Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1201/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və qeyrilərinin Cavabdehə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1201/21 (Açar sözlər: mirasın qəbulu müddətinin uzadılması, payların müəyyən edilməsi və.s.) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı1, İddiaçı2, X, X6 və iddiaçıların vəkili Vəkil1, Cavabdeh və cavabdehin vəkili Vəkil2 oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2,XX, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X7, İddiaçı9, XXXı və İddiaçı11 Cavabdeh qarşı X2ndan miras qal mış ünvan 1, 4 saylı mənzillə bağlı mirası qəbul etmə müddətinin uzadılması, vərəsə kimi tanınmaları, qanuni vərəsə kimi onlara düşən payların müəyyən edilməsi və onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin 12 saylı notariat ofisinə həvalə edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3190/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı7, X7, İddiaçı9, Hacıyeva (Qasımova) Zenfira Hüseyn qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Tərəflər bacı qardaş olmaqla yaxın qohumdurlar. X2 ilə anaları X10 xx.xx.1948ci il tarixində nikah qeydiyyatından keçib ailə qurmuş, bu nikahdan səkkiz uşaqları doğulmuşdur. Hüs eyn Qasımovun 2-ci nikahından X və X adlı daha iki oğlu doğulmuşdur. Bakı şəhəri, XXX saylı ev X9 adına DƏDRX-də 1996-cı il tarixində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir və onun xx.xx.2013-cü il tarixində vəfatı ilə miras açılmışdır. Uşaqlardan biri Bayramova (Qasımova) Səriyyə Hüseyn qızı 2017ci ildə vəfat etmişdir. Onun İddiaçı4, İddiaçı5 və İddiaçı6 adlı 3 yetkinlik yaşına çatmış övladları vardır. Vərəsələr mirası qəbul etmək üçün notariat kontoruna müraciət etməmişlər. Ona görə vərəsələr arasında mirasın qəbulu və payların müəyyən edilməsi ilə bağlı mübahisə başlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, X, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X7, İddiaçı9, X və İddiaçı11 Cavabdeh qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, X2ndan miras qalmış ünvan 1, 4 saylı mənzillə bağlı mirası qəbul etmə müddətinin uzadılması, vərəsə kimi tanınmaları, qanuni vərəsə kimi onlara düşən payların müəyyən edilməsi və onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin 12 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi belə əsaslandırılmışdır: Bakı şəhəri, X saylı mənzili X2nun adına DƏDRX-də 1996-cı il tarixində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X2 ilə anaları X10 xx.xx.1948-ci il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşlar. Birgə nikahdan 9 övladları doğulmuşdurİddiaçı1, İddiaçı2, X, X, XX, XX, XXXX, XXX. Atalarının ikinci nikahından 2 oğlu olmuş və həmin oğlanlar, yəni İddiaçı11 və Cavabdeh ataları atalıq vermişdir. X2 xx.xx. 2013cü il tarixində, anaları X10 isə xx.xx.2004-cü il tarixində vəfat etmişdir. Ataları həyətdə əlavə tikililər tikmişdir. Bacı-qardaşlardan X 2017-ci ildə vəfat etmişdir. Onun 3 uşağı vardır: Oğlu İddiaçı4, İddiaçı5 və qızı-İddiaçı6. Hal-hazırda sağ qalan bacıların və qardaşların mirasda payı vardır. Cavabdeh isə onlara atalarının mülkündə yaşamağa və miras payı əldə etməyə imkan vermir. Onlar mirasla bağlı paylarının müəyyən edilməsi məqsədi ilə notariat kontoruna müraciət etmişlər, lakin 12 saylı notariat kontoru bununla bağlı onlara rədd cavabı vermişdir. Onlar məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişlər. Hesab edirlər ki, mirasın qəbul etmə müddəti uzadılmalı, onlar qanuni vərəsələr kimi tanınmalı, miras əmlak aralarında bərabər paylarda bölünməli və onlara vərəsəlik şə hadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilməlidir. Cavabdeh, İddiaçı1, İddiaçı2 qarşı qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov küçəsi, 83 saylı evin, 4 saylı mənzili üzərində Cavabdeh və cavabdehlər İddiaçı1 və İddiaçı2 hər birinə ayrı-ayrılıqda 1/3 hissədə vərəsəlik hüququnun tanınması, miras əmlak hissəsində 1/3 hissədə payının müəyyən edilməsi və həmin əmlak üzərində hər birinin 1/3 hissəsində vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X12 onun atası olmuş və o, xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. X5 Bakı şəhəri, X saylı mənzilində yaşamışdır. Qeyd edilən ev həyət tipli evdir. Həmin evdə o, ailəsilə birlikdə, bacıları qarşılıqlı iddia üzrə cavabdehlər və atası yaşamışdır. Atası 2013-cü ildə vəfat etdikdən sonra özü və cavabdehlər həmin evdə yaşamaqda davam etmişlər. Evin çıxarışı mərhum atalarının adınadır. Faktiki olaraq miras əmlakı özü və cavabdehlər qəbul etmişlər. Evin çıxarışı və digər sənədləri cavabdehlərdədir. Qeyd edilən sənədlər onda olmadığından vərəsəliyin rəsmiləşdirilməsini həyata keçirə bilmir. Bundan başqa, cavabdehlər də vərəsəliyin rəsmiləşdirilməsinə mane olurlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atalarının ölümündən sonra faktiki olaraq, o, bacıları ilə birlikdə həmin evdə yaşamaqda davam etmişlər. Digər cavabdehlər isə ümumiyyətlə yaşamamışlar. Onlar müxtəlif ünvanlarda yaşamışlar. Cavabdehlərdən başq a digər bacıları ərə getmiş, müxtəlif ünvanlarda yaşamışlar. Qardaşı İddiaçı11 isə mübahisəli ünvanda qeydiyyatda olsa da, həmin ünvanda yaşamamışdır. Atasının ölümündən sonra da faktiki olaraq miras əmlakı qəbul etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)480/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.Axundov) ilkin iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsi, mərhum X8 qalmış, ünvan 1 ünvanda yerləşən 4 nömrəli mənzildən ibarət mirasın qəbul edilmə müddəti uzadılmaqla həmin əmlaka mərhumun vərəsələri İddiaçı1 3/30 hissədə, İddiaçı2 3/30 hissədə, X1 3/30 hissədə, İddiaçı7 3/30 hissədə, X3 3/30 hissədə, İddiaçı9 3/30 hissədə, X4 3/30 hissədə, İddiaçı11 3/30 hissədə, Cavabdeh 3/30 hissədə, X9 mərhum vərəsəsi Bayramova (Qasımova) Səriyyə Hüseyn qızının vərəsələri İddiaçı4 1/30 hissədə, İddiaçı5 1/30 hissədə və İddiaçı6 isə 1/30 hissədə vərəsəlik hüquqları tanınmaqla qeyd edilən hissələrdə hər bir vərəsənin qanun üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilməsi, vərəsələrə mirasla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi 12 saylı notariat ofisinə həvalə edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə ilkin iddia tələbini təmin edib, qarşılıqlı iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəlləsinin 1133, 1134, 1146, 1147.1, 1151.1, 1159.1, 1243, 1246-cı maddələrinə maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- E.Kazımov (sədrlik e dən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxx 2020-ci il tarixli, 2(103)-3190/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-480/2020 nömrəli qətnaməsi ləğv edilmiş, ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, mərhum X8 miras qalmış, Bakı şəhəri, X nömrəli mənzilə İddiaçı1 ¼ hissədə, İddiaçı2 ¼ hissədə, Cavabdeh ¼ hissədə, İddiaçı11 ¼ hissədə vərəsəlik hüquqlarının tanınması və paylarının müəyyən edilməsi, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, ilkin və qarşılıqlı iddia tələblərini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11 33, 1159, 1243, 1246, 1248.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya Məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, mirasqoyan vəfat etdikdən sonra miras əmlakı vərəsələrdən cəmi dörd nəfər faktiki olaraq qəbul etmiş, qalan vərəsələr mirası qəbul etməmişlər. Kassasiya şikayətinin iştirakçılarının izahatları b) və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı7, X7, İddiaçı9, X apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsələrdən Cavabdeh mirası qəbul etməmiş, həyətdə özünün tikdirdiyi 4 otaqlı özbaşına tikilidə yaşamışdır. Qalan vərəsələr mirası faktiki olaraq e tmişlər. Ona görə miras əmlak Cavabdeh başqa digər vərəsələr arasında paylara uyğun bölünməlidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1, İddiaçı2, X, X6 və onların vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh və onun vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər İddiaçı11 və X Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onların izahatını dinləməmişdir. Üçüncü şəx s məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ə r) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açı ldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunun mənasına görə mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan R espublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dairxx xxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir... Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçi rir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olara q hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, qeydiyyat vəsiqəsində əks edilmiş 4 saylı ev (miras əmlak) həyət tipli olmaqla faktiki olaraq 2 otaqdan ibarətdir və həyətdə əlavə olaraq 4 otaq da inşa edilmişdir. İddiaçı tərəf həmin 4 otağın atalarının sağlığında tikilməsini və orada Məhərrəm və ailəsinin yaşamasını, çıxarışı olan evdə isə Dilarə və Səfurənin yaşamalarını göstərsə də, qarşılıqlı iddiaçı və şahid isə əksinə, izahat və ifadədə həyətdə olan qeydiyyat vəsiqəsində əks edilməyən 4 otağın Məhərrəm tərəfindən inşa edilməsini göstərmişlər. Digər vərəsələr 4 otaqlı evin Məhərrəm tərəfindən inşa edilməməsinə dair heç bir sübut təqdim edə bilməmişlər. Vərəsələrdən İddiaçı2 onkoloji xəstə olmaqla digər bacısı İddiaçı1 ilə birlikdə miras əmlakda yaşayırlar. Digər vərəsə İddiaçı11 miras açıldıqdan sonra həmin ünvanda pasport qeydiyyatında olmaqla 2009-cu ilədək orada yaşamış və sonradan başqa ünvana köçmüşdür. İlk iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı11 başqa digər iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Belə ki, digər iddiaçılar mənzillə bağlı mirası qəbul etmə müddətinin uzadılması, vərəsə kimi tanınmaları, qanuni vərəsə kimi onlara düşən payların müəyyən edilməsi və onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin 12 saylı notariat ofisinə həvalə edilməsini iddia etsələr də, onlar mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti hansı üzrlü səbəbə görə ötürdüklərinə dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Birinci instansiya məhkəmə si həmin müddəti üzrlü sayaraq uzadılmalı olduğu qənaətinə gələrkən 5 il 6 aydan artıq keçmiş müddəti hansı səbəbə görə üzrlü hesab etdiyini hər hansı bir formada əsaslandırmamışdır. Əksinə işdən, o cümlədən tərəflərin izahatlarındanda hansısa üzrlü halın olduğu görünmür. Bununla yanaşı, işdən həm də açıq-aşkar görünür ki, digər iddiaçılar mübahisəli mənzildə yaşamamış və qeydiyyatda olmamış, miras əmlakı faktiki qəbul etmələrini hər hansı bir formada nümayiş etdirməmişlər. Onlar miras açılmamışdan əvvəl ailə quraraq özlərinə məxsus olan evdə yaşamış, miras açıldıqdan sonra mirası qəbul etməyə təşəbbüs göstərməmişlər. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu üçün istər rəsmi, yəni notariat ofisinə ərzə verməklə, itərsə də faktiki qəbul üçün qanunvericilikdə eyni müddət müəyyən edilmişdir. Qanun bu hallar üçün fərqli müddət müəyyən etməmiş, eyni zamanda faktiki qəbul üçün hansısa müddəti yaxud müddətsizliyi xüsusiləşdirməmişdir. Apellyasiya Məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq olunur ki, dörd nəfər vərəsədən başqa digər vərəsələr mirasın qəbulu müddətində onu faktiki qəbul etməmişlər. Əks təqdirdə digər iddiaçılar mirasın qəbulu müddətinin uzadılmasını tələb etməzdilər. İlk iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı11 başqa digər iddiaçılar mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onların bununla əlaqədar hər hansı bir hərəkətlər etməsi təsdiq olunmur. Belə ki, onlar miras mənzilin qəbulu üçün qanunla müəyən edilmiş müddətdə notariat orqanına müraciət etməli idilər, lakin etməmişlər, eləcə də miras mənzilə sahiblik etməmiş və ya idarə etməyə faktik başlamamış və mirası qəbul etdiklərini nümayiş etdirməmişlər. Buna görə də, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiyindən mübahisəli mənzilə dair həmin hüququ itirmişlər. Ümumiyyətlə, işin hallarından açıq-aşkar görünür ki, mirasın faktiki olaraq kimlər tərəfindən qəbul edilməsi (məhz orada qalıb yaşayanlar tərəfindən qəbulu) mübahisə predmeti olmamışdır. Vərəsələr mövcud vəziyyəti qəbul etmiş və bununla bağlı mübahisə açmamışlar(əks təqdirdə iddiaçılar bu barədə sübut təqdim edirdilər). Son vaxtlar qohumlar arasında baş verən mübahisə, xüsusilə Məhərrəmlə münasibətlərin pozulması hazırkı mübahisənin başlanmasına səbəb olmuşdur. Məhz bu səbəbdən bütün vərəsələr eyni möv qedən çıxış edərək (mirasın məhz Məhərrəmdən başqa digər vərəsələr arasında bölünməsini tələb etməklə) onu miras əmlakdan məhrum etmək üçün hazırkı tələbi irəli sürmüşlər. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı7, X7, İddiaçı9, X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3190/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir