Məhkəmə qərarları › İş №2(102)-1205/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1205/2019

13.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1205/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.06.2018-ci il tarixli 2(103)7038/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Ə.Məhərrəmova, iş № 2(001)-3006/2018) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən müştərək qaydada kredit borcuna görə cəmi 55.224,59 manatın, dövlət rüsumuna görə 30 manatın və bildirişin qeydə alınmasına görə ödənilmiş 31 manatın bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən olunması, mənzilin açıq hərracdan satılması və əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, artıq qalan pul vəsaitinin Cavabdeh1 verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və F.Ş.Talışinski) Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsi dəbbə pulunun məbləğinə aid hissədə dəyişdirilərək dəbbə pulu 1000 manat, əsas borc, faiz borcu və dəbbə pulunun cəmi 54.224,59 manat müəyyən olunması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 27 may 2014-cü il tarixdə bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən ona 60 ay müddətinə illik istifadə dərəcəsi 7 faiz olmaqla 70.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqavilələri, borclu Cavabdeh1 ilə isə ona məxsus mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır. 2017-ci ilin fevral ayında ban k borcluya və zaminlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməməsi səbəbindən banka cəmi 60.928,73 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun, dövlət rüsumuna və bildirişin qeydə alınmasına görə ödənilmiş pul məbləğinin cavabdehlərdən tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin dəbbə pulunun tutulması hissəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə uyğun olmamasını əsas göstərməklə ləğv edilməsini və işin həmin hissəyə yenidən baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin qanuniliyi yalnız dəbbə puluna aid hissədə mübahisələndirildiyindən kollegiya hesab edir ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İş materiallarından görünür ki, bank iddia ərizəsində dəbbə puluna görə cavabdehdən 6704,14 manat tutulmasını tələb etmiş, birinci instansiya m əhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinin qüvvəsini tətbiq edərək cavabdehlərdən dəbbə puluna görə 2000 manat tutmuşdur. İşə baxan apellyasiya instansiyası məhkəməsi də qanunun yuxarıda göstərilən normasına əsaslanaraq dəbbə pulunun məbləğinin azaldılması nəticəsinə gələrək həmin məbləği 1000 manata qədər azaltmışdır. Beləliklə, məhkəmə instansiyaları tərəfindən dəbbə pulunun məbləği 6704,14 manatdan 1000 manata endirilməklə cavabdehin mənafeyi kifayət qədər nəzərə alındığından həmin hissədə qətnamənin dəyişdirilərək dəbbə pulunun daha da azaldılması üçün əsaslar yoxdur. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni mübahisələndirilən hissədə qanuni və əsaslı sayır, hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MP M-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 29 iyun 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar