Məhkəmə qərarları › İş №2(102)-1208/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1208/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1208/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliklərindən irəli gələn mübahisələr, lizinq müqaviləsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-185/2024 nömrəli, 11 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassa siya şikayətinə 04 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanan 02 oktyabr 2014-cü il tarixli daxili maliyyə lizinq müqaviləsinə əsasən 155.000 AZN məbləğində illik 17% olmaqla 120 ay müddətinə Lənkəran rayonu, Sütəmurdov kəndində 0,1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan, 2 mərtəbəli fərdi yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə 0,0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m. olan qeyri-yaşayış binası, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,12 ha torpaq sahəsi və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0,06 ha torpaq sahəsi lizinqə verilmişdir.

2. Lənkəran Rayon Məhkəməsinin 2(049)- 77/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 və Cavabdeh2 "xxxx" İKB ASC-nin xeyrinə 141.926,54 manat əsas borc, 22.585,95 manat faiz borcu olmaqla, cəmi 164.512,49 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, "xxxx" İKB-nin Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 oktyabr 2014-cü il tarixli, 13-G4-1- 01396-14 saylı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi-yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m. olan qeyri-yaşayış binası, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsi və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin "xxxx" İKB-nə qaytarılması, lizinq obyekti olan Lənkəran rayonu, Sütəmurdov kəndində 0.1194 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 264.9 kv.m. olan 2 mərtəbəli fərdi-yaşayış evinin, Lənkəran şəhəri, 4-cü məhəllədə yerləşən 0.0112 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 104.3 kv.m.olan qeyri-yaşayış binası, Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.12 ha torpaq sahəsinin və Lənkəran rayonu, Kərgəlan kəndində yerləşən 0.06 ha torpaq sahəsinin boşaldılması və "xxxx" İKB-nə təhvil verilməsi qət edilmişdir.

3. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilərək işin apellyasiya qaydasında yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-444/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 və Cavabdeh2 "xxxx" İKB ASC-nin xeyrinə 141,926.54 manat əsas borcun, 22,585.95 manat faiz borcun, cəmi 164,512.49 manat məbləğində borcun tutulması hissəsində dəyişdirilərək, 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1- 01396-14 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektlərindən, 23 sentyabr 2015-ci il tarixinədək sahiblik və istifadə edilməsinə görə 9.428,84 manat məbləğində lizinq ödənişi borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-444/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 02 oktyabr 2014-cü il tarixli dax ili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 60097.35 AZN əsas, 168942.39 AZN faiz borcu və 34736.77 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 263776.51 AZN borcun və 522.51 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-444/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi cavabdehlər tərəfindən icra edilməyərək, Banka məxsus olan lizinq obyektləri boşaldılıb, "xxxx" İKB-nə təhvil verilməmiş, həmçinin 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektlərindən, 23 sentyabr 2015-ci il tarixinədək sahiblik v ə istifadə edilməsinə görə 9.428,84 manat məbləğində lizinq ödənişi borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı ASC-nə ödənilməmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinin olmasına baxmayaraq Cavabdeh1 və Cavabdeh2 hal-hazıradək "xxxx" ASC-nə məxsus olan lizinq obyektlərindən istifadə edirlər. Bu səbəbdən Cavabdeh1 və Cavabdeh2 02 oktyabr 2014-cu il tarixli, 13-G4-1-01396-14 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 60097.35 AZN əsas, 168942.39 AZN faiz borcu və 34736.77 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 263.776.51 (iki yüz altmış üç min yeddi yüz yetmiş altı manat əlli bir qəpik) AZN borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Lizinq müqavi ləsinin 1.4-cü bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.4-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 3.5-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə illik 0.1 %-lə cərimə ödəyir. Cavabdeh1 sonuncu dəfə 16 yanvar 2015-ci il tarixdə əsas borcdan 13073.46 manat və faiz borcdan 6205.86 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır.

9. Mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/8964 nömrəli rəyindən görünür ki, Cavabdeh1 əsas borcu 86.627,02 manat, mükafat üzrə borcu 128.681,78 manatdır. Ekspertiza tədqiqinin qiyməti 100 manatdır. 10.Mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/2230 nömrəli rəyindən görünür ki, Cavabdeh1 əsas borcu 86.627,02 manat, mükafat üzrə borcu 128.681,78 manatdır.Ekspertiza tədqiqinin qiyməti 145 manatdır.

11. Lənkəran Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(049)-624/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 60097,35 manat əsas borc, 128.681,78 manat faiz, 34.736,77 manat cərimə olmaqla ümumilikdə cəmi 223.515,9 manat borcun və 522.51 manat ödənilmiş dövlət rüsumunun alınaraq "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin h esabına ödənilməsi, iş üzrə məhkəmə ekspertiza xərcini təşkil edən 245 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. 12.Məhkəmə, iddia tələbini, həmin tələblə bağlı iddiaçının təqdim etdiyi sübutları, habelə iş üzrə təyin edilmiş məhkəmə ekspertiza rəyini qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, cavabdehdən tutulacaq əsas məbləğ ekspert rəyində 86.627.02 manat olsa da, iddiaçının tələb etdiyi həddə, yəni 60.097,35 manat kimi müəyyən edilməli, faiz məbləği isə daha dəqiq və mötəbər məhkəmə ekspert rəyində ifadə olunduğu üçün 128.681,78 manat məbləğində müəyyən edilməlidir. 13.Məhkəmə iş üzrə lizinq obyektinin uzun müddət ərzində iddiaçıya verilməməsini nəzərə al araq hesab edir ki, iş üzrə tələb olunan cərimə məbləği ədalətlidir. 14.Məhkəmə öz mövqeyini əsaslandırarkən MM-nin 385.1, 442, 448.1, 462.1, MPMnin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat 15.Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas borca dair hissədə ləğv edilərək, həmin hissədə iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinin tələbləri pozulmuşdur. Lizinq ve rənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Göründüyü kimi iddiaçının cavabdehlərdən lizinq obyektlərindən müvəqqəti sahiblik və istifadə üçün lizinq haqqı tələb etməsi tam əsaslıdır. Belə ki, cavabdehlər uzun illər müqavilə üzrə müvafiq ödənişlər həyata keçirməmişlər. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinin tələbləri pozulmuşdur. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verm əli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi tərəflər arasında olan müqavilə üzrə cavabdehlərin kreditor qarşısında ödəniş etmək öhdəliyi olmuşdur. Kreditor kimi iddiaçının isə cavabdehlərdən lizinq müqaviləsinə əsasən öhdəliklərini tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbləri pozulmuşdur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdehlər lizinq mü qaviləsi üzrə öhdəliklərini uzun illər icra etməmişlər. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinin tələbləri pozulmuşdur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı iş üzrə cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Tərəflər arasında lizinq müqaviləsi mövcud olmuş dur. Lizinq obyektlərindən müvəqqəti sahiblik və istifadə üçün hesablanmış lizinq haqqı kimi faiz borcunun azaldılması hissəsində isə bildirirlər ki, -məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin məhkəmə iddia tələbindən kənara çıxaraq, bir tək ekspertiza rəyinə əsaslanıb iddia tələbinin faiz hissəsini əsassız olaraq azaltmışdır 17.Qətnamədən eyni zamanda X1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1, 748-10.1, 748-11.1, 748-11.1.1-ci maddələrini tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddiaçı "xxxx" ASC-nin iddia tələbini təmin edərkən qanunvericilikdə nəzərdə tutulmayan əsas borc, faiz borcu və cərimə borcunun ondan alınaraq iddiaçıya verilməsini təmin etmişdir. Məhkəmə ondan qeyd olunan məbləğin tutularaq iddiaçıya verilməsini təmin edərkən lizinq müqaviləsindən yaranan borcun tutulması ilə əlaqədar qanunvericiliyin müddəalarına deyil, kredit müqaviləsindən yaranan borcun tutulması ilə bağlı qanunvericiliyin müddəalarına istinad etmişdir. Baxmayaraq ki, qeyd olunan əmlaklardan onun tərəfindən istifadə edilib-edilməməsi məhkəmə tərəfindən araşdırılmamış və ancaq iddiaçı bankın iddia ərizəsində qe yd etdiklərini və iddia ərizəsinə əlavə etdiyi sənədlərə istinad edərək iddiaçı bankın maraqlarına xidmət edən qətnamə qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi qətnaməyə diqqət yetirəndə mübahisənin onunla iddiaçı bank arasında yaranan borcun lizinq müqaviləsindən doğan borcun və ya kredit müqaviləsindən doğan borcun olduğunu müəyyən etmək olmur. Məhkəmə qətnamə qəbul edərkən işin hallarını tam araşdırmamış və başdansovdu iddiaçı bankın xeyrinə bir qətnamə qəbul etmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları araşdırmadan qətnamə qəbul etmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Şirvan Apellyasiya Məhkəməsinin14 iyul 2021-ci il tarixli, 2(106)-444/2021 saylı qətnaməsi ilə iddiaçı bankın eyni tələblə bağlı ona qarşı 2015-ci ildə qaldırdığı iddia tələbini n lizinq müqaviləsi üzrə yaranmış borcun məbləğinə münasibətdə iddiaçı bankın həmin dövrdə verdiyi iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsində dəyişiklik edərək lizinq müqaviləsi üzrə lizinq obyektlərindən 23 sentyabr 2015-ci il tarixinədək sahiblik və istifadə edilməsinə görə 9.428,84 manat məbləğində lizinq ödənişi borcunun cavabdehlərdən tutularaq banka ödənilməsini qət etsə də, məhkəmə iddiaçı bankın hazırkı, iddia tələbində qeyd etdiyi hallar üzrə heç bir araşdırma aparmadan, yəni həqiqətən də 23 sentyabr 2015-ci il tarixdən sonrakı dövr ərzində iddiaçı bankın iddia ərizəsində qeyd etdiyi lizinq obyektlərinin onun tərəfindən istifadə edilibedilməməsi ilə bağlı heç bir araşdırma aparmamış, ancaq yuxarıda qeyd etdiyi kimi iddiaçı bankın iddia ərizəsində qeyd etdiyi hallara istinad edərək iddia tələbini təmin etmişdir. 19.Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərini müdafiə etdiklərini bildirmiş, apellyasiya şikayətlərində dəqiqləşdirmə apararaq, birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcuna dair hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 20.Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3) 2(106)-185/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin ed ilmiş, qətnamə ləğv edilmiş, iddiaçı "Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası təmin edilməmişdir. 21.Kollegiya qeyd etmişdir ki, iddiaçının hazırkı iddia ilə müraciət etməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının hazırkı maddi hüquqi əsasla borcu tələb etməsi əsassızdır. 22.Kollegiya bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı daxili lizinq müqaviləsi olmadığı halda iddiaçı Lənkəran Rayon Məhkəməsinin 2(049)-77/2016 saylı, xx.xx.2016- cı il tarixli qətnaməsi ilə ləğv edilmiş 02 oktyabr 2014-cü il tarixli, 13-G4-101396-14 saylı lizinq müqaviləsinə istinad etməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı hər hansı mülki hüquqi əsas olmadan hazırkı iddia tələbi ilə məhkəmədə cavabdehə qarşı iddia irəli sürmüşdür. 23.Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 747.1, 747.2, 748-10.1, 748-10.2, 748-10.3, 748-10.4, 748-10.5, 748-10.6, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 24.Qətnamədən iddiaçı (Vəkil2) kasasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 25.Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməməklə, öhdəliyini icra etmədiyi halda, uzun dövr ərzində lizinq obyektlərini iddiaçıya təhvil verməyərək, əsassız özündə saxlamaqla ona zərər vurmuşdur. İddiaçının hüququ pozulmasaydı, cavabdehdən tələb etdiyi məbləğ miqdarında gəlir əldə edə bilərdi. Lakin cavabdeh özünün təqsirli hərəkətləri ilə iddiaçını həmin gəlirdən məhrum etməklə ona zərər vurmuşdur. Cavabdeh lizinq müqaviləsi üzrə ödənişlərini uzun müddət (iki dəfədən çox) həyata keçirməmişdir. Göründüyü kimi iddiaçının cavabdehdən lizinq obyektlərindən müvəqqəti sahiblik və istifadə üçün lizinq haqqı tələb etməsi tam əsaslıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 26.Qətnamədən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə cavabdeh Ş.Baxşıyev etiraz verərək kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının M ülki Məcəlləsi 27.Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 28.Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 29.Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 30.Maddə 748-10.2. Lizinq ödənişlə rinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 31.Maddə 748-10.3. Əgər lizinq alan və lizinq verən arasında lizinq ödənişləri ilə bağlı hesablaşmalar lizinq obyekti vasitəsilə istehsal olunan məhsulla (natura formasında) aparılırsa, belə məhsulun qiyməti tərəflərin razılığı ilə müəyyənləşdirilir və lizinq müqaviləsində qeyd edilir. 32.Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. 33.Maddə 748-10.5. Lizinq müqaviləsində lizinq ödənişlərinə lizinq obyektindən istifadəyə başlanıldığı vaxtından 6 ay (180 gün) keçənədək mö hlət verilməsi nəzərdə tutula bilər. 34.Maddə 748-10.6. Lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 35.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 38.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmə sini yoxlayır. Kassasiya baxışının hədləri 39.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 40.Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 41.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 42.İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi cavabdehlərlə iddiaçı arasında bağlanmış daxili lizinq müqaviləsinin məhkəməninin qanuni qüvvədə olan qətnaməsi ilə ləğv olunduğu və lizinq müqaviləsinin qüvvədə olmadığı nəticəsinə gəlmişdir. 43.Mülki Məcəlləninin 748-10.1-ci maddəsinin məzmunundan aydın olur ki, lizinq müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi yalnız lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə həyata keçirilir. Müqavilə qüvvədə deyildirsə, həmin ödənişlərin ödənilməsi və ya öhdəliklərin icra edilməməsinə istinad edilərək məhkəmə qaydasında tələb irəli sürülməsi yolverilən deyildir.

44. Kassasiya şikayətinin məzmunundan aydın olur ki, iddiaçı sanki tərəflər arasında kredit münasibətlərinin mövcud olması və məhz həmin növdən olan müqavilənin icra edilmədiyinə istinad edir və istinad etdiyi maddi hüquq normalarının tələbi baxımından iddianın təmin edilməli olmasını əsaslandırır. Lakin baxılan işin hər hansı bir halı tərəflər arasında kredit müqaviləsinin bağlanması və ya mövcudluğu təsdiq olunmur.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara m ülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 46.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 47.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 48.Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiy a şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-185/2024 nömrəli iş üzrə 11 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar