Məhkəmə qərarları › İş №2(102)-1184/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1184/2025

18.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1184/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı MTK-nın Cavabdeh qarşı iş üzrə Q Ə R A RI Açar sözlər: işin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi X1 və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 543/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavab dehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə “18“ mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MTK Cavabdeh qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin MTK-nın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarının daxilində olan əraziyə düşən cavabdehin mülkiyyətində olan 36.5 kv.metr əmlak əvəzinə hər kv.metrə 1500 AZN olmaqla 54.750 AZN (əlli dörd min yeddi yüz əlli manat), cavabdehin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikdiyi 92.96 kv.metr özbaşına tikilinin əvəzinə hər kv.metri üçün tik inti xərci 200 AZN olmaqla 18.592 AZN (on səkkiz min beş yüz doxsan iki manat) və MTK-nın istifadəsinə verilmiş 1,2509 hektar torpaq sahəsinin hüdudlarından kənarda olan 39.72 kv.metr özbaşına tikili əvəzinə hər kv.metri üçün tikinti xərci 150 AZN olmaqla 5.958 AZN (beş min doqquz yüz əlli səkkiz manat) ümumilikdə 79.300 AZN (yetmiş doqquz min üç yüz manat) məbləğində kompensasiya ödənilməklə, tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir (ərizə dəqiqləşdirilmişdir).

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Səbinə Nuriyeva) e-2(005)543/2025 saylı, xx.xx.2025-ci il tarixl i qərardadı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir.

4. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir. Yəni tərəflərin hər iki subyekt tərkibinə görə kommersiya subyektidir. Bununla belə məhkəmə qeyd etmişdir ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahi sənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində yuxarıda qeyd edilən meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Yəni qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Hazırkı iş üzrə iddiaçı Mənzil Tikinti Kooperativi olmaqla, yüksək mərtəbəli yaşayış binalarının tikintisi ilə məşğuldur. Cavabdeh fərdi sahibkar kimi (VÖEN: **********) qeydiyyatdan keçsə də, onun fiziki şəxs olaraq fəaliyyəti “ev (kənd təsərrüfat) quşlarının yetişdirilməsi” ilə əlaqəlidir. Hazırki iddia tələbi – yaranmış mübahisə isə cavabdehə məxsus tik ilinin kompensasiya ödənilməklə sökülməsi barədə olmaqla, tərəflərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmamışdır. Tərəflər arasındakı hazırkı mübahisəsinin iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlılığı yoxdur. Eyni tərəflər arasında əvvəllər özbaşına tikilinin sökülməsinə dair məhkəmə mübahisələri olmuş, tələblərə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən mülki icraat qaydasında baxılaraq hüquqi qiymət verilmişdir.

5. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan mübahisə ümumi məhkəmələrin səlahiyyətinə aiddir. Belə olan halda isə İddiaçı MTK-nın Cavabdeh qarşı “kompensasiya ödənilməklə tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş mülki işin məhkəmə aidiyyəti üzrə gön dərilməsi barədə vəsatəti təmin edilə bilməz.

6. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 25.1, 26.1, 31.1, 32.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

7. Cavabdeh (Vəkil2) həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsi və mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi, əks halda şikayətə baxılması üçün işin kassasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin mülki işi məhkəmə aidyyəti üzrə göndərməməsi əsassız olmuşdur. Belə ki, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nə zərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir ki, hazırki vəziyyətdə iddiaçı hüquqi şəxs qismində, cavabdeh qismində göstərilmiş Cavabdeh isəxx.xx.2020-ci ildən fərdi sahibkar (VÖEN**********) qismində vergi orqqanında qeydiyyata alınmışlar. Habelə, Bakı Apellyasiya Məhkəməsinin eyni tərəflər barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli 2(103)-2940/2024 saylı qətnaməsindən də müəyyən olunur ki, sökülməsi tələb olunan daşınmaz əmlak qeyri-yaşayış təyinatlıdır və “Tut ağacı” kafesi kimi fəaliyyət göstərir. Sadəcə, həmin iş üzrə tərəflər birinci instansiya məhkəməsində işin aidiyyəti qaydalarını mübahisələndirməmişlər. Bundan istifadə edən Nərimanov Rayon Məhkəməsi İddiaçı MTK-nın xeyrinə əsassız və qanunsuz qətnamə qəbul etmişdir ki, sonda Azərbaycan Respublikası Ali Məhkəməs inin xx.xx.2024-cü il tarixli 2(102)-373/2024 saylı qərarında verilən göstərişlərin icrasına uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2940/2024 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti tam təmin edilərək, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-222/2022 saylı qətnaməsini ləğv edərək, İddiaçı MTK-nın iddiasını rədd etmişdir.

9. Şikayətdə həmçinin qeyd edilmişdir ki, sökülməsi tələb olunan ərazi nə dövlət ehtiyacları üçün nəzərdə tutulmuş, nədəki hansısa Pilot layihə deyil. İddiaçının həmin ərazinin sökülməsini tələb etməkdə məqsədi həmin sahəni alıb orada çoxmənzilli çoxmərtəbəli bina tikib vətəndaşlara satmaqla qazanc əldə etməkdən ibarətdir. Bu MTKnın vergi orqanında qeydə alınmış nizamnaməsində də ətraflı şəkildə qeyd edi lmişdir. Cavabdeh isə sökülməsi tələb olunan sahəni qeyri-yaşayış qismində istifadə edir, həmin sahə vergi uçotuna alınmış və oradan mənzil kimi deyil, məhz kafe-restoran kimi istifadə edilməklə qazanc əldə olunur. Yəni, hər iki tərəfin marağı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə etmələrindən ibarətdir. Məhkəmə nəzər almır ki, iddiaçının sökülməsini tələb etdiyi daşınmaz əmlak sənəd üzrə mənzil kimi qeyd edilsə də, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir və bu hal, məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Yəni, cavabdeh əvvəlki məhkəmə çəkişməsində də, məhz tələbində qeyri-yaşayış sahəsinin sökülməsini tələb etmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Səbinə Nuriyeva) e-2(005)543/2025 saylı, xx.xx.2025-ci il tarixli qəra rdadı ilə ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

11. Bənd

12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahi bkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

12. Bənd

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı- ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsi

13. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

14. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

15. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

16. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

17. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

18. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

19. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.

20. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağı rılmadan 10 gün müddətində baxılır.

21. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Kassasiya instansiyası məhkəməsi, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olduğundan, birinci instansiya məhkəməsi cavabdehin ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmişdir.

23. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır.

24. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir.

25. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun.

26. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun.

27. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyə tinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit etmişdir.

28. Həmin Qərarın 11-ci bəndinə görə, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyar hesab edilir.

29. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.

30. Həmin Qərarın 12-ci bəndində isə göstər ilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur.

31. Məhkəmə tərkibi cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır hesab edir ki, daşınmaz əmlakın əsas hissəsi fərdi yaşayış evi kimi cavabdehin adına hüquqi qeydiyyata alınmış, digər hissə isə özbaşına tikili statusundadır. Tərəflər sahibkarlıq subyekti olsa da, faktiki olaraq mübahisə predmeti qeyri-yaşayış sahəsi kimi cavabdehin adına qeydə alınmamışdır. Məhkəmə tərkibi iddianın mahiyyətinə qiymət vermədən qeyd edir ki, iddiaçının tələbi özbaşına inşa olunmuş sahənin sökülməsi ilə bağlıdır.

32. Bununla yanaşı nəzərə alınmalıdır ki, eyni predmetə görə eyni tərəflər arasında bağlanmış mülki iş üzrə qəbul olunmuş məhkəmə aktı qüvvədədir. İşə hər üç instansiya məhkəməsində baxılaraq mübahisənin aidiyyəti faktiki olaraq müəyyən edilmişdir.

33. Bu baxımdan hazırkı işə məhkəmə aidiyyəti qaydasında kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır.

34. Bu baxımdan qarışıq məhkəmə tərkibi hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-543/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qə rardadı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 32 və 403-1.8-ci maddələrini rəhbər tutaraq, hakimlərin qarışıq tərkibi QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-543/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar