Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1198/2019 22.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı, vəkili Vəkil, cavabdeg Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi MKnın 31 oktyabr 2018-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E TDİ: Qaradağ rayon məhkəməsinin 06 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Qurbanov) İddiaçı cavabdehlər X1, Cavabdeh2, X1, Cavabdeh4, üçüncü şəxs Bakı şəhəri 8 saylı Notariat kontorun- qarşı miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnamələrinin verilməsi tələbinə dair iddiası təmin edilmiş, X2ndan miras qalmış, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 26 saylı evin paylı mülkiyyət üzrə 6/10 hissəsi üzərində İddiaçı qanun üzrə 1/16 məcburi payı və vəsiyyətnamə üzrə 9/16 payının müəyyən edilməsi və vərəsəlik şəhadətnamələrinin verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən N.Cəfərov, hakimlər V.Baxışova və V.Həsənov) Qaradağ rayon məhkəməsinin 06 fevral 20 18-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər X1, Cavabdeh2, X1, Cavabdeh4, üçüncü şəxs Bakı şəhəri 8 saylı Notariat kontorun- qarşı miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnamələrinin verilməsi tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 1274 və 1291-ci maddələrini düzgün şərh etməmişdir. Belə ki, mirası qəbul etmə, yəni vərəsənin mirası qəbul edən şəxs statusu əldə etməsi anı MM-in 1243.2-ci maddəsi ilə tənzimlənir. Hazırkı işdə vərəsələr sözügedən normanın tələblərinə uyğun olaraq mirası qəbul e tmişlər, növbəti mərhələ olaraq həmin miras əmlakın bölüşdürülməsi məsələsi ortaya çıxmışdır. Bu halda, vərəsələr arasında mübahisə yarandığına görə notariat orqanı məhkəməyə müraciət olunmasını bildirərərk miras əmlakı bölüşdürməkdən imtina etmişdir. Digər tərəfdən, MM-in 1291-ci maddəsi miras şərikləri ilə notariat orqanı arasında deyil, miras şəriklərinin özləri arasında olan ixtilafı nəzərdə tutur. Yəni notariat orqanı miras əmlakı bölüşdürərkən həmin bölgü ilə bağlı hər bir halda mübahisə olacağını görür və bundan imtina edir. Hazırkı işdə isə bütün vərəsələr cəlb edilib və paylar qanunvericilikdə nəzərdə tutulan qaydada bölüşdürülmüşdür. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 31 oktyabr 2018-ci il tarixli qərardadının ləğv olunması haqqında qərarın qəbulunu xahiş etmiş dir. HÜQUQİ MƏSƏLƏLƏR İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Bakı şəhəri 8 saylı Notariat kontoruna qarşı miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək X2ndan miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü. Hacıbəyov küçəsi 26 saylı evin paylı mülkiyyət üzrə 6/10 hissəsi üzərində iddiaçı X4nın qanun üzrə 1/12 məcburi payının və vəsiyyətnamə üzrə 7/12 payının müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X2ndan miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü. Hacıbəyov küçəsi 26 saylı evin paylı m ülkiyyət üzrə 6/10 hissəsi üzərində iddiaçı X4nın qanun üzrə 1/16 məcburi payının və vəsiyyətnamə üzrə 9/16 payının müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaradağ rayon məhkəməsinin 6 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3, üçüncü şəxs Əhmədağa Məmmədov apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 31 oktyabr 2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunmaqla hazırkı iş üzrə Qaradağ rayon məhkəməsinin 6 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla iddiaçıya izah edilmişdir ki, o, müvafiq notariat hərəkətinin aparılmasını nota riusdan tələb etməlidir, notarius həmin hərəkəti aparmaqdan imtina etdikdə isə notariusa qarşı məhkəmədə mübahisə qaldırmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü. Hacıbəyov küçəsi 26 saylı ev 6/10 hissədə mərhum X2na məxsus olmuşdur; ev qalan 1/10 hissədə Cavabdeh2, 1/10 hissədə Cavabdeh1, 1/10 hissədə iddiaçı X3ya və 1/10 hissədə Cavabdeh3 məxsusdur. X2 17 iyun 2009-cu il tarixli vəsiyyətnamə əsasında evin ona məxsus payını qızı İddiaçı vəsiyyət etmişdir. X2 1 may 2016-cı ildə vəfat etmişdir. İddiaçı X4 24.10.2016-cı ildə Bakı şəhəri 8 saylı notariat kontoruna müraciət etmiş və 90/2016 nömrəli vərəsəlik işi açılmışdır. Bakı şəhəri 8 saylı notariat kontorunun 4 may 2017-ci il tarixli, 606 saylı məktubu ilə iddiaçı X4ya mərhum X2na məxsus əmlakla bağlı vərəsələr arasında mübahisə olması və miras əmlakın bölüşdürülməsi notariat deyil, məhkəmə qaydasında bölünməsi nəzərə alınaraq miras əmlakın bölüşdürülməsi ilə əlaqədar müvafiq məhkəməyə müraciət etməsi bildirilmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vərəsələr arasında mübahisənin olması notariusa notariat hərəkətlərini aparmaqdan imtina etmək hüququ vermir; notarius öz vəzifələrini icra etməlidir, notariat hrəkətlərindən narazı qalan şəxs həmin hərəkəti məhkəmə qaydasında mübahis ələndirə bilər. Digər tərəfdən, vərəsələr arasında mirasın bölüşdürülməsi barədə mübahisə olur, əmlakın bölünməsi barədə mübahisə olmur. MM-in 1274-cü maddəsində mirasın bölüşdürülməsinin subyektləri "mirası qəbul edən vərəsələr" kimi göstərilib. Hazırkı işdə mirasın bölüşdürülməsi barədə mübahisə yoxdur, vərəsə olmaq hüququna malik olan şəxslər, payların miqdarı və s. bu kimi məsələlər barədə mübahisə var. Ona görə də əvvəlcə notarius öz vəzifələrini qanunun göstərişlərinə uyğun olaraq yerinə yetirməlidir, bundan sonra miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olarsa, məhkəmə bu mübahisəni həll edəcək. Məhkəmə kollegiyası, aşağıda göstərilən əsaslara görə apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki prose ssual məcəlləsinin (bundan sonra - MPM) 305.1.8-ci maddəsinə görə, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, "Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır". Göründüyü kimi, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin ap arılmasından imtinaya dair şikayətlər üzrə işə ümumi məhkəmə icraatı qaydasında baxılması mümkündür. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılması MPM-in 306.1-ci maddəsinin tələbinə uyğun olmuşdur. Belə ki, həmin maddə bu növ işlərə iddia icraatı qaydasında baxılmalı olmasını, lakin bu zaman müvafiq fəslin, yəni "Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər" adlanan 37-ci fəslin xüsusiyyətlərinin diqqətə alınmalı olmasını nəzərdə tutur. Lakin 37-ci fəsl MPM-dən çıxarıldığına görə bu növ mübahisələrə iddia icraatı qaydasında baxılmalıdır. Çünki MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxı lması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bundan başqa, nəzərə almaq lazımdır ki, hazırkı iş üzrə iddiaçı X4 notariat orqanına müraciət edərək miras əmlakı qəbul etmək iradəsini bəyan etmişdir. MM-in 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 157.1-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Göründüyü kimi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan q əsəbəsi, Ü. Hacıbəyov küçəsi 26 saylı ev 6/10 hissədə mərhum X2na məxsus olmuş və dolayısı ilə, evin 6/10 hissəsi miras kütləsinə daxil olmuşdur. İddiaçı həm qanun üzrə birinci növbə vərəsə kimi, həm də vəsiyyətnamə üzrə vərəsə kimi payının tanınmasını tələb etsə də, əslində, iddia qaldırdığı tarixə mirasın qəbuluna dair iradəsini notariat orqanına bəyan etməklə, mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. Mülkiyyət hüququnun tanınması barədə iddiaya isə mülki mühakimə icraatı qaydasında baxılması mümkündür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmaldır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 31 oktyabr 2018-ci il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərarqəbuledildiyiandanqüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1198/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1198/2019
22.02.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver