Məhkəmə qərarları › İş №2(102)-1213/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1213/2023

09.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1213/2023 09.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və q. cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilmə müddətinin prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəmə sinin 30 noyabr 2021-ci il tarixli, 2(005)4858/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-4079/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-xxxx/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(103)-4079/2022 saylı qətnaməsini ləğv edərək işin yenidən apelyasiya icraatı qaydasında baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikasının MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının MPM-in 405.0.1-ci maddəsinə görə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilməlidir. Kassasiya şikayəti öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti verən şəxs kassasiya şikayəti vermək üçün prosessual qanunvericilikdə nəzərdə tutulan müdd əti ötürmüşdür. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti İddiaçı1 elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. İddiaçı1 isə kassasiya şikayətini xx.xx.2022-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirmişdir. Beləliklə, Azərbaycan Respublikasının MPM-in 405.0.1-ci maddəsinin tələblərini pozmuşdur. Eləcə də İddiaçı1 kassasiya şikayəti vermək üçün apellyasiya instansiya məhkəməsinə vəsatət verməmişdir. Azərbaycan Respublikasının MPM-in 408.1.4-cü maddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Lakin apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-in 405-ci maddəsinin tələbinə cavab verməyən kassasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyü nü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; -404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Qeyd olunanlara əsasən, kassasiya şikayəti icraata qəbul edilə bilməz, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar yoxdur. Odur ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(103)-xxxx/2022 saylı qətnaməsindən İddiaçı1 tərə findən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar