun törədildiyi daha sonra məlum olmuşdur. Belə ki, o, cavabdeh təşkilatdan mənzildə təmir aparılması və köçüb orada yaşaması üçün şərait yaradılmasını tələb etdikdə ona məlum olmuşdur ki, MTK-nın rəhbərliyi əvvəlcədən düşünülmüş plan əsasında binadakı bir neçə mənzili, o cümlədən onun dəyərini ödəyib satın aldığı mənzili insanların ona olan inamından sui-istifadə edərək dələduzluq yolu ilə ikinci dəfə sataraq qanunsuzluğa yol vermiş və ona məxsus olan mənzil üzərində mülkiyyət hüququnu pozmuşdur. Ona məxsus olan həmin mən zil sonradan Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 təmir işləri apardıqdan sonra həmin mənzilə köçərək orada yaşamağa başlamış və hazırda da həmin mənzildə yaşayır. MTK-nın rəhbərliyi barəsində isə yol verdiyi dələduzluq əməllərinə görə cinayət işi qaldırılmış, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdir. Bundan sonra həmin binanın idarəçiliyini "xxxx" MMC həyata keçirməyə başlamışdır. ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 131,83 kv.m. təşkil edən 3 otaqlı 165 saylı mənzilinə dair MTK ilə Cavabdeh1 arasında bağlanılan müqavilə etibarsız hesab edilməli, cavabdeh həmin mənzildən çıxarılmalı, həmin mənzil üzərində onun pozulmuş sahiblik hüquqları bərpa edilməlidir. Mülkiyyətin müdafiəsinə dair maddi hüquq normaları nın tələblərindən də göründüyü kimi, qanunvericilik mülkiyyətçinin hüquqlarını ciddi şəkildə qoruyur. Lakin cavabdeh MTK-nın rəhbərliyinin tutduğu vəzifədən sui-istifadə edərək ona məxsus olan, onun mülkiyyəti hesab edilən mənzili təkrar başqa şəxsə satması etibarsız əqddir. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Cavabdeh MTK ona məxsus olan mənzili onun özünün olmadığını bilə-bilə digər cavabdehə satması, onunla müqavilə bağlaması tutduğu vəzifədən suiistifadə etməsidir. Çünki kooperativ təşkilatın möhürü rəhbərlikdə olmuş və bundan istifadə edərək digər Cavabdeh1 ilə mənzilə dair qanunsuz müqavilə bağlamışdır. Nəticə də isə Cavabdeh1 cavabdeh MTK-nın rəhbərliyi tərəfindən aldadılmışdır. Cavabdeh1 ona məxsus ünvan 4 ünvanda yerləşən yaşayış binasının 165 saylı mənzilindən çıxarılmalı, onun həmin mənzil üzərində sahiblik və istifadə hüquqları bərpa edilməlidir. Cavabdeh MTK-nın həmin ünvanda fəaliyyətini hazırda "xxxx" MMC davam etdirir və təşkilatdan bildirilir ki, MTK-nın fəaliyytinə görə bütün məsuliyyət MMC-yə aiddir. Lakin bu şifahi məlumat olduğu üçün, ona bu barədə heç bir yazılı sənəd təqdim edilmədiyi üçün cavabdeh kimi həm MTK, həm də onun adından fəaliyyət göstərdiyini iddia edən MMC cəlb edilmişdir.
10. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 14949/15017 saylı, xx.xx.2015-ci il tarixli rəydən görünür ki, X19 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci tarixli müqavilənin surətinin mətni X4 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin mətni ilə eynilik təşkil edir. xx.xx.2007-ci il tarixli müqavilənin və Raqif İsrailova verilmiş 313 saylı, xx.xx.2007-ci il tarixli arayışın çap olunmuş mətnlərin rəngləyici maddələri kimyəvi tərkibinə görə texniki qurğularda istifadə olunan rəngli maddələrə aiddirlər.
11. Məhkəmə Ekspertizası Mərkəzindən alınmış digər, 15133 saylı, xx.xx.2015-ci il tarixli rəydən görünür ki, xx.xx.2007-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqavilədə Cavabdeh2-nın sədri Ziyafət Gülmalıyev qrafasındakı imza və X1 adına olan 143, 387, 577, 671, 807, 898, 978, 100 4, 1022, 1075, 1082, 1138, 1215, 1299, 1460 saylı arayışlarda Cavabdeh2-nın sədri Ziyafət Gülmalıyev qrafasındakı imza X6 tərəfındən icra olunmuşdur.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-2552/15 nömrəli, 2 noyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, 165 saylı mənzilə dair bağlanmış əqd etibarlı ilkin əqd kimi qəbul edilə bilməz. Belə ki, mənzil 2012-ci ildə Cavabdeh1 satılarkən, Rafiq İsmayılovun və Əlniyaz Cəfərovun etirazının olmadığı məhkəmə araşdırması zamanı müəyyən olunsa da, həmin mənzilə dair iddiaçı ilə müqavilə bağlanarkən mənzilin ilkin sahibi olan Rafiq İsmayılovun razılığının olması öz təsdiqini tapmamışdır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilənin etibarsızı hesab olunması üçün həmin müqavilənin etibarlı olması üçün qanunla müəyyən olunan şərtə əməl edilməməsi, yəni qanunun tələbinin pozulmasının mövcud olması zəruridir. İddiaçı cavabdeh MTK ilə Cavabdeh1 arasında bağlanan müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı belə bir müqavilənin mövcud olması təsdiqini tapmamışdır.
15. Məhkəmə Cavabdeh1 mənzildən çıxarılmasına, həmin mənzil üzərində iddiaçının pozulmuş sahiblik hüquqlarının bərpa edilməsinə dair iddia tələbi ilə bağlı isə qeyd etmişdir ki, iddia çı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə inşa etdiyi yaşayış binasının 2-ci girişinin 10-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 131,83 kv.m. olan 165 saylı mənzili özünün etibarlı əqd əsasında əldə etdiyini sübuta yetirə bilmədiyindən Cavabdeh1 həmin mənzildən çıxarılmasını, mənzilin ona təhvil verilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də məhkəmə iddia tələbini əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə Cavabdeh1 hazırkı iddia tələbinə iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı cavabdeh MTK ilə Cavabdeh1 arasında bağlanan müqavilənin etibarsız hesab edilməsini xahiş etdiyindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-442/2014 nömrəli, 24 noyabr 2014-cü il tarixli hökmündən iddiaçının bağladığı əqd üzrə hüquqlarının pozulmasını xx.xx.2013-cü il tarixdə bilməsi müəyyən olunduğundan, iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsi mümkün deyildir.
17. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 60, 33-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 646.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 213, 214, 233 və 360-cı maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili X13 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla ə saslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, mübahisəli mənzilə dair MTK ilə X19 arasında xx.xx.2007ci il tarixində guya müqavilə bağlanılmış, bundan sonra MMC X14 ilə arasında bağlanılan xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzili ona satmış, Əlniyaz Cəfərov isə mənzili Cavabdeh1 satmış, bununla bağlı Cavabdeh1 və MMC arasında xx.xx.2012-ci il tarixində müqavilə bağlanmışdır. İddiaçı ilə müqavilə isə X3 xx.xx.2007-ci il tarixində bağlanmışdır. Mübahisəli mənzilə dair ilkin müqavilə guya X19 ilə şirkət arasında bağlandığından məhkəmə həmin müqavilənin kserosurətini sübut kimi qəbul edərək, ona əsaslanmışdır. Əslində isə X19 ilə MTK arasında belə bir müqavilə bağlanmamışdır. Həmin kserosurət cavabdeh MMC tərəfindən texniki vasitələrdən istifadə etməklə süni surətdə tərtib edilərək iddiaçının tələblərinin təmin edilməsinin əngəllənməsi məqsədi güdmüşdür. Birinci instansiya məhkəməsi dəfələrlə həmin müqavilənin əslini tələb etməsinə baxmayaraq, cavabdeh tərəf müqavilənin əslini ortaya çıxara bilməmişdir. MMCnin rəhbərliyinin iddiaçının hüquqlarını pozaraq mənzili formal olaraq ayrı-ayrı şəxslərin adına arxa tarixlə sənədləşdirməsi mülki işin materialları ilə açıq-aşkar təsdiq edilsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. Belə ki, məhkəmənin istinadına əsasən mübahisəli mənzilə dair xx.xx.2007-ci il tarixdə Raqif İsrailov ilə, xx.xx.2011-ci il tarixdə isə guya Əlniyaz Cəfərovla müqavilə bağlanılmışdır. Lakin xx.xx.2012-ci il tarixdə mənzil Cavabdeh1 adına sənədləşdirilərkən nədənsə təkcə Əlniyaz Cəfərovun deyil, həm də Raqif İsrailovun razılıq ərizəsi alınmışdır. Halbuki məntiqi əsasa görə həmin vaxt mübahisəli mənzil Əlniyaz Cəfərovun olduğundan bu zaman Raqif İsrailovun deyil, təkcə Əlniyaz Cəfərovun razılıq ərizəsi alınmalı idi. Daha bir ziddiyyətli məqam isə mübahisəli mənzilin guya 2007-ci ildə Raqif İsrailova satılması zamanı da, eləcə də 2011-ci ildə, aradan keçən bu müddətdə Əlniyaz Cəfərova satılan zaman da qiymətinin dəyişməməsi, eyni - 67.497 manat qalmasıdır. Bundan başqa, Raqif İsrailov müqaviləni MTK ilə bağladığı halda, müqavilənin başqa şəxsin adına dəyişdirilməsi ilə bağlı MTK-ya deyil, müqavilə tərəfi olmayan MMC-yə müraciət etmişdir ki, bu da müqavilənin sonradan saxta yolla hazırlandığını təsdiq ed ir. Məhkəmənin sübut kimi istinad etdiyi müqavilənin olmamasının, saxta olmasının başlıca sübutu isə MMC-nin rəhbərlərinin barəsində başlanmış cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüdür. Onların həmin hökmün məhkəmə tərəfindən iş materiallarına əlavə edilməsi barədə məlumatı olmamış, hökmlə bağlı məhkəmə iclasında hər hansı araşdırma aparılmamış, dəfələrlə onlar həmin hökmün tələb edilməsinə dair vəsatət versələr də, məhkəmə təmin etməmiş, sonradan o, apellyasiya məhkəməsində işlə tanış olarkən hökmün iş materiallarında olduğunu görmüş və buna görə də hökmdə müəyyən olunmuş hallarla bağlı apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Bununla da müəyyən olunur ki, məhkəmə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik həmin hökmə bilərəkdən istinad etməmiş, hökmlə müəyyən edi lmiş hallara qiymət verməyərək, üstündən keçmiş və hökmü də sadəcə “adi kağız parçaları kimi” iş materiallarına əlavə etmişdir. Halbuki həmin hökmlə konkret olaraq müəyyən edilmişdir ki, mənzilə dair Raqif İsrailovla MTK arasında guya bağlanılan xx.xx.2007-ci il tarixli müqavilədə və ona uyğun maliyyə arayışında texniki vasitə ilə saxtakarlıq edilərək, iddiaçının adı pozularaq, düzəliş edilmişdir. Həmin hökmlə sözügedən müqavilənin saxta yolla tərtib edilməsi müəyyən edilmiş və buna görə də Cavabdeh1 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış, iddiaçı isə şahid kimi dindirilmişdir. İddiaçının müqaviləsinin həqiqətən də etibarlı müqavilə olması iş materialları ilə açıq-aşkar təsdiq olunmuşdur. Belə ki, MTK MMC arasında yaranmış başqa məhkəmə mübahisəsi ilə bağlı MTK-da olan sən ədlərin təhvil-təsliminə dair Xətai Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş müvafiq akt və siyahıda nə Raqif İsrailovun, nə də Əlniyaz Cəfərovun adlarına hər hansı müqavilə aşkar edilməmiş, yalnız iddiaçının müqaviləsi aşkar olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi MTK-nın sədri Əlniyaz Cəfərovin iddianı qəbul etməsini nəzərə almamışdır. X16 məhkəməyə ünvanladığı ərizəsində də, məhkəmə verdiyi izahatında da mübahisəli mənzilin MTK tərəfındən yalnız iddiaçıya satıldığını təsdiq etmişdir. Bundan əlavə, məhkəmə qərəzli şəkildə daha bir pozuntuya yol verərək, göstərmişdir ki, guya iddiaçı tərəf MTK ilə Cavabdeh1 arasında müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı belə bir müqavilənin mövcud olması öz təsdiqini tapmamışdır. Halbuki iddia ə rizəsindən də görünür ki, iddiaçı tərəf nəinki öz mənzilinin hansı müqavilə əsasında satıldığını bilməmiş, hətta Cavabdeh1 ata adının necə olduğunu da bilməmiş, iddia ərizəsində bunu da qeyd etməmiş, müqavilənin tarixini götərməmişdir. Yalnız məhkəmə araşdırması zamam məlum olmuşdur ki, Cavabdeh1 atasının adı Osmandır və müqavilə də digər cavabdeh MMC ilə bağlanmışdır. Məhkəmə tərəflərə öz hüquqlarını həyata keçirməkdə yardımçı olmaq öhdəliyi daşıdığı halda, formal olaraq cavabdehin-müqavilə tərəfinin adının səhv olmasını bəhanə gətirmişdir. Halbuki məhkəmə iclasları zamanı iddiaçının niyyətinin nə olduğu açıq-aşkar bəlli olmuş və məhkəmə də bunun fərqində olmuşdur. Buna görə də apellyasiya şikayətində onlar bu əhəmiyyətsiz, formal səhvi aradan qaldırmışlar.
20. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1517/2016 nömrəli, 19 fevral 2016-cı il tarixli qətnaməsi ilə (X25 (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və Toğrul Əliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 02 noyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10cu mərtəbəsində ümumi sahəsi 131,83 kv.m. olan 3 otaqlı 165 saylı mənzilə dair cavabdehlər MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin alınması ilə bağlı Cavabdeh1 tərəfindən ödənilmiş 67.497 manat ın "xxxx" MMC-dən (hökmlə məhkum olunmuş təqsirkar şəxslərdən-X20 və Qanuni nümayəndə) alınaraq Cavabdeh1 ödənilməsi, eyni zamanda Cavabdeh1 mənzilə görə ona dəymiş ziyanla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 35 manatın MMC-dən iddiaçının xeyrinə tutulması, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 170 manatın cavabdeh MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin imperativ tələblərini pozaraq, mövcud olmayan müqaviləyə sübut kimi əsaslanmışdır. Halbuki hazırkı mübahisənin həlli üçün həmin müqavilənin mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyin dən, yalnız həmin müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti sübut kimi qəbul edilə bilərdi.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-442/2014 nömrəli, xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, "xxxx" MMC-nin təsisçisi olmuş X20 və "xxxx" MMC-nin direktoru olmuş Qanuni nümayəndə Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında əvvəllər alğı-satqı müqavilələri ilə mənzillərin və digər sahələrin ayrı-ayrı şəxslərə satıldığını bildikləri halda, Fuad Mirzəyev özü və onun tapşırığına əsasən Qanuni nümayəndə həmin yaşayış və qeyri-yaşayış sahələrini saxta sənədlər əsasında rəsmiləşdirərək "xxxx" MMC-nin adından yenidən başqa şəxslərə satmaqla, o cümlədən xx.xx.2012-ci il tarixli saxta müqavilə ilə binanın ikinci girişinin onuncu mərtəbəsində yerləşən ümumi sahəsi 131,83 kv.m. olan üçotaqlı mənzili Cavabdeh1 88.000 manata satmış, nəticədə 18 mənzili və iki qeyri-yaşayış sahəsini 18 (on səkkiz) nəfərə satıb, onların bir hissəsindən pulu özü, digər hissəsindən Qanuni nümayəndə nağd olaraq almaqla, özgənin külli miqdarda, yəni 1.043.584 manat məbləğində əmlakını vəzifə saxtakarlığı törətməklə qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmişlər. (Həmin cinayət işi üzrə Cavabdeh1 zərərçəkmiş şəxs, X4 isə şahid qismində tanınmışdır.) Buna görə də "xxxx" MMC-nin təsisçisi olmuş X20 və "xxxx" MMC-nin direktoru olmuş Qanuni nümayəndə qeyd olunan hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, məhkum olunmuşlar və hökm hazırda qüvvədədir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qüvvədə olan həmin hökmlə də müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin təsisçisi olmuş X20 və "xxxx" MMC-nin direktoru olmuş Qanuni nümayəndə həm də iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində ümumi sahəsi 131,83 kv.m. olan 3 otaqlı 165 saylı mənzili tamah məqsədi ilə, müqaviləni saxtalaşdırmaq yoluyla Cavabdeh1 sataraq təkrar dələduzluq əməlinə görə məhkum olunmuşlar.
24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hökmdə həmin müqavilə ilə bağlı göstərilmişdir ki: "xxxx" MMC-nin işçisi Səbinə Şahruqova ilə Vahid Həşimov Cavabdeh2dan əldə etdikləri müqavilə və maliyyə arayışı (so nradan həmin müqavilənin Raqif İsrailovun adına yazıldığı məlum olmuşdur.) vasitəsi ilə kompüterdə saxtakarlıq edərək mənzilin qanuni sahibi İddiaçıanın adını pozaraq, Raqifə aid olması barədə düzəliş etmişlər. Onlar tərəfindən həmin mənzil eyni ilə Cavabdeh1 satılmış mənzil kimi də saxtalaşdırılmışdır. (Cild 1, i/v.82) Beləliklə, qeyd olunanlardan açıq-aşkar göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə də Cavabdeh2 ilə X19 arasında xx.xx.2007-ci il tarixində bağlanmış müqavilənin saxta olması müəyyən olunmuş, təsdiqini tapmışdır.
25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsi isə hökmə yalnız iddiaçının ifadəsinə münasibətdə əsaslanaraq göstərmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə aldığı mənzilə gələrkən mənzil in artıq təmir olunmasını və Cavabdeh1 orada yaşamasını aşkar etmişdir. Hökmlə müəyyən edilmiş yuxarıda göstərilən hallar barədə isə məhkəmə, ümumiyyətlə, hər hansı araşdırma aparmamış və hüquqi qiymət verməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.
26. Buna görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin digər dəlilləri nəzərə alınmasa belə, mübahisələndirilən müqavilənin saxtalığını müəyyən edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırda qüvvədə olan xx.xx.2014-cü il tarixli hökmü hazırkı iş üzrə Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin yuxarıda istinad olunan 82.4-cü maddəsinin tələbi baxmından preyudisial olmaqla, iddianın təmini üçün yetlərlidir.
27. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, mülki işdə olan Xətai Rayon İcra Şöbəsi tərəfindən Xətai Rayon Məhkəməsinin iddianın təmin tədbirinə dair xx.xx.2010-cu il tarixli qərardadının icrası ilə bağlı Bakı şəhəri, Xətai rayonu, ünvan 7 ünvanda hündürmərtəbəli binanın tikintisi ilə bağlı payçılarla bağlanmış müqavilələrin götürülməsinə dair tərtib edilmiş xx.xx.2011-ci il tarixli aktdan görünür ki, Cavabdeh2-dan götürülmüş “12-ci qovluqda 402-ci sırada” və akta əlavə edilmiş siyahıda “106-cı sıra”da həqiqətən də iddiaçı X2 məxsus xx.xx.2007-ci il tarixli müqavilə, ərizəsi və 14 ədəd maliyyə arayışları aşkar olunaraq götürülmüşdür. (Cild 1, i/v.261-277) Həmin aktda və siyahıda nə X15, nə də X7 adına hər hansı müqavilə və ya digər sənəd aşkar edilməmişdir.
28. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, məhkəmə mübahisəli mənzilin xx.xx.2007-ci il tarixdə Raqif İsrailova, xx.xx.2011-ci il tarixdə Əlniyaz Cəfərova, xx.xx.2012-ci il tarixdə isə Cavabdeh1 satıldığını müəyyən etsə də, mülki işin materiallarından görünür ki, xx.xx.2012-ci il tarixdə mənzilə dair Cavabdeh1la müqavilə bağlanılan vaxt "xxxx" MMC tərəfindən təkcə Əlniyaz Cəfərovun deyil, həm də Raqif İsrailovun razılıq ərizəsi alınmışdır. Halbuki mənzilə dair xx.xx.2011-ci il tarixdə Əlniyaz Cəfərovla müqavilə bağlanıldığı iddia edildiyindən, belə olan halda xx.xx.2012-ci il tarixdə mənzilə dair Cavabdeh1la yeni müqavilə bağlanan zaman Raqif İsrailovun həmin mənzilə hər hansı aidiyyəti olmadığından, sadə məntiqə görə razılıq ərizəsi Raqif İsrailovdan deyil, təkcə Əlniyaz Cəfərovdan alınmalı idi.
29. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, mənzilə dair bağlanıldığı iddia edilən xx.xx.2007-ci il tarixli müqavilədə mənzilin qiyməti 67.497 manat kimi göstərilmiş, üstündən 4 ildən çox vaxt keçdikdən sonra Əlniyaz Cəfərovla bağlanılması iddia edilən xx.xx.2011-ci il tarixli müqavilədə də mənzilin qiyməti yenə 67.497 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bu ziddiyyətlər də araşdırılmamış, bu hallara düzgün qiymət verilməmişdir. Bundan başqa, mülki işin materiallarından görünür ki, Cavabdeh2 tərəfindən birinci instansiya məhkəməsində iddia etiraf olunmuş və cavabdehin iddianı etirafı mülki iş üzrə yuxarıda sad alalan digər sübutlarla tamamlanır. Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddianı etirafına da hər hansı münasibət bildirilməmişdir.
30. Məhkəmə kollegiyası göstərmişdir ki, yuxarıda qeyd olunanlardan açıq-aşkar müəyyən olunur ki, ünvan 3 ünvanda inşa edilən çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10-cu mərtəbəsində, ümumi sahəsi 131,83 kv.m. təşkil edən 3 otaqlı, 165 saylı mənzilinə dair İddiaçıa ilə Cavabdeh2 arasında bağlanmış müqavilə etibarlı, həmin mənzilə dair digər cavabdehlər "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilə isə saxta olmaqla, etibarsız müqavilədir. Həmçinin məhkəmə kollegiyasının iclasında da müəyyən olundu ki, mübahisəli bina əvvəl Cavabdeh2-nın, sonradan isə "xxxx" MMC-nin idarəçiliyində olmuşdur.
31. Bu baxımd an məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərilməmişdir. Hazırkı işin hallarından açıq-aşkar görünür ki, iddiaçının niyyəti ona məxsus mənzili özgəsinin qanunsuz sahibliyindən geri tələb etməkdir ki, bunun üçün də onun mənzilinə dair müqavilənin kimlər arasında bağlanmasının iddiaçı üçün hər hansı əhəmiyyəti yoxdur və kollegiyanın iclasında da müəyyən olunmuşdur ki, iddiaçı əvəllər belə müqavilənin bağlanmasından ümumiyyətlə, məlumatsız olmuşdur.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayıb, bütünlükdə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən iba rət olduğu halda, birinci instansiya məhkəməsi müqavilə tərəfi ilə bağlı iddiaçıdan asılı olmayan hazırkı işin hallarındakı uyğunsuzluğu gördüyü və iddiaçı tərəfindən ərizəsində cavabdehlərin dairəsi konkretləşdirilərək, həm Cavabdeh2, həm də "xxxx" MMC cavabdeh kimi göstərildiyi halda, sadəcə formallığa əsaslanmaqla, bu hala düzgün hüquqi qiymət verməmiş, bununla da Avropa Konvensiyasının 6-cı maddəsinin də tələbi olan ədalətli məhkəmə araşdırmasına prinsipinin tələblərini pozmuşdur.
33. Məhkəmə kollegiyası Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə kollegiyasının araşdırmaları zamanı da müəyyən olundu ki, iddiaçı 2013-cü ilin sentyabrında mənzilinin başqa şəxslər tərəfindən tutulmasını müəyyən etmiş, bundan sonra dəfələrlə evi tutan şəxslərlə da nışmaq istəsə də, buna nail olmamış, sonra vəkilə müraciət etmiş, uzun müddətli cəhdlərindən sonra 2014-cü ildə cavabdehin adına saxta müqavilənin olmasından xəbər tutmuş, bundan sonra da xx.xx.2015-ci ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürməmişdir.
34. Bundan başqa, hazırkı iddia iddiaçının ona məxsus mənzili özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi ilə bağlı olduğundan, məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən hazırkı tələbə iddia müddəti tətbiq oluna bilməz.
35. Məhkəmə kollegiyası tərəfindən yuxarıda da istinad olunmuş-hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malik Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-442/2014 nömrəli, xx.xx.2014-cü il tarixli hökmü il ə müəyyən olunduğu kimi, mübahisəli mənzilin alınması və təmiri ilə bağlı Cavabdeh1 88.000 manat vəsait sərf etmişdir. Həmin hökmlə saxtalığı müəyyən edilən mübahisələndirilən xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanda çoxmərtəbəli yaşayış evinin 2-ci blokunun 10- cu mərtəbəsində ümumi sahəsi 131,83 kv.m. olan 3 otaqlı 165 saylı mənzilin qiyməti 67.497 manat göstərilmişdir.
36. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, mənzilin alınması ilə bağlı Cavabdeh1 tərəfindən ödənilmiş 67.497 manat "xxxx" MMC-dən (hökmlə məhkum olunmuş təqsirkar şəxslərdən-X20 və Qanuni nümayəndə) alınaraq Cavabdeh1 ödənilməli, eyni zamanda Cavabdeh1 mənzilə görə ona dəymiş ziyanla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlid ir.
37. Apellyasiya instansiyası məhkəmsəi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.3, 354.1, 178.8, 157.8, 384.0.4, 337.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2010-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə xx.xx.2011-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 89.1, 89.3, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:
38. Qətnamədən Cavabdeh1 (Vəkil X21) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın ona münasibətdə rədd edilməsi barədə qərar qəbul olunmasını, eyni zamanda iddiaçıya pozulmuş hüquqlarının bərpasının mənzilə dair bağlanmış əqdin etibarsız hesab edilməsi yolu ilə deyil, onun hüquqlarını pozmuş şəxs (və ya şəxsdən) ona dəymiş maddi və s. ziyanın əvəzinin ödənilməsini tələb etmək yolu ilə bərpa etmək hüququnun izah olunmasını xahiş etmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3336/2016 nömrəli, 19 iyul 2016-cı il tarixli qərarı ilə (X18 (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və Mehparə Əhmədova) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
40. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olması qanunun tələbindən irəli gəlir. Mənzilin özgənin (Cavabdeh1) sahibliyində ol ması işin mübahisəsiz halıdır. Cavabdeh1 mənzilin sahibliyinin qanunsuz olması isə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli hökmü ilə təsdiq olunur. Qeyd olunanlar ona dəlalət edir ki, iddiaçının iddia tələbi qanuna əsaslanmış və haqlı olmuşdur. Kassasiya şikayətinin iddiaçının mənzili deyil, onun dəyərini tələb etmək hüququna malik olması barədə dəlili qeyd olunanlara əsasən əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
41. Qətnamədən məhkəmə aktı maraqlarına toxunan şəxs Qanuni nümayəndə (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “mənzilin alınması ilə bağlı Cavabdeh1 tərəfindən ödənilmiş 67.497 manatın "xxxx" MMCdən (hökmlə məhkum olunmuş təqsirkar şəxslərdən - X20 və Qanuni nümayəndə) alınaraq ona ödənilməsi” hissəsində ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 2(103)-1517/2016 nömrəli, 19 fevral 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 67.497 manatın "xxxx" MMC qismində X11 və Qanuni nümayəndə ödənilməsi qət edilmişdir. Qanuni nümayəndə "xxxx" MMC-nin direktoru vəzifəsini icra etmişdir. Məhkəmə kollegiyası, Cavabdeh1 həmin məbləğin ödənilməsi ilə bağlı məhkəmə aktının əsaslandırma hissəsində cavabdeh Qanuni nümayəndə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul olunmuş 1(101)-442/2014 nömrəli hökmə istinad etmişdir. Halbuki, Qanuni nümayəndə a ğır cinayətlər məhkəməsində aparılmış məhkəmə proseslərində, eləcə də həmin hökm qəbul edilərkən, müvafiq cinayət tərkibləri üzrə özünü təqsirli bilməmiş, sözügedən saxta müqavilələrin digər işçilər tərəfindən hazırlandığını bildirmişdir. Qanuni nümayəndə "xxxx" MMC-dən ayrı hüquqi statusa malikdir və müvafiq hüquqi şəxsin öhdəlikləri üçün heç bir məsuliyyət daşımır. Cavabdeh1 ilə mənzilin alğısatqısına dair müvafiq xx.xx.2012-ci il tarixli müqavilə isə məhz "xxxx" MMC-nin adından bağlanılmışdır. apellyasiya instansiyası məhkəməsinin qətnaməsində də qeyd olunmuşdur ki, “... Hökmdə həmin müqavilə ilə bağlı göstərilmişdir ki, "xxxx" MMC-nin işçisi Səbinə Şahruqova ilə Vahid Həşimov "xxxx" MTK-dan əldə etdikləri müqavilə və maliyyə arayışı (sonradan həmin müqavilənin Raqif İsrailovun adına yazıldığı məlum olmuşdur) vasitəsi ilə kompüterdə saxtakarlıq edərək mənzilin qanuni sahibi İddiaçıanın adını pozaraq, Raqifə aid olması barədə düzəliş etmişlər. Onlar tərəfindən həmin mənzil eyni ilə Cavabdeh1 satılmış mənzil kimi də saxtalaşdırılmışdır...”. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi, müvafiq müqavilə üzrə əqdlərin digər şəxslər tərəfindən həyata keçirilməsinə özü də istinad etmişdir.
43. Birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi, eləcə də apellyasiya instansiyası məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qəbul edilərkən, sözügedən məhkəmə prosesləri üzrə Qanuni nümayəndə iştirakı təmin olunmamış, heç bir məhkəmə prosesinə dair ona məhkəmə bildirişi göndərilməmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, sözügedən məhkəmə prosesləri keçir ilərkən Qanuni nümayəndə azadlıqdan məhrumetmə müəssisəsində olmuşdur. Bu hal isə özlüyündə sözügedən məhkəmə aktının kassasiya instasiyasında ləğv edilərək, apellyasiya məhkəməsinə qaytarılmalı olduğunu bir daha təsdiq edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
44. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
45. Maddə 403.2. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edə bilər. Ərizədə qəbul edilmiş qətnamə və ya qərardadla şəxsin hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Ərizəyə kassasiya şikayəti əlavə edilməlidir.
46. Maddə 403.2-1. Ərizə Ali Məhkəmənin sədri tərəfindən işin materialları ilə birgə öyrənilməsi və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və ya qərardadlarından işdə iştirak etməyə cəlb olunmayan şəxslərin kassasiya şikayətinin verilməsi üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və ya Kommersiya kollegiyalarına verilir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Maddə 418.4.5. İşə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir.
52. Maddə 418.4.6. Apellyasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə, həmin qətnamə və ya qərardad şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya baxışının hədləri:
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayəti işdə iştirak etməyə cəlb edilməmiş şəxsin hüquq və vəzifələrinin pozulması əsası ilə verilməklə, şikayətdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “mənzilin alınması ilə bağlı Cavabdeh1 tərəfindən ödənilmiş 67.497 manatın "xxxx" MMC-dən (hökmlə məhkum olunmuş təqsirkar şəxslərdən - X20 və Qanuni nümayəndə) alınaraq ona ödənilməsi” hissəsində ləğv edilm əsi xahiş olunduğundan, kassasiya baxışının hədlərini həmin qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin işdə iştirak etməyə cəlb edilməmiş şəxsin, yəni Qanuni nümayəndə hüquqlarının pozulması ilə qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3572/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli qərardadı ilə müəyyən edildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidi r.
56. Belə ki, Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3572/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli qərardadı ilə məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi cəlb edilməsi barədə Qanuni nümayəndə ərizəsi təmin edilərək, ərizəyə əlavə edilmiş apellyasiya instansiyası məhkəməsinin 19 fevral 2016-ci il tarixli qətnaməsindən Qanuni nümayəndə kassasiya şikayətinin, Mülki Prosessual Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin 19 fevral 2016-ci il tarixli qətnaməsi ilə 67.497 manatın "xxxx" MMC-dən (hökmlə məhkum olunmuş təqsirkar şəxslərdən – X20 və Qanuni nümayəndə) alınaraq Cavabdeh1 ö dənilməsi qət edilmiş, lakin Qanuni nümayəndə işdə iştiraka çəlb edilməmişdir. Belə olan halda, qətnamə Qanuni nümayəndə maraqlarına toxunur.
57. Həmçinin 28 dekabr 2024-cü il tarixli qərardadda məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 19 fevral 2016-ci il tarixli qətnaməsindən Cavabdeh1 iddianın ona münasibətdə rədd edilməsinə dair kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3336/16 nömrəli, 19 iyul 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlansa da, qeyd edilən xüsusat – 67.497 manatın Qanuni nümayəndə tutulmalı olması – kassasiya baxışının predmeti olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Ape llyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” № 04/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Hazırkı halda isə Qanuni nümayəndə kassasiya şikayəti verdiyi apellyasiya instansiyası məhkəməsinin 19 fevral 2016-ci il tarixli qətnaməsi yalnız Cavabdeh1 kassasiya şikayəti əsasında iddianın sonuncuya münasibətdə təmin edilən hissəsi üzrə yoxlanılıb. Buna görə də Qanuni nümayəndə kassasiya şikayəti əsasında ona aid yoxlanılmayan hissə kassasiya baxışının predmeti ola bilər.
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin 19 fevral 2016-ci il tarixli qətnaməsi ilə 67.497 manatın "xxxx" MMC-dən (hökmlə məhkum olunmuş təqsirkar şəxslərdən – X20 və Qanuni nümayəndə) alınaraq Cavabdeh1 ödənilməsini qət edilərkən, Qanuni nümayəndə işdə iştirak etməyə cəlb edilmədən onun hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul edilmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin 19 fevral 2016-ci il tarixli qətnaməsi Qanuni nümayəndə maraqlarına toxunur. Bundan əvvəl işə Cavabdeh1 kassasiya şikayəti əsasında kassasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3336/16 nömrəli, 19 iyul 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlansa da, qeyd edilən xüsusat – 67.497 manatın Qanuni nümayəndə tutulmalı olması – kassasiya baxışının predmeti olmamışdır. Buna görə də Qanuni nümayəndə kassasiya şikayəti əsasında ona aid yoxlanılmayan hissə kassasiya, o cümlədən apellyasiya baxışının predmeti ola bilər.
59. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır. (MPM, 418.4.5 və 418.4.6-cı maddələri)
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin 19 fevral 2016-ci il tarixli qətnaməsi ilə Qanuni nümayəndə qanunla qorunan hüquql arının pozulması müəyyən olunduğundan, kassasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “mənzilin alınması ilə bağlı Cavabdeh1 tərəfindən ödənilmiş 67.497 manatın hökmlə məhkum olunmuş təqsirkar şəxs Qanuni nümayəndə alınaraq Cavabdeh1 ödənilməsi” hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməklə, qeyd olunan hissədə iddiaçının apellyasiya şikayətinə tərəflərin və məhkəmə aktı maraqlarına toxunan şəxsin (şəxslərin) iştirakı ilə yenidən baxılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 403.2, 403.2-1403.2-3, 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Məhkəmə aktı maraqlarına toxunan şəxs Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1517/2016 nömrəli, 19 fevral 2016-cı il tarixli qətnaməsi “mənzilin alınması ilə bağlı Cavabdeh1 tərəfindən ödənilmiş 67.497 (altmış yeddi min dörd yüz doxsan yeddi) manatın hökmlə məhkum olunmuş təqsirkar şəxs Qanuni nümayəndə alınaraq Cavabdeh1 ödənilməsi” hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası mə hkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.