Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1184/2023 06.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1184/2023 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X19 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2371/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 06 mart 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Göygöl rayon notariat kontorunun xx.xx.2012-ci il tarixli 4Ə-1-40 saylı alqı-satqı müqaviləsinə əsasən X16 ona məxsus Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evini X3. X17 bu əmlaka xx.xx.2012-ci il tarixli çıxarış verilmişdir.
2. Gəncə “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Göygöl rayonu Üçtəpə kəndində yerləşən fərdi yaşayış evi X22 tərəfindən Cavabdeh1 bağışlanmışdır. Əliyev X6 yerləşən bu fərdi yaşayış evinə (0,0407 ha torpaq sahəsində yerləşən tikili “A”-da 47.7 kv.m. üç yaşayış ota ğı, 73,5 kv.m. köməkçi sahə, 40,4 kv.m. zirzəmi) xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Daşkəsən rayon notariat kontorunun xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 ona məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,64 ha həyətyanı torpaq sahəsinin 0,1 ha hissəsini X3. Alıcıya Xoşbulaq kəndində yerləşən 0,1 ha torpaq sahəsinə xx.xx.2006-cı il tarixli çıxarış verilmişdir. Mülkün arxiv işində surəti olan Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-71 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu torpaq sahəsinin X12 adından Cavabdeh1 bağışlandığı məlum olmuşdur. Lakin müayinə baxışına şərait yaradılmadığı üçün göstərilən mülk Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış dır. Daşkəsən rayon notariat kontorunun xx.xx.2008-ci il tarixli 4Ə-1-184 saylı alqı-satqı müqaviləsinə əsasən X11 ona məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin 0,42 ha torpaq sahəsinin 0,05 ha hissəsini X3. Alıcıya Xoşbulaq kəndində yerləşən 0,05 ha hissəsini X3. Alıcıya Xoşbulaq kəndində yerləşən 0,05 ha torpaq sahəsinə xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mülkün arxiv işində surəti olan Gəncə şəhər 2 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-72 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu torpaq sahəsinin X12 adından Cavabdeh2 bağışlandığı məlum olmuşdur. Lakin müqavilə baxışına şərait yaradılmadığı üçün göstərilən mülk Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hal-hazırda Cavabdeh2 və X8 adlarına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
3. Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi X12 adına qeyd edilmişdir. 4. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinə əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,05 ha torpaq sahəsi X12 əvəzindən X9 tərəfindən Cavabdeh2 bağışlanmışdır. 5. xx.xx.2021-c i il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinə əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,1 ha torpaq sahəsi X12 əvəzindən X9 tərəfindən Cavabdeh1 bağışlanmışdır.
6. Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,1 ha torpaq sahəsi Cavabdeh1 adına qeyd edilmişdir.
7. Ölüm haqqında şəhadətnamədən görünür ki, X22 26 avqust 2021-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə X22, Cavabdeh2 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli 4Ə-71 və 4Ə-72 nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi ba rədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, onun mərhum atası X17 məxsus Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində 2 ədəd torpaq sahəsi 0,05 ha boş torpaq sahəsi və 0,1 ha torpaq sahəsi fərdi yaşayış evi ilə birlikdə vardır və atası sağlığında həmin torpaq sahələrindən olan 0,05 ha hissədən ibarət boş torpaq sahəsini oğlu, iş üzrə Cavabdeh1 və 0,1 ha torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə isə nəvəsi Cavabdeh2 bağışlamasını bildirmiş və xəstə olduğundan bunu hamının yanında vəsiyyət etmişdir. Onun mərhum atası ünvan 1 ünvanda yerləşən payını və onların payını Cavabdeh1 bağışladığından Xoşbulaqdakı evidə nəvəsinə bağışladığını ona qardaş və bacılarının yanında tapşırmışdır. Həmin torpaq sa həsinin sənədləri qardaşı Cavabdeh1 olmuş və o, da qardaşı Vüqara torpaq sahələrinin Vüqarın da yanında atasının vəsiyyətinin icra edilməsini bildirdikdən sonra qardaşı Vüqar sənədləri Gəncə şəhəri 2 saylı notariat orqanına aparmış və bir saatdan sonra onlar həmin notariat orqanına gedərək müqavilələri imzalamışlar. Onun qardaşı Cavabdeh1 etibarı inanılmaz dərəcədə olduğundan o, özünün mənafeyindən sui – istifadə edərək müqavilələrin rəsmiləşdirilməsini əksinə etmiş və o, da yanılaraq müqavilələri oxumadığından atasının verdiyi tapşırığın əksinə olaraq bu müqaviləni imzalamışdır. Atasının ona məxsus torpaq sahələri ilə bağlı niyyəti əvvəlcədən bacı- qardaşlara bildirildiyindən notariat orqanında o, torpaq sahələrini əksinə olduğunu görmüş olsaydı bu müqavilələri heç zaman imza etməzdi. Onl ar cavabdeh Vüqar Kərimovla notariat orqanında müqavilələri imzaladıqdan sonra qardaşı Vüqar onların orada qalmamalarını, camaatın çox olmasını, COVİD xəstəliyinə tutulmalarının və atalarınında xəstələndiyini bildirərək onu notariat orqanından uzaqlaşdıraraq atasıgilə gətirmişdir. Torpağın sənədlərini özünün gətirib verəcəyini ona, atasına və bacı qardaşlarına bildirmişdir. Atasının vəfatından sonra ona məlum olmuşdur ki, cavabdeh olan qardaşı Cavabdeh1 onu aldadaraq, torpaq sahələrini əksi olaraq imzalatmış o, isə yanılaraq həmin müqavilələrə diqqət yetirməyərək hər iki torpaq sahəsində atasının adı yazıldığından buna diqqət yetirmədiyindən müqavilələri atasının vəsiyyətinə və tapşırığına zidd olaraq imzalamışdır.
10. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-639/2022 saylı, 23 may 20 22ci il tarixli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırki mübahisə üzrə bağışlama müqaviləsinin forma tələbinə əməl edilmişdir. Bundan başqa, qanunvericilik bağışlama müqaviləsinin şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsinin və ya edilməməsinin mümkünlüyünü nəzərdə tutur. Mübahisələndirilən 03 fevral 2021-ci il tarixli bağışlama müqavilələrinin məzmunundan isə görünür ki, həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir.
12. Mübahisə üzrə nəticəyə gələrkə n məhkəmə həmçinin əqdlərin etibarsızlığı ilə bağlı Mülki Məcəllənin ümumi yanaşmasını da nəzərə alaraq qeyd etmişdir ki, əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. İşin müəyyən edilmiş faktiki hallarını və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab etmişdir ki, Gəncə şəhəri 2 saylı Notariat Kontorunda bağlanmış 03 fevral 2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi üçün sadalanan qüsurlardan heç biri mövcud deyildir.
13. Məhkəmə eyni zamanda iddiaçıların iddia tələbinin əsası kimi istinad etdikləri bağışlamanın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payın müəyyən olunması və mülkiyyət hüquq unun tanınması tələbinə münasibətdə hesab etmişdir ki, qeyd olunan iddia tələbi iddiaçının istinad etdiyi formal mülahizələrə əsasən təmin edilə bilməz. X12 əvəzindən X9 ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli və X12 əvəzindən X9 ilə Cavabdeh2 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli bağışlama müqavilələri qanuni əsaslarla bağlandığından onların yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi istisna olunur.
14. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 668.1.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə tam və obyektiv araşdırma aparmamış, qərəzli qətnamə çıxarmışdır. Məhkəmənin onun iştirakını təmin etməməsi səbəbindən iş üzrə borclunun ölümü barədə məlumat verə bilməmişdir. Məhkəmə onun tərəfindən təqdim edilmiş iddia ərizəsində müqavilə tərəfi olaraq X7 işə əsl tərəf olaraq cəlb edilməsi ilə bağlı nə onun münasibətini bilmədən, nə də ki, müqavilə tərəfi olaraq əsl tərəf qismind ə işə cəlb etməklə onu 3-cü şəxs qismində işə cəlb edilməsi və yaxud əlavə iddiaçı olaraq saxlanmağı ilə bağlı məsələni həll etməmişdir. Məhkəmə baxışı ilə bağlı bildiriş ona çatdırılmadığından o, prosessual hüquqlarının həyata keçirilməsini təmin edə bilməmiş, hansı ki, iş üzrə şahidlərin təqdim edilməsi onun tərəfindən təmin ediləcək idi. Məhkəmə bağışlama müqaviləsi üzrə iradə ifadəsinin tövsüfünü, şahidlərin ifadəsi üzrə bağışlamanın həqiqi yoxsa yanılma təsirinin altında bağlanmasını və X1 olması, bağışlamada iştirakının hər hansı əsasla yoxsa aldadılma ilə iştirak etməsini və bağışlama müqaviləsinin iradə ifadəsindən kənara çıxma hallarını araşdırmamışdır.
18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2371/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi bildirişlərin göndərilməsi barədə məlumatlar olsa da, həmin bildirişlərin iddiaçıya çatması barədə heç bir sübut yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinə məhkəmədə baxıb qərar qəbul edərkən, İddiaçı məhkəmədə iştirakının təmin edilməsi üçün ona işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq etməmiş və işə baxaraq, tərəflərin çəki şmə, hüquq bərabərliyi prinsipi və məhkəmə baxışının ümumi müddəalarına əməl etməmişdir ki, bununla da mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə olunan daşınmaz əmlaklara dair bağışlama müqavilələri qanunvericiliyin tələbinə uyğun təsdiq edildiyindən, bağışlama müqavilələri təsdiq edilərkən hər hansı bir qanun normalarının tələbləri pozulmadığından bağışlama müqavilələrinin etibarsızlığı barədə tələb əsaslı deyildir.
21. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddia ərizəsinin də məzmunundan müəyyən edildiyi kimi, mərhum X22 özünə məxsus olan ayrıayrı əmlaklarını oğluna və nəvəsinə bağışlayacağını digər vərəsələrinin yanında bəyan etmişdir. Bundan əlavə, X12 əvəzindən X9 ilə Cavabdeh1 arasında bağla nmış 03 fevral 2021-ci il tarixli və X12 əvəzindən X9 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqavilələri bağlanarkən X2 Kərim İsa oğlunun ona vermiş olduğu etibarnamə əsasında hərəkət etmişdir. Ona görə də kollegiya bu qənaətdədir ki, həmin əqdlər qanuni əsaslarla bağlandığından onların etibarsız hesab edilməsi istisna olunur.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə tələbin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
23. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 144.1, 337.1, 666.1, 667.1, 668.1.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 76.1, 76.2, 77.1, 78.1, 88, 135.2, 135.3, 135.5, 217.3, 372.1, 372.7, 3 87.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki və həqiqi halları, yəni bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə bağlı halları tam araşdırılmamışdır. Belə ki, iş materiallarında və Daşınmaz əmlakın Dövlət reyestri orqanı tərəfindən verilmiş arayışdanda görünür ki, tərəflər arasında olan mübahisəli olduğundan həmin əmlak üzərində bağışlama müqaviləsi üzrə hüququn dövlət qeydiyyatı müqavilə bağlanan müddətdə 03 fevral 2021-ci il tarixdə qeydiyyata alınm ası mümkün olmamış və bağışlamaya iradəsi olan şəxs bağışlamadan imtina etdiyindən müqavilənin icrası mümkün olmamışdır. Kərim Əliyev özünün şifahi vəsiyyəti üzrə tapşırğının icrası ilə bağlı bağışlamadan imtina etmişdir. X21 vəfatından sonra, yəni xx.xx.2021-ci il tarixdə bağışlama müqaviləsinin icrası üzrə hüququn dövlət qeydiyyatı aparılmışdır. Cavabdeh2 aid hissədə isə bağışlama müqaviləsinin icrası təmin edilməyərək hüququn dövlət qeydiyyatı aparılmamışdır. Məhkəmə bu halda vrəsəlik hüququ ilə bağlı məsələləri həll etməmişdir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinəə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə bu halda etibarsızlıqla b ağlı halların mövcud olmasını yoxlamaq üçün, həmin müqaviləni etibarnamə üzrə imzalamış X4 cəlb etməli idi. Müqavilənin mübahisələndirilməsi üzrə dəlillər əsaslıdırılmamışdır. Belə ki, varis olaraq iddiaçı müqavilənin Kərim Əliyevin iradəsinə uyğun olaraq həyata keçirilməmişdir.
27. Bağışlama müqaviləsi üzrə hüququn dövlət qeydiyyatından imtina edilməsi ilə müayinə işlərinə maneçilik törədilməsi ilə bağlı tərəflərin iradə ifadəsi ortadadır. Həmçinin bağışlamadan imtina üzrə mübahisə göründüyü kimi hələ vəfat etmiş Kərim Əliyevin yataq xəstəsi olduğu zaman başlamış və torpaq sahəsinin üzərində hüququların dövlət qeydiyyatına alınmasına maneçilik edilməsi ilə nümayiş etdirilmişdir. Əgər həqiqətəndə Kərim Əliyevin xəstə olduğu müddətdə onun bağışlama ilə bağlı iradə ifadəsi olmuş olsaydı onun sağlığında onun adından etibarnamə ilə deyil özünün iştirakı ilə bağışlama müqaviləsinin bağlanması üçün müqaviləni özü imzalamış olardı.
28. İddia ərizəsinin məzmunundanda görünür ki, mərhum atası sağlığında həmin torpaq sahələrindən olan 0,05 ha hissədən ibarət boş torpaq sahəsini oğlu iş üzrə Cavabdeh1 və 0,1 ha torpaq sahəsini fərdi yaşayış evi ilə birlikdə isə nəvəsi Cavabdeh2 bağışlamağını bildirmiş və xəstə olduğundan bunu hamının yanında vəsiyyət etmişdir. Belə ki, mərhum atası ünvan 2 ünvanda yerələşn payını və onların paylarını Cavabdeh1 bağışladığından Xoşbulaqdakı evi də nəvəsinə bağışladığını ona qardaş və bacılarının yanında tapşırmışdır. Qeyd olunan torpaq sahəsinin sənədləri qardaşı, Cavabdeh1 olmuş və məndə ona torpaq sahələrinin onunda yanında atasının vəsiyyətinin icra edilməsini bildirdikdən sonra o, sənədləri Gəncə şəhər 2 saylı Notariat orqanına aparmış və bir saatdan sonra onlar həmin notariat orqanına gedərək müqavilələri imzalamışlar. O, qardaşı Cavabdeh1 etibar etdiyinə görə, qardaşı özünün mənafeyindən sui-istifadə edərək müqavilələrin rəsmiləşdirilməsini əksinə etmiş və onda yanılaraq müqavilələri oxumadığından atasını verdiyi tapşırığın əksinə olaraq bu müqaviləni imzalamışdır.
29. Məhkəmədə çəkişmə hüququnun, hüquqi müəyyənlik prinsipinin pozulması qənaətinə gəlinir. Cavabdehin hərəkətlərinin maddi hüquq normalarına münasibətdə tövsüfedici əlamətləri sübut edilməyərək təsdiq edilir və yalnız məhkəmənin qeyri mötəbər sübut kimi qiymətləndirməsindən ibarət olmaqla əsassız qətnamə çıxarılmışdır.
30. İş materiallarında olan sübutları birinci ins tansiya məhkəməsi düzgün olaraq qiymətlədirməməsinə baxmayaraq apellyasiya icraatı zamanı eyni səhvə yol verilmişdir. İş üzrə iddiaçının iştirakının təmin edilməməsini qəbul edən apellyasiya məhkəməsi iş üzrə şahidlərin dindirilməsinə dair vəsatəti təmin etməyərək qərəzli olaraq işdə olan sübutları düzgün qiymətləndirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
31. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab ed ilir.
32. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanı nın aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
35. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
36. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndi rilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
37. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
38. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları süb ut etməlidir.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Ma ddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilməməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirililən hissədə bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
52. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
53. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək iddianı rədd etmişdir.
54. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mərhum X5 özünə məxsus olan ayrı-ayrı əmlaklarını oğluna və nəvəsinə bağışlayacağını digər vərəsələrinin yanında bəyan etmişdir. Bundan əlavə, X12 əvəzindən X9 ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli və X12 əvəzindən X9 ilə Cavabdeh2 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli bağışlama müqavilələri bağlanarkən X2 Kərim İsa oğlunun ona vermiş olduğu etibarnamə əsasında hərəkət etmişdir. Həmin əqdlər qanuni əsaslar la bağlandığından onların etibarsız hesab edilməsi istisna olunur. İş üzrə bağışlama müqavilələrinin düzgün olmaması barədə iddiaçının gətirdiyi dəlillər əsassızdır.
55. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, X22 vəfat etdiyi 26 avqust 2021-ci il tarixə kimi onun adından icra olunmuş 03 fevral 2021-ci il tarixli bağışlama müqavilələrini mübahisələndirməmiş, müqaviləni bağlamış tərəflər də bununla bağlı hər hansı mübahisə açmamışlar.
56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzg ün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində sözügedən bağışlama müqavilələrinin bağlanması zamanı qanun pozuntusuna yol verilməsi və həmin müqavilələrin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanmasına dair dəlilləri əsassızdır.
57. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
58. Kassasiya şikayət inin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
59. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
60. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublika sı Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq e dilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
63. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2371/2022 saylıi, 02 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.