Məhkəmə qərarları › İş №2(102)-1195/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1195/2021

12.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1195/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1-yə, Quba rayon İcra və probasiya şöbəsinə və Cavabdeh3-yə qarşı “hərracın nəticələri haqqında protokolun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, əmlakın qiymətləndirilməsi və hərracın mülkiyyətçisinin iştirakı ilə yenidən keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq q ızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, Cavabdeh1-nin vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)-2099/2020 nömrəli qətnaməsindən Cavabdeh1 (hazırki adı “xxxx” MMC) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Quba Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 13 mart 2014-cü il tarixli kredit limiti müqaviləsinin ləğv edilməsi, İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 13 mart 2014-cü il tarixli kredit limiti müqaviləsi çərçivəsində cavabdehlər İddiaçı, X1 və X2 müştər ək qaydada 89041,12 ABŞ dolları əsas borc, 3669,51 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 92760,63 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnə nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh3-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus olan ünvan 1 sində yerləşən 0,05 ha torpaq sahəsinə və onun üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 416,4 kv.metr ümumi, 53,8 kv.metr yaşayış, 362,6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və üzərində yerləşən evin ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin artıq qa lan hissəsinin cavabdehlərə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakın qiymətinin müəyyən olunması hissəsində dəyişdirilmiş, İddiaçı məxsus olan ünvan 1sində yerləşən 0,05 ha torpaq sahəsinin və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 416,4 kv.metr ümumi, 53,8 kv.metr yaşayış, 362,6 kv.metr yardımçı sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 194000 manat müəyyən edilmiş, Quba Rayon Məhkəməsinin 21 dekabr 2015-ci il tarixli qətnaməsi qalan hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbayc an Respublikası Ali Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissə münasibətində dəyişiklik edilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 03 mart 2017-ci il tarixli qətnaməsi üzrə verilən icra sənədi icra edilməsi üçün Quba rayon İcra Şöbəsinə göndərilmiş və hərracın keçirilməsi Cavabdeh1-yə həvalə edilmişdir. Cavabdeh1 tərəfindən ünvan 1sində yerləşən 0,05 ha torpaq sahəsinin və üzərindəki 2 mərtəbəli, 416,4 kv.metr ümumi sahəsi olan 9 saylı yaşayış evinin ilkin satış qiyməti 194000 manat olmaqla açıq hərracdan satılmasına dair hərrac 12 yanvar 2018-ci il tarixə təyin edilmiş, bununla bağlı sifarişçi Quba rayon İcra şö bəsinə, tələbkar Cavabdeh3yə, borclular İddiaçı, X5, X9 və X6 13 dekabr 2017-ci il tarixli bildiriş ünvanlanmışdır. “xxxx” MMC-nin teleqramına əsasən İddiaçı ünvanlanmış məktub 28 dekabr 2017-ci il tarixdə icra edilmişdir. Həmçinin “xxxx” MMC-nin xəbərnaməsinə əsasən X6 ünvanlanmış zərf 22 dekabr 2017-ci il tarixdə ünvan sahibinə imzalanmaqla təqdim olunmuşdur. Həmin hərrac baş tutmadığı üçün ipoteka predmetinin satış qiyməti 164900 manat olmaqla açıq hərracdan satılması 23 fevral 2018-ci il tarixə təyin edilmiş, bununla bağlı sifarişçi Quba rayon İcra şöbəsinə, tələbkar Cavabdeh3-yə, borclular İddiaçı, X5, X9 və X6 23 yanvar 2018-ci il tarixli bildiriş ünvanlanmışdır. “xxxx” MMC-nin xəbəranmələrinə əsasən İddiaçı ünvanlanmış zərf 29 yanvar 2018ci il tarixdə, X6 ünvanlanmış zərf isə 02 f evral 2018-ci il tarixdə ünvan sahibləri tərəfindən qəbul edilməsindən imtina əsası ilə geri qaytarılmışdır. Həmçinin hər iki hərrac barədə “xxx” qəzetində elanlar dərc edilmişdir. Hərracın yekunları barədə 19 mart 2018-ci il tarixli, 34/3 nömrəli protokola əsasən İddiaçı mülkiyyətində olan ünvan 1sində 0,05 ha torpaq sahəsi və üzərində yerləşən ümumi 416,4 kv.m olan 2 mərtəbəli, 3 otaqlı, 9 saylı yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 123675 manat qiymətlə tələbkara təklif olunmuş və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 19 mart 2018-ci il tarixli müqavilə ilə qeyd olunan daşınmaz əmlaklar Cavabdeh3 tərəfindən göstərilən qiymətə alınmışdır. ünvan 1si, ev 9 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi və üzərində olan ümumi sahəs i 416,6 kv.m fərdi yaşayış evi üzərində Cavabdeh3-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 25 dekabr 2019-cu il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 115-ci vərəqəsində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədə “Şəxsən verildi” qrafasındakı imza – X10 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1-yə, Quba rayon İcra və probasiya şöbəsinə və Cavabdeh3-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən tərtib edilmiş 19 mart 2018-ci il tarixli, 34/3 №-li Hərrac təşkilatının yekunları barədə protokolun etibarsız hesab edilməsi, C avabdeh1-nin direktoru X16 alıcı Cavabdeh3-nin nümayəndəsi X7 arasında bağlanmış İddiaçı məxsus ünvan 1si, ev 9-un 123675 manata alıcı Cavabdeh3-yə satılması barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin bağlandığı gündən etibarsız hesab edilməsi, ünvan 1si, ev 9-a dair yenidən ekspert qiymətləndirilməsinin təyin edilməsi, ünvan 1si, ev 9-un yenidən hərraca çıxarılması, mülkiyyətçi İddiaçı hərracda iştirakının təmin edilməsinin Cavabdeh1-nin rəhbərliyinə tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 19 mart 2018-ci il tarixdə keçirilən hərracda iddiaçı iştirak etməmiş, hərracın keçirilməsindən və qalib alıcı Cavabdeh3-nin mülkiyyətində olan ünvan 1si, ev 9-un 123675 manata satılmasından xəbəri olmamış və bu barədə rəs mi məlumat verilməmişdir. Ona məxsus mülkün 123675 manat dəyərinə satılmasına etiraz olaraq bildirmişdir ki, həmin mənzilin bazar qiyməti Əmlak Ekspert Mərkəzinin 10 noyabr 2016-cı il tarixli ekspert rəyində 194000 manat dəyərində qiymətləndirilmişdir. Hazırda ünvan 1si, ev 9-un ətrafında yerləşən evlərin bazar qiyməti 200000 - 220000 manat qiymətindədir. Bu səbəbdən ekspertiza təyin edilərək, həmin ev yenidən bazar qiymətinə uyğun qiymətləndirilməlidir. Quba Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(027)-87/2020 nömrəli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia qismən təmin edilərək, Cavabdeh1 tərəfindən tərtib edilmiş 19 mart 2018-ci il tarixli, 34/3 nömrəli hərrac təşkilatının yekunları barədə protokolun etibarsız hesab edilməsi, Cavabdeh1-nin direktoru X16 və alıcı Cavabdeh3-nin n ümayəndəsi X7 arasında bağlanmış İddiaçı məxsus ünvan 1sində yerləşən 0,05 ha torpaq sahəsinin və üzərində yerləşən 416,4 kv.metr ümumi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evinin 123675 manata alıcı Cavabdeh3-yə satılması barədə hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-in 337.5, 415.2, 416.1, 416.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 42.1, 43.4, 43.5, 44-cü maddələrinə istinad edərək hesab etmişdir ki, hərracın təşkilatçısı Cavabdeh1 ilkin 12 yanvar 2018-ci il tarixdə və 23 fevral 2018-ci il tarixdə keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçını (ipoteka qoyanı) ən geci 30 gün qabaqc adan xəbərdar etməmiş, ona yazılı bildiriş göndərməmiş, iddiaçının ipoteka qoyanın hərracın keçirilməsindən məlumatı olmamış, hərrac onun iştirakı olmadan keçirilmişdir. Belə ki, birinci hərracın keçirilməsi 12 yanvar 2018-ci il tarixə təyin edilmiş və bu barədə bildirişin İddiaçı 13 dekabr 2018-ci il tarixdə göndərilməsi qeyd edilsə də, həmin bildirişin alınmasına dair xəbərnamədə İddiaçı və ya onun ailə üzvləri almasına dair heç bir sübut təqdim olunmamış, ikinci hərracın keçirilməsi isə 23 fevral 2018-ci il tarixə təyin olunmuş və bu barədə bildirişin alınmasına dair xəbərnamələrdə ümumiyyətlə məlumat olmamış, yəni hərrac təşkilatı bildirişləri qanunla müəyyən olunmuş müddətdə ipoteka qoyana göndərməməklə, qanunvericiliyin tələbini pozmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icr aat Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Quba Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(027)-87/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)-2099/2020 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər E.G.Rəhimovdan və L.M.Məmmədovadan ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(027)-87/2020 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3-nin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkə məsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə hesab etmişdir ki, həmin dəlillər əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuş və sübuta yetirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1-nin (yeni adı ilə “xxxx” MMC) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)2099/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh “X8” MMC-nin (“xxxx” MMC-nin) vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümk ün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etmə klə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassasiya şikayətinin hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş, apellyasiya baxışının hədlərini cavabdehlərin şikayətlərinə əsasən iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən və tələb bölünməz olduğundan, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçi rilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 425.1-ci maddəsinə əsasən öz hüquqla rını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən (30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 43.4-cü maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirili r. 43.5-ci maddəsinin əvvəlki redaksiyasına əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. 43.7-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticəl ərə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan hüquq norması tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasın a yol verilmişdir. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, iddiaçı keçirilmiş hərracı 2 əsasla mübahisələndirmişdir:

1. O, hərracın yekunları barədə müqavilə bağlandığı 19 mart 2018ci il tarixli hərrac barədə məlumatlandırılmamışdır;

2. İpoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən olunmamışdır. İddianın ikinci əsası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin əsas məhkəmələr tərəfindən rədd olunmuş, tərəflər bunu mübahisələndirməmiş və bu səbəbdən kassasiya məhkəməsi həmin əsasa əlavə hüquqi qiymət verməyi lüzum bilmir. Birinci əsasa gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin tələbkara (ipoteka saxlayana) satılması tarixində (19 mart 2018-ci il tarixdə) hərrac keçirilməmişdir. İş materiallarından müəyyən olunur ki, ipoteka predmeti ilə bağlı ilkin h ərrac 12 yanvar 2018-ci il tarixdə, təkrar hərrac isə 23 fevral 2018-ci il tarixdə keçirilmiş, hər iki hərrac baş tutmamış və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayan təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə təklif olunmuşdur. İddiada göstərildiyi kimi, ipoteka predmeti tələbkara satılarkən iddiaçıya bildiriş göndərilməsə də, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hərrac təşkilatının üzərinə bununla bağlı öhdəlik qoyulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən isə müəyyən olunur ki, məhkəmələr iddianın işin faktiki halları ilə bağlı əsaslara düzgün hüquqi qiymət verməmiş, iddiaçının 12 yanvar 2018-ci il və 23 fevral 2018-ci il tarixdə keçirilmiş hərraclar barədə məlumatlandırılmaması q ənaətinə gəlmiş və bu əsasla hərracın yekunları etibarsız hesab etmişlər. Halbuki, iddiaçı özü həmin hərraclar barədə məlumatlandırılmamasını iddia etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 12 yanvar 2018-ci il və 23 fevral 2018-ci il tarixdə keçirilmiş hərraclar barədə məlumatlandırılması ilə bağlı araşdırma da tam həyata keçirilməmiş, bununla bağlı cavabdehin apellyasiya şikayətlərinin dəlillərinə tam və hərtərəfli hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarına əsasən hərraca çıxarılmış, iddiaçının mülkiyyətində olan yaşayış sahəsi ünvan 1 ünvanda qeydiyyatdadır. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsində borclu İddiaçı ünvanı kimi ünvan 1si, ev 9, borclu X3 ünvanı kimi ünvan 1si, ev 34, borclu X4 ünvanı kimi ünvan 5ac təşkilatı tərəfindən göndərilmiş 13 dekabr 2017-ci il və 23 yanvar 2018-ci il tarixli bildirişlərdə isə İddiaçı və X3 birgə ünvanı kimi ünvan 1si, ev 34, X4 ünvanı kimi ünvan 7tansiya məhkəməsinə təqdim etdiyi “xxxx” MMC-nin teleqramında qeyd olunmuşdur ki, İddiaçı ünvanlanmış məktub 28 dekabr 2017-ci il tarixdə icra edilmişdir. Həmçinin “xxxx” MMC-nin xəbərnaməsinə əsasən X6 ünvanlanmış zərf 22 dekabr 2017-ci il tarixdə ünvan sahibinə imzalanmaqla təqdim olunmuşdur. İkinci hərraca dair bildirişlərin isə hər iki ünvan üzrə qəbul edilməsindən imtina edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi İddiaçı X11 və X10 ilə münasibətlərini, onun faktiki olaraq hansı ünvanda yaşamasını, “xxxx” MMC-nin teleqramında göstərildiyi “İddiaçı ünvanlanmış məktub 28 dekabr 2017-ci il tarixdə icr a edilib” ifadəsi ilə nəyin başa düşüldüyünü, həmin bildirişin iddiaçıya faktiki olaraq təqdim edilib-edilməməsini, ikinci hərrac barədə bildirişlərin qəbul edilməsindən imtinalarını və bunun hüquqi nəticələrini araşdırmadan iddiaçının hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclar barədə lazımi qaydada məlumatlandırılmaması nəticəsinə gəlmiş və faktiki olaraq apellyasiya şikayətinin dəlillərini cavabsız saxlamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti r ədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin t ələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 (“xxxx” MMC) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2020-ci il tarixli, 2(105)-2099/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar