Məhkəmə qərarları › İş №2(102)-1192/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1192/2022

01.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1192/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ № 2(102)-1192/2022 (Açar sözlər: mirasda məcburi payın anlayışı və məqsədi, məcburi payın həcminin müəyyənləşdirilməsi) Bakı şəhəri, 01 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlundan və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1605/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətləri üzrə mülki işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə iddiaçı və cavabdehin atası Yaşar Şabanovdan miras qalmış əmlaka vərəsəlik paylarının müəyyən edilməsi ilə bağlıdır.

2. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, miras qoyan Y.Şabanov xx.xx.2018-ci ildə ölmüşdür. Miras kütləsinə daxil olan əmlak aşağıdakılardan ibarətdir:  Zaqatala rayonu, Aşağı Tala kəndində 0.1240 ha torpaq sahəsi (Yaşar Şabanov, Cavabdeh və Xanza Qantərovanın iştirak etdiyi ümumi birgə mülkiyyət);  Zaqatala rayonu, Aşağı Tala kəndində 0.1240 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi (tam payla mülkiyyət);  Zaqatala rayonu, Aşağı Tala kəndində 0.9782 ha torpaq sahəsi (Yaşar Şabanov, Cavabdeh, Xanza Qantərova və Abidat Həmzətovanın iştirak etdiyi ümumi birgə mülkiyyət);  Zaqatala rayonu, Aşağı Tala kəndində 0.20 ha torpaq sahəsi sahəsi (Yaşar Şabanov, Cavabdeh və Xanza Qantərovanın iştirak etdiyi ümumi birgə mülkiyyət);  Zaqatala rayonu, Aşağı Tala kəndində 0.15 ha torpaq sahəsi sahəsi (Yaşar Şabanov, Cavabdeh və Xanza Qantərovanın iştirak etdiyi ümumi birgə mülkiyyət);

3. Miras açılan vaxt Yaşar Şabanovun sağ olan vərəsələri - oğlu Cavabdeh, qızı Xanza Şabanova, oğlu İmran Şabanov, qızı İddiaçı və arvadı Məlahət Şabanova (xx.xx.2019-da ölüb) olmuşdur.

4. Eyni zamanda, miras qoyan Yaşar Şabanov, xx.xx.2013-cü il tarixli vəsiyyətnamə ilə Zaqatala rayonu, Aşağı Tala kəndindəki 0.1240 ha torpaq sahəsi və onun üzərində yerləşən evini oğlu Cavabdeh vəsiyyət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. İddi açı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, mərhum atası Yaşar Şabanovdan miras qalmış Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,1240 ha torpaq sahəsinin 1/6 hissəsinə və həmin torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evinə, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,9782 ha torpaq sahəsinin ¼ hissəsinə, torpağın mülkiyyətə verilməsinə dair JN-782B nömrəli şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,20 ha torpaq sahəsinin 1/6 hissəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,15 ha torpaq sahəsin in 1/6 hissəsinə vərəsəliyin açılması, həmin daşınmaz əmlakların onun mülkiyyətinə verilməsi, mərhum atası Yaşar Şabanov və mərhum X1ya məxsus əmlakdan mərhumlara aid hissələrdə vərəsəlik hüququnun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, atası Yaşar Şabanov 09 noyabr 2018ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,1240 ha torpaq sahəsinin 1/6 hissəsi və həmin torpaq sahəsində yerləşən 107,10 kv.m. fərdi yaşayış evi, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən onun qanuni mülkiyyəti olmuş 0,9782 ha torpaq sahəsinin ¼ hissəsi, torpağın mülkiyyətə verilməsinə dair JN-782B nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,20 ha torpaq sahəsinin 1/6 hissəsi və torpağın mülkiyyətə verilməsinə dair JN-782C nömrəli Şəhadətnaməyə əsasən onun qanuni mülkiyyəti olmuş 0,15 ha torpaq sahəsinin 1/6 hissəsi miras əmlak olaraq qalmışdır. X1 15 aprel 2019-cu il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan miras qalmış əmlaka o və anası, anasının vəfatından sonra isə tək o sahiblik etmiş və mirası faktiki olaraq qəbul etmişdir. Təsərrüfatı özü idarə edir. Miras əmlakının bölgüsü ilə əlaqədar tərəfindən Zaqatala rayon notariat kontorunun şəxsi notariusuna müraciət olunmuş, lakin cavabdehlə aralarında mübahisənin olması səbəbindən notariat əməliyyatından imtina edilmişdir. Bundan başqa, miras qalmış əmlakda həm də onun anasının payı vardır və anası 15 aprel 2019-cu il tarixdə vəfat etdiyindən onun əmlakı da miras qalmışdır. O, anasından miras qalmış əmlakın qəbulu ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mülki Məcəllənin tələbinə görə miras qalmış əmlakın bir hissəsinin qəbul edilməsi yerdə qalan bütün mirası qəbul etmək kimi qəbul olunur. Vərəsəlik hüququnu tələb etdiyi miras əmlak atası və anasının ümumi birgə mülkiyyətində olaraq mülkiyyət sənədlərində həm də anasının adı olduğundan anaya aid hissələrə də vərəsəlik hüququ verilməlidir. Belə ki, 0,1240 ha torpaq sahəsinin mərhum atasına hissənin ½-i və anasına düşən hissənin tam hissəsi üzərində, evin isə 1/2 hissəsinə - belə ki, ev tam olaraq atasına məxsusdur, anası sonra ölüb, atasından ana sına düşən pay və atasından düşən pay toplanaraq ona verilməlidir. Atasının cəmi 4 nəfər vərəsəsi olduğundan anasına düşən pay ilə özünün payı evin 1/2-i təşkil edir. 0,1240 ha torpaq 6 nəfərə məxsus olduqda və paylar bərabərdirsə adam başına 0.021 ha düşür. Atasının payı - 0,021 ha - 4 nəfər vərəsəyə bölünür. Anası öldüyü üçün ona düşən pay ona verilir, yəni 0,021:4=0,005 ha, ona- 0,005, cavabdeh - 0,005, mərhum digər vərəsəsi Xanza - 0,005, onun payı ilə (0,005) anasının payı toplandıqda 0,005x2=0,01 ha. Deməli, həyətyanı sahədən atasının payından 0,001 ha üzərində vərəsəlik hüququ ona verilməlidir, (yəni, ½ hissəsi), eyni qaydada evin 1/2 hissəsi üzərində vərəsəlik hüququ ona verilməlidir. 0,9782 ha torpaq sahəsinə dair vərəsəlik hüququ aşağıdakı qaydada verilməlidir. 0,9782:4=0,24 ha a tasının payıdır. Həmin payın yarısı ona və məhrum anasına yəni 0,12 ha hissəsi üzərində vərəsəlik hüququ iddiaçıya verilməlidir. JN 78213 saylı torpaq şəhadətnaməsində qeyd olunan- 0,20 ha torpaq, 0,20 ha: 6=0,03 ha - atasının payı. Atasının payının 1/4 hissəsi anasına, 1/4 hissəsi ona, anası öldüyü üçün anasının payı ona verilir, deməli 1/4 + 1/4 = 1/2 hissə, yəni 0.20 ha torpağın atasına düşən payı olan 0,03 hektarın 1/2 hissəsinə iddiaçıya vərəsəlik hüququ verilməlidir. Həmin torpaqda 0,03 ha onun anasının payı hamısı iddiaçıya düşür. Çünki qardaşı Emin Bayramov payını ona verir. Anasının payından 0.03 ha üzərində ona vərəsəlik verilməlidir. JN -782C - 0,15 ha torpaq da eyni qaydada 0,15 ha:6 nəfər=0,025 hər adama düşən pay. Atasından iddiaçıya və anasına düşən, yəni, 0,025 ha yarısı, yəni, 1/2 hissəsi və həmin yerdə anasına düşən 0,025 ha hissəsinin hamısı, yəni 0,0375 +0,025+0,025=0,0875 ha.

7. Birinci instansiya məhkəməsindəki icraatda iştirak edən cavabdeh iddiaya etiraz edərək, onun rədd edilməsini xahiş etmişdir.

8. Zaqatala Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(033)-21/2021 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilərək, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Seriya RX N ******* saylı çıxarış əsasında tam olaraq mərhum Yaşar Şabanovun mülkiyyətində olan 107 kv.m. sahədən ibarət fərdi yaşayış evinə münasibətdə 2/4 hissəsinə, Seriya RX N ******* saylı çıxarış əsasında verilmiş 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə isə mərhuma düşən payın 2/4 hissəsinə, həmçinin JN-782B KOD 40200028 saylı torpağın mülk iyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhumun payının ¼ hissəsi və JN-782C KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhuma düşən payın 2/4 hissəsinə iddiaçıya vərəsəlik hüququnun verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş Şəki İnzibati Məhkəməsinin qətnaməsi ilə iddiaçının hazırkı iş üzrə təqdim etdiyi hüquq müəyyənedici sənədlər - JN*782A. JN*782B və JN*786 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, həmçinin RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mərhum Məlahət Şabanova (iddiaçının anası) Emin Bayramov və iddiaçının mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh 18 saylı Ərazi İdarəsinin üzəri nə qoyulmuşdur. Belə olduğu təqdirdə isə təqdim edilmiş dörd sayda mülkiyyət hüququnu təsdiq edən sənədlər üzrə iddiaçının mülkiyyət hüququ qətnamə ilə ləğv edildiyindən həmin sənədlər üzrə payların ayrılmasından söhbət gedə bilməz. Yəni tələbin həmin hissəsinə münasibətdə məhkəmə tələblə razılaşmır.

10. Məhkəmə, tələbin mərhumlara münasibətdə iddiaçıya vərəsəlik hüququnun verilməsi hissəsini isə əsaslı hesab etmişdir. Belə ki, Seriya RX N ******* saylı çıxarış üzrə ümumi birgə mülkiyyətçilərdən Məlahət Şabanova, Emin Bayramov və iddiaçının hüququ artıq qətnamə ilə ləğv edildiyindən həmin sənəd üzrə mülkiyyətçilər mərhum Yaşar Şabanov və Xanza Qantərova qalır. Məlahət Şabanova iddiaçının anası olduğundan və mərhum sonra öldüyündən onun vərəsəlik üzrə payı iddiaçıya keçir. Mülkiyyət sənədi üzrə fərdi yaşayış evi tam olaraq mərhum Yaşar Şabanovun mülkiyyətində olduğundan və növbəli vərəsələr arvadı (mərhum Məlahət Şabanova) qızı iddiaçı, oğlu cavabdeh və qızı Xanza Qantərova olduğundan iddiaçının evə münasibətdə 2/4 hissəyə vərəsəlik hüququ yaranmış olur.

11. Seriya RX N ******* saylı çıxarış əsasında verilmiş 0,9782 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə isə iddiaçının mərhum atasına düşən hissənin 2/4 hissəsinə, həmçinin JN-782B KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhum Yaşar Şabanovun payının 2/4 hissəsi və JN-782C KOD 40200028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhum Yaşar Şabanova düşən payın 2/4 hissəsinə iddiaçıya vərəsəlik hüququ verilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində ic raat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1605/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli Qərardadı ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və M.A.Əsədlidən ibarət tərkibdə) birinci instansiya məhkəməsinin qətnaməsi iddianın “vərəsəliyin açılması” hissəsində ləğv edilərək, iş üzrə icraata bu hissədə xitam verilmiş, həmin tarixli Qətnamə ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iddia qismən təmin edilmiş, iddiaçının miras qoyan (atası) Yaşar Şabanovdan (irsi transmissiya üzrə Məlahət Şabanovadan) miras qalmış - (vəs iyyət olunan) RX ******* seriya nömrəli çıxarış əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, ümumi sahəsi 107.10 kv.m olan fərdi yaşayış evində miras payı -2/6 hissə; həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1240 ha həyətyanı torpaq sahəsində miras payı-2/18 hissə; JN 782B Dövlət Aktı əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, 0,20 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı -2/9 hissə; JN 782C Dövlət Aktı əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,15 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı -2/9 hissə və RX ******* seriya nömrəli çıxarış əsasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9782 ha kənd təsərrüfatlı torpaq sahəsində qanun üzrə vərəsəlik payı -2/12 hissə müəyyən edilmiş, iddia qalan hissədə təmi n edilməmişdir.

14. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mərhum Yaşar Şabanov ilə Məlahət Şabanova ar-arvad olmuş, iddiaçı da onların qızıdır. Yaşar Şabanov xx.xx.2018-ci ildə, arvadı Məlahət Şabanova isə xx.xx.2019-cu ildə vəfat etmişdir. İş üzrə cavabdeh də mərhum Yaşar Şabanovun oğlu olmaqla birinci dərəcəli vərəsəsidir. Miras qoyan Y.Şabanov öləndən sonra ondan miras qalmış əmlak arvadı Məlahət Şabanova, qızı iddiaçı və oğlu cavabdeh tərəfindən idarə olunaraq, miras faktiki qəbul olunmuşdur. Yaşar Şabanovun vəfatından sonra, onun, Xanza Qantərovanın və cavabdehin ümumi birgə mülkiyyətlərində olan, Zaqatala rayonu Aşağı Tala kəndində ayrı- ayrı şəhadətnamələrlə qeydə alınmış 0,1240 ha (seriya RX 1042400) həyətyanı torpaq sahəsi (torpaq sahəsinin üzərind əki fərdi yaşayış evi tam hüquqla Yaşar Şabanova məxsusdur), 0,20 ha (JN 782B), 0,15 ha (JN 782C) kənd təsərrüfatlı və mərhumun, Abidət Həmzatova, Xanza Qantərova və cavabdehin ümumi birgə mülkiyyətlərində olan 0,9782 ha kənd təsərrüfatlı torpaq sahəsi (RX 1466352) qalmışdır.

15. Kollegiya araşdırmanı davam etdirərək qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahələri - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1086/2020 nömrəli qərarı ilə JN*782A. JN*782B və JN*786 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, həmçinin RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mərhum Məlahət Şabanova, Emin Bayramov və iddiaçının mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməsi öhdəliyi cavabdeh 18 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır.

16. Göründüyü kimi, RX ******* seriya nömrəli çıxarış üzrə 0,1240 ha həyətyanı torpaq sahəsi, 0,20 ha (JN 782B) və 0,15 ha (JN 782C) kənd təsərrüfatlı torpaq sahələrinin hər biri 3 nəfər şəxsin ümumi birgə, RX ******* seriya nömrəli- 0,9782 ha kənd təsərrüfatlı torpaq sahəsi isə 4 nəfər şəxsin ümumi birgə mülkiyyətindədir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.3-cü maddəsinin tələbinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

18. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyan Yaşar Şabanov 30 iyun 2013-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən evə və həmin evin torpağını oğlu Cavabdeh vəsiyyət etmiş, vəsiyyətnamə hal-hazıradək qüvvədədir.

19. Beləliklə, işin müəyyən edilmiş hallarına görə, miras qoyanlardan üç ayrı torpaq sahəsi miras qalmış və miras qoyanlar ancaq həmin sahələrdən birində yerləşən evdə yaşamışlar. Həmçinin, miras qoyanların ölümündən sonra mirasın iddiaçı və cavabdeh tərəfindən faktiki qəbul edildiyi də işin mübahisəsiz halıdır. İddiaçı həmçinin X1dan miras qalmış əmlakı-pul vəsaitini (758.97 manatı) xx.xx.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında rəsmi qaydada qəbul etmişdir.

20. Apellyasiya kollegiyası Mülki Məcəllənin vərəsəliklə bağlı normalarına istinad edərək miras qalmış əmlaklara dair iddiaçının vərəsəlik payının bölgüsünü aşağıdakı qaydada aparmışdır.

21. Kollegiya ilk olaraq bildirmişdir iddiaçının X1 miras qoyan Yaşa r Şabanovdan sonra öldüyündən və sağlığında ərindən miras qalmış əmlakı faktiki qaydada qəbul etdiyindən, sonuncunun da payı irsi transmissiya qaydasında iddiaçıya keçəcəkdir (Mülki Məcəllənin 1252-ci maddəsi). Çünki məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. (Mülki Məcəllə 1194-cü maddə). Fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə münasibətdə vəsiyyət üzrə vərəsəliyin normaları, qalan torpaq sahələrinə münasibətdə isə qanun üzrə vərəsəlik hüquq normaları tətbiq ediləcəkdir. 22. 1-ci əmlak üzrə (vəsiyyət olunan) i/m səh-9; RX ******* seriya nömrəli çıxarış əsasında fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə miras qoyan Yaşar Şabanova məxsus olduğundan vəsiyyətnamə nəzərə alınmaqla bölgü aparılmalı və iddiaçının payı evlə bağlı yalnız məcburi paya münasibətdə müəyyən edilməlidir. Beləliklə, fərdi yaşayış evində iddiaçının və X1nın məcburi vərəsəlik payı-1/6-dir (riyazi açıqlaması- Aynur, Məlahət və Abdulla. 1/3:2 (vəsiyyətnamə üzrə yarısı)=1/6) Məlahət Şabanovanın payı irsi transmissiya qaydasında qızı iddiaçıya verilməlidir.

23. Həmin fərdi yaşayış evinin yerləşdiyi 0,1240 ha həyətyanı torpaq sahəsi 3 nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras qoyan Yaşar Şabanovun payı 1/3-dir. Deməli, 1/3 hissə yenə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arsında bölünməlidir (1/3:3=1/9, vəsiyyətnamə olduğuna görə iddiaçının və Məlahətin yalnız məcburi payı (çatacaq payın yarısı) yaranır, 1/9:2=1/18. (1/18 pay Aynur, 1/18 pay Məlahət, qalan pay Abdulla). 24. 2-ci əmlak üzrə (i/m səh-16-18); JN 782B Dövlət Aktı əs asında 0,20 ha kənd təsərrüfatlı torpaq sahəsi 3 nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras qoyan Yaşar Şabanovun payı 1/3-dir. Deməli, 1/3 hissə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arsında bərabər qaydada bölünməli (hər birinə 1/9 pay), Məlahət Şabanovanın payı irsi transmissiya qaydasında qızı iddiaçıya verilməlidir. Beləliklə bu torpaq sahəsində iddiaçının qanun üzrə vərəsəlik payı 2/9 hissə (1/9 iddiaçının + 1/9 anası Məlahətin) olacaqdır. 25. 3-ci əmlak üzrə (i/m səh-18-21); JN 782C Dövlət Aktı əsasında 0,15 ha kənd təsərrüfatlı torpaq sahəsi də 3 nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras qoyan Yaşar Şabanovun payı 1/3-dir. Deməli, 1/3 hissə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arasında bərabər qaydada bölünməli (hər birinə 1/9 pay), Məlahət Şabanovanın payı irsi trans missiya qaydasında qızı iddiaçıya verilməlidir. Beləliklə, bu torpaq sahəsində də iddiaçının vərəsəlik payı 2/9 hissə (1/9 iddiaçının + 1/9 anası Məlahətin) olacaqdır. 26. 4-cü əmlak üzrə; RX ******* seriya nömrəli çıxarış əsasında (i/m səh-14-15); 0,9782 ha kənd təsərrüfatlı torpaq sahəsi 4 nəfərin ümumi birgə mülkiyyətdə olduğundan miras qoyan Yaşar Şabanovun payı 1/4-dir. Deməli, 1/4 hissə 3 vərəsə (Aynur, Məlahət və Abdulla) arsında bərabər qaydada bölünməli (hər birinə 1/12 pay), Məlahət Şabanovanın payı irsi transmissiya qaydasında qızı iddiaçıya verilməlidir. Beləliklə bu torpaq sahəsində iddiaçının qanun üzrə vərəsəlik payı 2/12 hissə (1/12 iddiaçının + 1/12 anası Məlahətin) olacaqdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı ka ssasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

28. Həmin şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mərhum tərəfindən mübahisəli evə dair vəsiyyətnamə olmasını nəzərə almamış, buna görə də apelyasiya instansiya məhkəməsi mərhum Yaşar Şabanov tərəfindən yazılmış vəsiyyətnaməni əsas götürərək yaşayış evində olan payları müəyyən etmişdir. Lakin apelyasiya məhkəməsi vəsiyyətnaməyə və evin mülkiyyət hüququnu müəyyən edən sənədlərə düzgün qiymət verməmişdir. Belə ki, mərhumun yazdığı vəsiyyətnaməni 30 iyun 2013-cü ildə tərtib etmişdir. Vəsiyyətnamədə qeyd olunmuşdur ki, Aşağı Tala kəndində yerləşən təzə tikilmiş fərdi yaşayış evini və həmin torpaq sahəsini oğlu cavab dehə vəsiyyət etmişdir. Mübahisəli evə verilmiş çıxarışdan görünür ki, evin texniki pasportunun axırıncı səhifəsində evin qeydiyyata alınmasına əsas olmuş sənədlərin siyahısı göstərilmişdir. Buradan görünür ki, həmin evin qeydiyyata alınmasına əsas Zaqatala RİHB-nın 4/144 saylı 04 fevral 2014-cü il tarixli məktubu olmuşdur. Həmçinin, həmin ev dövlət tərəfindən zəlzələdə zərər çəkmiş evlərin əvəzində tikilmiş ev olmuş və onun qeydiyyata alınması üçün sənəd 2014-cü ildə verilmişdir. Mərhum atasının 2013-cü ildə yazdığı vəsiyyətnamədə təzə tikilmiş ev isə onun reyestrdə qeydiyyata alınmamış ikinci evi olmuşdur. Həmin ev başqa torpaq sahəsində yerləşdiyindən, hesab edir ki, sözügedən vəsiyyətnamə mübahisəli evə şamil olunmamalıdır. Mübahisəli ev dövlət tərəfindən tikilmiş və bütün ailə üzvləri nə bərabər hüquqa malik bir evdir. Ona görə də, həmin evə dair vəsiyyətnamə yazılarkən, digər ailə üzvlərinin razılığı tələb olunurdu. Dövlət tərəfindən tikilmiş evin təkcə atasına məxsus olması kimi qeydiyyata alınması səhv olmuşdur. Tərəfindən qeydiyyata alma orqanına qeydiyyata düzəliş edilməsi, onun həmin evdə mülkiyyətçi olduğu nəzərə alınaraq qeydiyyat aparılması barədə müraciət olunmuşdur.

29. Cavabdeh də kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir.

30. Bu şikayət belə əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində istinad etdiyi JN782A, JN-782B və JN-782C nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr və RX seriyalı ******* nömrəli çıxarış qüvvədə deyil. Belə olduğu halda həmin sənədlərə istinadən vərəsəlik hüququnun müəyyənləşdirilməsi qanunsuz və əsassızdır. Şəki İnzibati Məhkəməsinin qərarı ilə işin müəyyən edilmiş hallarından da məlum olur ki, məhkəmənin qətnaməsində istinad etdiyi həmin sənədlərdə Məlahət Şabanova, Emin Bayramov və iddiaçının adı səhv qeyd edilmiş, həmçinin qeyd olunan torpaq sahələri Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Yaşar Şabanov ilə yanaşı, cavabdehin, Xanza Qantarovanın və Abidat Həmzətovanın ümumi birgə mülkiyyətinə verilmişdir. Belə olan halda Yaşar Şabanova çatacaq pay apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi 1/3 yox, 1/4 olacaqdı. Lakin məhkəmənin qeyd olunan xüsusatı nəzərə almaması səbəbindən, vərəsələrə çatacaq pay da düzgün bölünməmişdir.

31. Mərhumun vərəsələrindən biri də Xanza Qantarovadır. Laki n, işə baxan məhkəmə vərəsələr arasında payı müəyyən edərkən miras əmlakın (torpaq sahələrinin) payçılarından biri olan və mirası faktiki olaraq qəbul edən Xanza Qantarovanın payını nəzərə almamış, bununla da iddiaçıya çatacaq pay hədsiz artmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

33. Maddə 13, hissə

1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə 29, hissə 1, 2 və

5. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəl ləsi:

35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

36. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

37. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

38. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

39. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

40. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

41. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

42. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

43. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

44. Maddə 1170.1 Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

45. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

46. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin m əzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

47. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

48. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

49. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını t ələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

50. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər.

51. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür.

52. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 56. 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

57. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə bütövlükdə tam yoxlanılır.

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

59. Apellyasiya məhkəməsi vərəsələr Xanza Qantərova və İmran Şabanovun mirası qəbul etmədiklərini, İddiaçı və Cavabdeh isə mirası qəbul etdiklərini, Məlahət Şabanovanın payının xx.xx.2019-da ölməsi ilə bağlı vərəsəsi İddiaçı keçdiyini, bu hesabla 3 vərəsə payının mövcudluğunu nəzərə alaraq, hər bir əşyaya münasibətdə iddiaçının payını müəyyənləşdirmişdir. Bu zaman məhkəmə miras qoyan tərəfindən vərəsə Cavabdeh çatması vəsiyyət edilən torpaq sahəsinə və evə iddiaçının və onun mərhum anasının tam həcmdə məcburi paylarını tanımışdır. Məcburi payın həcmi isə bütün mirasdan deyil, vəziyyətnamə qoyulmuş iki daşınmaz əşyaya münasibətdə müəyyənləşdirilmişdir. Belə ki, məhkəmə vəsiyyətin predmeti olan hər bir əşyadan onlara qanun üzrə vərəsəlik qaydasında çatası payın yarısını məcburi pay kimi müəyyən etmiş, M.Şabanovanın ölümü ilə qızına keçən payı da nəzərə almaqla, İddiaçı evə 2/6, 0,1240 ha torpaq sahəsinə isə 2/18 vərəsəlik payını tanımışdır (§ 13-26).

60. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məcburi pay ın həcminin yuxarıda göstərilən qaydada müəyyənləşdirilməsi maddi hüquq normalarına uyğun olmamışdır.

61. Məlum olduğu kimi, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

62. Məhkəmə kollegiyası əvvəlcə bu normada nəzərdə tutulan məcburi payın mahiyyətinə və məqsədinə, daha sonra isə onun həcminin müəyyənləşdirilməsi qaydasına nəzər salmağı vacib hesab edir.

63. Vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlam anın) qanunla məhdudlaşdırılmasıdır.

64. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir (§ 35-37).

65. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər (§ 37).

66. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Başqa sözlə, miras qoyan öz əmlakını istədiyi şəxsə özgəninkiləşdirmək və ya vəsiyyət etmək hüququ, sadalanan şəxslərin almalı olduqları və qanunla müəyyən edilmiş həddə məhdudlaşdırılır. Beləliklə, şəxs arzu etsə də ölümündən sonra qanunun müəyyənləşdirdiyi yaxınlarına çatmalı olan miras dəyərlərini başqa şəxslərə verə və ya qanunun nəzərdə tutduğundan fəqli nisbətlərdə paylaşdıra bilməz.

67. Məcburi pay institutu miras qoyanın yaxın ailə üzvləri qarşısında olan maddi və mənəvi öhdəliklərindən irəli gəlir. Bu öhdəliklər çərçivəsində miras qoyanın ən yaxınlarını əmlakdan tamamilə məhrum etməsinin qarşısı alınır, onların minimum həcmdə əmlak almaları təmin edilir. Həmin şəxslərin məcburi pay gözləntiləri ailə bağlarının sıxlaşmasına, cəmiyyətin özəyi olan ailənin daha da möhkəmlənməsinə səbəb olmaqla ictimai bir fayda da təmin edir.

68. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi d ə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında məcburi pay institutunun mahiyyəti ilə bağlı vurğulamışdır ki, “Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra və rəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır”.

69. Bununla belə diqqətdən qaçırılmamalıdır ki, miras qoyanın vərəsələri üçün qanunda nəzərdə tutulan qoruma (məcburi pay hüququ) əhatə baxımından məhduddur. Belə ki, qanun üzrə vərəsələrin hamısı deyil, yalnız çox yaxın sayılan bəzi şəxslər (uşaqlar, valideynlər və arvad-ər) bu hüququa malikdirlər. Onların da bütün vərəsəlik payı deyil, qanunla müəyyən edilmiş bir hissəsi qorunmuşdur. Bu hissə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısıdır (§ 46).

70. Başqa sözlə, qanun, miras qoyanın sərəncam hüququnu məcburi payı pozduğu həddə məhdudlaşdırır. Odur ki, miras qoyan bu həddin xaricində qalan əmlakı barəsində istədiyi kimi sərəncam verməkdə sərbəsdir. Belə ki, o, öz vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə biləcəyi kimi (§ 45), əmlakını da istədiyi şəxsə verə bilər (§ 36,43). İstisna (məhdudiyyət), yalnız məcburi pay hüququ olan vərəsələr və onlara qanunla çatası minimum payla bağlıdır (məcburi pay almaq hüququndan məhrumetmə isə ləyaqətsiz vərəsə ilə bağlı ümumiyyətlə vərəsəlik hüququndan məhrumetm əyə səbəb olan hallarda, özü də miras qoyanın sağlığında məhkəməyə müraciət edilməklə mümkündür (§ 51-52).

71. Bu hədləri (məhdudiyyətləri) nəzərə almadan miras qoyanın hər sərəncamını məcburi payı pozan akt kimi qiymətləndirmək, yəni vəsiyyət edilən (son iki ildə bağışlanan) hər əmlakdan vərəsələrə məcburi pay vermək bu institutun mahiyyətinə və məqsədinə uyğun gəlmir.

72. Ona görə də, məcburi payla bağlı qanundakı qaydalar yalnız həmin minimum payın pozulduğu təqdirdə tətbiq edilə və məcburi pay qarşılanmayan həcmdə tamamlana bilər.

73. Məhkəmə təcrübəsində əksər hallarda məcburi payın pozulub-pozulmadığı aydınlaşdırılmadan vəsiyyət edilən (bağışlanan) hər predmetdən vərəsələrə pay tanınır. Halbuki, qanunda bu məzmunda bir norma mövcud deyil.

74. Bu məsələ ilə bağlı Kollegiya vurğulayır ki, məcburi payın həcmi ilə, bu həcmin müəyyənləşdirilməsi qaydası bir-birindən fərqləndirilməlidir. Məcburi payın həcmi Mülki Məcəllənin 1193-cü maddəsində göstərilmişdir: vərəsələrin qanun üzrə vərəsəlik qaydasında alacaqları payın yarısı.

75. Bu həcmin hansı qaydada müəyyənləşdiriləcəyi isə Məcəllənin 1195-ci maddəsində tənzimlənmişdir. Həmin normaya əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

76. Göründüyü kimi, Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən məcburi payın pozulmasının və tamamlanmalı olan həcminin necə təsbit olunacağı məhz 1195-ci maddədə açıqlanmışdır. Bunun üçün meyar vəsiyyət (hədiyyə) edilən hər bir ( ayrıca) əmlak deyil, bütün mirasdır. Başqa sözlə, məcburi payın pozulub-pozulmadığının müəyyən edilməsi üçün mirasa daxil olan hər bir predmet ayrı-ayrılıqda deyil, ölümdən əvvəlki 2 il ərzində edilən bağışlamalarla birlikdə bütöv miras əmlakın ümumi dəyəri əsas alınmalıdır.

77. Bu baxımdan Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən pay nisbəti mirasla (məcburi payla) bağlı ixtilafların həlli üçün kifayət deyil. Həmin norma ilə yanaşı Məcəllənin 1151.1, 1195, 1196 və 1200-cü maddələri birlikdə nəzərə alınmalıdır (§ 41, 47-49).

78. Ona görə də, məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırılmalıdır. Əgər verilmişsə, həmin sərəncamları n predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur.

79. Əgər məcburi paya müdaxilə aşkar edilirsə hüququ pozulan vərəsənin vəsiyyət (hədiyyə) edilən əmlak hesabına məcburi payının pozulan məbləğdə (tam və ya qismən) tamamlanmasını tələb etmək hüququ yaranır. Bu qayda Mülki Məcəllənin 1200 və 1201-ci maddələrində açıqca göstərilmişdir. Həmin normalara görə, məcburi pay almaq hüququ olan şəxs bu paydan az əmlak aldıqda çatışmayan hissənin tamamlanmasını tələb edə bilər. (§ 49-50).

80. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd edilən qərarında məcburi payın həcminin müəyyənləşdirilməsi və çatışmayan payın tamamlanması ilə bağlı aşağıdakı hüquqi mövqeləri if adə etmişdir: “Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur... Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.”

81. Əgər vərəsə mirasdan qanun üzrə vərəsəliklə almalı olduğunun yarısından artıq dəyərdə əmlak qazanmışsa, bu o deməkdir ki, onun məcburi payı pozulmamışdır. Vərəsə mirasda məcburi pay hüququ əsasında almalı olduğu minimum aktivi əldə etmişsə, miras qoyanın bu aktivin xaricində qalan əml akına verdiyi sərəncam vərəsənin mənafeyinə xələl gətirmiş sayılmır. Belə olan halda miras qoyanın sərbəst şəkildə vəsiyyət etmək və ya bağışlamaq imkanı olan əmlakdan həmin vərəsəyə pay verilməsinin əxlaqi səbəbi və qanuni əsası olmur. Buna məhəl qoyulmadan vəsiyyət edilən (bağışlanan) əmlaka “məcburi pay” adı altında vərəsənin hüququnun tanınması bu münasibətləri tənzimləyən normaların məqsədlərinə zidd olmaqla yanaşı, ədalətsiz vəziyyətin yaranmasına da səbəb olur. Məsələn, qanun üzrə iki vərəsə olan və 1.000.000 manat dəyərindəki mirasda 20.000 manatlıq avtomobil kənar bir şəxsə vəsiyyət edilmişsə, vərəsələr məcburi payları olan 250.000 manatdan artıq (490.000 manat) dəyərdə əmlak aldıqları halda, onların həmin avtomobilə də şərik olmaları ədalətli olmadığı kimi, miras qoyanın son irad əsinə də ziddir.

82. Beləliklə, vərəsəyə məcburi pay verilməsi, bütün mirasdan qanun üzrə vərəsəliklə onlara çatası dəyərin yarısından az əmlak qaldıqda mümkündür.

83. Əks yanaşma miras qoyanın öz əmlakı barəsində sərbəst sərəncam vermək hüququnun əsasız məhdudlaşdırılmasına, vərəsənin miras qoyanın iradəsinə və qanuna zidd şəkildə varlanmasına, bununla məcburi pay institutunun məqsədinin aşılmasına, nəticə etibarilə Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət və vərəsəlik (vəsiyyət etmə və vərəsə olma) hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur (§ 33-34).

84. O da nəzərə alınmalıdır ki, məcburi pay, vərəsəlik hüququndan irəli gəlsə də, bir əşya hüququ (mülkiyyət haqqı) deyil, qanuna əsaslanan tələb hüququdur. Çünki, vəsiyyət edilən (bağışlanan) əm lak üzərində miras açıldığı andan vərəsənin ona mülkiyyət hüququ əmələ gəlmir. Məcburi payı pozulan vərəsə vəsiyyətlə (bağışlama ilə) əmlak əldə etmiş şəxsə qarşı həmin payın tamamlanmasını tələb etmək imkanı qazanır. Bu səlahiyyət qanundan irəli gələn şəxsi hüquqdur. Konstitusiya Məhkəməsi də istinad olunan qərarında mirasda məcburi pay hüququnu birinci növbə vərəsələrinhüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüquq kimi qiymətləndirmişdir.

85. Ona görə də vərəsəlik mübahisəsinə baxan məhkəmə, vəsiyyətnamə qoyulmuş (hədiyyə edilmiş) əmlaka öz hüququnu irəli sürən vərəsənin dəlillərini yoxlamaqla, onun məcburi payının pozulub-pozulmadığını aydınlaşdırmalı və nəticəsindən asılı olaraq iddia təl əblərini həll etməlidir.

86. Hazırkı işdə isə miras qoyan Yaşar Şabanovun vəsiyyət etdiyi - Zaqatala rayonu, Aşağı Tala kəndindəki 0.1240 ha torpaq sahəsinə və onun üzərindəki yerləşən fərdi yaşayış evinə iddiaçının payı müəyyən edilərkən yuxarıda şərh olunan qaydalara riayət edilməmişdir. Belə olan halda, payların apellyasiya məhkəməsinin qətnaməsində əks olunan şəkildə müəyyən edilməsi (iddiaçıya vəsiyyət olunan hər bir əşyadan tam həcmdə məcburi pay verilməsi) mülki qanunvericiliyə uyğun hesab edilə bilməz.

87. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də odur ki, qanun üzrə vərəsələrindən Xanza Qantarova mirası faktiki qəbul etsə də, onun mirasda iştirakı və payı nəzərə alınmadan bölgü aparılmışdır.

88. Yuxarıda göstərilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün Yaşar Şabanovdan qalan miras kütləsi (vəsiyyət edilmiş əşyalar da daxil olmaqla bütün aktiv və passiv), habelə qanun və vəsiyyət üzrə bütün vərəsələrin dairəsi müəyyən edilməli, onlar işdə iştirak etməyə cəlb olunmalı, mirasın qəbulu və ondan imtina ilə bağlı qaydalar da nəzərə alınmaqla, pay bölgüsündə iştirak edən vərəsələrin dairəsi, bunlara müvafiq olaraq iddiaçının məcburi payının həcmi və vəsiyyətnamənin xaricində qalan əmlakdan İddiaçı qanun üzrə vərəsəlik qaydasında əldə etdiyi dəyər işdə iştirak edən şəxslərlə müzakirə edilməklə və işdə olan sübutlarla birlikdə qiymətləndirilməklə aydınlaşdırılmalı, bundan asılı olaraq iddiaçının məcburi payının pozulub-pozulmadığı, əgər pozulmuşsa hansı həcmdə (tam yoxsa qismən) pozulduğu təsbit olunmalı, buna müvafiq olaraq həmin payın tamamlanması və digər iddia tələbləri həll edilməlidir.

89. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

90. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1605/2021 nömrəli iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar