Məhkəmə qərarları › İş №2(102)-1207/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1207/2019

21.02.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1207/2019 21.02.2019 ALİ MƏHKƏMƏ 21 fevral 2019-cu il şəhəri İş № 2(102)-1207/19 Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x2 prosessual hüquq varisi x5 və vəkili Məmmədova Rəna Fazil qızının iştirakı ilə, iddiaçı x1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(004)8009/2017 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddiaçı x1cavabdehlər x3, x4, üçüncü şəxslər Bakı şəhəri 53 saylı DNK-ya və AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh x3 ilə x2 arasında 23.08.2016-cı il tarixdə ünvan 1 ünvan 1) alqı-satqısı barədə AN-1 N ******* saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, həmin mənzilə dair x2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzilin x3nun mülkiyyətinə qaytarılması və x3ndan 250000 manat məbləğində pulun alınaraq x2na verilməsi tələbinə dair iddiasının təmin edilməməsi və iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçı x1 aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-9864/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Nəbiyev, R.Qur banov və A.İmanov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli, 2(004)-8009/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-9864/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdehlər x3, x4, üçüncü şəxslər Bakı şəhəri 53 saylı DNK-ya və AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh x3 ilə x2 arasında 23.08.2016-cı il tarixdə ünvan 2ünvan 1) alqı-satqısı barədə AN-1 N ******* saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, həmin mənzilə dair x2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzilin x3nun mülkiyyətinə qaytarılması və x3ndan 250000 manat məbləğində pulun alınaraq x2na verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh x3 ilə 22.11.1997-ci il tarixdə nikah qeyd etdirməklə evlənmişdir. Hal-hazırda nikahdadırlar. ünvan 1 evin 3-cü mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 88, M 2, m.2) birgə nikah dövründə əldə etmişlər və mənzil daşınmaz əmlakın dövlət reyestrində x3nun adına 12.07.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, bu barədə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Həmin mənzili cavabdeh x4 cavabdeh x3nun verdiyi AR-İ N 552391 saylı, 22.08.2017-ci il tarixdə verdiyi etibarnamə ilə 23.08.2016-cı il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış AN-1 N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında x2na 250.000 manata satmışdır. x3 ilə razılığa gəlmişdir ki, həmin mənzili satmasınlar, onu başqa daha əlverişli bir mənzillə dəyişdirsinlər. Belə ki, yetkinlik yaşına çatmış oğlu vardır və ona mənzil lazımdır. x3 ona demişdir ki, “mənzili sataq, daha yaxşı başqa bir mənzil alaq”. O da, bu təklifə razı olmuş və mənzilin satılmasına razılıq vermişdir. Cavabdeh x3 pulu alsa da, həmin pulla başqa mənzil almaq istəmir, pulu öz şəxsi mənafeyi üçün xərcləmək istəyir. Ona məlum olmuşdur ki, mənzilin satışından əldə olunmuş pulun bir hissəsi x4nun Banka olan borcuna ödənilmişdir, pulun bir hissəsini isə ona məlum olmayan şəxslərə vermişdir. Cava bdehlərin onun etibarından sui-istifadə etməsi nəticəsində özü üçün son dərəcə əlverişsiz şərtlərlə müqavilə bağlamağa razılıq vermişdir, ona görə də həmin müqaviləni mübahisələndirə bilər. Cavabdehlərə müqaviləni könüllü ləğv edilmələrini və aldıqları pulu alıcıya qaytarmalarını təklif etsə də, cavabdehlər bu təkliflə razılaşmamışdır. Həmin müqavilənin bağlanması nəticəsində ümid etdiyi qazancdan məhrum olmuşdur, ona görə də həmin müqavilə etibarsız sayılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyası nın 2(105)-9864/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 prosessual hüquq varisi x5 və vəkili Məmmədova Rəna Fazil qızı kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehin prosessual hüquq varisini və vəkilinidinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 22.08.2017-ci il tarixli, AR-İ seriyalı, 552391 saylı etibarnamənin surətindən görünür ki, x3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. x4 etibar etmişdir. İş materiallarında olan AN-İ seriyalı ******* saylı 23.08.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, x3 Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 12.07.2016-cı il tarixdə verilmiş **********75-05101- 093029 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 1 evin 99.9 kv.m ümumi sahədən ib arət 3-cü mənzilini (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 88, M 2, m.2) x2na satmışdır. Həmin mənzil x6 Bakı filialında ipotekadadır. x6 22.08.2017-ci il tarixli məktubuna əsasən satışdan əldə olunan vəsaitin 49910,57 manat məbləğində borcun ödənilməsinə yönəldilməsi şərti ilə əməliyyat aparılmışdır. Həmin mənzilin satış qiyməti 250.000 manatdır. Həmin məbləğdən 49910,57 manat x6 Bakı filialına, qalan məbləğdən vergi tutulmaqla satıcıya ödənilir. Alqı-satqı müqaviləsi satıcının əvəzinə etibarnamə üzrə nümayəndəsi x3 tərəfindən imzalanmış, Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu x7 tərəfindən təsdiq olunmuş və reyestrdə 4-Ə-1098 nömrə ilə qeyd edilmişdir. iddiaçı x1 ünvan 1satılmasına etirazının olmamasına dair ərizəsi notariat işinə əlavə edil mişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etiba rsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətl ərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2004-cü il tarixli Qərarına əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər bir tərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 evin 99.9 kv.m ümumi sahədən ibarət 3-cü mənzilin (yenı qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, 88, M 2, m.2) alqısatqısına dair x3 ilə x2 arasında AN-İ seriyalı ******* saylı 23.08.2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin və "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqq ında" Təlimatın tələblərinə tam riayət edilməklə bağlanması sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Belə ki, mübahisəli mənzilə dair alqı-atqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar