Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1210/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-***/21 (Açar sözlər: borc müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Bakı şəhəri **** saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx xxxx 2016-cı il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Pakistan Milli Bankının Bakı filialı ilə xx.xx.2011-ci il tarixdə 12 ay müddətinə illik 17 faiz ödənilmək şərti ilə 200000 manat kredit müqaviləsi bağlamaqla Cavabdeh mülkiyyətində olan ****** küçəsi, ev ***, mənzil ** * ünvanda yerləşən üç otaqlı mənzilini onun özünün razılığı ilə ipotekaya qoymuşdur. Həmin mənzil 46,74 kv.metr olmaqla 80000 manat qiymətləndirilməklə Pakistan Milli Bankının Bakı Filialına ipoteka qoyulmuşdur. Onun biznes əlaqələri zəiflədiyinə görə bu günə kimi qeyd edilən krediti ipoteka saxlayana ödəyə bilməmişdir. Buna görə də Cavabdeh onu məcbur etmişdir ki, onunla guya 80000 manat borc pul verməsi ilə bağlı notariatda təsdiq edilməklə borc müqaviləsi bağlasın. O, məcburiyyət qarşısında qalaraq xx.xx.2016-cı il tarixdə onunla guya 80000 manat ona borc pul verməsi ilə bağlı cavabdehlə borc müqaviləsi bağlamışdır. Hazırda həmin müqavilə əsasında cavabdeh notariusda icra qeydi çıxartdırmaqla həmin pulun ona verilməsini tələb edir. O, cavabdehdən hər hansı məbləğdə pul almamış, yalnız g ötürdüyü kreditin təminatı kimi cavabdehin mülkiyyətində olan yuxarıda qeyd etdiyi mənzili ipoteka ilə yüklü etdirmiş, halhazırda da həmin evdə də cavabdeh faktiki yaşayır. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, iddia müddətini tətbiq etməklə iddiadan imtina edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli, 2(011)-****/2020 nömrəli (hakim Lalə Rəhimli) qətnaməsi ilə iddianın rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisə edilən kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. İddiaçının vəkili məhkəmə iclasında iddiaçının yalan əqd kimi, yəni digər əqdi pərdələmək məqsədi ilə kredit müqaviləsini bağlanmasını göstərsə də, məhkəməyə həmin faktı təsdiq edən sübut təqdim edə bilməmişdir. Qanunvericinin tələbinə görə əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunla müəyyən edilmiş şərtləri pozulmaqla bağlanması lazımdır. Lakin məhkəmə araşdırması zamanı kredit müqaviləsinin etibarsız olması üçün qanunla müəyyən edilmiş şərtlərin pozulması müəyyən edilməmişdir. İddia digər tərəfdən, ona görə rədd edilməlidir ki, İddiaçı mövcud iddia tələbi üzrə (“müqavilənin etibarsız hesab edilməsi”) qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, əqdin etibarsız hesab edilməsi məsələləri ilə əlaqədar kəsici müddət əqdin etibarsız sayılmasına əsas verən halları tərəfin bildiyi və ya bilməli olduğu gündən başlandığından, İd diaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il müddətində məhkəməyə müraciət etməli idi. Halbuki, qeyd edilən ərizənin mövcudluğu İddiaçı xx.xx.2016-cı ildən məlum olmasına baxmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Bununla da, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş müddəti keçirmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 339.2 və 354-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya ş ərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hal, yəni xx.xx.2016-cı il tarixli müqavilənin görünüş üçün bağlandığı sübuta yetirilməmişdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət e dərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya zorakılıqdan, yaxud ağır vəziyyətdən istifadə olunmasından və ya başqa əqdi pərdələmək istəyindən bəhs etmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının müqavilənin etibarsızılığına əsas kimi göstərdiyi hallar müqavilənin digər tərəfinin (cavabdehin) təqsirli (mülki qanunvericiliyin prinsiplərinə zidd olan) hərəkətlərindən qaynaqlanmamışdır və bu səbəblə də kollegiyanın qənaətinə görə həmin tərəfin mənafelərinin xələl görməsinə səbəb ola bilməz. Şərh olunanlarla yanaşı kollegiya hesab etmişdir ki, apellyator tərəfindən müvafiq iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, İddiaçı qeyd edilən müqavilənin mövcudluğu xx.xx.2016-cı ildən məlum olmasına baxmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Kollegiya apellyatorun iddia müddətini ötürmədiyi barədə dəlilini əsassız hesab etmişdir, belə ki, iddiaçı müqavilənin etibarsız olmasını onun başqa əqdi pərdələmək üçün bağlanması ilə əsaslandırır, bu isə o deməkdir ki, müqavilənin etibarsızlığına əsas ola bilcək hal iddiaçıya müqavilə bağlanan andan məlum olmuşdur. Beləliklə, ollegiya qeyd olunanlara əsasən bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəki li Vəkil1) kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-****/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə istinad edərək bir illik iddia müddətini itirməsi ilə qətnaməni əsaslandırmışdır. Lakin məhkəmə həmin maddəni düzgün təfsir etməmişdir. Qeyd edilən əqdin icrası ilə bağlı məhkəmə hər hansı araşdırma aparmadan belə nəticəyə gəlmişdir. O, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi barədə ona göndərilən bildirişi aldıqdan sonra o, qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürməmişdir. Həmçinin iddiasının əsası kimi cavabdehlə aralarında olan münasibətləri əsaslandırmaq üçün cavabdehin evinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin surətini də iş materiallarına əlavə etmişdir. Həmin ipoteka müqaviləsinin icraya yönəldilməsi cavabdehi ona qarşı aqressiv hərəkət etməyə məcbur etmişdir. Bununla bağlı məhkəmə iclasında dindirilmiş şahid ifadəsinə və qeyd edilən ipoteka müqaviləsinə birinci instansiya məhkəməsi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, vəkili Vəkil1 və Cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər Maddə
354. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətb iqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məh kəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, kasasiya şikayətinni dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, iddiaçı apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də bir illik müddəti ötürmədiynə istinad etmiş, lakin müddətin onun tərəfindən ötürülməsi işə mahiyyəti üzrə baxmış aşağı instansiya məhkəmələri tərəfindən kifayət qədər aydın və dəqiq şəkildə əsasladırılmışdır ki, hazırki halda aşağı instansiya məhkəmələrinin bu barədə əsaslandırmalarının təkrarlanmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.