Məhkəmə qərarları › İş №2(102)-1193/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1193/2021

02.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1193/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Məmətbağır qızının cavabdehlər nümayəndəliyinə və Cavabdeh2 qarşı iş üzrə Qusar rayon XXX QƏRARİ iş № 2(102)-1193/21 (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab olunması) üzrə Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Məmətbağır qızının cavabdehlər Qusar rayon XXX üzrə nümayəndəliyinə və Cavabdeh2 qarşı qeydin ləğv edilməsi, əqdin etibarsız hesab edilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(105)-1627/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X1 xx xxx 2012-ci il tarixli vəsiyyətnamə ilə Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən evi, evin inventar avadanlıqlarını, pay torpaq sahələrini nəvəsi X9 vəsiyyət etmişdir. X6 xx xxxxxx 2013-cü il tarixdə ölmüşdür. İddiaçı Məmətbağır qızı onun qızıdır. İddiaçı vəsiyyətnamənin saxta olduğunu, atasının əsil iradə ifadəsi olmadığını, vəsiyyətnamənin qeydiyyatı zamanı pozuntulara yol verildiyini iddia edərək etibarsızlığını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Məmətbağır qızı cavabde hlər Qusar rayon XXX üzrə nümayəndəliyinə və Cavabdeh2 qarşı qeydin ləğv edilməsi, əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 tərəfindən Cavabdeh2 vəsiyyətnamənin verilməsi barədə Cavabdeh1 Başçısının XXX üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli, xx xxx 2012-ci il tarixli qeydin ləğv edilməsinə, həmin qeyd əsasında verilmiş 8 reyestr nömrəli, xx xxx 2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Qusar rayonun Kuzun Qışlaq kənd sakinləri Cavabdeh2 və onun arvadı X15 2015-ci ilin mart ayında onun evinə daxil olaraq ona zor tətbiq edərək evindən qovmuşlar. Həmin faktla bağlı o, aidiyyəti üzrə Qusar rayon prokuroruna və Qu sar rayon Polis Şöbəsinə şikayət ərizələri ilə müraciətlər etmişdir. Həmin orqanlar tərəfindən araşdırmalar aparılarkən müəyyən olunmuşdur ki, inzibati orqan olan cavabdeh Qusar RXXX üzrə nümayəndəliyi tərəfindən atası X3 iştirakı olmadan onun adından Cavabdeh2 adına vəsiyyətnaməni verilərək rəsmiləşdirilmişdir. Faktla bağlı Qusar rayon XXX üzrə nümayəndələyinə müraciət edərək xx xxx 2012-ci il tarixli həmin vəsiyyətnamənin və nümayəndəliyin qeydiyyat kitabının həmin vəsiyyətnamənin qeydi aparıldığı səhifənin nümayəndəlik tərəfindən təsdiq olunmuş surətlərini əldə etmişdir. Hesab edir ki, atası X5 tərəfindən Cavabdeh2 vəsiyyətnamənin verilməsi barədə Qusar rayon XXX üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş xx xxx 2012-ci il tarixli 8 reyestr nömrəli qeyd ləğv edilməli, həmin qeyd əs asında verilmiş 8 reyestr nömrəli, xx xxx 2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməlidir. Əsli ilə doğru olması barədə cavabdeh tərəfindən təsdiq edilmiş Qusar RİHB-nın XXX üzrə nümayəndəliyinin qeydiyyat kitabından çıxarışdan və mübahisəli xx xxx 2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilməyib, həmin qeyd və vəsiyyətnamə saxtadır. Belə ki, həmin vəsiyyətnamədə vəsiyyət edənin, vəsiyyət olunanın, şahidlərin və Dövlət notariusu adından vəsiyyətnaməni qeydə alan vəzifəli şəxsin adından aparılan bütün yazılar eyni şəxs tərəfindən latın əlifbası ilə icra edilmişdir. Həmin fakt onu təsdiq edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etməmişdir. Bundan başqa vəsiyyətnamədə vəsiyyət edənin adı ndan onun adı “Məmmədbağır”, ata adı “Balohməd” kimi yazılmışdır. Halbuki vəsiyyət edənin adı “Məmətbağır”, atasının adı isə “Balahməd” dir. Bundan başqa vəsiyyətnamədə vəsiyyət edənin adından imza edilən hissədən də görünür ki, həmin yerdə imza kimi üst-üstə müxtəlif cizgilər edilmiş, lakin bununla bərabər imza cizgilərinin vəsiyyətnaməni yazan və təsdiq edən cavabdehin vəzifəli şəxsin imzası ilə eyni olduğu qabarıq şəkildə özünü biruzə verir. Həmçinin vəsiyyət edən X2 əlifbası ilə təhsil almış, latın əlifbası ilə yaza və ya həmin əlifba ilə yazılan mətnləri oxuya bilməmişdir. Ona görə də X7 mübahisələndirilən vəsiyyətnamədə latın əlifbası ilə hər hansı yazıları həyata keçirə bilməzdi. Həmçinin mərhum X 2010-2013-cü illər ərzində ərazi nümayəndəliyində ola bilməzdi, çünki həmin dövrdə y ataq xəstəsi olmuş, yaşadığı evdə yataq şəraitində onun, qardaşının və bacısı Səlimənin qayğılarından istifadə etmişdir. Digər tərəfdən nümayəndəliyin qeydiyyat kitabından çıxarışdan görünür ki, 8 nömrəli qeyd sətrinin-“tarix” qeydi hissəsində ilkin olaraq başqa tarix qeyd olunmuş, həmin ilkin qeyd, pozucu alətlə pozularaq üzərində 23.05.12 tarix qeydi edilmişdir. Həmin 8 nömrəli qeyd sətrinin barəsində əməliyyat aparılan şəxsin “soyadı, atasının adı, adı” qeyd hissəsindən göründüyü kimi Balayev soyadının yerində ilkin olaraq düz xətt çəkilməklə həmin yerin qeydsiz olması bildirilmiş, “Məmədbağır” sözü yazılan ad yerində ilkin olaraq digər yazı qeydi olunmuş, lakin həmin qeyd pozucu alətlə pozularaq üzərində Məmədbağır sözü yazılmışdır. Bütün bunlarla bərabər həmin səhifədən görünür ki, 8- ci, 4-cü və 12-ci sətrlər də daxil olmaqla səhifənin 9 (doqquz) sətri (4-12-ci sətrlər) Əliyarovlar ailəsinə məxsusdur. Ailənin X adlı üzvü çox ehtimal ki, ər soyadına malikdir. Həmin səbəbdən də 8-ci sətrdə, səhifənin imza hissəsində barəsində şəxsi məlumatlar daxil edilmiş X8 tərəfindən imza edilmişdir. Səhifənin 8-ci, 4-cü və 12-ci sətrləri də daxil olmaqla 9 (doqquz) sətrindəki yazıların Əliyarovlar ailəsinə aid olmasını (4-12-ci sətrlər) Əliyarovlar ailəsini təmsil edən bir şəxs 2 (iki) öz imzası ilə təsdiq etmişdir. Həmin imzalardan göründüyü kimi pozucu alətin köməyi ilə səhifənin digər hissələrində ilkin qeydlərin pozulması özünü qabarıq şəkildə büruzə verməsə də Əliyarovlar ailəsini təmsil edən bir şəxs tərəfindən edilmiş 2 (iki) ardıcıl, bir-birinə bitişik imzaların üzərində pozu ntunun edilməsi, zahiri görünüşü ilə qabarıq şəkildə pozuntunun ifadə edilməsidir. Həmin səbəbdən də səhifənin 8-ci sətrinin imza hissəsindəki X4 adından imza saxtalığını həyata keçirmək mümkün olmamışdır. Bütün bu hallar və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 31330 nömrəli ekspert rəyi də həmin vəsiyyətnamənin saxta olmasını sübut edir. Ona görə də sözügedən vəsiyyətnamə etibarsız hesab edilməlidir Qusar rayon Məhkəməsinin 2(029)-41/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X5 tərəfindən Cavabdeh2 vəsiyyətnamənin verilməsi barədə Cavabdeh1 Başçısının XXX üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli, xx xxx 2012-ci il tarixli qeyd ləğv edilmiş, həmin qeyd əsasında veril miş 8 reyestr nömrəli, xx xxx 2012-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilmişdir. (hakim R.Kazımov) Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 1131.1, 1179.1, 1179.2, 1180.1, 1180.2, 1188, 1225.1, 1225.3-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər- Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1627/20 nömrəli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin 2(029)-41/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin 1133, 1166, 1179, 1193, 1202-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qed edilmişdir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiy a şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. AR Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxx 2011-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləs inin 1203.1-ci maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2011-ci il tarixli qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar qeyd etmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasmda özünü göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmi ş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə görə, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1202.1. maddəsinə əsasən, məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Mübahisə ilə bağlı məhkəmə oxşar münasibətlərə dair AR Konstitusiya Məhkəməsinin "Ə.Ə. İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx.xx.2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair" xx xxxxx 2004-cü il tarixli qərarına da istinad etməyi zəruri hesab edir. Həmin qərarda belə bir hüquqi mövqe ifadə olunmuşdur: "Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənlə şdirilməməsi "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun" Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyas ı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, X1 xx xxx 2012-ci il tarixli vəsiyyətnamə ilə Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən evi, evin inventar avadanlıqlarını, pay torpaq sahələrini nəvəsi X9 vəsiyyət etmişdir. X6 xx xxxxxx 2013-cü il tarixdə ölmüşdür. İddiaçı Məmətbağır qızı onun qızıdır. İddiaçı vəsiyyətnamənin saxta olduğunu, atasının əsl iradə ifadəsi olmadığını, vəsiyyətnamənin qeydiyyatı zamanı pozuntulara yol verildiyini iddia edərək etibarsızlığını tələb edir. İddiaçı X5 tərəfindən Cavabdeh2 vəsiyyətnamənin verilməsi barədə Cavabdeh1 Başçısının XXX üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli, xx xxx 2012-ci il tarixli qeydin ləğv edilməsini, həmin qeyd əsasında verilmiş 8 reyestr nömrəli, xx xxx 2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb edərkən əsas dəlil kimi ona istinad edir ki, həmin qeydlər kitabında düzəlişlər edilmiş, vəsiyyətnamə mərhumun iradə ifadəsini əks etdirmir. Mübahisələndirilən vəsiyyətnamənin əslindən görünür ki, həmin vəsiyyətnamə iki şahidin iştirakı ilə tərtib edilib imzalanmışdır. İddiaçı vəsiyyətnamənin məzmununa, tərtibinə dair heç bir irad irəli sürə bilməmiş, yalnız Cavabdeh1 Başçısının XXX üzrə nümayəndəliyinin qeydlər kitabında aparılmış düzəlişlərə istinad edərək vəsiyyətnamənin etibarsızlığını tələb edir. Apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vəsiyyətnaməni qeydə alarkən notariat hərəkətlərini həyata keçirən şəxsin yol verdiyi nöqsan və çatışmaz lıq vəsiyyətnamənin etibarsızlığı üçün əsas ola bilməz. İddiaçı mübahisələndirilən vəsiyyətnamənin atasının iradə ifadəsi olmadığını, onun tərəfindən imzalanmadığını bildirsə də bununla bağlı məhkəməyə heç bir legitim, mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yazılı sübutların həqiqiliyi prezumpsiyası var. Hazırkı işdə vəsiyyətqoyanın və iki nəfər şahidin tərtib etdiyi, Cavabdeh1 Başçısının XXX üzrə nümayəndəliyinin təsdiq etdiyi bir vəsiyyətnamə var. İddiaçı həmin vəsiyyətnamənin əhəmiyyətsiz əqd olması barədə bəyanat verməklə həmin əqdi, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi presumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazımdır ki, müqavilənin əhəmiyyətsiz olması dəlilini iddiaçı tərəf irəli sürdüyündən həmin sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür (MPM-nin 14.2. və 77.1. maddələri), cavabdeh bunun əksini sübut etməyə borclu deyil. Bundan başqa, məhkəmə kollegiyası hazırkı iddianın uğurluluğu baxımından bir məsələni də qeyd etməyi zəruri hesab edir. İddiaçı hazırkı tələbində vəsiyyətnamənin etibarsız olması əsası ilə mübahisələndirir. Vəsiyyətnamə əqddir, vəsiyyət olunan üçün hüquq və vəzifələr yaradır. Əqdin etibarsızlığına dair mülki qanunvericilikdə nəzərdə tutulan hallar analoji əqdlərə də şamil olunur. Tərəflər vəsiyyətnamə verildikdən və mirasqoyan vəfat edəndən sonra keçən illər ərzində həmin evdə birgə yaşamışlar. Bunu iddiaçı özü izahatlarında təsdiq edir. 2015-ci ildə tərəflər arasında ailə-məişət zəminində mübahisə düşdükdən sonra iddiaçı cavabdeh barəsində şikayətlər etməyə başlamış və vəsiyyətnamənin mövcudluğu barədə həmin vaxt məlumat aldığını bildirmişdır. Deməli, iddiaçı cavabdehin hansı əsaslarla evdə yaşamasına həmişə bilmişdir. İddiaçının özünün etirafı nəzərə alınarsa o, cavabdehin evi vəsiyyətnamə əsasında idarə etməsini ən azından 2015-ci ildən bilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmələr əqdlərin etibarsızlığı tələbi ilə bağlı bir illik kəsici müddəti tətbiq etməklə (Mülki Məcəllənin 354-cü maddəsi) iddianı rədd etməkdə haqlı olardılar. Apellyasiya Məhkəməsi həmin normanı tətbiq etməsə də, mübahisəni mahiyyəti üzrə düzgün həll etmişdir. Ona görə qətn amənin formal əsaslarla ləğv edilməsinə zərurət yoxdur. Çünki nəticə etibarı ilə iddia təmin olunan iddia deyil. Eyni zamanda Apellyasiya Məhkəməsi İddiaçı Məmətbağır qızına izah etmişdir ki, vəsiyyət edənin qızı kimi vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edilmiş mirasda məcburi pay almaq hüququ var və iddiaçı bu hüququ itirməmişdir. Çünki mirasqoan vəfat edəndən sonra miras əmlakda yaşamaqla onu faktiki qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Məmmətbağır qızının kassasiya şikayəti təmin edilməsin. Sumq ayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1627/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar