Məhkəmə qərarları › İş №2(102)-1209/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1209/2019

25.02.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1209/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 25 fevral 2019-cu il iş № 2(102)-1209/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əsgərov Qürbət Ağa oğlunun sədrliyi, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkii Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi MK-nın 14 noyabr 2018-ci il tarixli qərardadından İddiaçı, vəkili Vəkil1 və Cavabdeh3,onun vəkili Vəkil2 kassasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu ra yon məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Qasımov) ilkin və qarşılıqlı iddialar təmin edilərək X10 ölümü ilə əlaqədar açılmış mirasla əlaqədar İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin payı mias əmlakın kütləsindən ¼ olmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyətçi hüquqları tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən N.Cəfərov, hakimlər Ş.Məmmədova və V.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 11.06.2018ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakda payların müəyyən edilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “miras əmlakda payların müəyyən edilməsi barədə” qarşılıqlı iddiasına dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı vərəsəliyin açılması və payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək,mərhum atası X10 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququnun müəyyən edilməsi və həmin əmlakla bağlı iş üzrə cavabdehlər olan, qardaşı Cavabdeh1, anası Cavabdeh2 və bacısı Cavabdeh3 arasında payların müəyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 İddiaçı qarşı mirasın açılması və miras əmlakdan payların müəyyən edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 ölümündən sonra miras əmlak qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yerləşən miras əmlakın kütləsindən ¼ hissəsinə X2, ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə Cavabdeh3 və ¼ hissəsinə isə İddiaçı vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda mirasla bağlı mübahisə var və həmin mübahisəyə məhkəmə qaydasında baxılmalıdır. Vərəsələr arasında miras payının bölüşdürülməsi ilə bağlı faktiki ailə münasiətləri pozulmuşdur. Maddi və prosessual hüququ normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2018-ci il tarixli qə rardadının ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh3 və onun vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardad çıxararkən AR MM-nin 1291-ci maddəsinin tələbini nəzərə almamış və tətbiq olunmalı olan qanun norması tətbiq olunmamış,nəticədə qeyri qanuni qərardad çıxarılmışdır. Göründüyü kimi məhkəmə qərardad çıxararkən səhvə yol verilmiş, tətbiq olunmalı qanun norması tətbiq olunmamış, qeyri-qanuni qərardad çıxarımışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil1 verdikləri kassasiya şikayətinin dəli llərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdehin vəkii Vəkil2 verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. H ÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməklə apellyasiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır. İş materialları ilə müəyyən edilir ki, X12 21 oktyabr 2016-cı ildə ölmüşdür. Mərhum X12 İddiaçı, Cavabdeh1 və Cavabdeh3 ataları, X7 isə həyat yoldaşıdır. 4 saylı Bakı “ASAN” xidmət mərkəzində Ədliyyə Nazirliyinin notariat kontoru tərəfindən İddiaçı verilmiş imtina məktubunda göstərilmişdir ki, 29.03.2017-ci il tarixli, 7 E/14674 reyestlə qeydiyyatdan keçərkək rəsməlşdiriliş ərizəsi ilə 18.10.2016-cı il tarixdə vəfat etmiş atası X10 adına ********* saylı vərəslik işi açılmış və vərəsələr arasında mirasın bölüşdürülməsinə dair mübahisə old uğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 4 saylı DNK-da, 18.10.1960- cı il tarixində keçmiş Lenin rayon Zəhmətkeş Deputatlar Soveti İcrayyə Komitəsinin nümayəndəsi ilə X12 arasında bağlanmış, 43-19867 reyestr nömrəli müqaviləsinə, keçmiş Lenin rayon Zəhmətkeş Deputatlar Soveti İcrayyə Komitəsinin 160/b saylı, 30.09.1960-cı il sərəncamına, keçmiş Lenin rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin 6/26 saylı, 03.03.1989-cu il tarixli sərəncamına və 27.09.1988-ci il tarixli, 650 saylı arayışına əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X10 adına ilkin qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vərəsələr arasında mübahisənin olması notariusa notariat hərəkətlərini aparmaqdan imtina etmək hüquq u vermir; notarius öz vəzifələrini icra etməlidir, notariat hərəkətlərindən narazı qalan şəxs həmin hərəkəti məhkəmə qaydasında mübahisələndirə bilər. Digər tərəfdən, vərəsələr arasında mirasın bölüşdürülməsi barədə mübahisə olur, əmlakın bölünməsi barədə mübahisə olmur. MM-in 1274-cü maddəsində mirasın bölüşdürülməsinin subyektləri "mirası qəbul edən vərəsələr" kimi göstərilib. Hazırkı işdə mirasın bölüşdürülməsi barədə mübahisə yoxdur, vərəsə olmaq hüququna malik olan şəxslər, payların miqdarı və s. bu kimi məsələlər barədə mübahisə var. Ona görə də əvvəlcə notarius öz vəzifələrini qanunun göstərişlərinə uyğun olaraq yerinə yetirməlidir, bundan sonra miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olarsa, məhkəmə bu mübahisəni həll edəcək. Məhkəmə kollegiyası, apellya siya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin 305.1.8-ci maddəsinə görə, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində qeyd edilmişdir ki, "Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiy yəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfində n baxılır". Göründüyü kimi, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işə ümumi məhkəmə qaydasında baxılması mümkündür. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılması MPM-in 306.1-ci maddəsinin tələbinə uyğun olmuşdur. Belə ki, həmin maddə bu növ işlərə iddia icraatı qaydasında baxılmalı olmasını, lakin bu zaman müvafiq fəslin, yəni "Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər" adlanan 37-ci fəslin xüsusiyyətlərinin diqqətə alınmalı olmasını nəzərdə tutur. Lakin 37-ci fəslin MPM-dən çıxarıldığı diqqətə alındığında bu növ mübahisələrə iddia icraatı qaydasında baxılmalı olması qənaətinə gəlmək mümkündür. Çünki MPM-in 217.2-ci ma ddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bundan başqa, nəzərə almaq lazımdır ki, hazırkı iş üzrə İddiaçı notariat orqanına müraciət edərək miras əmlakı qəbul etmək iradəsini bəyan etmişdir. MM-in 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. MM-in 157.1-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Göründüyü kimi, ünvan 2 ünvanda yerləşən fərdi 2 otaqdan ibarət yaşayış evi vəfat etmiş X9 miras qalmış X8 ilə birlikdə birgə mülkiyyət hesab olunur. Həmin fərdi yaşayış eviin ½ hissəsi X3-ün şəxsi mülkiyyəti olduğundan miras əmlakın kütləsi hesab edilmir, qalan ½ hissəsi miras kütləsinə daxil olmuşdur. İddiaçı həm qanun üzrə birinci növbədə vərəsə kimi, həm də vəsiyyətnamə üzrə vərəsə kimi payının tanınmasını tələb etsə də, əslində, iddia qaldırdığı tarixə mirasın qəbuluna dair iradəsini notariat orqanına bəyan etməklə, mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. Mülkiyyət hüququnun tanınması barədə iddiaya isə mülki mühakimə icraatı qaydasında baxılması mümkündür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmaldır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh3-ün kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 14 noyabr 2018-ci il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar