Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1193/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözləri: bağışlama müqaviləsinin və çıxarışının etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı “25 mart 2019-cu il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş daşınmaz əmlakın X7 etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(105)-1585/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X13 ilə xx.xx.2008-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, birgə nikahlarından iki övladları-xx.xx.2013-cü il təvəllüdlü İbrahim və xx.xx.2016-cı il təvəllüdlü Nərmin doğulmuşlar.
2. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-348/2019 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, nikah pozularkən birgə nikahdan doğulmuş X8 və X4 onun yanında saxlanılması qət edilmişdir. 3. ünvan 1ində yerləşən 0.05 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. 4. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqa viləyə əsasən, Cavabdeh1 ünvan 1i ünvanında yerləşən 0.05 ha olan torpaq sahəsini Cavabdeh2 bağışlamışdır.
5. Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)189/2020 saylı qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X6 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş, hüquqların dövlət qeydiy yatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,03997 ha torpaq sahəsindən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışa əsasən Quba rayonu, Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsinə ½ hissədə X6 və ½ hissədə İddiaçı payının müəyyən edilməsi, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evinə İddiaçı azyaşlı uşaqları ilə birlikdə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.Abasov sədrlik edən və məruzəçi, S.Qafari və T.Məmmədov) xx.xx.2021-ci il tarixli 2(105)204/2021 saylı qətnaməsi ilə cavabdeh X6 apellyasiya şikayəti qismən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmuş; Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)189/2020 saylı qətnaməsi ləğv olunmuş; iş üzrə yeni qətnamə qəbul edilmiş; iddia qismən təmin edilmiş; İddiaçı ilə cavabdeh X6 birgə nikah dövründə əldə etdikləri, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,03997 ha digər təyinatlı torpaq sahəsi tərəflərin hər birinin payı ½ hissədə olmaqla naturada bölünərə k ayrılmş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)6506/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-204/2021 saylı qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 satmasına dair 22 fevral 2019- cu il tarixli alğı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsi nin rədd edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
8. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-738/2022 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(027)-189/2020 nömrəli qətnaməsi - Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinin Cavabdeh1 satmasına dair 22 fevral 2019cu il tarixli alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülməsinin rədd edilməsi his səsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi qismən təmin edilmiş, cavabdeh X6 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edilmiş, iddiaçının həmin torpaq sahəsinin bölünməsi və ona düşən hissənin naturada ayrılaraq verilməsi, torpaq sahəsində birgə nikah dövründə tikdikləri iki mərtəbəli yaşayış evinə onun və azyaşlı uşaqlarının köçürülm əsi barədə iddia tələbi təmin edilməmişdir.
9. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 11 may 2019-cu il tarixli qərar ilə araşdırma zamanı izahat vermiş Laçın Şirinovun anası Kamilə Şirinova oğluna məxsus Quba rayonu Timiryazev qəsəbəsində ev olduğunu göstərmişdir. Qərara əsasən, İddiaçı Quba RPŞ-yə müraciət edərək 01 may 2019-cu il tarixdə keçmiş həyat yoldaşının tikdirdiyi Quba rayonu Timiryazev qəsəbəsindəki evdə aralarında baş vermiş mübahisə zamanı ona xəsarət yetirildiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini 25 mart 2019-cu il tarixdə Cavabdeh2 bağışlamasına dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11 iyul 2019-cu il tarixli reyestr çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Laçın Şirinovla birgə nikah dövründə Quba rayonu Vladimirovka kəndində 0.03997 ha digər təyinatlı torpaq sahəsi (seriya RX №1234795. ********** qeydiyyat nömrəli. xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış") Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0.05 ha həyətyanı torpaq sahəsi (Seriya RX №0098610. ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”) və Quba rayonu Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi (seriya RX № 0133201. ********** qeydiyyat nömrəli. xx.xx.2013-cü il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış") əldə etmişlər. Bundan başqa, X13 ilə birgə nikah dövründə Laçın Şirinovun adına "Aqrolizinq” ASC ilə bağladığı xx.xx.2011-ci il tarixli 292- L/l 1 və xx.xx.2012-ci il tarixli 783-L/12 nömrəli lizinq müqaviləsinə əsasən 1 ədəd MTZ-82 markalı traktor. 1 ədəd TRC-2000 markalı çiləyici və 1 ədəd AGHDR-210 markalı bağarası frezi lizinq yolu ilə əldə etmişlər. Qeyd olunan torpaq sahələri onların birgə istifadələrində olmuşdur. Laçın Şirinov birgə nikah dövründə əldə etdikləri Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini xx.xx.2013-cü il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən X1. Həmin pula Quba rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini əldə etmişlər. Həmin həyətyanı torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikmişlər. Laçın Şirinov ona evi təmir etmək üçün kreditə pul götürmək istədiyini, lakin adına kredit olduğu üçün yeni kredit ala bilmədiyini deyərək Timiryazev kəndində yerləşən həyətyanı torpaq sahəsini və yaşayış evini, eləcə də, ünvan 1ində yerləşən digər təyinatlı torpaq sahəsini formal olaraq qardaşına bağışlamaq fikrində olduğunu bildirərək onu da evi və həyətyanı torpaq sahəsini, eləcə də, digər təyinatlı torpaq sahəsi bağışlamağına razılıq ərizəsi verməyə razı salmış, bağışlama baş tutduqdan 3 gün sonra Laçın onu döyərək evdən qovmuşdur. Laçın onu evdən qovduqdan sonra aldadıldığını anlayaraq, Cavabdeh3nə ərizə ilə müraciət edərək, Cavabdeh3ndə əri X10 məxsus olan birgə nikah dövründə əldə etdikləri ünvan 1ində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli 8İ-5503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli 81-5504 reyestr nömrəli razılıq ərizəsini "Elektron notariat” informasiya sistemində ləğv edilməsini xahiş etmiş və qeyd olunan razılıq ərizələri "Elektron notariat” informasiya sistemində xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Aralarında olan nikah pozulduqdan bir ay sonra X2 rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini ona məlumat vermədən saxtakarlıq etmə klə birgə inşa etdikləri iki mərtəbəli yaşayış evinin reyestr çıxarışını əldə etmədən özünü subay şəxs kimi təqdim etməklə, evin altında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qardaşının qayınatası Cavabdeh1 satmışdır. Cavabdeh1 da DƏDRX-dan adına Seriya RX № ******* saylı. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” almışdır. Cavabdeh1 Quba rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış aldıqdan sonra 25 mart 2019cu il tarixdə bu sahəni oğlu Cavabdeh2 notarial qaydada bağışlamışdır. Bağışlama müqaviləsindən sonra Cavabdeh2, bu torpaq sahəsinə və evə dair öz adına 11 iyul 2019-cu il tarixli reyestrdən çıxarış almışdır. X13, digər daşınar və daşınmaz əmlaklar kimi Quba rayonu. Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi və yaşayış evini də birgə nikah dövründə əldə etdiklərindən, həmin torpaq sahəsi və yaşayış evindən ona ½ hissə pay düşməsini və onun uşaqları ilə birlikdə həmin evdə köçərək yaşamağını istəmədiyindən, görüntü üçün qeyd olunan yaşayış evini və torpaq sahəsini Cavabdeh1 satmış, öz adına Çıxarış alaraq qeyd olunan daşınmaz əmlakı oğlu Cavabdeh2 bağışlamışdır. Hansı ki, Laçın Şirinov nikahları pozulduqdan sonra yeni ailə qurmuş, həyat yoldaşı və övladı ilə hal-hazırda da qeyd olunan mübahisəli yaşayış evində yaşayır. Lakin həmin evə və torpaq sahəsinə dair Cavabdeh2 adına 25 mart 2019-cu il tarixdə tərtib olunmuş bağışlama müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 11 iyul 2019-cu il tarixli reyestrdən çıxarış ləğv olunmadığından, o, uşaqları ilə birlikdə həmin evə və torpaq sahəsinə dair ½ hissədə payını müəyyən etdirə bilmir və qeyd olunan yaşayış evinə köçüb yaşaya bilmədiyindən uşaqları ilə birlikdə hal-hazıradək kirayədə yaşayır.
12. Quba Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(027)-86/2023 nömrəli qətnaməsi ilə (hakim-Rahim Həsənov) iddianın təmin edilməsi, Quba regional “ASAN” Xidmət Mərkəzində notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-696 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********03-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun mübahisələndirilən əqdə dair iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmçinin 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında verilmiş Azərbaycan Respublikası DƏDRX -dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış etibarsız hesab edildiyindən, həmin aktlar əsasında bağlanmış bütün mülki-hüquqi əqdlər etibarsız hesab edilməldir. Çünki, sonrakı əqdlər etibarsız hesab edilmiş müqavilələr əsasında bağlanmışdır. Yəni, sonradan bağlanmış müqavilənin əsası olan əqdlər məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Halbuki, mülki qanunvericiliyin tələblərinə görə, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
14. Birinci i nstansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndləri, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 19, 149.2, 157.1, 157.2, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.5, 339, 405.1, 140, 144.1, 146.8, 149.2-cü, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12.1, 23.1, 23.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişlər.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmir. Mə hkəmə işə qərəzli yanaşaraq, yalnız iddiaçının mövqeyindən çıxış edərək, işdə olan sübutlara, faktlara münasibət bildirmədən qanuna zidd qətnamə qəbul etmişdir. Qeyd etmişdir ki, İddiaçı keçmiş əri X6 mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 satmasına dair 22 fevral 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 adına Azərbaycan Respublikası DƏDRX-dən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış alınmışdır. Həmin torpaq sahəsində iki mərtəbəli yaşayış evi inşa edilmiş və Cavabdeh1 Quba rayonu Timiryazev kəndində yerləşən 0. 05 ha həyətyanı torpaq sahəsinə dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış aldıqdan sonra 25 mart 2019-cu il tarixində öz adına Çıxarış alaraq qeyd olunan daşınmaz əmlakı oğlu Cavabdeh2 bağışlamışdır. Hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən iddiaya cavab verilməli olan şəxsləri deyil, əsl iddiaya cavab verilməli olan X11 da məhkəmə icraatına cəlb etməklə ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdlərin bağlanması zamanı müvafiq razılığın alınmamasının nəticələri və vicdanlılıq baxımından qiymət verməli idi. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsini n Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Birinci instansiya məhkəməsində işə baxılması zamanı aşağıdakı maddi hüquq normalarının tələbləri pozulmuşdur: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinin tələbinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Lakin iddia ərizəsindən göründüyü kimi, iddiaçı etiraf edir ki, o, X13 ilə xx.xx.2008-ci il tarixdə rəsmi qaydada ailə qurmuş, Laçın Şirinovla birgə nikah dövründə Quba rayonu Vladimirovka kəndində 0.03997 ha digər təyinatlı torpaq sahəsi (seriya RX № 1234795. ********** qeydiyyat nömrəli. xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış") Quba şəhəri, Dəvədabanı yaşayış massivində 0.05 ha həyətyanı torpaq sahəsi (Seriya RX № ******* ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”) və Quba rayonu Timiryazev kəndi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi (seriya RX№ 0133201. ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış") əldə etmişlər. Qeyd olunan torpaq sahələri onların birgə istifadələrində olmuşdur. Laçın Şirinov birgə nikah dövründə əldə etdikləri Quba rayonu, Dəvədabanı yaşayış massivində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini xx.xx.2013-cü il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən X1. Həmin pula Quba rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini əldə etmişlər. Həmin torpaq sahəsini bağışlamağına razılıq ərizəsi vermiş və bağışlama baş tutduqdan 3 gün sonra guya Laçın onu döyərək evdən qovmuşdur. Laçın onu evdən qovduqdan sonra aldadıldığını anlayaraq Cavabdeh3nə ərizə ilə müraciət edərək, Cavabdeh3ndə əri X10 məxsus olan birgə nikah dövründə əldə etdikləri ünvan 1ində yerləşən 0,03997 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli 815503 reyestr nömrəli razılıq ərizəsi və Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2018-ci il tarixli 815504 reyestr nömrəli razılıq ərizəsini “Elektron notariat” informasiya sistemində ləğv edilməsini xahiş etmiş və qeyd olunan razılıq ərizələri “Elektron notariat” informasiya sistemində xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Aralarında olan nikah pozulduqdan bir ay sonra X2 rayonu Timiryazev kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini ona məlumat vermədən saxtakarlıq etməklə birgə inşa etdikləri iki mərtəbəli yaşayış evinin reyestr çıxarışını əldə etmədən özünü subay şəxs kimi təqdim etməklə, evin altında yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən qardaşının qayınatası Cavabdeh1 satmışdır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi tə crübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarında göstərilir ki, ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin etibarsızlığına dair işlərə baxarkən məhkəmələr xidməti vəzifəsinə görə işin əqdin bəyənilməsinə dəlalət edən mübahisəsiz və ya müəyyən edilmiş hallarına qiymət verməlidirlər. Belə ki, ərin və ya arvadın müqaviləni bəyənməsi nəticəsində əqd etibarlı hala gəlmiş olur (Mülki Məcəllənin 357-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar. Halbuki, iddiaçının etirafindan göründüyü kimi, ərizə verməklə öz iradəsini etiraf etməklə açıq-aşkar belə bir niyyəti olmaqla tərəflər arasında belə bir alqı-satqının baş tutmasına razılıq vermişdir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 Qərarında göstərilir ki, Mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər. Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ər arvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir. İddiaçı ər (arvad) cavabdeh arvadın (ərin) bağladığı etibarsız əqd əsasında üçüncü şəxsin adına rəsmiləşdirilmiş əşyanın özünü deyil, onun payına düşən dəyərini arvaddan (ərdən) tələb etdikdə isə üçüncü şəxsə qarşı yönəlmiş iddia tələbi olmadığından məhkəmə öz təşəbbüsü ilə əqdin etibarsızlığını nəzərə alaraq, əşyanın iddiaçıya verilməs i barədə qərar çıxara bilməz. Çünki üçüncü şəxsə qarşı mülki prosessual qanunvericiliyə uyğun qaydada irəli sürülmüş tələb olmadan onun əşya hüquqlarına dair məsələnin məhkəmə tərəfindən yoxlanılması və həll edilməsi yolverilməzdir. Bu halda üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh ərdən (arvaddan) tutulması mümkündür. Çünki həmin pul vəsaitinə olan hüquq da ərin (arvadın) əmlakının qanuni rejimindən irəli gəlir. Məhkəmənin cavabdeh ərə (arvada) qarşı yönəlmiş pul tələbini göstərilən əsasla təmin etməsi ümumi əmlaka olan hüququn pul şəklində kompensasiyasıdır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Belə mübahisələrə baxılarkən əqd əhəmiyyətsiz olduqda (müqavilənin mühüm şərtləri göstərilmədikdə, formaya riayət edilmədikdə və s.) isə belə müqavilə heç bir hüquqi nəticə yaratmadığı üçün əşyanın mülkiyyəti əldə edənə keçmiş sayılmır, yaxud sonuncunun adına aparılmış reyestr qeydiyyatı əsassız olur. Bu halda pul tələbinin təmin edilməsi mümkün olmadığına görə iddiaçıya əşyanın qaytarılması barədə iddia qaldırmaq hüququ izah edilməlidir. Bununla belə, əşya məhv olduqda və ya vicdanlı üçüncü şəxs tərəfindən əldə edildikdə hüququ pozulmuş ərin (arvadın) düşdüyü zərərin əvəzini tələb etmək hüququ vardır. Ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin müvafiq razılığın alınmaması əsası ilə etibarsızlığı barədə iddia cavabdeh qismində əqdin hər iki tərəfi (həm əşyanın digər birgə mülkiyyətçisi olan ər və ya arvad, həm də əqd üzrə əşyanı əldə edən şəxs) cəlb edilmədiyi halda təmin oluna bilməz. Çünki Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunduğundan və əqdlərin etibarsızlığı tələbinə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə həmin müqavilənin bütün tərəfləri malik olduğundan bu cür tələbin əsl cavabdehi müvafiq əqdin tərəfləri birlikdə ola bilərlər. Əks halda, işə baxan məhkəmə, Mülki Prosessual Məcəllənin 51.3 və 54-cü maddələrinin tələblərinə müvafiq olaraq, iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz etməli və ya başqa cavabdehi işə cəlb etməli, iddiaçı razı olmadıqda isə məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməlidir. Hazırkı işdən də görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vicdanlı alıcıdırlar, öz vəsaitləri hesabına əmlak əldə etmişlər, üçüncü şəxsin adına rəsmiləşdirilmiş predmetin bazar dəyərinin iddiaçının payına uyğun olan hissəsinin pul şəklində cavabdeh X5 tutulmalıdır. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Cavabdehlər vicdanlı-alıcıdırlar, həmin evdən başqa sığınacaq yerləri yoxdur, halal zəhmətləri ilə torpaq alıb və üzərində əmlak tikmişlər. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan mübahisəli əmlak qanunvericiliyində kobud qanun pozuntuları ilə bağlı faktiki hallar aydınlaşdırılmamışdır.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1585/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Zaur Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmışdır.
18. Apellyasiya şikayətinin əsas dəlillərindən biri Cavabdeh2 vicdanlı alıcı olması ilə bağlı olmuşdur ki, məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmamış və bununla bağlı qeyd etmişdir ki, araşdırılan iddia tələbi üzrə bağışlama müqaviləsinin predmeti olan əmlak iddiaçının keçmiş əri X13 tərəfindən Cavabdeh1 satılmış, məhkəmə çəkişmələri nəticəsində həmin 22 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Məhkəmə qətnamələrindən görünür ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak olduğu halda, həmin torpaq sahəsinə dair X13 ilə Cavabdeh1 arasında 22 fevral 2019-c u il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilə bağlanarkən İddiaçı razılığı alınmamışdır. Halbuki, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hala da aiddir. Qeyd olunan kontekstdən çıxış edərək, habelə Cavabdeh2 Cavabdeh1 oğlu olduğunu, bu şəxslərin Laçın Şirinovla qohum olduqlarını, X14 Şirinova arasında ailə münasibətlərinə xitam verilməsi və bundan irəli gələn mübahisələr barədə xəbərdar olmalarının real olmasını nəzərə alaraq kollegiya hesab etmişdir ki, Cavabdeh2 vicdanlı alıcı olması barədə şikayətin dəlili qanuni və əsaslı hesab edilə bilməz.
19. Məhkəmə kollegiyası şikayətin torpaq sahəsini hədiyyə olaraq əldə etdikdən sonra Cavabdeh2 tərəfindən orada fərdi yaşayış evi tikilməsi və mülkiyyət hüquqlarının qeydə alınmasına dair dəlili ilə də razılaşmamışdır. Belə ki, istər iş materiallarından, istərsə də tərəflərin arasında olan məhkəmə çəkişmələri nəticəsində qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə aktlarından görünür ki, fərdi yaşayış evinin torpaq sahəsinin özgəninkiləşdirilməsindən sonra inşa edilməsinə dair sübutlar kifayət qədər şübhəlidir. Əksinə, iddiaçı tərəfin uzun müddət əvvəl torpaq sahəsini almaları, orada fərdi ev inşa etmələri, hazırkı mübahisəyədək orada işıq, qaz, sudan istifadə ilə bağlı müqavilələr bağlanması, ödənişlər edilməsi, tərəflər arasında sonradan baş vermiş mübahisələr, iddiaçının mənzildən qovulmas ı, bununla bağlı polis idarəsində aparılmış araşdırmalar, tərəflərin izahatları və s. çoxsaylı sübutlar həmin evin iddiaçı ilə keçmiş ərinin birgə nikahı dövründə inşa edilməsini ehtimal etməyə daha etibarlı əsaslar verirdi. Kollegiya qeyd etmişdir ki, cavabdeh tərəf həmin fərdi yaşayış evinin onlar tərəfindən inşa edilməsinin sübutu olaraq fərdi yaşayış evinə dair 1 iyul 2019-cu il tarixli Texniki pasport, kommunal xidmətlərlə bağlı abonent kartları məhkəməyə təqdim etmişlər. Kollegiya qeyd etmişdir ki, həmin sənədlər mübahisələndirilən faktın təsdiqi olaraq əsaslı şübhədən kənar mötəbər sübut olaraq qəbul edilə bilməz. Göründüyü kimi qeyd olunan ünvanda fərdi yaşayış evinin inşası cavabdeh tərəfin istinad etdiyi kimi 1 iyul 2019-cu il tarixli Texniki pasporta əsasən həmin dövrdən sonra i nşa edilmişdirsə, bu halda aprel 2019-cu il tarixdən, fərdi yaşayış evi olmadığı halda Cavabdeh2 adına necə kommunal xidmətlərlə bağlı abonent kodları açıla bilərdi. Göstərilən bu fakt Quba rayonu Timiryazev qəsəbəsində Laçın Şirinov tərəfindən İddiaçı ilə birgə nikahda olduqları dövrdə fərdi yaşayış evinin tikilməsinə və iddiaçının ailəsi ilə birlikdə orada yaşamasına əsaslı qənaət yaradır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə qərəzli yanaşaraq yalnız iddiaçının mövqeyindən çıxış edərək, mübahisə predmeti olan bağışlanma müqaviləsinin və on un əsasında verilmiş çıxarışın qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək, etibarsız üçün heç bir əsas müəyyən olunmadığından, qanuna zidd qətnamə qəbul etmişdir.
22. Apellyasiya məhkəməsi işin tam və obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə İddiaçı məhkəmədə bilavasitə iştirakının təmin edilməsi, iştirak edərkən şəxsən özünə veriləcək suallarda onun bu məsələdə mövqeyinin aydınlaşdırılmaması, həmçinin fərdi yaşayış evinin inşasında onun hansı əməyinin olub olmaması, həmin evə nə vaxt köçməsi, evdə nə vaxt yaşaması, əgər yaşayıbsa cehiz kimi gətirdiyi əşyalarının keçmiş əri X6 ata yurdu olan ünvan 1ində olan 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evində olması kimi hallar natamam qalmış və bu amillər nəzərə alınmamışdır. Bu da öz növbəsində cavabdehl ərin mülkiyyət hüquqlarının kobudcasına pozulması ilə yanaşı əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı alıcı olduğu statusunu əlindən almışdır. Daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair çıxarışın ləğvi üçün əsas yaratdığından bununla bağlı araşdırma aparmamış və bununla bağlı məhkəmə həqiqətə nail olmaq üçün heç bir tədbir görməmişdir. Eyni zamanda qeyd etmişdir ki, apellyasiya məhkəməsi öz qərarında qeyd edir ki, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 11 may 2019-cu il tarixli Qərardan görünür ki, araşdırma zamanı izahat vermiş Laçın Şirinovun anası Kamilə Şirinova oğluna məxsus Quba rayonu Timiryazev qəsəbəsində ev olduğunu göstərmişdir. Bununla bağlı qeyd edilmişdir, Cavabdeh2 Quba rayon İcra ha kimiyyəti tərəfindən 15 may 2019-cu il tarixində fərdi yaşayış evinin inşası ilə bağlı razılıq aldığı təqdirdə Quba rayonu, Timiryazev kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsində necə ev ola bilərdi? Göründüyü kimi, nə birinci instansiya məhkəməsi nə də apellyasiya məhkəməsi bu hissədə də işin hallarını araşdırmamış, cinayət işinin materiallarını Quba rayon polis idarəsindən tələb etməmiş, tədqiq edərək, qiymət verməmiş və ziddiyyətli halları aradan qaldırmamışdır. Həmçinin qeyd edilmişdir ki, apellyasiya məhkəməsi öz qərarında qeyd edir ki, iş materiallarında olan kommunal xidmətlərlə bağlı Abonent kartlarından görünür ki, Quba rayonu Timiryazev qəsəbəsində yerləşən evlə bağlı Laçın Şirinovun adına 2014-cü il tarixdən abonent kodları açılmışdır. Həmin ünvana dair Cavabdeh2 adına qeydə alınmış abonent kodları isə 2019-cu ilin aprel ayından qeydə alnmışdır.
23. Apellyasiya instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almayaraq, Azərbaycan Respublikası MPM-nin 9.3, 88, 217, 220-ci maddələrinin tələblərini kobud surətdə pozmuş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, tətbiq edilmiş normanı isə düzgün təfsir etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmuşdur. Etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1585/2024 nömrəli, 4 dekabr 2 024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
26. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
27. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
28. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdir ilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və sübutlar müvafiq prosessual normalara uyğun qiymətləndirilmiş və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçü n əsas vermir.
46. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 6 dekabr 2024-cü il tarixli 2(105)-1585/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.