Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1199/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Tərcüməçi Oruclu Bahar Nurəddin qızının, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh K1, vəkili Vəkil1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun və 3-cü şəxs X5 vəkili X6 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X15 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*******/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və 3-cü şəxs X9 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Axundov) xx.xx.2019-cu il tarixli, 2(004)-****/2019 nömrəli qətnaməsi ilə iddiaçı K1 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı “borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh K1ya qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilərək, cavabdeh K1dan 185000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının (hakimlər A.Hüseyn, E.Nəbiyev, R.Qurbanov) xx.xx.2019-cu il tarixli, 2(103)-*******/2019 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh K1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi, ilkin iddia üzrə iddiaçı K1 ilə ilkin iddia üzrə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Borcun etirafı haqqında” müqavilənin etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və 3-cü şəxs X9 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən ayrı-ayrılıqd a kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı K1 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı “borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli “borcun etirafı haqqında” mücərrəd müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh K1 ya qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı Notariat Kontorunda cavabdeh K1 ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli “Borcun etirafı haqqında” müqaviləyə əsasən cavabdeh K1dan 185000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, 3-cü şəxs X9 və onların vəkili X10 eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, işi araşdıran apelyasiya instansiyası məhkəməsi xx.xx.2017-ci il tarixli müqavilənin hüquqi təbiətini müəyyən etmək əvəzinə maddi hüquq pozuntusuna yol verərək guya müqavilənin aldadılma nəticəsində bağlanılan əqd olması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 354.2-ci maddəsinə istinad edərək, “kəsici müddətlər”i tətbiq etmişdir. Bu maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübah isələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadılır. Ona görə də məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsini mübahisəyə tətbiq edərkən yalnız iki halı aydınlaşdırmalı idi. Yəni ilkin iddia üzrə İddiaçı nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirmişdir. Məhkəməyə Cavabdeh ilə Ksenia Kukova arasında bağlanmış müqavilələr təqdim edilib onlarda İddiaçı imzasının olması məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə heç bir hüquqi əsaslandırılma olmadan İddiaçı imzasının olmasını onun Azərbaycan dilini bilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməməsini göstərmişdir. İddiaçı aldadıldığını 2019-cu ilin mart ayında xəbər tutmasını göstərsə də, mülki işdə bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Əksinə, iddiaçının müqavilənin bağlanmasından sonra uzun müddət müəssisə direktoru kimi çalışması və bir sıra hüquqmüəyyənedici ciddi maliyyə sənədlərinin, müqavilələrinin bağlanması halı mübahisəli müqavilənin mənasını bilməməsi inandırıcı, ağlabatan görünmür və bütün bunlar iddiaçının hazırda mübahisələndirdiyi əqdin etibarsız sayılmasına əsas verən halları 2019-cu ilin mart ayından bilməsi və ya bilməli olması qənaətinə gəlməyə əsas vermir. K1 xx.xx.2019-cu ildən müəssisənin direktoru kimi işdən çıxmış, xx.xx.2017-ci il tarixli müqaviləni müqavilə müddətinin sonuna yaxın mübahisələndirərək məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsinə müqavilənin surətini əlav ə etmiş, lakin məhkəmədə bildirmişdir ki, guya həmin müqaviləni M1 ona vermişdir. Halbuki müqavilənin bağlanması zamanı M1 ümumiyyətlə Azərbaycan Respublikası ərazisində olmamışdır. Məhkəmə ilkin iddiaçının həmin arqumentinə ümumiyyətlə hüquqi qiymət verməmiş, nəticədə maddi hüquq normalarını pozmuşdur. Həmçinin məhkəmə X8 13-cü maddəsini tətbiq etməmiş, təlimata istinad etmiş, lakin təlimatın göstərişlərini səhv tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsinin işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*******/2019 nömrəli qətnaməsinin ləğv e dilməsi, ilkin iddia nın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ksenia Kukovaınn vəkili X11 və 3-cü şəxs X9 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edənqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun və 3-cü şəxs X5 vəkili X10 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili X15 oğlu kassasiya şikayətlərini müdaf iə edərək, məhkəmədən şikayətlərin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh K1 və vəkili Vəkil1 kassasiya şikayətlərinə etiraz edərək, şikayətlərin təmin edilməməsini, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*******/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilib ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gələn apellyasiya kollegiyası qənaət ini onunla əsaslandırmışdır ki, Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçün — mülki hüquq və vəzifələr in əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması üçün əqdlərin etibarlı olması tələb edilir. Yalnız əqdlər etibarlı olduqda, gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqdlər isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Əgər müvafiq əqd həmin tələblərə cavab verdikdə və uyğun olduqda, o, hüquqi fakt kimi hüquqi nəticə doğurur. Bu tələblər qanunla müəyyən edilir. Onlara əqdin etibarlı olması şərtləri deyilir. Əqdlərin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid olunan şərt; əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. İlkin iddiaçı xx.xx.2017-ci il tarixli “Borcun etirafı haqqında” müqaviləni imzaladığını inkar etmir və müqaviləni qarşı tərəf də mübahisələndirmir. İ lkin iddiaçı Cavabdeh müəssisəyə investisiya qoyması ilə əlaqədar olaraq müəssisənin ona 185000 manat ödəməli olduğu barədə razılaşma olduğunu bildirir və müqaviləni də məhz bu əsasla imzaladığını təsdiq edir. Yəni ilkin iddiaçı borcun müəssisə tərəfindən ödənilməli olması əsası ilə əqdi imzaladığını bildirir və bu əsasla da iradə ifadə etdiyini qeyd edir. İradəsi qüsurlu olan əqdlərin bir növünü daxili iradəsi düzgün formalaşmayan əqdlər təşkil edir. Bu qəbildən olan əqdlərin daxili iradəsi qüsurlu deyildir. Amma bu iradə onun əsl mahiyyətini təhrif edən halların təsiri altında formalaşır. Aldatma nəticəsində bağlanmış əqd bu növ əqdlərə daxil edilir. Söhbət o əqdlərdən gedir ki, bu əqdlərin iştirakçılarından biri onun üçün sərfəli olan əqdi bağlamaq məqsədilə digər iştirakçını aldadır. “ Notariat haqqında” Qanunun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 9-cu bəndində qeyd olunur ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsin ə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmişsənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Apelyasiya baxışı zamanı şahid qismində dindirilmiş müqaviləni təsdiq edən notaries Şahid müqavilənin mətnini ilkin iddiaçıya tam izah etdiyini qeyd etmişdir. Lakin təlimata əsasən sənədin notarius tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü təsdiq edilməmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, şahid ifadəsindən də aydın olur ki, ilkin iddiaçının Azərbaycan dilini b ilməməsi notariat hərəkətləri aparılan zaman notariusa məlum olmuşdur. Lakin tərcümənin təlimata əsasən düzgünlüyü təsdiq edilmədiyindən notarius tərəfindən ilkin iddiaçıya müqavilənin tərcümə edilməsi müəyyən edilmir. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim olunan sənədlərdə (əmrlər, ştat cədvəlinin təsdiq edilməsi, borc müqavilələri və s.) K1 imzasının olması onun rus dilini bilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmçinin tərəflər arasında imzalanmış borc müqaviləsində borcun iki il ərzində hissə-hissə qaytarılması barədə müddəa olsa da, Cavabdeh tərəfindən ilkin iddiaçıya borcun qaytarılması barədə həmin müddət ərzində hər hansı xəbərdarlıq edilməmişdir. Yalnız ilkin iddiaçı məhkəməyə müraciət etdikdən sonra xx.xx.2019-cu il tarixdə K1 pretenziya gön dərilmiş və daha sonra da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bundan başqa qarşılıqlı iddiaçı hansı əsasla bu məbləğdə borcun verilməsini və iki il ərzində həmin borc məbləğinin tələb edilməməsini əsaslandırmamışdır. Halbuki iş materiallarından da görünür ki, ilkin iddiaçı və ilkin cavabdehin həyat yoldaşı “xxxx” MMC-nin təsisçiləridir və 70 faiz pay da ilkin iddia üzrə cavabdehin həyat yoldaşına məxsusdur. İlkin iddiaçı və 3-cü şəxs birgə iş görürlər və biznes maraqları mövcuddur. “xxxx” MMC-nin fəaliyyətindən başqa hər hansı digər fəaliyyətlərinin olması məhkəmə araşdırması zamanı müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə ə qdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin məcəllənin 339.3cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Qeyd olunanlara əsasən apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, xx.xx.2017-ci il tarixli borc müqaviləsi ilkin iddiaçının aldadılması nəticəsində bağlanmış və həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməsinə münasibətdə isə apellyasiya kollegiyası qeyd etmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə əsasən müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Mülki Məcəllənin 375.2ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ksenia Kukova və Mələk Demirtaşın təsisçiləri olduğu “xxxx” MMC-də iki il müddətində ilkin iddiaçı direktor kimi çalışmış və həmin müddətdə aralarında hər hansı münaqişənin olması müəyyən edilmir. Həmçinin borcun etirafı barədə müqavilədə borcun hissə-hissə qaytarılması nəzərdə tutulsa da, hər hansı məbləğ qaytarılmadığı kimi qarşılıqlı iddiaçı tərəfindən də K1 hər hansı xəbərdarlıq edilməmişdir. Tərəflər arasında olan mübahisə də məhz ilkin iddiaçının direktor vəzifəsindən çıxmasından sonra başlamışdır ki, apellyasiya kollegiyası hesab etmişdir ki, ilkin iddiaçının müqavilənin məzmunundan həmin tarixdən sonar məlumatlı olması barədə dedikləri əsaslıdır. Qeyd olunanlara əsasən apellyasiya kollegiyası hesab etmişdir ki, ilkin iddiaçı müqavilənin etibarsız hesab edilməsi barədə Mülki Məcəllənin 354.2-ci madd əsinə əsasən müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, ilkin iddiaçı tərəfindən təqdim olunan audio yazının təsisçilərin ümumi yığıncağının audio yazısı olması qeyd olunsa da, bunu audio yazıdan müəyyən etmək mümkün olmamışdır. Həmçinin ilkin iddiaçı tərəfindən təsisçilərin ümumi yığıncağının protokolu təqdim edilməmişdir. Həmin audio yazıda X16 tərəfindən (ilkin iddiaçı elə iddia edir) M1 ilə K1 birlikdə biznes açdıqları, onların yerinə pulu onun qoyduğu, 185.000 manatın təmirə və s. xərcləndiyi, xərclənən məbləğin qaytarılmasından sonra qalan məbləğin paylarına uyğun bölünəcəyi, K1 istədiyi vaxt gedə bilməyəcəyi bildirilir. Həmin audio yazının qanuni yolla əldə edilməsi barədə sübutlar təqdim edilmədiyindən, həmçinin ilkin iddia üzr ə cavabdehin nümayəndəsi audio yazını mübahisələndirdiyindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmir. Qarşılıqlı iddia ərizəsinə münasibətdə isə kollegiya qeyd edir ki, ilkin iddia tələbi təmin edildiyindən və yuxarıda qeyd edilənlərə əsasən müqavilə etibarsız hesab edildiyindən həmin müqaviləyə əsasən qarşılıqlı iddiaçının pul tələbi də təmin edilməməlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətlərinin dəlillləri apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar, iş materialları və şahid ifadəsi ilə öz təsdiqini tapmır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş notariusun ifadəsi ilə də müəyyən edilmişdir ki, tərəflər arasında müqa vilə bağlanarkən tərcümənin xidmətindən istifadə edilməmişdir. İddiaçı isə müqavilənin bağlanıldığı dili, yəni Azərbaycan dilini bilməsi (yazması və ya oxuya bilməsi) iş materialları ilə müəyyən edilmir və beləliklə tərəflrə arasında bağlanmış müqavilənin etibarsızlığı öz təsdiqini tapmışdır. Kassasiya yoxlaması zamanı da apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilmir. Odur ki, kassasiya şikayətlərinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 21 7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və 3-cü şəxs X9 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilmə sin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*******/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1199/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1199/2020
02.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver