Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1197/2024 18.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMMC-yə) qarşı, İddiaçı Cavabdeh1 (Cavabdeh2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Bakı şəhəri 29 saylı Notariat Ofisinə və X3 qanuni nümayəndəsi İddiaçı qarşı birləşdirilmiş iş üzrə QƏRAR Açar sözlər: kassasiya şikayətinin qeyri-mümükün sayılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmə dov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4076/2023 nömrəli iş üzrə 25 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 18 aprel 2023-cü il tarixli, 2(004)-1508/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Vahid Hacıyev) iddia təmin edilmiş, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 miras qalmış "xxxx" MTK tərəfindən inşa edilmiş və dəyəri X5 tərəfindən kooperativə tam ödənilmiş Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümümi sahəsi 140 kv.m etr olan 3 otaqlı 118 nömrəli mənzilinin 2/4 (dörddə iki) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi xx.xx.2007-ci il təvəllüdlü X4, 1/4 (dörddə bir) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi Cavabdeh2, 1/4 (dörddə bir) hissəsinə qanun üzrə ikinci növbə vərəsəsi Cavabdeh1 payı müəyyən edilməsi, həmin paylara uyğun olaraq X4, Cavabdeh2 və Cavabdeh1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ümumi yığıncağın protokolundan çıxarış verilməsinin “Yasamal 6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə edilməsi, X3 Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 84 nömrəli evin ümumi sahəsi 140 kv.metr olan 3 otaqlı 118 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e 14 iyul 2023-cü il tarixli, e-2(006)2259/ 2023 nömrəli qətnaməsi ilə (sədrlik edən-Günay Abidova) cavabdeh Bakı şəhəri 29 saylı Notariat Kontoru tərəfindən mirasqoyan X2 miras əmlakına dair V-58/2022 saylı vərəsəlik işi üzrə verilmiş xx.xx.2022-ci il tarixli 2V-256, 2V-257, 2V-258, 2V-259 saylı və xx.xx.2022-ci il tarixli 2V-279, 2V-280, 2V281, 2V-282 saylı qanun üzrə vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi, miras əmlak üzərində hər bir vərəsənin, yəni iddiaçı Cavabdeh1, maraqlı şəxs Cavabdeh2 və cavabdeh X3 miras əmlaka 1/3 hissədə paylarının müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 noyabr 2023-cü il tarixli, 2(103)4076/2023 saylı qətnaməsi ilə birləşdirilmiş birinci iş üzrə cavabdeh (birləşdirilmiş digər iş ü zrə iddiaçı) Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməmiş, hər iki qətnamə dəyişdirilmədən saxlanılməşdır.
4. Cavabdeh1 (Vəkil2) tərəfindən kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və təkrar apllyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir..
5. Apellyasiya instansiyası məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
6. Məhkəmə kollegiyası, gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4076/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh1, eyni zamanda onun nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilmişdir. Kolle giya qeyd etmişdir ki, qətnamədən kassasiya şikayəti verilməsi tarixi məhz həmin vaxtdan hesablanmalıdır. Cavabdeh tərəf qeyd edilən qətnamədən prosessual qanunvericiliyin tələblərinə görə 2 ay müddətində, yəni 21 yanvar 2024-cü il tarixinə kimi kassasiya şikayəti verə bilərdi. Lakin cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini xx.xx.2024-cü il tarixdə elektron qaydada təqdim edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qanunla müəyyən edilən 2 aylıq müddət ötürülməklə kassasiya şikayəti verilmiş və prosessual müddətin bərpasına dair vəsatət verməmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 130.3, 135.5, 135.6, 135.7, 408.1.4-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlil ləri
8. Cavabdeh (Vəkil2) həmin qərardaddan kassasiya şikayəti verərək, ləğv edilməsini və təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə vəkil R.Mərəndskinin istifadəsində olan elektron məhkəmə kabinetinə xx.xx.2023-cü il tarixdə yüklənmişdir. Lakin, vəkilin əlavə etdiyi kabinetdən bildirişlərin çıxarşından görünür ki, həmin sənəd xx.xx.2023-cü il tarixdə yüklənsə də tərəfimdən xx.xx.2023-cü il tarixdə oxunulmuşdur. Yəni, 21 noyabr tarixdə həmin məhkəmə aktının kabinetə yüklənməsindən xəbəri olmamışdır, həmin gün ərzində bir neçə dəfə kabinetə daxil olub bildirişlərlə tanış olmuş, lakin məhkəmə aktı həmin an hələ yüklənməmişdir. Ola bilər iş vaxtının bitməsinə az qalmış yüklənmişdir, ola bilər həmin vaxt başqa məhkəm ə iclasında olmuşam və sair səbəblərdən həmin məhkəmə aktının yükləndiyi an tanış olmaq imkanım olmamışdır. Ertəsi gün, yəni 22 noyabr 2023-cü il tarixdə məhkəmə aktı ilə tanış olmuşdur. Arada uzun müddət, 3-5 gün, və ya 1 həftə keçməmişdir, ağlabatan müddət ərzində, yükləndiyi andan 1 gün ərzində, 22 noyabr 2023-cü il tarixdə qətnamə ilə tanış olmuşdur. Mülki Prosessual Məcəllənin 128.3-cü maddəsinin əsasən aylarla hesablanan prosessual müddətin axını müddətin bağlangıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Məhkəmə aktı onun elektron kabinetimə yükləndiyi andan deyil, onun həmin məhkəmə aktını aldığı vaxtdan müddət hesablanmalıdır.
10. Onu da qeyd etmişdir ki, 21 yanvar 2024-cü il tarixi qeyri-iş gününə (bazar gününə) təsadüf etmişdi r. O, 22 yanvar tarixdə şikayəti artıq hazırlamışdır, lakin, HÖP ödəmə sistemi ləğv edildiyindən, digər elektron ödəmə vasitələri fəaliyyət göstərmədiyindən bütün günü dövlət rüsumunu ödəməkdə çətinliklərlə üzləşmişdir. Saat 16-30-da "xxxx" ASC-nin Səbail filialına yaxınlaşmış, oradan bildirilmişdir ki, kassa artıq bağlıdır və mədaxil edə bilmirlər, odur ki, ertəsi gün müraciət etməyi tövsiyyə etmişlər. Dövlət rüsümunun ödənilməsi barədə qəbzdən görünür ki, ertəsi gün, yəni xx.xx.2024 tarixdə saat 12-58-də dövlət rüsumunu ödəməyə müvəffəq olmuş və vaxt itirmədən demək olar ki, bir neçə dəqiqə sonra işlədiyi büroya çataraq şikayəti yükləyə bilmişdir. Məhkəmə aktından kassasiya şikayətinin verilmə müddətinin ötürülməsində heç bir niyyəti və ya qəsdi olmamışdır. Hadisələrin axını və texniki p roblemlərə görə, habelə MPM-nin 128.3-cü maddəsinin məzmununu səhv anladığına görə tərəfimdən 1 gün gecikməyə yol verilmişdir. Hesab edir ki, müddət həmin qərarı aldığı gündən (xx.xx.2023 tarixdə almışam) ertəsi gün (xx.xx.2023) hesablanmağa başlanılır və şikayət vermə müddətimin son günü xx.xx.2024 tarix olmalı idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
14. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
15. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
16. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
17. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
18. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
19. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olu nması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, F.Arşalova kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür (§ 6).
24. Eyni zamanda kassatorun özü də şikayətində bir gün gecikməyə yol verdiyini bildirmişdir (§ 10).
25. Kassasiya şikayətində göstərilənlər (§ 9-10) müddətin ötürülməmiş hesab edilməsinə əsas vermir.
26. Prosessual müddət keçdikdən sonra verilən kassasiya şikayətinin geri qaytarılması prosessual qanunvericiliyə uyğun olmuşdur.
27. MPM-in 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə da ir vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
28. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
29. Kassator şikayətinin “Kassasiya şikayəti verən şəxsin tələbi” hissəində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi ilə yanaşı “prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək, həmin müddətin bərpa edilməsi”ni də xahiş etmişdir.
30. Bununla əlaqədar məhkəmə tərkibi qeyd edir ki, apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair məsələyə baxmaq kassasiya məhkəməsinin səlahiyyətlərinə aid deyil.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 v ə 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4076/2023 nömrəli iş üzrə 25 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.