Məhkəmə qərarları › İş №2(102)-119/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-119/2022

10.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-119/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, aldatma nəticəsində bağlanmış əqd, ipoteka ilə yüklü edilmiş əmlak barəsində əqdin bağlanması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İddiaç ının vəkili X2, Cavabdeh və vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi və vəkili xxxoğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)5669/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 26 noyabr 2008-ci il tarixli 569 nömrəli sərəncamı ilə Nərimanov RİH-nin Mənzil məsələləri üzrə ictimai komissiyasının Qarabağ küçəsindəki 9 №-li evin, 2-ci mənzilinə dair 19 noyabr 2008-ci il tarixli aktı təsdiq edilmiş, Qarabağ küçəsindəki 9 №-li evin, 2-ci mənzilinin ümumi sahəsi 90,0 kv.m, yaşayış sahəsi 62,3 kv.m, köm əkçi sahəsi 27,7 kv.m olmaqla, 3 otaqlı hesab edilmiş, Sərəncamın 2-ci bəndinə uyğun olaraq mənzilin şəxsi maliyyə hesabında müvafiq dəyişikliklərin aparılması 37 №-li MKİS-ə tapşırılmış, Sərəncamın 2-ci bəndinə uyğun olaraq, vət. Cavabdeh adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tövsiyə olunmuşdur. 16 noyabr 2017-ci il tarixli müqavilə ilə “əmlak istifadəçisi” Cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayonu icra Hakimiyyəti Başçısının 26 noyabr 2008ci il tarixli 569 №-İi Sərəncamı əsasında bağlanan kirayə müqaviləsi ilə onun istifadəsində olan ünvan 1 ünvanında yerləşən 90 kv.m ümumi sahədən ibarət yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şə rtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. “Tikinti şirkəti” “xxx“ MMC qeyd olunan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın küncündə, pəncərələri Qarabağ və Nemət Quliyev küçələrinin kəsişməsində və binanın 7, 8, 9 və ya 10-cu mərtəbələrində 125 kv.m-lik ümumi sahəyə malik, təmirli mənzili “əmlak istifadəçisi”nin istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh və qeyrilərinə qarşı i ddiası təmin edilmiş, "xxxx" MMC-dən və X1 24 dekabr 2010-cu il tarixdə bağlanan 01 nömrəli kredit müqaviləsi və ona 27 yanvar 2011-ci il tarixdə edilmiş 01 nömrəli əlavə üzrə cəmi 544319,53 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, iddia ərizəsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun və bildirişlərin ƏMDK yanında DƏDRX-də qeydiyyatı ilə bağlı 146 manat Maraqlı şəxs ASC-nin xeyrinə tutulmuş, Cavabdeh məxsus ünvan 1əsində istifadədə olan 0,04594 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 2 nömrəli mənzili və ipoteka predmetləri olan başqa daşınmaz əmlakların açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən borcun Maraqlı şəxs ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh və qeyrilərin, onlarl a birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin Cavabdeh məxsus ünvan 1əsində istifadədə olan 0,04594 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 2 nömrəli mənzilindən 1 ay ərzində çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli qətnaməsi qismən, cavabdehlərin ipoteka predmeti olan yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılması hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, o cümlədən ipoteka predmetləri olan ünvan 1əsində istifadədə olan 0,04594 ha torpaq sahəsində yerləşən 9 nömrəli binanın 2 nömrəli mənzilinin ilkin satış qiyməti 140000 manat müəyyən edilmiş, qə tnamə X4 aid qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Sonradan işə cavabdehlər X3 və Cavabdeh şikayətləri üzrə kassasiya və apellyasiya məhkəmələrində bir neçə dəfə baxılmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli qətnaməsi “169.319,53 ABŞ dolları faiz borcunun tutulması” hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, faiz borcu olaraq 109290,77 ABŞ dolları, dəbbə pulu olaraq 37500 ABŞ dolları, ödəniş gününə müəyyən olunacaq məzənnəyə uyğun olaraq manatla müəyyən olunmuş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2014-cü il tarixli icra sənədi üzrə tutma obyekti olan ünvan 1 əsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzilinin satışı ilə bağlı "xxxx" MMC tərəfindən hərraclar keçirilmiş, alıcı olmadığından qeyd edilən əmlak tələbkara təklif edilmiş və Maraqlı şəxs ASC təklifi qəbul etmiş, 18 yanvar 2018-ci il tarixdə "xxxx" MMC tərəfindən Hərracın nəticələri haqqında yekun Protokol və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. ünvan 1əsində yerləşən, 9 nömrəli evin 2 nömrəli mənzili üzərində Maraqlı şəxs ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 №-li Müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında 16 noyabr 2017-ci il tarixdə 164 №-li müqavilə bağlanılarkən cavabdeh mənzilin özəlləşdirilmədiyini, yəni onun mülkiyyət hüququnun dövlət tərəfindən tanınmadığını və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın onun tərəfindən əldə olunmadığını, Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının 26 noyabr 2008ci il tarixli Sərəncamı əsasında bu mənzilin ona məxsus olduğunu bildirmişdir. Bu səbəbdən Müqavilənin 2.12-ci bəndi ilə nəzərdə tutulmuş yüklü olmaması barədə arayış (forma 1) ondan tələb edilməmişdir. Lakin sonradan məlum olmuşdur ki, Cavabdeh bu mənzilin mülkiyyətçisi kimi tanınmış, mənzil müqavilə bağlandığı tarixdə yüklü olmuşdur. Mənzilin mülkiyyətçisi 11 sentyabr 2018-ci il tarixdən etibarən Maraqlı şəxs ASC-dir. Müqavilənin 1.1.1-ci bəndinə uyğun mənzilin İddiaçı MMC-yə təhvil verilməsinə baxmayaraq, mənzil üçüncü şəxslərin hüquqlarından azad şəkildə təhvil verilməmişdir. İddiaçı MMC-nin mənzilin yüklü olduğu haqqında məlumatı olsaydı Cavabdeh ilə müqavilə bağlamazdı. Müqavilə aldatma yolu ilə bağlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2020-cu il tarixli, 2(005)684/2020 nömrəli qətnaməsi ilə (hakim K.F.Əmirxanova) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3- cü maddələrinə istinad edərək hesab etmişdir ki, tərəflər arasında mövcud olan müqavilənin iddiaçının cavabdeh tərəfindən aldadılması nəticəsində bağlanmasını təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 26 noyabr 2008-ci il tarixli 569 nömrəli sərəncamına istinad edərək, mübahisəli mənzilin cavabdehin adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməməklə ona mülkiyyət hüququ ilə məxsus olmamasını, mənzilin yüklü olmasından xəbəri olmadığını, xəbəri olsaydı, həmin müqavilənin bağlanmamasını bildirsə də, qeyd edilən Sərəncamın mətnindən də görünür ki, mənzilin cavabdehin xüsusi mülkiyyətində olduğu qeyd edilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı iddia tələbində istinad etd iyi halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanan müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı MMC və üçüncü şəxs Maraqlı şəxs ASC ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2020-cu il tarixli, 2(005)684/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)-5381/2020 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) İddiaçı MMC və ü çüncü şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2020-cu il tarixli, 2(005)-684/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı MMC və üçüncü şəxs Maraqlı şəxs ASC ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)-5381/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Azərb aycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(102)-1252/2021 nömrəli qərarı ilə (hakim Ə.A.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Dəmirovdan və V.T.Həsənovdan ibarət tərkibdə) İddiaçı MMC-nin və üçüncü şəxs Maraqlı şəxs ASC-nin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2020-ci il tarixli, 2(103)5381/2020 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Kassasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi, i ddiaçının sözügedən müqavilənin bağlanması zamanı cavabdeh tərəfindən aldadılmasına dair məhkəməyə heç bir sübut təqdim etməməsini göstərsə də, gəldiyi nəticəni sadalanan sübutlara uyğun olaraq Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi, Mülki Məcəllənin 337.1, 404.1 və 404.2-ci maddələrinin tələblərini pozaraq, sözügedən müqavilənin etibarlılığı şərtlərini tam, hərtərəfli və obyektiv araşdırmadan, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, eləcə də tərəflər arasında sözügedən müqavilə bağlanarkən mübahisəli mənzilin 24 dekabr 2010cu il tarixli ipoteka müqaviləsinə əsasən üçüncü şəxsin xeyrinə ipoteka qoyulmasını, 11 se ntyabr 2018-ci il tarixli Çıxarışa əsasən mənzilin sonuncunun mülkiyyətində olmasını nəzərə almadan, bir sözlə cavabdehin ipoteka saxlayan üçüncü şəxsin yazılı razılığı olmadan iddiaçı ilə müqavilə bağlayaraq sözügedən mənzili sökmək üçün sonuncuya təqdim edib, əvəzində mənzilin yerində tikiləcək binadan ümumi sahəsi 125 kv.metr olan təmirli mənzil əldə etməsi barədə üzərinə öhdəlik götürməklə, faktiki olaraq özünə aid olmayan mənzil üzərində sərəncam verməklə yanaşı, borclu "xxxx" MMC-nin Maraqlı şəxs ASC-də olan 544319,53 ABŞ dolları kredit borcunu təminatsız buraxmışdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi, Nərimanov rayon İHB-nın 26 noyabr 2008-ci il tarixli, 569 saylı sərəncamına istinad edərək, tərəflər arasında sözügedən müqavilə bağlanarkən iddiaçının mübahisəli mənzilin d aşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə cavabdehin mülkiyyətində olduğunu, həmin mənzilin üçüncü şəxsin xeyrinə ipoteka qoyulduğunu bilməsini, sözügedən müqavilənin cavabdehin mənzilə olan istifadə hüququna görə bağlanmasını, yəni yeni tikiləcək binadan ona ümumi sahəsi 125 kv.metr olan təmirli mənzilin istifadə hüququna görə verildiyini göstərsə də, gəldiyi nəticəni tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq kifayət qədər əsaslandırmamışdır. Belə ki, əvvəla, həmin müqavilənin predmeti adlanan 1.1.1-ci bəndində göstərilir ki, cavabdeh sözügedən mənzilə olan istifadə hüququnu deyil, məhz mənzilin özünü sökmək üçün iddiaçıya təhvil vermişdir. Yəni tərəflər arasında müqavilə mənzili sökmək üçün bağlanılmışdır. Digər tərəfdən, apellyasiya instansiyası məhk əməsi, sözügedən müqavilə bağlanarkən cavabdehin mənzili 24 dekabr 2010-cu il tarixdən üçüncü şəxsin xeyrinə ipoteka qoymasını iddiaçıya bildirib-bildirməməsi ilə bağlı işin hallarını kifayət qədər araşdırmadan, onun borclu "xxxx" MMC-nin təsisçiləri, habelə qanuni təmsilçisi ilə hər hansı bağlığının olub-olmamasına aydınlıq gətirmədən, iddianı rədd etməklə faktiki olaraq üçüncü şəxsin mülkiyyətində olan mənzili onun xeyrinə güzəştə getmişdir. Halbuki, mülki qanunvericiliyə görə, borclu "xxxx" MMC əvəzinə kredit borcunun bir hissəsi məhz cavabdehə aid mənzilin dəyəri hesabına ödənildiyi üçün o, həmin mənzilin dəyərini və çəkdiyi digər zərərin əvəzinin ödənilməsini borclu "xxxx" MMC tələb edə bilər. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)-5669/2021 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və Ş.A.Məmmədovadan ibarət tərkibdə) İddiaçı MMC və üçüncü şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(005)-684/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni qətnamə qəbul edilərək, İddiaçı MMC-nin iddiasının təmin edilməsi, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılan 16 noyabr 2017-ci il tarixində 164 №-li müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin mövqeyinə istinad edərək qeyd etmişdir ki, bu qərarda əks edilən xüsusatlara dair tərəflər əlavə sübutl ar təqdim etməmiş, bağlanılmış əqd imzalanan zaman iddia edilən qüsurları istisna edən hallar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, müqavilə bağlanan zaman əmlakın ipoteka yüklülüyündə olması barədə cavabdehin iddiaçıya məlumat verməsi heç bir sübutlarla təsdiq edilmir. Müqavilə bağlanılan zaman iddiaçıya bu məlumatın verilməməsi isə sonuncunu əlavə olaraq üçüncü şəxslərlə (Maraqlı şəxs ASC ilə) mülki münasibətlərə daxil olmağa vadar etmiş və bununla da müqavilədə nəzərdə tutulmayan hərəkətlərin edilməsinə yönəltmişdir, iddiaçının vəziyyətini ağırlaşdırmış və əlverişsiz şəraitə düçar etmişdır. Diqqətə çatdırılmalıdır ki, müqavilə bağlanılan zaman cavabdehin mülkiyyətində olan əmlakın artıq borca yönəlməsi barədə məhkəmə qərarı olmuş və mülkiyyətindən məhrum olunm a barədə gözləntilərinə rəğmən cavabdeh hüquqlarından sui-istifadə etməməli (vicdanlı rəftara uyğun hərəkət etməli) olduğu halda iddiaçını aldatmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)-5669/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutlara düzgün qiymət verilməmiş, cavabdehin iddiaçı ilə müqavilə bağl anılan zaman mənzilinin ipoteka ilə yüklü olmasını bildirməsi nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı MMC-nin vəkili X5, habelə üçüncü şəxs Maraqlı şəxs ASC-nin vəkili xxxoğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini ape llyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən gir ov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 284.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildi rilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keç irərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanı n yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edə n şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsi nə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmi r. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü hüquqi mövqeyə qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin əvvəlki göstərişləri üzrə tam araşdırma aparmasa da (cavabdehin kredit alan "xxxx" MMC-nin təsisçiləri, qanuni təmsilçiləri ilə bağlılığın olmasını müəyyən etməsə də), müəyyən etdiyi hallar iddianın təmin edilməsi üçün əsas olmuş və həmin göstərişlərin tam icrası apellyasiya şikayəti üzrə başqa qərarın qəbul edilməsinə səbəb ola bilməz. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə tam razılaşır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən yaşayış sahəsinin ipoteka ilə yüklü edildiyi barədə məlumatlandırıldığını sübut etmə yükü cavabdehin üzərinə düşür. Belə ki, müqavilənin 2.1.2-ci bəndinə əsasən istifadəsində olan yaşayış sahəsinin yüklü olmaması barədə arayışı (Forma 1) təqdim etmək cavabdehin vəzifəsi kimi müəyyən edilmişdir. Sonuncu isə müqavilənin həmin şərtinə uyğun olaraq müvafiq sənədləri təqdim etməsini təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisələndirilən mənzil barədə t ərəflər arasında 16 noyabr 2017-ci il tarixdə müqavilə bağlanılarkən, həmin əmlak ipoteka ilə yüklü olmuş və Maraqlı şəxs ASC-nin tələblərinin həmin əmlaka yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları (Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2013-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2014-cü il tarixli qətnamələri) mövcud olmuşdur. Üçüncü şəxsin ipoteka predmetinə sərəncam verilməsinə razılıq verməsini, habelə iddiaçının ipoteka və məhkəmə qərarları barədə də məlumatlandırılmasını təsdiq edən sənədlər işdə mövcud deyildir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-c ı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən müqavilənin predmeti olmuş daşınmaz əmlakın ipoteka yüklülüyündə olması barədə iddiaçının məlumatı olduğu halda, həmin müqavilənin bağlanmasının qeyri-mümkünlüyü aşkardır. Odur ki, müqavilənin etibarsız olması MM-in 339.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğundur. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Pr osessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)-5669/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar