Məhkəmə qərarları › İş №2(102)-1201/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1201/2020

10.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1201/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Bayramov Zaur Vahid oğlunun iştirakı ilə, İddiaçı və vəkili Bayramov Zaur Vahid oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli, 2(103)-11963/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(004 )2996/2019 saylı qətnaməsi ilə (hakim R.B.Cavadzadə) İddiaçı cavabdehlər «xxxx» MMC, Cavabdeh2 və Cavabdeh3nə qarşı sifariş məktubunun və protokolun etibarsız hesab edilməsi, qızıl-zinət əşyalarının geri alınaraq saxlanca təhvil verilməsi və icra işinin əvvəlki mərhələyə qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sentyabr 2019-cu il tarixli, 2(103)-11963/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.Q.Nəbiyev, R.Ə.Qurbanov, A.Ə.Hüseyn) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər «xxxx» MMC, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus qızıl-zinət əşyalarının açıq hərracda satılması ilə bağlı Yevlax rayon İcra şöbəsi tərəfindən verilmiş 06.09.2017-ci il tarixli, №5118/2 saylı sifariş məktubunun etibarsız hesab edilməsi, “xxxx” MMC tərəfindən keçirilmiş “Hərracın nəticələri haqqında” 19 oktyabr 2017-ci il tarixli, **** saylı Yekun Protokolun etibarsız sayılması və iddiaçıya mülkiyyətində olan 3 ədəd 140.5 qram sep, 2 ədəd 45.2 qram bilərzik, 1 ədəd 6 qram sırğa, 1 ədəd 1.8 qram klon, 1 ədəd 3 qram üzük, 7 ədəd 30.7 qram 5-lik, 1 ədəd 8.6 qram onluq, 1 ədəd 7.4 qram türk lirəsi, 1 ədəd 2 qram çəkidə tay sırğadan ibarət qızıl-zinət əşyalarının Cavabdeh2 geriyə alınaraq saxlanması üçün Cavabdeh3nə təhvil verilməklə Yevlax Rayon Məh kəməsinin 08 avqust 2016-cı il tarixli, 2(039)-1843/2016 saylı qətnaməsi üzrə icra işinin əvvəlki mərhələyə (sifariş məktubu verilməsindən öncəyə) qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 08 avqust 2016-cı il tarixli, 2(039)-1843/2016 saylı qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya və X3 qarşı borc tələbi və borcun girov predmetinə yönəldilməsi tələbinə dair iş üzrə iddia tələbi təmin edilərək, iddiaçıdan və X2 "xxxx" ASC arasında bağlanmış 22 sentvabr 2014-cü il tarixli, **** kredit müqaviləsi üzrə 6811.96 (altı min səkkiz yüz on bir ABŞ dolları, doxsan altı sent) ABŞ dolları əsas, 1197.8 (bir min bir yüz doxsan yeddi ABŞ dolları, səkkiz sent) ABŞ dolları faiz, 143.26 (bir yüz qırx üç AB Ş dolları, iyirmi altı sent) ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 8153.02 (səkkiz min bir yüz əlli üç ABŞ, iki sent) ABŞ dolları məbləğində borcun milli manat ekvivalentində və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz ) manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınaraq, bankın xeyrinə tutulması, həmin tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan 3 ədəd 140.5 qram sep, 2 ədəd 45.2 qram bilərzik, 1 ədəd 6 qram sırğa, 1 ədəd 1.8 qram klon, 1 ədəd 3 qram üzük, 7 ədəd 30.7 qram 5-lik, 1 ədəd 8.6 qram onluq, 1 ədəd 7.4 qram türk lirəsi, 1 ədəd 2 qram çəkidə tay sırğadan ibarət qızıl zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borca ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi q aydada icra edilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Cavabdeh3nə icra vərəqəsi verilmişdir, icra işi üzrə icra hərəkətləri yerinə yetirilən zaman onun nümayəndəsi tərəfindən qismən ödənişlər edilmiş və ödənişlər edildiyi üçün borcun girov predmetinə yönəldilməyəcəyi barədə məlumatlar verilmişdir. Həmin dövrdə iddiaçı Türkiyə Respublikasında işlədiyindən orada olmuşdur. Lakin səlahiyyətli nümayəndəsi icra işi ilə bağlı daim maraqlı olmuşdur. Lakin borc məbləği mütəmadi olaraq və qismən ödənilməsinə baxmayaraq, o cümlədən, bu barədə onun nümayəndəsi məlumatlandırılmayaraq borcun ödənilməsi girova yönəldilmişdir. 19 oktyabr 2017-ci il tarixdə saat 11:00-da cavabdeh Yevlax rayon İcra şöbəsinin 06.09.2017-ci il tarixli, 5118\2 nömrəli sifariş mək tubu əsasında hərracın təşkilatçısı olan cavabdeh "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. Hərracın qalibi Cavabdeh2 olmuşdur. "xxxx" MMC tərəfindən keçirilmiş Hərracın nəticələri haqqında N9Y-587 Yekun Protokol tərtib edilmişdir. O, "xxxx" MMC tərəfindən keçirilmiş “Hərracın nəticələri haqqında” **** Yekun Protokolu qeyri-qanuni və əsassız hesab edir. Belə ki, hərrac keçirilən zaman o, o cümlədən, digər cavabdeh və İddiaçı nümayəndəsi məlumatlandırılmamışdır. Yevlax şəhərində İddiaçı və nümayəndəsi eyni ünvanda yaşayır. Əgər hərracın keçirilməsi haqqında məlumat verilmiş olsaydı, bu barədə məlumatları olardı. Bundan başqa, nümayəndəsi tərəfindən icra işi üzrə ödənişlər edildiyi halda, borcun ödənişi girov predmetinə yönəldilmişdir və ödənilmiş məbləğlər əsas və ya cəmi borcdan silinməm işdir. "xxxx" MMC tərəfindən keçirilmiş “Hərracın nəticələri haqqında” **** Yekun Protokolda əmlakın ilkin satış qiyməti və əmlakın hərracda satılmış son qiyməti eyni olduğu üçün, belə aydın olur ki, girov əmlaklarla bağlı yalnız bir dəfə hərrac keçirilmişdir. Girov predmeti olan əşyalara -3 ədəd 140.5 qram sep, 2 ədəd 45.2 qram bilərzik, 1 ədəd 6 qram sırğa, 1 ədəd 1.8 qram klon, 1 ədəd 3 qram üzük, 7 ədəd 30.7 qram 5-lik, 1 ədəd 8.6 qram onluq, 1 ədəd 7.4 qram türk lirəsi, 1 ədəd 2 qram çəkidə tay sırğaya cəmi 9376 (doqquz min üç yüz yetmiş altı) manat qiymət qoyulması tam ədalətsizlikdir. Bundan əlavə, onların ailəsi aztəminatlıdır. Girov predmeti olan əşyaları o, ailə yaxınlarından və qohumlarından alaraq girov qoymuşdur. Hazırda isə əsl mülkiyyətçilər öz qızıl-zinət əşylarını tələb ed irlər. O güman etmişdir ki, həmin əşyalar girovdadır və istənilən zaman götürə bilər. Çünki, mütəmadi olaraq ödənişlər etmişdir. Girov predmetlərinin satışı ilə bağlı qəbul edilmiş məhkəmə qətnaməsindən göründüyü kimi, ödənişlər ABŞ dolları ilə edilmişdir. Məlum olduğu kimi, ölkə prezidentinin sonuncu müvafiq fərmanına əsasən ABŞ dolları ilə ödənişləri tənzimlənmiş kredit müqavilələri üzrə güzəştlər nəzərdə tutulmuşdur. Hesab edir ki, həmin fərmandan irəli gələn güzəştlər ona da tətbiq edilməlidir. Lakin o, pul məbləği kompensasiya tələb etmir. Ödənişləri məlum fərmandan irəli gələn qaydada həyata keçirilərsə, ədalətli olar. Eyni zamanda, bununla bağlı müvafiq ekspertizanın- əmtəəşünaslıq ekspertizasının keçirilməsini arzu edir. Ona məxsus qızıl-zinət əşyalarının açıq hərracda satılması ilə bağlı Cavabdeh3 tərəfindən verilmiş №5118/2 olan sifariş məktubu 06.09.2017-ci il tarixdə verilmiş, "xxxx "MMC tərəfindən keçirilmiş “Hərracın nəticələri haqqında” **** saylı Yekun Protokol 19 oktyabr 2017-ci il tarixdə çıxarılmışdır. Lakin Cavabdeh3 2017-ci ilin dekabr ayı da daxil edilməklə İddiaçı tərəfindən ödənişlər etdirmişdir. Bununla bağlı onda qəbzlər də vardır. Bütün bu hallar Yevlax rayon İcra şöbəsi tərəfindən verilmiş №5118/2 saylı sifariş məktubunun etibarsızlığını təstiq edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kolle giyasının qətnaməsinin ləğv edilib işin yenidən apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Bayramov Zaur Vahid oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili Bayramov Zaur Vahid oğlu kassasi ya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən cavabdehlər «xxxx» MMC-nin nümayəndəsi, Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili Bayramov Zaur Vahid oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktla r əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 08 avqust 2016-cı il tarixli, 2(039)-1843/2016 saylı qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya və X3 qarşı borc tələbi və borcun girov predmetinə yönəldilməsi tələbinə dair iş üzrə iddia tələbi təmin edilərək, iddiaçıdan və X2 "xxxx" ASC arasında bağlanmış 22 sentyabr 2014-cü il tarixli, **** kredit müqaviləsi üzrə 6811.96 (altı min səkkiz yüz on bir ABŞ dolları, doxsan altı sent) ABŞ dolları əsas, 1197.8 (bir min bir yüz doxsan yeddi ABŞ dolları, səkkiz sent) ABŞ dolları f aiz, 143.26 (bir yüz qırx üç ABŞ dolları, iyirmi altı sent) ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 8153.02 (səkkiz min bir yüz əlli üç ABŞ, iki sent) ABŞ dolları məbləğində borc milli manat ekvivalentində və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınaraq, bankın xeyrinə tutulması, həmin tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan 3 ədəd 140.5 qram sep, 2 ədəd 45.2 qram bilərzik, 1 ədəd 6 qram sırğa, 1 ədəd 1.8 qram klon, 1 ədəd 3 qram üzük, 7 ədəd 30.7 qram 5-lik, 1 ədəd 8.6 qram onluq, 1 ədəd 7.4 qram türk lirəsi, 1 ədəd 2 qram çəkidə tay sırğadan ibarət qızıl zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borca ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətn amənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Cavabdeh3nə icra vərəqəsi verilmiş və borcun ödənilməsi girova yönəldilmişdir. 19 oktyabr 2017-ci il tarixdə saat 11:00-da cavabdeh Yevlax rayon İcra şöbəsinin 06.09.2017-ci il tarixli, 5118\2 nömrəli sifariş məktubu əsasında hərracın təşkilatçısı olan cavabdeh "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş Hərracın nəticələri haqqında N9Y-587 Yekun Protokola əsasən hərracın qalibi Cavabdeh2 olmuş və hərracda satılmış əmlakı 9376 (doqquz min üç yüz yetmiş altı) manat müqabilində almışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı icra işi üzrə icra hərəkətləri yerinə yetirilən zama n onun nümayəndəsi tərəfindən qismən ödənişlər edildiyini və ödənişlər edildiyi üçün borcun girov predmetinə yönəldilməyəcəyi barədə ona məlumatlar verildiyini bildirdiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçı borcun hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla aralarında hər hansı razılaşma olmamasına baxmayaraq, həmin borcu hissə-hissə ödəməkdə davam etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 432.2-ci maddəsinə görə əgər bu Məcəllədə, öhdəliyin şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, kreditor öhdəliyin hissə-hissə icrasını qəbul etməyə bilər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunanlara istinad etməklə iddiaçının borcun birdəfəlik ondan tutulması ilə əlaqədar hərrac təşkil edilməsinin qeyri-qanuniliyi barədə iddiasının əsassız olması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsin i onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: -1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likv id) qiymətidir. -41.2 və 41.3-cü maddələrinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış q iymətini əks etdirir. -42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən, ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: -51.1-ci maddəsinə əsasən, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mən afeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. -53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakim iyyəti orqanı tərəfindən müəyyən olunur. -61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı qızıl-zinət əşyalarının istər qiymətləndirilməsi zamanı, istərsə də, həmin qızıl-zinət əşyaları ilə əlaqədar hərracın keçirilməsi zamanı qanun pozuntularına yol verildiyini, qiymətləndirmənin və hərracın düzgün keçririlmədiyini iddia etsə də, bu halları təsdiq edən hər hansı sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus qızıl-zinət əşyalarının açıq hərracda satılması ilə bağlı Yevlax rayon İcra şöbəsi tərəfindən verilmiş 06.09.2017-ci il t arixli, №5118/2 saylı sifariş məktubunun etibarsız hesab edilməsi, “xxxx" MMC tərəfindən keçirilmiş “Hərracın nəticələri haqqında” 19 oktyabr 2017-ci il tarixli, **** saylı Yekun Protokolun etibarsız sayılması və iddiaçıya mülkiyyətində olan 3 ədəd 140.5 qram sep, 2 ədəd 45.2 qram bilərzik, 1 ədəd 6 qram sırğa, 1 ədəd 1.8 qram klon, 1 ədəd 3 qram üzük, 7 ədəd 30.7 qram 5-lik, 1 ədəd 8.6 qram onluq, 1 ədəd 7.4 qram türk lirəsi, 1 ədəd 2 qram çəkidə tay sırğadan ibarət qızıl-zinət əşyalarının Cavabdeh2 geriyə alınaraq saxlanması üçün Cavabdeh3nə təhvil verilməklə Yevlax Rayon Məhkəməsinin (hakim X1) 08 avqust 2016-cı il tarixli, 2(039)-1843/2016 saylı qətnaməsi üzrə icra işinin əvvəlki mərhələyə (sifariş məktubu verilməsindən öncəyə) qaytarılması üçün əsas ola biləcək halların mövcudluğu işd ən müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, cavabdehin mənafeyinin nəzərə alınmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibə tlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 sen tyabr 2019-cu il tarixli, 2(103)-11963/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar