Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1206/2019 14.02.2019 ALİ MƏHKƏMƏ 14 fevral 2019-cu il şəhəri İş № 2(102)-1206/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1 vəkili Hacalıyev Adil Hacalı oğlunun, cavabdeh x2nın və vəkili Əliyev Mehman Əlizaman qızının iştirakı ilə, cavabdehlər x2nın və x3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2(011)-3162/18 saylı qətnaməsi ilə (hakim L.Talıbova) iddi a tələbi təmin edilərək, x3 ilə x4 arasında ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan, 2 otaqlı 86 No-li mənzilə dair bağlanmış 14 iyul 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, x3 ilə x4 arasında ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan,2 otaqlı 86 No-li mənzilə dair bağlanmış 14 iyul 2017-ci il tarixli müqavilə üzrə mənzilin dəyəri 62720 manatın x4ndən tutularaq x3na ödənilməsi, cavabdehlər x3 və onun qanuni nümayəndəsi x2nın ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan,2 otaqlı 86 No-li mənzildən çıxarılmaları qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9062/2018 saylı, 13 sentyabr 2018-ci il ta rixli qətnaməsi ilə (hakimlər: T.Səmədov, İ.Şirinov və E.Kazımov) Bakı şəhəri Xətai rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2(011)-3162/18 saylı qətnaməsi cavabdehlər x2nın və x3 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər x2 və x3 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9062/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı x1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh x4 ilə x3 arasında ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan,2 otaqlı 86 No-li mənzilə dair bağlanmış 14 iyul 2017-ci il tarixli müqavilənin etibar sız hesab edilməsi və cavabdeh x2nın həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı x1 daha sonra ərizə təqdim edərək x3 cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28.01.2006-cı il tarixdə x5 ilə müqavilə bağlayaraq ünvan 1 ünvanda 14 mərtəbəli yaşayış evinin 13-cü mərtəbəsində ümumi sahəsi 75 kv.m, 2 blok, 86 saylı, izolə olunmuş 2 otaqlı evi payçı kimi almışdır. Mənzilin dəyəri tamamilə ödənilmiş və onun tərəfimdən 2011-ci ildə bir qədər təmir edilmiş, lakin sonradan maddi çətinlik səbəbindən həmin mənzilin təmiri dayandırılmışdır. O həmin mənzildə axırıncı dəfə 2017-ci ilin may ayının 5-də olmuş və sonradan səhhətində yaranan problemlərlə bağlı olaraq bir müddət həmin mənzilə getməmişdir. 2017-ci il in sentyabr ayında o həmin mənzilə gedərkən məlum olmuşdur ki, həmin mənzilin qapısı dəyişdirilmiş və mənzildə başqa şəxslər təmir işləri ilə məşğuldurlar. O bu məsələ ilə əlaqədar olaraq binanın komendantı Hüseyn adlı şəxsdən bu məsələnin səbəbini soruşduqda o böyük bir səhvə yol verdiyini və bu məsələni bir həftəyə həll edəcəyini və evin dəyərini ona bazar qiymətilə ödəyəcəyinə söz vermişdir. Bundan sonra onunla mübahisəli mənzili qanunsuz zəbt etmiş x2nın, onun qohumu x6 binanın məxsus olduğu Cəmiyyətin işçisi x7 arasında 02.10.2017-ci il tarixdə bir beh qəbzi tərtib olunmuş və həmin qəbzdə göstərilmişdir ki, R.Məmmədov küçəsi 20 saylı ünvanda 78,4 kv.m olan evin alınması üçün x2 x1na 10.000 manat beh verir, 50.000 manatı isə 2017-ci ilin noyabrın 30-na kimi tamamilə ödəyəcəkdir. Lakin cavabdeh tərəfindən onun pulu ödənilməmiş və mübahisəli mənzili ona qaytarmamışlar. Mübahisəli mənzil x5 tərəfindən inşa edilmiş və x4-nın bu binaya heç bir aidiyyəti olmasa da, cavabdehlə müqavilə bağlayaraq həmin mənzili ona qeyri-qanuni satmışlar. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər x2 və x3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9062/2018 saylı, 13 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izah atları: Cavabdeh x2 və vəkili Əliyev Mehman Əlizaman qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. iddiaçı x1 vəkili Hacalıyev Adil Hacalı oğlukassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsi tərəfindən verilmiş 19.04.2018-ci il tarixli məktubunda qeyd olunur ki, ünvan 1 ünvanda ünvan 1 48-ci bəndi ilə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0,20 ha torpaq sahəsi x5-nin istifadəsinə verilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan ünvanda x4-ya dair Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən heç bir sənədləşdirmə işləri aparılmamışdır. İş materiallarına əlavə edilmiş x5 ilə x1 arasında bağlanmış 28 yanvar 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, x5 tərəfindən ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan,2 otaqlı 86 No-li mənzili 22500 ABŞ dolları dəyərində olan mənzili x1na verməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş kassa mədaxil orderlərinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan,2 otaqlı 86 No-li mənzilinə dair x1 tərəfindən x5-yə 19785 manat pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə edilmiş 14 iyul 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, x4 tərəfindən ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan,2 otaqlı 86 No-li 62720 manat dəyərində olan mənzili x3na verməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş 14.07.2017-ci il tarixli Maliyyə Arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan,2 otaqlı 86 No-li mənzilinin dəyəri x3 tərəfindən x4nə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Bu Məcəllənin 337.1,-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci madd əsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2.-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfındən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı i lə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. İş materialları ilə müəyyən edilir ki, «x5 ilə x1 arasında 28 yanvar 2006-cı il tarixli müqavilə bağlanmış və x5 tərəfindən ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan,2 otaqlı 86 Ns-li 22500 ABŞ dolları dəyərində olan mənzili x1na verməyi öhdəsinə və həmin mənzilin dəyəri onun tərəfindən 11.10.2008-ci il tarixə qədər his sə-hissə ödənilmişdir. Bundan başqa x4 ilə x3 arasında ünvan 1 ünvanda yedəşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan,2 otaqlı 86 nömrəli mənzilə dair 14 iyul 2017-ci il tarixli müqavilə bağlanmışdır və həmin mənzilin dəyəri onun tərəfindən 14 iyul 2017-ci il tarixdə ödənilmişdir. Həm iddiaçı tərəf, həm də cavabdeh tərəf eyni mənzilə dair müqavilələri mübahisələndirmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş məktubdan müəyyən olunmuşdur ki, ünvan 1 ünvanda ünvan 1 48-ci bəndi ilə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0,20 ha torpaq sahəsi x5- nin istifadəsinə verilmişdir. Qeyd olunan ünvanda x4-ya dair Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən heç bir sənədləşdirmə işləri aparılmamışdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, x4 10.06.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış və x5nin hüquqi varisi deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25.10.2012-ci il tarixli qərarında qeyd olunur ki, kooperativ üzvlərinin mülkiyyət hüquq u ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına Əlavənin 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi eyni mənzilə dair iki müqavilənin bağlanılması qanunvericiliyin tələbinə zidd olduğundan x1 ilə x5 arasında ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan,2 otaqlı 86 No-li mənzilə dair 28 yanvar 2006-cı il tarixdə müqavilə bağlandığından, onun tərəfindən mənzilin dəyəri ödənildiyindən və həmin əmlaka mülkiyyət hüququ əldə etdiyindən, iddia təmin edilməli, x3 ilə x4 arasında ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayı ş binasının 13 mərtəbə, ümumi sahəsi 78,4 m2 olan,2 otaqlı 86 No-li mənzilə dair bağlanmış 14 iyul 2017-ci il tarixli müqavilə etibarsız hesab edilməli və cavabdehlər x3 və onun qanuni nümayəndəsi x2 mənzildən çıxarılmalıdırlar. Bundan başqa 14 iyul 2017-ci tarixli müqavilə üzrə x4nin x3ndan 62720 manat alması müəyyən olunduğundan tərəflərin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı normalar tətbiq olunmalıdır. x3 ilə x4 arasında bağlanmış 14 iyul 2017-ci il tarixli müqavilə üzrə ödənilmiş 62720 manat x4ndən tutularaq x3na ödənilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda qeyd olunan qaydada təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2nın və x3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1206/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1206/2019
14.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver