Məhkəmə qərarları › İş №2(102)-1202/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1202/2020

17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar; Qiymətli kağızlar üzrə öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1202/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Alxaz Eldəniz Əli oğlunun, Cavabdeh1 vəkili X1, cavabdeh “xxxx” MMC-nin vəkili Əliyev Sabir Nadir oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Alxaz Eldəniz Əli oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli, 2(103)-9573/2019 saylı qətnaməsindən v erdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli, 2(004)1560/2019 saylı qətnaməsi ilə (hakim O.Q.Məmmədli) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “cəmiyyətin təsisçisi kimi tanınma, bununla əlaqədar cəmiyyətin nizamnaməsində və təsis sənədlərində dəyişiklik edilməsi, bu dəyişikliklərin kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydə alınması” tələbinə dair iddialarının təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli, 2(103)-9573/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismə n təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1560/2019 saylı iş üzrə 15 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması və İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və “xxxx” MMC-yə qarşı “cəmiyyətin təsisçisi kimi tanınma, bununla əlaqədar cəmiyyətin nizamnaməsində və təsis sənədlərində dəyişiklik edilməsi, bu dəyişikliklərin kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydə alınması” tələblərinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MMC-nin nizamnamə kapitalının 25%-nin (25 payın) sahibi olmaqla təsisçisi kimi tanınmaları, buna dair məlumatın MM C-nin nizamnaməsinə və digər təsis sənədlərinə daxil edilmələri, nizamnaməyə edilmiş dəyişikliyin Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 və Cavabdeh1 uzun illər ərzində dostluq etdikləri üçün 2012-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində birgə biznes fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmiş, bunun üçün Abşeron rayonunun Zirə südçülük-tərəvəzçilik sovxozunun ərazisindəki 6 ha torpaq sahəsinin 99 ilə icarəyə götürülməsi məsələsini həll etmiş, torpaq sahəsinin kimin adına rəsmiləşdirilməsi həll edilərkən Cavabdeh1 onların mövqeyi ilə maraqlanmış, onlar isə torpağın Talehin adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildi rmişlər. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün istixana kompleksinin tikilməsi qərara alınmış, kompleksin tikintisi üçün zəruri vəsaiti lizinqlə əldə etmək niyyətləri baş tutmadığına görə tikintiyə onların vəsaiti, habelə götürülmüş bank krediti hesabına (İddiaçı1 məxsus əmlakı girovla yükləyərək) başlanılmışdır. 01.01.14-cü il tarixdən istixana fəaliyyətə başlamış, istixananın fəaliyyətindən əldə edilən gəlirin bərabər qaydada (50/50) bölünməli olması barəsində aralarında razılaşma olmuşdur. Həmin vaxtdan Cavabdeh1 hər ay onlara hesabatlarını təqdim etmiş, kompleksin işi barədə məlumat vermiş, onun fəaliyyəti ilə bağlı qərarlar isə birgə qəbul edilmişdir. 2016-cı ildə birgə işi davam etdirmək üçün yeni investisiyaya ehtiyac olduğundan onlar yeni iştirakçı il ə danışıqlar aparmış və “X3 şirkəti” QSC ilə müqavilə bağlayaraq biznesin 33%-ni sonuncuya satmışlar. Həmin şirkətlə bağlanmış müqavilənin 3.2-ci bəndində Cavabdeh1 üzərinə istixana biznesinin dövlət qeydiyyatından keçirilməsi öhdəliyi qoyulmuş, buna görə də Cavabdeh1 istixana biznesini “xxxx” MMC adı ilə Vergilər Nazirliyinin 2 saylı ərazi vergilər departamentində 22.07.16-cı il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatından keçirmiş, Cəmiyyətin nizamnaməsinə 28.07.16-cı il tarixdə edilmiş dəyişiklik 01.08.16-cı il tarixdə qeydiyyata alınmış, həmin dəyişikliyə əsasən MMC-nin iştirakçıları Cavabdeh1 67 paya (67%) və “X3 şirkəti” QSC 33 paya (33%) sahib olmaqla Cəmiyyətin nizamnamə kapitalının 4 630 000 manat həcmində hər birinin nominal dəyəri 46 300 manat olan 100 paydan ibarət oldu ğu müəyyən edilmişdir. Beləliklə, aralarındakı razılaşmaya əsasən “xxxx” MMC-nin nizamnamə kapitalının 33%-i “X3 şirkəti” QSC-yə, 67% isə Cavabdeh1 və onlara (bərabər payda) məxsus olmuş, şirkətin gəliri də həmin paylara mütənasib bölünmüşdür. Göstərilənləri şirkətin fəaliyyətinə dair hər ay aldığı maliyyə hesabatları, Cavabdeh1 və “xxxx” MMC-nin mühasibi Y.Q.Əliyevin imzaladıqları 01.01.2014-01.08.2017-ci il tarixdə kassaya mədaxil olmuş vəsaitlər və onların mənbəyi, habelə həmin dövrə dair kassadan məxaric olunmuş vəsaitlər və onların xərc istiqamətlərinə dair cədvəllər, 01.07.2013-01.01.2014-cü il tarixə istixananın tikintisinə xərclənmiş vəsaitlərin mənbəyini təsdiq edən və Cavabdeh1 və “xxxx” MMC-nin mühasibi Y.Q.Əliyevin imzaladıqları arayış, habelə Azərbaycan Respublikası auditorlar palatasının auditorunun, onların və cavabdehlərin imzaladıqları 16.05.2018-ci il tarixli akt təsdiq edir. 03 fevral 2017-ci il tarixdə MMC-nin iştirakçıları arasında bağlanmış payın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh1 onların xəbəri olmadan 67% paydan 17 payı (17%) “X3 şirkəti” QSC-yə satmış, 07.02.17-ci il tarixli növbədənkənar ümumi yığıncağın qərarı ilə Cəmiyyətin nizamnaməsinə müvafiq dəyişiklik edilmiş, iştirakçıların hər birinin 50% paya sahib olduğu Vergilər Nazirliyinin 2 saylı ərazi vergilər departamenti tərəfindən qeydə alınmışdır. Bununla əlaqədar aralarında narazılıq yaranmış və paylarının real vəziyyətinin rəsmiləşdirilməsini tələb etmiş, lakin Cavabdeh1 bundan imtina etdiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarlar ı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilib həmin hissədə iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası gəldiyi nəticəni heç bir qanun norması ilə əsaslandırmamış, “Məhkəmələr və hakimlər haqqında” Qanunun müddəalarını kobud şəkildə pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili Alxaz Eldəniz Əli oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1, vəkili X2, cavabdeh “xxxx” MMC-nin vəkili Əliyev Sabir Nadir oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyası A R MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçıların vəkili Alxaz Eldəniz Əli oğlunun, Cavabdeh1 vəkili X1, cavabdeh “xxxx” MMCnin vəkili Əliyev Sabir Nadir oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərba ycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasının seçimi zamanı səhvə yol verərək qüvvədən düşmüş qanunun müddəalarına istinad etmişdir. İş materiallarından məlum olur ki, uzun illər yaxın dostluq münasibətləri olmuş İddiaçı1 və Cavabdeh1, aralarında əvvəldən mövcud olan biznes şərikliyi çərçivəsində 2013-cü ildə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 1532 nömrəli 11.09.2012-ci il tarixli sərəncamına və 11.10.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən 11.09.2012-ci il tarixdən başlayaraq 99 il müddətinə sonuncunun (Cavabdeh1) icarəsinə verilmiş Abşeron rayonunun X4 sovxozu ərazisində yerləşən 6 ha torpaq sahəsində istixana inşasına başlamış, sərmayə həm İddiaçı1, həm də Cavabdeh1 tərəfindən birgə qoyulmuş, istixanadan əldə edilən gəlirin tərəflər arasında bərabə r bölüşdürülməsi razılaşdırılmışdır. İş materiallarından aydın olur ki, istixananın fəaliyyəti ilə əlaqədar nizamnamə kapitalı 4.630.000 (dörd milyon altı yüz otuz min) manat həcmində və hər biri 46.300 (qırx altı min üç yüz) manat olmaqla 100 paydan ibarət olan “xxxx” MMC 22 iyul 2016-cı il tarixdə Cavabdeh1 təsisçiliyi ilə dövlət qeydiyyatına alınmış, cəmiyyətin nizamnaməsindəki 01 avqust 2016-cı il tarixli dəyişikliyə əsasən “X3 Şirkəti” QSC 33 payla (Cavabdeh1 məxsus payın 33% hissəsini almaqla) MMC-yə təsisçi qismində daxil olmuş (Cavabdeh1 Bakı şəhər prokurorluğunda aparılan araşdırma zamanı vermiş olduğu izahata əsasən, həmin payı 1 000 000 (bir milyon) ABŞ dollarına satmışdır), 03 fevral 2017-ci il tarixdə Bakı şəhəri 41 saylı Notariat Kontorunda bağlanmış “xxxx” müqaviləsinə əsa sən Cavabdeh1 MMC-nin nizamnamə kapitalında özünə məxsus olan 67 paydan 17 payı 955 550 (doqquz yüz əlli beş min beş yüz əlli) manata adı çəkilən MMC-yə satmış, qalan 50 pay isə özünün mülkiyyətində qalmışdır, iddiaçılarla cavabdeh (Cavabdeh1) arasındakı mübahisələr də məhz bundan sonra ortaya çıxmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar Abşeron rayonu, X4 sovxozu ərazisində yerləşməklə Cavabdeh1 icarəsində olan 6 ha torpaq sahəsində inşa edilmiş istixananın fəaliyyətində Cavabdeh1lə şərik olduqlarını, istixananın tikintisinə sərmayə qoyduqlarını, habelə sözügedən istixanadan əldə edilən gəlirin onlarla Cavabdeh1 arasında bərabər (1/2 hissədə) bölüşdürüldüyünü iddia edərək hazırkı apellyasiya baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürmüşlər. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların “xxxx” MMC-nin təsisçisi kimi tanınmalarından, buna dair məlumatların cəmiyyətin nizamnaməsinə və digər təsis sənədlərinə daxil edilməsindən və dəyişikliyin müvafiq orqanda qeydə alınmasından ibarət tələblərini əsassız hesab edərək, qeyd etmişdir ki, həmin iddia tələblərinin qanuni əsası ümumiyyətlə mövcud deyildir.Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlər i, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların özləri də istər iddia ərizələrində, istərsə apellyasiya şikayətlərində tələblərinin qanuni əsasını konkret şəkildə göstərə bilməmiş, mülki qanunvericiliyin hüquqi şəxslər və məhdud məsuliyyətli cəmiyyət ilə bağlı ümumi normalarına istinad etməklə kifayətlənmişlər. İş materiallarından görünür ki, apellyasiya baxışı zamanı iddiaçılardan İddiaçı2 Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 6 ha torpaq sahəsində inşa edilmiş istixananın şəriki Cavabdeh1 tərəfindən qanunsuz yolla ələ keçirilməsi barədə mü raciətinin Bakı şəhər prokurorluğunda araşdırıldığı, araşdırma nəticəsində Zirə qəsəbəsində yerləşən 6,0 ha torpaq sahəsinin 4,0 ha torpaq sahəsi üzərində inşa edilmiş istixanaya qoyulmuş nağd vəsaitin, eləcə də istixanada məhsul yığımından əldə edilmiş gəlirin Cavabdeh1 tərəfindən dələduzluq yoluyla ələ keçirilməsi xüsusatının olmaması səbəbindən cinayət işinin başlanmasının rədd olunması haqqında 18 iyun 2018-ci il tarixli qərarın qəbul edildiyi, tələbinin mülki xarakterli olduğu əsas götürülərək İddiaçı2 məhkəməyə müraciət etmək hüququnun olmasının izah edildiyi müəyyən edilmiş, bununla belə iddiaçılar mübahisəli istixanaya qoyulmuş nağd vəsaitin, eləcə də istixanada məhsul yığımından əldə edilmiş gəlirin tutulması tələbini deyil, hazırkı iddia tələbini irəli sürmüşlər. Azərbaycan Respu blikası Mülki Məcəlləsinin: -87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. -87.3-cü maddəsinə əsasən cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. -45.2-ci maddəsinə görə əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsis çilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. - 91.3.1-ci maddəsinə görə isə, cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. “xxxx” MMC-nin nizamnaməsinin 6.1.1-ci bəndinə əsasən də, nizamnaməyə dəyişiklərin və ya onun yeni redaksiyalarının təsdiqi Cəmiyyətin Ümumi Yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni heç bir qanun norması ilə əsaslandırmadığını, işin faktiki hallarının ta m, obyektiv və hərtərəfli araşdırmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatla rın yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2019-cu il tarixli, 2(103)-9573/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar