Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1195/2019 18.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 18 » fevral 2019-cu il İş № 2(102)-1195/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-940/2018 saylı 30 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MTK-ya və Ca vabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov, İş № 2(103)-8073/2018) ididaçı nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-940/2018 saylı 30 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər “xxxx” MTK-ya və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «xxxx» yaşayış sahəsində “xxxx” MTK tərəfindən inşa edilmiş mənzilin ona təhvil verilməsinə, həmin mənzilə dair “xxxx” MTK ilə Cavabdeh2 arasında bağ lanmış müqavilənin etibarsız hesab edilməsinə, Cavabdeh2 mənzildən çıxarılmasına, mənzilin boşaldılmasına və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həl! edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-nin 88-ci mad dəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti t əmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətl əndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «xxxx» yaşayış sahəsində yerləşən ümumi sahəsi 67,8 kv.metr olan mənzilə dair 24 iyul 2007-ci ildə müqavilə bağlamış, müvafiq ödənişləri tam olaraq həyata keçirmiş və bununla da mənzilə mülkiyyət hüququ əldə etmiş, mənzilində təmir işləri aparmış, ailəsi ilə birlikdə ora köçmüş və hazırda da orada yaşamaqda davam edir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsa sı kimi AzərbaycanRespublikasının Mənzil Məcəlləsinin 109.1, 112.1, 113.1 və 113.2-ci maddələrinə, eləcə də, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4 və 152.5-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, cavabdeh “xxxx” MTK ilə iddiaçı arasında 25 iyul 2007-ci ildə bağlanmış müqaviləyə əsasən “xxxx” MTK tərəfindən inşa edilməkdə olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «xxxx» yaşayış sahəsində yerləşən bir otaqlı, 68,6 kv.m sahəsi ol an 301 nömrəli mənzili iddiaçıya pay kimi ayrılıb. 25 iyul 2007-ci il tarixli maliyyə arayışının surəti ilə müəyyən olunur ki, tərəflərin razılaşdırdıqları 19.468 manat məbləği iddiaçı tərəfindən cavabdeh “xxxx” MTK-ya ödənilib. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü ilə «xxxx» MTK-nın sədri olmuş X7 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2-ci maddələri, habelə “xxxx” MTK-nın təsisçisi olmuş X5 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmişlər. Hökmün təsviri-əsaslandırıcı və nəticəvi hissələri ilə müəyyən olunur ki, iddiaçının atası (nümayəndəsi), həmin cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı olan X6 müvafiq cinayət təqibi dövründə mənzillə təmin olunmuşdur. Bu səbəbdən məhkəmə onun mülki iddiası ü zrə icraata xitam vermişdir. X6 məhkəmədə bildirmişdir ki, məhz hazırkı iş üzrə mübahisələndirdiyi, yəni, İddiaçı ayrılmış 301 nömrəli mənzillə bağlı cinayət işinə zərərçəkmiş şəxs qismində cəlb edilib. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdyii kimi yuxarıda göstərilən hallar 02 iyun 2014-cü il tarixli 54 nömrəli müqavilə ilə təsdiq olunur. Belə ki, müqavilənin məzmunundan görünür ki, “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış 25 iyul 2007-ci il tarixli müqaviləyə əsasən sonuncuya ayrılmış mənzil dəyəri ödənilmədən başqa bir mənzillə əvəzləşdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə daha sonra müəyyən etmişdir ki, 02 iyun 2014-cü il tarixli 54 nömrəli müqavilə ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəs i, «xxxx» yaşayış sahəsində yerləşən bir otaqlı, 68,6 kv.m sahəsi olan 253 nömrəli mənzil iddiaçıya ayrılıb. İddiaçının bu mənzilə görə MTK-ya borcunun olmadığı 25 fevral 2016-cı il tarixli maliyyə arayışı ilə təsdiq olunur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış, yuxarıda göstərilən iş üzrə müvafiq mülki iddiaya xitam verilməsinə səbəb hazırkı iş üzrə mübahisələndirilən mənzilin əvəzinə iddiaçı atası X3 “xxxx” MTK tərəfindən başqa mənzilin verilməsidir. Bunlarla yanaşı, cavabdeh «xxxx» MTK ilə Cavabdeh2 arasında 24 iyul 2007-ci ildə müqavilə bağlanmış, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «xxxx» yaşayış sahəsində yerləşən ümumi sahəsi 67,8 kv.metr olan mənzili Cavabdeh2 ayrılmışdır. Apellyasiya instansi yası məhkəməsinin işin araşdırılmış halları ilə həmçinin müəyyən etdiyi kimi, yuxarıda qeyd olunan mənzil Cavabdeh2 müqavilə ilə ayrıldığına baxmayaraq, həmin mənzil ona təhvil verilməmiş, bu səbəbdən o, müxtəlif orqanlara şikayətlər etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində cinayət işi başlanmışdır. Bu ərəfədə Cavabdeh2 ilə «xxxx» MTK arasında 09 aprel 2012-ci ildə müqavilə bağlanaraq, MTK tərəfindən inşa olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «xxxx» yaşayış sahəsində yerləşən bir otaqlı, 67,6 kv.m sahəsi olan 301 nömrəli mənzili onun mülkiyyətinə ayrılmışdır. Həmin mənzilin dəyərinin tam olaraq ödənilməsi ilə bağlı «xxxx» MTK tərəfindən 15 mart 2016-cı ildə maliyyə arayışı verilib. Azərbay can Respublikası Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən «Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir». Həmin Məcəllənin 113.1 və 113.2-ci maddələrinə əsasən «Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir…», «Bu Məcəllənin 113.1- ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır». Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən «Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4 və 152.5ci maddələrinə əsasən «Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur», «Sahiblik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «İstifadə h üququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər», «Sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır», «Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud h üquqdan sui-istifadə olmasın». Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları üzrə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində yerləşən ümumi sahəsi 67,8 kv.metr olan mənzilə dair 24 iyul 2007-ci ildə müqavilə bağlamış, müvafiq ödənişləri tam olaraq həyata keçirmiş və bununla da mənzilə mülkiyyət hüququ əldə etmişdir. Lakin həmin mənzil Cavabdeh2 təhvil verilməmiş, müvafiq şikayətlərdən sonra o, yenidən mənzillə təmin olunaraq hazırda mübahisələndirilən mənzilə dair müqavilə bağlamışdırİddiaçı Yusif oğlu ilə də «xxxx» MTK arasında yeni mənzilə dair müqavilə bağlanması səbəbi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2014-cü il tarixli hökmü ilə müvafiq mül ki iddia üzrə icraata xitam verildiyindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mübahisəli 301 nömrəli mənzili ilə bağlı onun “xxxx” MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsinə və s. tələblərinə dair iddiasını əsassız saymışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya və kassasiya şikayətinin dəlilləri ilə iddia tələbləri arasında tam uyğunsuzluq mövcuddur. Belə ki, iddia tələbində kassator «xxxx» MTK-nın 301 saylı mənzili digər Cavabdeh2 satdığı üçün cavabdehlər arasında mübahisəli mənzilə dair bağlanmış müqavilənin qanunsuz olmasını iddia etmiş, kassasiya şikayətində isə iddiaçıya ayrılmış 02 iyun 2014-cü il tarixli 54 nömrəli müqavilə ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «xxxx» yaşayış sahəsində yerləşən bir otaqlı, 68,6 kv.m sahəsi olan 253 nömrəli mənzilin X1 üçün həmin mənzilə sahiblənə bilməməsini, həmin mənzilin də qanunsuz olaraq başqa şəxsə satılmasını göstərmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin materiallarından da göründüyü kimi Cavabdeh2 ötən dövrdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «xxxx» yaşayış sahəsində yerləşən mənzilində təmir işləri apararaq ailəsi ilə birlikdə ora köçərək, hazırda da orada yaşamaqda davam etdiyi halda, hazırkı iddia birinci instansiya məhkəməsinə daxil olanadək İddiaçı həmin mənzilə dair Cavabdeh2 qarşı heç bir mübahisə açmamış, ona 02 iyun 2014-cü il tarixli 54 nömrəli müqavilə ilə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «xxxx» yaşayış sahəsində yerləşən 1 bir ot aqlı, 68,6 kv.m sahəsi olan 253 nömrəli mənzilə sahiblənə bilmədiyi yçün yenidən əvvəlki, yəni, cinayət işi, üzrə mülki iddianın predmeti olmuş 301 saylı mənzilin ona qaytarılmasını tələb etmişdir. Halbuki, işin materiallarından görünür ki, 253 nömrəli mənzillə bağlı İddiaçı ilə X10 oğlu arasında məhkəmə çəkişmələri olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiq lənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-1195/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1195/2019
18.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver